Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə5/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   2   3   4   5   6   7   8   9   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Xalqımıza  çoxdan  bəllidir  ki,  dahi  rəhbər  Heydər  Əliyev  həmişə  zəhmət 
adamının vurğunu olub. Daim ağır zəhmətə qatlaşan neftçilərlə görüşlər ulu öndərə 
xüsusi  zövq  verirdi.  Mitinqdə  çıxış  edərkən  “Möcüzələr  adası”nın  zəngin 
təcrübəsinə əsaslanaraq o vaxt hələ kəşfiyyat mərhələsində olan “Günəşli” yatağının 
işlənməsi  perspektivlərindən  danışmış,  “Azəri”  yatağında  qazmanın  başlanması 
təşəbbüsünü irəli sürmüşdü. Artıq 4 ildən sonra “Günəşli”də ilk neft alınmışdı. Neft 
Daşlarının veteranları etirafedirlər ki, Heydər Əliyevin Neft Daşlarına ziyarəti dəniz 
neftçilərinə  Ulu  Öndəri  geniş  mənada  daha  yaxından  görmək,  daha  yaxşı  tanımaq 
şansı verdi. 
 
1977-ci ildə AHİŞ-in 14-cü qurultayındaçıxış edən respublika rəhbəri Heydər 
Əliyev  “Möcüzələr  adası”  neftçilərinin  müsbət  işini  qeyd  etdi.  O  illər  neftçilərin 
mənzillə təmin olunmasında heç bir problem  yox idi. Mədəni xidmətin səviyyəsinə 
isə yalnız qibtə etmək olardı. Respublikaya gətirilən dəbdə olan filmlər ilk dəfə Neft 
Daşlarında nümayiş etdirilirdi. 
 
Ulu  Öndər  Heydər  Əliyevin  respublikaya  rəhbərlik  etdiyi  XX  əsrin  70-80-ci 
illərində  tikinti,  quruculuq  işləri  geniş  vüsət  almışdı.  Bu  gün  Neft  Daşlarının 
ahəngdar fəaliyyətini təmin edən bir çox sənaye, sosial əhəmiyyətli obyektlər məhz 
həmin  illərdə  tikilmişdi.  Məhz  onun  rəhbərliyi  və  qayğısı  ilə  yaradılmış  neft-qaz 
sənayesi  kompleksi bu  gün doğma  Azərbaycanın  müstəqil  dövlət  kimi  yaşamasına, 
möhkəmlənməsinə,  möhtərəm  Prezidentimizin  ardıcıl  olaraq  və  qətiyyətlə  həyata 
keçirdiyi yeni Neft Strategiyasının uğurlarına xidmət edir. 
 
1999-cu ildə müstəqil dövlətimizdə Neft Daşlarının 50 illiyi böyük təntənə ilə 
qeyd olundu. 
 
Hələ 2 il ondan əvvəl Prezident Heydər Əliyevin bu yubileyə hazırlıqla bağlı 
sərəncam verməsi dəniz neftçilərinə sonsuz hörmət və ehtiramın ifadəsi idi. “Azneft” 
İB və Neft Daşları NQÇİ rəhbərliyinin təşkilatçılığı ilə yubiley mərasimi çox yüksək 
səviyyədə keçdi.  
17 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Tədbirin 
zirvəsi 
isə 
möhtərəm 
Prezidentin  NeftDaşlarıəməkçilərinə 
ünvanladığı  təbrik  idi.  “Neft  Daşlarını  XX  əsrdən  XXI  əsrə  atılmış  bir  körpü” 
adlandıran  Ulu  Öndər  bu  dəniz  şəhərinin  böyük  gələcəyinə  inamını  ifadə  etmişdi. 
Dəniz  neftçiləri  fəxrlə  deyirlər  ki,  bəli,  bu  gün  bu  ümidlər  doğrulmuşdur.  Heydər 
Əliyev  dühasının  ruhundan  bəhrələnib  yetkinləşmiş  Neft  Daşları  bu  gün  dahi 
öndərimizin  arzuladığı  işıqlı  yoldadır.  Dəniz  şəhəri  günü-gündən  abadlaşır, 
çiçəklənir. Ümummilli lider Heydər Əliyevin 80 illik yubileyi şərəfinə salınmış park 
neftçilərin sevimli istirahət yeridir.  
 
“Heydər  Əliyev  muzeyi”  isə  neftçilərimizin  dahi  rəhbərin  zəngin  irsini, 
müdrik  məktəbini  öyrənməsi  üçün  bir  məbəddir. Ölməz  Heydər  Əliyev  məktəbinin 
ən  layiqli  yetirməsi  Prezident  İlham  Əliyev  bu  müqəddəs  yolu  ləyaqətlə  davam 
etdirir.    
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
18 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
6 noyabr 1999-cu ildə  
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı 
 
 
Əziz neftçilər! 
 
Sizi, bütün Azərbaycan neftçilərini Azərbaycan dəniz neft sənayesinin 50 illik 
yubileyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. 
 
Əlli  il  bundan  əvvəl  Neft  Daşları  yatağında  ilk  neft  fontanı  ilə  dəniz  neft 
sənayesinin  hələ  əsrin  əvvəlində  Bibiheybət  buxtasında  və  Pirallahı  adasında 
başlanmış  inkişafında  yeni  bir  mərhələnin  əsası  qoyuldu.  Azərbaycan  neftçilərinin 
açıq dənizdə dəmir özüllər üzərində neft və qaz hasilatının olduqca mürəkkəb elmi-
texniki və  təşkilati  məsələlərini  uğurla  həll  etmələri dünya  neftçıxarma  sənayesinin 
inkişafındatarixi əhəmiyyət kəsb edən bir hadisə oldu. 
 
Neft  Daşları  yatağının  kəşf  edilməsindən  keçən  yarım  əsrin  hər  bir  ili 
neftçıxarma sənayesinin inkişafı ilə bağlı elmi və texniki problemlərin, kadr hazırlığı 
məsələlərinin  həllinə  öz  töhfəsini  vermişdir.  Azərbaycanın  ən  böyük  sərvəti  həmin 
illərdə  Xəzərdən  külli  miqdarda  çıxarılmış  neft  və  qaz  deyil,  məhz  neftçıxarmanın 
müxtəlif  sahələri  üzrə  toplanmış  zəngin  təcrübə,  təşəkkül  tapmış  böyük  alim  və 
mütəxəssis ordusu, insan potensialı olmuşdur. 
 
Bu  yubiley  günlərində  biz  Neft  Daşları  yatağının  kəşf  olunması  və 
istismarında  fədakarlıq  və  qəhrəmanlıq  nümunələri  göstərmiş  Azərbaycan 
neftçilərinin ilk nəsillərini dərin ehtiram və böyük iftixar hissi ilə yad edirik. Onların 
bir çoxu ali dövlət və hökumət mükafatlarına layiq görülmüşdür. Həmin nəsillərin ən 
böyük  mükafatı  isə  qədirbilən  xalqımızın  bəslədiyi  dərin  hörmət  və  məhəbbət 
duyğuları  olmuşdur.  Dəniz  fatehləri  Azərbaycanın  şair,  yazıçı,  bəstəkar  və 
rəssamlarının  əsərlərində  əfsanəvi  qəhrəmanlara  çevrilərək  xalqımızın  tarixi 
yaddaşına əbədi həkk olunmuşlar. 
 
Neft Daşları XX əsrdən XXI əsrə atılmış bir körpüdür. Biz yeni əsrə müstəqil  
19 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə