Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə6/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   2   3   4   5   6   7   8   9   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
Azərbaycanın yeni neft strategiyası ilə qədəm qoyuruq. Həmin strategiyanın  maddi 
və elmi təməli isə məhz Neft Daşları ilə qoyulmuşdur. O illərdə qazanılmış misilsiz 
nailiyyətlər  bu  gün  müstəqil  Azərbaycanda  uğurla  yerinə  yetirilən    “Əsrin 
müqaviləsi”ndə öz parlaq ifadəsini tapmışdır. 
 
Əminəm  ki,  Azərbaycan  dəniz  neftçiləri  öz  zəngin  təcrübələrindən  istifadə 
edərək bundan sonra da əzmlə çalışacaq, Azərbaycan iqtisadiyyatının dünya iqtisadi 
sisteminə  sıx  inteqrasiyasını,  ölkəmizin  hərtərəfli  inkişafını,  xalqımızın  firavan 
həyatını təmin etməküçün var qüvvələrini sərf edəcəklər. 
 
Bu yubiley günlərində sizə yeni-yeni əmək nailiyyətləri, hər birinizə möhkəm 
cansağlığı və xoşbəxtlik arzulayıram. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                               20 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
6 noyabr 2009-ci ildə Azərbaycan Respublikası Prezidenti 
İlham Əliyevin çıxışı 
 
  Əziz neftçilər, əziz dostlar! 
            Mən  sizin  hamınızı  Neft  Daşlarının  60  illik  yubileyi  münasibətilə  ürəkdən 
təbrik edirəm, sizə cansağlığı və gələcək uğurlar arzulayıram.  
            Bu  gün  nümayiş  etdirilən  film  Neft  Daşlarının  şanlı  tarixini  göstərir. 
Doğrudan da bu tarix dünyada nadir bir tarixdir. Dünya miqyasında dənizdə ilk dəfə 
olaraq neft çıxarılması məhz Azərbaycan neftçiləri tərəfindən başlanmışdır. Bu gün 
Neft  Daşları  yaşayır.  Neft  Daşlarında  aparılan  quruculuq-abadlıq  işləri  məni  çox 
sevindirir.  
            Beş  il  bundan  əvvəl  biz  sizinlə  bərabər  bu  salonda  Neft  Daşlarının  55-ci 
ildönümünü qeyd edirdik. Qısa müddət ərzində - cəmi 5 il ərzində burada görülmüş 
işlər, bu gün burada gördüklərim məni çox sevindirir. Həm neftçilərin məişət şəraiti 
yaxşılaşır, həm də Neft Daşları abadlaşır, gözəlləşir. Eyni zamanda, Neft Daşlarında 
Azərbaycan  neft sənayesi  üçün  əvəzolunmaz  texniki qurğular  yaradılır. Bu gün  biz 
yeni kompressor stansiyasının açılışını bərabər qeyd etdik. Beləliklə, Azərbaycanın 
neft-qaz  potensialının  gücləndirilməsi  və  müasirləşməsi  üçün  çox  vacib  addım 
atılmışdır.  
           Neft  Daşları  həmişə  Azərbaycan  xalqının  qəlbində  yaşayacaqdır.  Bu  gün 
göstərilən filmdəki maraqlı tarixi məqamlar bir daha bunu əyani şəkildə sübut edir. 
Neft Daşları Azərbaycan xalqının, Azərbaycan dövlətinin ayrılmaz bir dəyəridir, çox 
gözəl  inkişaf  nümunəsidir.  Azərbaycanda  neftçilər  bütün  dövrlərdə  böyük  hörmətə 
malik  adamlar  olmuşlar,  bu  gün  də  belədir.  Neftçi  peşəsi  çox  şərəfli  peşədir  və 
neftçilər  həmişə  dövlət  tərəfindən  yüksək  qiymətləndirilir  və  bundan  sonra  da  belə 
olacaqdır. Çox vacibdir ki, neftçilərin məişət şəraiti, iş şəraiti, sosial vəziyyəti daim  
diqqət mərkəzində olsun. Neft Daşlarının inkişafı bunu göstərir. Gələcəkdə daha da  
                                                                21 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
böyük işlər görüləcəkdir. Azərbaycan öz neft-qaz potensialının gücləndirilməsi üçün 
daha da böyük işlər görəcəkdir.  
         Dünyada  sənaye  üsulu  ilə  ilk  neft  Azərbaycanda  hasil  edilmişdir,  dənizdə  ilk 
neft Azərbaycanda hasil edilmişdir. Bu gün müstəqil Azərbaycan neft-qaz sahəsində 
yenə  də  öndə  gedən  ölkələrin  sırasındadır.  Bu  gün  dünyada  enerji  təhlükəsizliyi 
məsələləri  qaldırılanda,  ilk  növbədə  Azərbaycan  haqqında  söhbət  aparılır.  Məhz 
Azərbaycan  neftçiləri  tərəfindən  yaradılmış  bu  sərvət  bu  gün  ölkəmizin  müstəqil 
ölkə kimi yaşamasına şərait yaradır. 
          Azərbaycan  öz  neft-qaz  potensialını  çox  böyük  məharətlə  və  müdrikliklə 
realizə edir. Həm 1970-1980-ci illərdə, həm İkinci Dünya müharibəsi illərində, həm 
bu  gün  müstəqillik  dövründə  Azərbaycan  nefti  həmişə  olduğu  kimi,  Azərbaycan 
xalqının  rifah  halının,  Azərbaycan  dövlətinin  inkişafı  naminə  öz  rolunu  oynayır. 
İkinci Dünya müharibəsi zamanı Azərbaycan nefti olmasaydı, müharibənin nəticələri 
tam  başqa  ola  bilərdi.  Faşizm  üzərində  qələbədə  Azərbaycan  neftinin,  Azərbaycan 
neftçilərinin  müstəsna  xidmətləri  vardır.  Ondan  sonrakı  illərdə  neft  sənayesində,  o 
cümlədən Neft Daşlarında aparılan işlər yeni layihələrin inkişafına təkan vermişdir. 
Əgər  vaxtilə  Neft  Daşlarında  Azərbaycan  neftçiləri  ağır,  çətin  şəraitdə  böyük 
qəhrəmanlıq göstərərək işlərə başlamasaydılar, ondan sonrakı layihələr ya gecikə, ya 
ümumiyyətlə  həll  olunmamış  qala  bilərdi.  Bu  gün  Azərbaycanın  neft-qaz 
potensialının əksəriyyətini təşkil edən "Azəri-Çıraq-Günəşli" yataqlarının kəşfiyyatı 
və işlənilməsi məhz 60 il bundan əvvəl burada qoyulan təməl üzərində reallaşır.  
          1970-1980-ci  illərdə  ulu  öndər  Heydər  Əliyevin  təşəbbüsü  ilə  Azərbaycanda 
neft  sənayesinin  inkişafı  istiqamətində  çox  əlamətdar  və  tarixi  əhəmiyyət  daşıyan 
addımlar  atıldı.  Bu  filmdə  onların  bir  hissəsi göstərildi.  Əgər  dərin  özüllər  zavodu 
tikilməsəydi, "Əsrin kontraktı"nın icrası bir neçə il yubana bilərdi. Yaxud da "Əsrin 
kontraktı"nda təsdiq edilmiş şərtlər bizim üçün daha da ağır ola bilərdi. Əgər bizim 
çox  inkişaf  etmiş  neft  infrastrukturumuz,  xüsusi  gəmilərimiz və platformalarımız  
22 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə