Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə4/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   2   3   4   5   6   7   8   9   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Neft – yanar maye, faydalı qazıntı. Yer səthinə yaxın yaylarda və ya çatlarda 
yerləşərkən  oksidləşərək  qatı  maltaya,  yarımbərk  asfalta  çevrilir.  Spesifik  qoxusu 
var. Rəngi açıq – qəhvəyidən tünd qonura və qarayadək dəyişir. 
 
Neft müxtəlif karbohidrogenlərdən (alkanlar, sikloalkanlar, arenlər – aromatik 
karbohidrogenlər  və  onların  hibridləri)  və  tərkibində  C  və  H-dan  əlavə  O,  S  və  N 
olan  birləşmələrdən  ibarətdir.  Azərbaycan  nefti  dünyada  ən  yüksək  keyfiyyətli 
neftlərdən biridir. 
 
 
 
 
 
 
 
                                      ASE. c. VII. s. 202. 
 
 
 
 
 
 
 
Neft  Daşları  –  Azərbaycan  Respublikası,  Abşeron  yarımadasından  42  km 
c.ş.-də  açıq  dənizdə,  polad  dirəklər  üzərində  salınmış  neft  şəhəridir.  Bu  ərazi, 
oradakı  daşların  bəzilərində  (təqribən  20  ədəd)  neft-qaz  nişanələrinin  olması  ilə 
əlaqədar Neft Daşları adlandırılmışdır. Neft Daşları açıq dənizdə olduğundan burada 
güclü küləklər əsir, dalğanın hündürlüyü 10-12 m olur. İlk kəşfiyyat quyusu 1949-cu 
ildə  qazılmışdır.  Quyunu  M.P.Kaveroçkinin  briqadası  qazmışdır  (qazmaçılar: 
Q.Abbasov, Y.Kərimov, N.Babayev və s.). 
 
 
 
 
 
 
                                         
ASE. c.VII. s. 203 – 204. 
 
 
13 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
 
Neft Daşları XX əsrdən XXI əsrə atılmış bir körpüdür. 
 
 
 
 
 
 
 
 
 
 
         Heydər Əliyev 
 
 
Neft Azərbaycanın ən böyük sərvəti olub xalqa, özü də təkcə indi deyil, həm 
də gələcək nəsillərə mənsubdur. 
Heydər Əliyev  
 
Neft Daşlarında işləyən hər bir kəs ən böyük hörmətə layiq bir insandır. Orada 
işləməyən, oranı görməyən, oranı ziyarət etməyən insan bunu təsəvvür edə bilməz. 
        Heydər Əliyev 
 
 
Yaxın  gələcəkdə  yataqlarda  böyük  platformalar  tikiləcək  və  biz  hamımız 
böyük  bir  gəmiyə  toplaşıb  Neft  Daşlarına,  “Azəri”,  “Çıraq”,  “Günəşli”  və  digər 
yataqlara yollanacağıq. O günlər uzaqda deyil... 
      Heydər Əliyev 
 
 
Çox şadam və böyük qürur hissi keçirirəm ki, mən də həyatımın bir hissəsini 
neftçilər arasında keçirmişəm. Dövlət Neft Şirkətində işləmişəm. O illər mənim üçün 
çox  əzizdir,  həm  də  çox  dəyərlidir.  Çünki  orada  qazandığım  təcrübəbu  gün  də 
mənim  üçün  gərəklidir  və  əzizdir.  əlbəttə  ki,  mən  özümü  bu  yüksək  Prezident 
vəzifəsində  neftçilərin  nümayəndəsi  kimi  hesab  edirəm  və  bundan  sonra  da  belə 
hesab edəcəyəm. 
 
 
 
 
 
 
 
 
 
 
         İlham Əliyev  
 
Azərbaycanın  neft  strategiyası  xalqımıza  təhlükəsizlik  gətirəcək,  ölkənin 
müstəqillyini daha da möhkəmləndirəcəkdir. 
                                       İlham Əliyev  
14 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
 
5  il  bundan  əvvəl  biz  sizinlə  bərabər  bu  salonda  Neft  Daşlarının  55-ci 
ildönümünü qeyd edirdik. Qısa müddət ərzində - cəmi 5 il ərzində burada görülmüş 
işlər, bu gün burada gördüklərim məni çox sevindirir. Həm neftçilərin məişət şəraiti 
yaxşılaşır, həm də Neft Daşları abadlaşır, gözəlləşir. Eyni zamanda, Neft Daşlarında 
Azərbaycan neft sənayesi üçün əvəzolunmaz texniki qurğular yaradılır. 
İlham Əliyev 
 
Нефтяной сектор будет в Азербайджане всегда, так как нефть, газ – это 
наше богатство… 
 
Обладание Азербайджаном большими запасами нефти  и газа является 
счастьем нашего народа и служит самым главным фактором для хорошей 
жизни народа, развития страны сегодня, в будущем. 
        Гейдар Алиев 
 
 
55  лет  назад  на  Нефтяных  Камнях  впервые  в  мире  в  море  стала 
добываться  нефть.  Азербайджанские  нефтяники  с  честью  продолжают  свою 
героическую эпопею и сегодня. 
Нефтяная  стратегия  общенационального  лидера  нашего  народа Гейдара 
Алиева успешно осуществляется. Работающие в море нефтяники выносят свой 
ценный вклад в укрепление экономического потенциала Азербайджана. 
          
 
 
      Ильхам Алиев 
 
 
 
 
 
 
 
 
 
 
                                                                 15 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Heydər Əliyev və Neft Daşları 
 
 
Ulu  öndər  Heydər  Əliyevin  respublika  rəhbərliyinə  gəlişindən  əvvəl  də, 
DTK-da  işlədiyi  dövrlərdə  dəniz  neftçilərinin  qonağı  olmuşdu.  Veteranlar 
xatırlayırlar  ki,  DTK-nın  50  illiyi  münasibətilə  keçirilən  tədbirlər  çərçivəsində 
Heydər  Əliyev  Neft  Daşlarına  gəlmiş,  müdafiə,  təhlükəsizlik  məsələləri  ilə  bağlı 
mühazirələr  oxumuş,  fərdi  söhbətlər  aparmışdı.  Neft  Daşları  rəhbərliyi  ilə  görüşən 
ulu  öndər  klubda,  kitabxanada,  yaşayış  evlərində  olmuş,  neftçilərin  şəraiti,  məişəti, 
istirahəti,  asudə  vaxtının  təşkili  ilə  maraqlanmış,  gecə  saat  2-yə  qədər  qəsəbəni, 
mədənləri gəzmiş, səhərəcən neftçilərin qonağı olmuşdu. 
 
Ümummilli  lider  Heydər  Əliyev  neftçilərə  dərin  hörmətlə  yanaşır,  onlara 
yüksək  dəyər  verirdi.  Azərbaycan  KP  MK-nin  birinci  katibi  seçiləndən  sonra  ilk 
fəallar  yığıncaqlarının  birində  O  qeyd  etmişdi  ki,  dəniz  neftçiləri  ən  təmiz,  saf 
qüvvələrdir, hətta atalar sözünü misal gətirmişdi: “Su murdar götürməz”. Yəni dəniz 
yalnız təmiz insanlara öz qoynunda yer ayırır. Bu, dəniz neftçilərinə verilən yüksək 
qiymət idi.  
 
1972-ci  ildə  Ulu  öndər  Heydər  Əliyev  ömür  gün  yoldaşı,  akademik  Zərifə 
xanım  Əliyeva  ilə  Neft  Daşlarında  olmuşlar.  Onlarla  söhbətlər  uzun  müddət 
xatirələrdən silinmədi. Zərifə xanım böyük həssaslıqla neftçi qadınların problemləri, 
qayğısı ilə maraqlanırdı. 
 
1975-ci  ildə  Azərbaycan  KP  MK  Neft  Daşlarının  25  illik  yubileyinin  qeyd 
olunması barədə qərar qəbul etdi. Bu yubiley yerlərdə ümumxalq bayramı kimi qeyd 
olunurdu.  Tədbirin  zirvəsi  isə  Neft  Daşlarında  keçirilən  unudulmaz  mərasim  idi. 
Yubiley  təntənələri  1975-ci  il  iyunun  17-də  keçirildi.  Respublika  rəhbəri,  Neft 
Daşlarının yüksəlişində misilsiz xidməti olan Heydər Əliyev və digər nümayəndələr 
“Möcüzələr  adası”na  gəmi  ilə  gəldilər.  Gəmi  meydançasında  neftçilər  ulu  öndəri 
böyük sevinclə, gül-çiçəklə qarşıladılar.  
16 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə