Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə27/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   23   24   25   26   27   28   29   30   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
 
*  1957-ci  il  noyabrın  21-də gecə baş vermiş  qasırğa  zamanı 2  briqadanın  21 
nəfər işçisi qəhrəmancasına həlak olmuşdur. 
 
*  1959-cu  ilin  mart  ayında  yüksək  əmək  nailiyyətlərinə  və  göstərdikləri 
fədakarlığa  görə  Qurban  Abbasov,  Məlik  Göyçayev,  Yusif  Kərimov,  Mixail 
Kaveroçkin,  Bəxtiyar  Məmmədov  Sosialist  Əməyi  Qəhrəmanı  adına  layiq 
görülmüşlər. 
1955-60-cı illərdə 300 yerlik klub, su çənləri, 100 yerlik yeməkxana, 3 №li 
əmtəə çənləri parkı, 2  №li sutəmizləyici qurğu, 6  №li neftyığma  məntəqəsi, 2 №li 
yaşayış  qəsəbəsi  (8  ikimərtəbəli  ev,  qazanxana,  transformator  yarımstansiyası,  50 
nəfərlik yeməkxana), istehsalat meydançaları, estakadalar istifadəyə verilmişdir. 
 
*  1967-ci ildə Neft Daşlarında ən yüksək miqdarda 7,6 milyon ton neft  hasil 
edilmişdir. Gündəlik hasilat 20820 ton olmuşdur. 
 
1961-ci ildə dənizdə neftçıxarmanın inkişafında yüksək nailiyyətlərinə görə 
Ə.Əlixanov,  A.Biləndərli,  B.Hacıyev,  D.Qasımzadə,  İ.Quliyev,  V.Neqreyev, 
F.Səmədov, Z.Məliktangiyev və başqaları Lenin mükafatına layiq görülmüşlər. 
 
Sonralar Akif Cəfərov, qazmaçı İsrafil Hüseynov, dəniz inşaatçısı Xanoğlan 
Bayramov Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşlər. 
 
*  Neft  Daşlarına  sərnişin  və  yükdaşıma  ilk  illərdə  yalnız  gəmilərlə  həyata 
keçirilmişdir.  1960-cı  ilin  iyunun  20-də  Neft  Daşlarında  ilk  vertalyot  uçuş  reysi 
həyata keçirilmişdir. 
 
1960-70-ci illərdə 2 №li qəsəbədə yataqxana, 2 №li kompressor stansiyası, 7 
№li  nefyığma  məntəqəsi, 10 №li neftyığma  məntəqəsi, 3  №li  sutəmizləyici qurğu, 
qəsəbədə  mağaza,  gəmilər  üçün  yanalma  körpüsü,  tədqiqat  işləri  laboratoriyası, 
yanğınsöndürmə nasos stansiyası, çörək zavodu, 5 №li  əmtəə çənləri parkı (ƏPÇ), 
limonad sexi, iaşə köşkləri, sahə yataqxanaları, meydançalar, kommunikasiya xətləri, 
Bakının 8-ci kilometr massivində 8 yaşayış binası istifadəyə verilmişdir. 
 
97 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
*  1967-ci  ildə  “Neft  Daşları”  qəzeti  təsis  olunmuş  və  bu  gün  də  fəaliyyət 
göstərir. 
 
*  1971-80-cı  illərdə  üzgüçülük  hovuzu,  6  saylı  ƏÇP,  qazlift  kompressor 
stansiyası (KS 4), 1 və 2 №li iriləşdirilmiş neftyığma məntəqəsi (İNYM) təmizləyici 
qurğular,  Neft  Daşları-Çilov  sualtı  qaz  xətti,  estakadalar,  meydançalar, 
kommunikasiya xətləri, Bakının 8-ci kilometr massivində uşaq bağçası və 5 yaşayış 
binası istifadəyə verilmişdir. 
 
1981-90-cı illər qadınlar üçün 9 mərtəbəli yaşayış binası, 36000 kitab fondu 
olan  kitabxana,  anbarlar,  “Neft  Daşları  Dübəndi”  neft  boru  xətti,  rabitə  xətləri 
istifadəyə verilmişdir. 
          *  1990-2002-ci  illərdə  qazlift  sistemi  təkmilləşdirilmiş,  Bakıxanov 
qəsəbəsində 117 mənzilli yaşayış evi istifadəyə verilmişdir.  
 
*  2001-2002-ci illərdə “Ümid” idman sağlamlıq kompleksi salınmış, “Heydər 
Əliyev guşəsi” açılmış, Qaraçuxur qəsəbəsində 5 mərtəbəli 80 mənzilli yaşayış evi 
tikilmişdir. 
*  2003-2004-cü illərdə Damba vertalyot meydançası istifadəyə verilmiş, yeni 
parklar,  o  cümlədən  ümummilli  liderimiz  Heydər  Əliyevin  80  illik  yubileyi 
ərəfəsində  yeni  istirahət  parkı  salınmış,  Heydər  Əliyevin  büstü,  “Şəhidlər  guşəsi” 
açılmış,  neftçilərin  ölməz  ruhuna  ehtiram  əlaməti  olaraq  “Əbədi  məşəl” 
alovlandırılmış, əvvəllər su basmış ərazilər xeyli abadlaşdırılmışdır. 
 
1975-ci ilin iyun ayının 17-də respublikanın rəhbəri Heydər Əliyevin şəxsən 
iştirakı ilə Neft Daşlarının 25 illik yubileyi Neft Daşlarında və Bakı şəhərində dövlət 
səviyyəsində böyük təntənə ilə qeyd edilmişdir. 
 
1999-cu il noyabr ayının 7-də Azərbaycan Respublikasının Prezidenti cənab 
Heydər Əliyevin sərəncamına əsasən Neft Daşlarının 50 illik yubileyi böyük təntənə 
ilə qeyd edilmişdir. 
 
98 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
2004-cü ildə Neft Daşlarının 55 illiyi keçirilmişdir. 
 
2009-cu il noyabrın 5-də Neft Daşlarının 60 illiyi keçirilmişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
99 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Neft Daşlarında misilsiz xidmətləri olan neftçilər 
 
 
Mixail Pavloviç Kaveroçkin 
(1904-1957) 
        Sosialist  Əməyi  Qəhrəmanı,  Dövlət  Mükafatı  Laureatı  Mixail  Pavloviç 
Kaveroçkin  əmək  fəaliyyətinə  qazıma  briqadasında  fəhlə  kimi  başlamış,  tezliklə 
vışkaçı,  qazmaçı  köməkçisi,  qazmaçı  olmuşdur.  Dəniz  neft  yataqlarının 
perspektivliyini  nəzərə  alaraq  DMK-nin  yeni  qərarına  uyğun  olaraq  1947-ci  ildə 
Bakıda  Dəniz  Qazıma  Tresti  yaradıldı.  Bu  trestin  Buzovnada  yenidən  yaradılmış 
kontoruna  daxil  olan  ilk  qazma  ustalarından  biri  1945-ci  ildə  ordudan  mürəxxəs 
olunan  M.P.  Kaveroçkin  olmuşdur.  Mərdəkan-dənizdə  3  №-li  quyunun  qazılması 
ona  həvalə  edildi. Mərdəkan  neft  sahəsində  quyunun qazılmasını  başa  çatdırdıqdan 
sonra  1946-cı  ildə  Gürgən-dəniz  sahəsinin  kəşfiyyatına  başlayan  briqada  burada 
1946-1949-cu  illər  ərzində  bir  neçə  neft  quyusunun  qazılmasını  başa  çatdırdı. 
Gürgən-dəniz  sahəsində  əldə  olunmuş  uğurlar  dəniz  kəşfiyyatçılarını  sonrakı 
axtarışlara  həvəsləndirdi.  Onlar  ardıcıl  olaraq  Çilov  adasında,  Qriqorenko 
Daşlarında, Qarabatdaq Daşı adasında, o cümlədən Darvin b., Andryevskidə, (şimali 
Artyom  adası)  axtarışlar  apardılar.  Kəşfiyyatın  dəniz  sahələrinin  bir  sırasında 
aparılmasına  baxmayaraq,  geoloqların  diqqətini  daha  çox  Cənub-Şərqi  Çilov 
adasının  22  km  yerləşən,  sualtı  qaya  silsilələri  ilə  əhatə  olunmuş  kiçik  ada  -  Neft 
Daşları cəlb edirdi. Geoloqların əldə etdikləri nəticələr o qədər səmərəli və inandırıcı 
idi ki, artıq 1948-ci ildə dərin kəşfiyyat quyusunun əsasının qoyulmasının zəruriliyi 
haqda  məsələ  qaldırıldı.  1948ci  ilin  dekabrında  yeni  sahələrin  hazırlanma 
kontorunun direktoru B.M. Poşinin rəhbərliyi ilə adaya inşaatçıların briqadası gəldi 
və  qazma  üçün  bütün  tikinti  işlərini  vaxtından  əvvəl  başa  çatdırdılar.  Artıq  qazıma 
işlərinə  başlamaq  olardı,  lakin  qazıma  kontorunun  və  dəniz  qazma  trestinin 
rəhbərliyi  gözlənilmədən  yeni  çətinluklərlə  üzləşdi.  Çətin  hidrometeoroloji  şərait, 
adanın    materikdən    çox   uzaqda    yerləşməsi,    buruğun   və   briqadanın   lazımi  
100 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə