Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə9/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   5   6   7   8   9   10   11   12   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
qoyulmuşdur  ki,  Azərbaycan  Dövlət  Neft  Şirkəti  dünya  miqyasında  beynəlxalq  və 
aparıcı  şirkətlərin  birinə  çevrilsin.  Bu  istiqamətdə  vacib  addımlar  atılır.  Artıq 
Azərbaycan  Dövlət  Neft  Şirkəti  öz  imkanları,  həm  maliyyə,  həm  texniki  imkanları 
hesabına  kəşfiyyat  işləri  aparır.  "Ümid"  yatağında  qazma  işləri  başlanmışdır. 
"Babək"  yatağında  eyni  dərəcədə  qazma  işləri  aparılmalıdır.  Əgər  o  qazma  işləri 
uğurla  nəticələnsə,  -  biz buna inanırıq,  -  Azərbaycanın neft-qaz  potensialı daha  da 
artacaqdır.  
          Azərbaycan  Dövlət  Neft  Şirkəti  artıq  xarici  ölkələrə  böyük  investisiyalar 
qoyur.  Həm  bölgə  ölkələrində,  həm  Avropanın  mərkəzində.  Eyni  zamanda,  Uzaq 
Şərqdə  Azərbaycan  Neft  Şirkətinin  nümayəndəlikləri  vardır  və  bu  proses  davam 
edir.  Yəni,  qlobal,  transmilli,  ancaq,  eyni  zamanda,  milli  və  dövlət  şirkəti  olan 
Azərbaycan Dövlət Neft Şirkəti dünya miqyasında neft şirkətləri arasında reytinqdə 
yaxşı  yerlərdədir.  Azərbaycan  Dövlət  Neft  Şirkətinin  gücləndirilməsi  həm 
Azərbaycanın  maraqlarına  cavab  verir,  həm  də  Azərbaycanda  neft-qaz  sənayesinin 
inkişafı, sosial məsələlərin həlli üçün çox vacibdir.  
              Son bir neçə il ərzində Dövlət Neft Şirkəti tərəfindən bölgələrdə doqquz ən 
müasir  diaqnostika-müalicə  mərkəzləri  tikilmişdir, beş-altısı  da  tikilməkdədir. Həm 
sosial yük, həm iqtisadi yük, həm xaricdə investisiyalar, yəni bu, doğrudan da böyük 
işlərdir.  Bu,  bir  daha  Azərbaycanın  inkişafını  göstərir.  Biz  həm  gündəlik  həyatda, 
həm uzunmüddətli strategiyamızda bir məqsədi qarşımıza qoymuşuq: Azərbaycanın 
güclənməsi, 
Azərbaycanın 
dövlət 
müstəqilliyinin 
möhkəmləndirilməsi, 
Azərbaycanın  iqtisadi  potensialının  gücləndirilməsi,  Azərbaycan  xalqının  daha  da 
yaxşı yaşaması. Qısaca desəm, əsas istiqamətlər bunlardır. Bu yolda bütün addımlar 
Azərbaycanın maraqlarına cavab verir, bütün qərarlar vaxtında icra edilir. Belə olan 
halda Azərbaycanın inkişafı uzunmüddətli və dayanıqlı olacaqdır.  
              Bax,  2009-cu  il  bütün  ölkələr  üçün  bir  sınaq  ili  idi.  2009-cu  ilə  qədər 
mənzərə o qədər də aydın deyildi, kim nəyə qadirdir. Məhz ən ağır, ən çətin sınaq  ili  
29 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
olan  2009-cu  ildə  Azərbaycan  göstərdi  ki,  dünyada  nadir  ölkələrdəndir. 
Azərbaycanda  iqtisadiyyat,  sənaye  istehsalı,  kənd  təsərrüfatı  artır,  milli  valyuta 
sabitdir, inflyasiya iki faizdir. Budur görülən işlərin nəticəsi.  
              Bu gün bu gözəl yubiley bayramında bir daha bu məsələyə toxunmaq, hesab 
edirəm  ki, lazımdır. Çünki bir  daha  qayıdıram  əsas  məsələyə  -  bizim  uğurlarımızın 
təməlində  neftçilərin  zəhməti  dayanır.  Neft  sənayesi  uzun  illər  bundan  sonra 
Azərbaycanın  uğurlu  inkişafını  təmin  edəcəkdir.  Biz  istəyirik  və  nail  oluruq  ki, 
qeyri-neft sektoru inkişaf etsin. Ancaq qeyri-neft sektoru hələ on il, iyirmi il bundan  
sonra da neft sənayesinin yerini verə bilməz. Biz bundan sonra da neft sənayesinin 
inkişafı  üçün  əlimizdən  gələni  edəcəyik  və  Azərbaycan  neftçilərinin  bütün 
problemlərinin həlli üçün öz sözümüzü deyəcəyik, lazımi tədbirlərimizi görəcəyik.  
              Bu gün burada nümayiş etdirilən filmdə çox maraqlı kadrlar göstərildi, eyni 
zamanda, o cümlədən 5 il bundan əvvəlki görüşümüzün bəzi görüntüləri göstərildi. 
Mənim  sözlərim  göstərildi.  Mən  demişəm  ki,  həyatımın  müəyyən  hissəsi 
Azərbaycan  Dövlət  Neft  Şirkətində  keçibdir.  Mənim  üçün  bu,  çox  əzizdir,  bu, 
təcrübə  üçün  çox  dəyərlidir.  O  sözləri  mən  bu  gün  də  təkrarlaya  bilərəm.  Beş  il 
keçəndən sonra deyə bilərəm ki, 1994-2003-cü illərdə neft şirkətində keçirdiyim illər 
mənim  bugünkü  fəaliyyətim  üçün  də  çox  vacibdir.  Orada  əldə  edilmiş  təcrübə, 
neftçilərlə  bir  kollektivdə  olmağım  mənim  bu  gün  Prezident  kimi  fəaliyyətimdə  də 
çox vacib rol oynayır.  
             Beş  il  bundan  əvvəl  mən  Prezident  kimi  gənc  idim,  cəmi  bir  il  -  Prezident 
vəzifəsində idim. O vaxt əlbəttə, ancaq planlar haqqında, Azərbaycanın beş il sonra 
hansı  vəziyyətdə  olacağı  haqqında  bərabər  düşünürdük  və  planlar  cızırdıq.  Bu  il  - 
beş il keçəndən sonra mən çox böyük məmnuniyyət hissi ilə deyə bilərəm ki, beş il 
bundan  əvvəl,  6  il  bundan  əvvəl  nəzərdə  tutulmuş  bütün  planlar  reallaşıb. 
Baxmayaraq  ki,  bölgədə  həm  iqtisadi,  həm  siyasi  vəziyyət  bəzən  gərginləşirdi. 
Baxmayaraq  ki,  bölgəmizin  öz  xüsusiyyətləri vardır  və  bu  xüsusiyyətlər  həmişə 
30 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
mövcud  olacaqdır.  Biz  bu  bölgədə  yaşayırıq  və  bölgədə  gedən  prosesləri  yaxşı 
bilirik.  Bilirik  ki,  bu  xüsusiyyətlər  həmişə  olacaqdır.  Ancaq  biz  son  illər  ərzində 
müstəqil ölkə kimi özümüzü bir daha təsdiq etdik. Bir daha göstərdik ki, Azərbaycan 
müstəqil  ölkə  kimi  yaxşı  yaşaya  bilər,  öz  milli  maraqlarını  qoruya,  müdafiə  edə 
bilər. Azərbaycanın inkişafı üçün nə lazımdır, onu edəcəyik.  
              Mən  bu  əziz  gündə,  əziz  neftçilər  və  Azərbaycan  neft  sənayesinin  bütün 
işçiləri, bir daha sizi ürəkdən təbrik etmək istəyirəm, sizə öz dərin minnətdarlığımı 
bildirmək  istəyirəm.  Sizi  əmin  etmək  istəyirəm  ki,  mən  həmişə  sizinlə  olacağam. 
Mən sizin dəstəyinizi həmişə hiss edirəm. Əmin ola bilərsiniz ki, siz də hər zaman 
mənim  dəstəyimə  arxalana  bilərsiniz.  Bir  daha  bayramınız  mübarək  olsun,  sizə 
cansağlığı, yeni uğurlar arzulayıram.  
(Azərbaycan  Prezidenti  İlham  Əliyevin  nitqi  böyük  diqqətlə  dinlənildi  və  dəfələrlə 
gurultulu alqışlarla qarşılandı). 
AzərTAc 
Azərbaycan.- 2009. - 6 noyabr.- s. 1-2. 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                             31 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə