Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Neft Daşları Biblioqrafik vəsait



Yüklə 5,06 Kb.
Pdf görüntüsü
səhifə21/52
tarix26.05.2018
ölçüsü5,06 Kb.
#46045
1   ...   17   18   19   20   21   22   23   24   ...   52

------------------------------------------Neft Daşları------------------------------------------- 
 
50.4 mln tons of oil (together with gas condensate) and 23.7 bln m
3
 gas were 
produced  at  record  level  in  the  history  of  Azerbaijan  Respublic  in  2009.48.6  mln 
tons of oil and 23.5 bln m
3
 gas were produced from offshore fields, but 1,8 mln tons 
of  oil  and 0.2  bln  m
3
  gas  from  onshore  fields. In  2009 the  SOCAR  (in  partnership 
with onshore companies) produced 8.5 mln tons of oil and 6.9 bln m
3
 gas. Volume 
of oil refinery totaled to 6.03 mln tons in 2009. 
The  SOCAR  is  able  to  meet  the  demands  of  the  Republic  for  oil  and  oil-
chemisrty  products  and  export the  excess products, as  well. The  oil  industry  in  the 
Republic has adequate production capacity, well-developed service sector and great 
scientific  and  technical  potential.  It  has  a  highly-qualified  labor  force  capable  of 
solving numerous issues related to exploration, production and improving of oil and 
gas fields both onshore and offshore. The Socar has marine comprising crane ships, 
tankers,  pipe-laying  ships,  specialized  seacrafts  designed  for  seismic  survey  and 
prospecting as well  as passenger vessels.  
In the last years serious reforms  were conducted in the SOCAR and they are 
ongoing.  Therefore  its  organizational  structure  is  being  improved,  multi-step 
management procedure is being simplified and logistic system is promoted. Since 01 
January  2008  International  Accounting  Standards  have  been  used,SAP  system  is 
applied as one of up-to-date technologies in accounting and personnel arrangement 
and  works  are  ongoing  in  view  of  creation  and  development  of  new  oil,  oil-
chemistry  and  chemistry  complexes  outfitted  with  modern  technologies.  It  the 
SOCAR  was  attracting  foreign invesment  into local  oil-gas  industry  formerly,  now 
invests its capitalin foreign countries, including Turkey, Georgia, Ukraine, Moldova, 
Romania,  UK,  Switezerland,  Kazakhstan,  Iran  and  Singapure,  carries  on  proper 
negotiations in this line.   
 
 
                                                                80 


------------------------------------------Neft Daşları------------------------------------------- 
 
“Əsrin müqaviləsi” haqqında 
Əsrin müqaviləsi ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının 
inkişafı, firəvan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da  
möhkəmlənməsi üçün gözəl imkanlar yaradır və inanıram ki, XXI əsr müstəqil  
Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaqdır.  
Heydər Əliyev  
Xalqın  iradəsi,  çağırışı  və  təkidi  ilə  1993-cü  ildə  Heydər  Əliyevin 
hakimiyyətə  qayıdışı  Azərbaycanın  siyasi  və  iqtisadi  həyatında  taleyüklü 
dəyişikliklərin  başlanğıcını  qoydu.  Azərbaycanı  labüd  fəlakətdən  xilas  edən  dahi 
rəhbər Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı. 
Elə  ilk  günlərdən  ARDNŞ-in  birinci  vitse-prezidenti,  millət  vəkili  İlham  Əliyev 
danışıqlar prosesinə cəlb edildi, yeni neft strategiyasının hazırlanmasının və uğurla 
həyata  keçirilməsinin  ən  fəal  iştirakçılarından  oldu.  Onun  bütün  fəaliyyətinin 
mərkəzində  özünün  yığcam  şəkildə  ifadə  etdiyi  belə  bir  möhkəm  ideya  durur: 
"Bizim  məqsədimiz  təkcə  neft  hasil  etmək,  onu  nəql  etmək,  bundan  vəsait  əldə 
etməkdən  ibarət  deyildir.  Bizim  məqsədimiz  neftdən  gələn  bütün  mənfəətləri  həm 
siyasi,  həm  iqtisadi,  həm  də  başqa  mənfəətləri  Azərbaycan  xalqının  gələcək 
mənafeyinə,  rifahına  yönəltməkdən  ibarətdir".  Onun  iştirakçısı  olduğu  saysız-
hesabsız  görüş  və  danışıqlar  məhz  bu  deviz  altında  keçirilirdi.  Əlbəttə,  çətinlik  və 
maneələr də olurdu. "Əsrin müqaviləsi" ilə bağlı danışıqların 1994-cü ilin yazında və 
yayındakı  İstanbul  və  Hyustondakı  son  mərhələləri  xüsusilə  ağır  keçdi.  Bəzən 
böhran  anları  da  olur,  müəyyən  şərtlərin  qəbuledilməzliyi  ucbatından  danışıqlar 
dayandırılma məqamına çatırdı. Həmin anı İlham Əliyev belə xatırlayır: "Biz xarici 
şirkətlərə  deyirdik:  siz  ayrı-ayrı  şirkətlərin  maraqlarını  müdafiə  edirsiniz.  Biz  isə 
ölkənin  və  Azərbaycan  xalqının  maraqlarını  müdafiə  edirik. Əgər  siz  səhvə  yol  
                                                        81 


------------------------------------------Neft Daşları------------------------------------------- 
versəniz,  bu,  sizin  şirkətin  yalnız  bir  layihəsində  öz  əksini  tapacaq,  əgər  biz  səhv 
etsək,  bu  səhv  bütün  Azərbaycan  xalqının  mənafeyinə  xələl  gətirəcəkdir.  Başqa 
sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik". Bütün çətinliklərə baxmayaraq, 
müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı. 
          1994-cü  il  sentyabrın  20-də  Bakıda  Gülüstan  sarayında  Xəzərin  Azərbaycan 
sektorundakı  "Azəri",  "Çıraq",  "Günəşli"  yataqlarının  dərin  su  qatlarındakı  neftin 
birgə  işlənməsi  haqqında  "məhsulun  pay  bölgüsü"  tipli  müqavilə  imzalandı. 
Müqavilə  öz  tarixi,  siyasi  və  beynəlxalq  əhəmiyyətinə  görə  "Əsrin  müqaviləsi" 
adlanmış,  təxminən  400  səhifə  həcmində  və  4  dildə  öz  əksini  tapmışdıır.  “Əsrin 
müqaviləsi”ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, 
Türkiyə,  Norveç,  Yaponiya  və  Səudiyyə  Ərəbistanı)  13  ən  məşhur  neft  şirkəti 
(Amoko,  BP,  MakDermott,  Yunokal,  ARDNŞ,  LUKoyl,  Statoyl,  Ekson,  Türkiyə 
Petrolları,  Penzoyl,  İtoçu,  Remko,  Delta)  iştirak  etmişdir.  Bununla  da  "Yeni  neft 
strategiyası"  və  doktrinası  uğurla  həyata  keçirilməyə  başlandı.  "Əsrin  müqaviləsi" 
Azərbaycan  Respublikasının  Milli  Məclisi  tərəfindən  təsdiq  edildi  və  12  dekabr 
1994-cü  ildə  qüvvəyə  mindi.  İlk  dəfə  hesablanmış  çıxarılabilən  neft  ehtiyatı  511 
milyon  ton  olmuş,  sonralar  qiymətləndirici  quyuların  nəticələrinə  görə  bu  ehtiyat 
730 milyon tona çatmışdır və bununla əlaqədar yataqların işlənilməsinə tələb olunan 
sərmayə xərcləri 11,5 milyard ABŞ dolları qəbul edilmişdir; ümumi təmiz gəlirdən 
Azərbaycanın payına 80%, sərmayəçilərin payına 20% düşür.  
"Əsrin  müqaviləsi"nin  ilk  günlərindən  başlayaraq  Azərbaycan  Beynəlxalq 
Əməliyyat Şirkəti yaradıldı və təsdiq olunmuş vahid proqram üzrə ARDNŞ ilə birgə 
işlərə başlandı. Bu saziş sonradan dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə  30-dək 
sazişin  imzalanması  üçün  yol  açdı.  "Əsrin  müqaviləsi"  həm  karbohidrogen 
ehtiyatlarının  miqdarına,  həm  də  qoyulan  sərmayələrin  həcminə  görə  dünyada 
bağlanan  ən  iri  sazişlər  siyahısına  daxil  olmuşdur. İmzalanmış neft sazişləri üzrə 
                                                          82 


Yüklə 5,06 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə