Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi



Yüklə 69,25 Kb.
tarix17.11.2017
ölçüsü69,25 Kb.
#10707

http://cdn.trend.az/pictures/2009/11/17/azerbaijan_171109.jpg
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

metodiki İşlərin Təşkili Şöbəsi

Milli Dirçəliş Günü

(metodik vəsait)

2015
http://gdb.rferl.org/5fbc86ac-48e4-47d6-bb51-a6d7154498f7_mw800_s.jpg

XX əsri sona vuraraq, 2000-ci ilə gedərək qü- rur hissi ilə deyə bilərəm ki, həyatımızın nə qədər çətin, faciəli bir dövrünü yaşadıqsa, eyni zamanda ölkəmizin dirçəlişini, inkişafını, daha da gözəl gələcəyini təmin edə bildik”.



Heydər Əliyev, ümummilli lider

I.1988-ci ilin ilk günlərində Ermənistanın Azərbaycana qarşı açıq təcavüzü başlanmışdı. Moskvanın, xüsusən də SSRİ-nin rəhbəri M.Qorbaçovun buna biganə münasibətini görən ermənilər planlı şəkildə, Ermənistan hökumətinin tapşırığı və göstərişilə Ermənistanda yaşayan 200 mindən çox azərbaycanlını öz ata-baba yurdlarından kütləvi surətdə qovmuşdular. Ermənilər azərbaycanlıları təkcə öz ev-eşiklərindən qovmayırdılar, həm də onları cismən öldürmüş, diri-diri yandırmışdılar. Ermənilərin tarixdə görünməmiş bu vandalizminə M.Qorbaçov və onun ətrafı heç bir reaksiya verməmişdilər. Ermənilər bununla da kifayətlənməmiş, 1988-ci il fevral ayının əvvəllərində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində ixtişaşlar törətmişdilər. Onlar Azərbaycanın tarixi torpağı olan Dağlıq Qarabağın Azərbaycandan qoparılıb Ermənistana birləşdirməsi haqqında məsələ qaldırmışdılar. Belə bir vaxtda Azərbaycan xalqı ayağa qalxmış, xalq öz etirazını şəkildə rəhbərliyə bildirmiş, respublikanın hər yerindən insanlar axın-axın Bakıya gəlir, Azadlıq meydanına (o vaxt V.İ.Lenin adını daşıyırdı) topla- şır, ermənilərin və Sovet hökumətinin belə münasibətinə qarşı mitinqlər ke- çirir, öz etirazlarını bildirirdilər. 1988-ci ilin noyabrın 17-də Bakının əsas meydanı sayılan Azadlıq meydanında Sovet dövlətinin xalqımıza qar- şı apardığı antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq Azərbaycan ictimaiyyətinin sonu bilinməyən mitinqi başlanmışdı. O, vaxt bütün xalq bir yumruq kimi düyünlənmişdi. Bu, əsl xalq hərəkatı, milli azadlıq hərəkatı idi. Dekabrın əvvəllərində sovet qo- şunları tərəfindən ümumxalq mitinqi dağıdılmışdı. 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.



II. Milli Dirçəliş Günü ilə əlaqədar keçiriləcək tədbirlər.

Xalqımız keşməkeşli mübarizələr və qurbanlarla dolu tarixi bir yol keçmişdir. Bunların hamısının bir məqsədi, bir məramı olmuşdur: azadlıq, müstəqillik, xalq iradəsinin sərbəstliyi. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Ona görə də XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır. Azərbaycan Respublikasının Milli Dirçəliş Günü münasibəti ilə respublikamızın hər yerində olduğu kimi, kitabxanalarda, ümumtəhsil məktəblərində, muzeylərdə və s. yerlərdə bir sıra silsilə tədbirlərin keçirilməs məqsədə uyğundur. Dirçəlişimizlə, müstəqilliyimizlə bağlı ilk növbədə sərgi, kitab icmallarını, oxucu konfranslarını şeir, ədəbi-bədii kompozisiyaları və s. daxil etmək olar. İlk növbədə kitabxanalarda Milli Dirçəliş Günü ilə bağlı sərginin tərtib olunması vacibdir. Sərgidə Milli Dirçəliş Günü və Azərbaycan Respublikasının dövlət müstəqilliyi ilə bağlı nəşr olunan kitabları, proşuraları, dövrü mətbuatda çap olunan qəzet və jurnalları nümayiş etdirmək olar. Sərgilərə müxtəlif başlıqlar vermək olar. Məsələn: “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru”, “Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol”, “Milli dirçəlişin müəllifi Heydər Əliyev”, “17 noyabr – milli şüurun yüksəliş günü”, “Milli dirçəliş günü xalqın kükrəyən qəzəbi”, “Dirçəliş günün mübarək Azərbaycan”, “Dirçəlişimiz, müstəqilliyimiz milli sərvətimizdir”, “17 noyabr Milli Dirçəliş Günüdür”, “Ən böyük nailiyyətimiz əbədi dirçəlişimiz, müstəqilliyimizdir”, “17 noyabr – İnqilab, oyanış bayramıdır”, “Milli dirçəlişdən qüdrətli dövlətçiliyə doğru”, “17 noyabr –milli şüurun yüksəliş günü” və s. İndi isə“Drçəlişimiz, müstəqilliyimiz milli sərvətimizdir”adlı sərginin sxemini nümunə üçün veririk: 1. Başlıq: Drçəlişimiz, müstəqilliyimiz milli sərvətimizdir”. 2. Azərbaycan Respublikasının üçrəngli bayrağı. 3. Milli Dirçəliş Günü ilə bağlı görkəmli insanların söylədikləri sitatlar. 4. Dirçəliş Günü ilə bağlı nəşr olunmuş kitabların nümayişi. 5.Azərbaycan bayrağı. 6. M.Mərdanov, Ə.Quliyev. Azərbaycan Respublikasının dövlət rəmzləri. 7. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. I cild. 8. Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. II cild. 9. Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar. 10. Azərbaycan Demokratik Respublikası Dövründə Ədəbiyyat. 11. Dövrü mətbuatdan materiallar. Sitatlar: 1.“Azərbaycan xalqı birləşməli öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. “Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır...” “17 noyabr 1990-cı il Milli Dirçəliş Günü Azərbaycan dövlətçiliyinin, milli dövlət rəmzləri tariximizin dönüş nöqtələrindən biri kimi tarixi yaddaşımıza əbədi daxil olub.” “Xalqımın dirçəlişi ilə əldə olunan Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaqdır, sarsılmaz olacaqdır, dönməz olacaqdır!” “Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır.” “Azərbaycanın dövlət müstəqilliyi tarixi hadisədir, Azərbaycan xalqının tarixi nailiyyətidir. Azərbaycanın dövlət müstəqilliyi dönməzdir, əbədidir və bizim borcumuz dövlət müstəqilliyini, əldə etdiyimiz milli azadlığı daim qoruyub saxlamaqdır.”

Ümummilli lider Heydər Əliyev.

Kitabxanada keçiriləcək kütləvi tədbirlərin ən canlı və maraqlısı sual-cavab gecəsi və viktorinalardır. Sual-cavab gecələri və viktorinalar canlı söhbət və müsahibə şəklində keçirilir. Bu da oxucuları maraqlandıran sualların aydınlaşdırılmasına xidmət edir. Suallar və cavablar: 1. Niyə 17 noyabr ölkəmizdə “Dirçəliş Günü” kimi qeyd olunur? Cavab: Çünki 1988-ci il noyabr ayında Azərbaycanın müstəqillik yolunda yürüşü başlanmışdı və xalqımız bu günü Milli Dirçəliş Günü kimi qeyd edir. 2. Xalqımız nə üçün bu hərəkata Dirçəliş adını verdi? Cavab: Çünki məhz 17 noyabr hadisələrində birinci dəfə olaraq xalqın açıq şəkildə bir məqsəd ətrafında birləşməsi prosesi getdi və xalq bu hadisəyə “dirçəliş” adını verdi. 3. 1988- ci il 17 noyabrda hansı hadisə xalqın qəzəbini gücləndirib oyanışa səbəb oldu? Cavab: Ermənilərin Dağlıq Qarabağda özbaşınalığı – tarixin yadigarı olan Topxana meşəsinin qırılması oldu. 4. Azərbaycan bayrağı ilk dəfə neçənci ildə yaradılıb? 1918-ci ildə 28 may. 5. Azərbaycan Respublikasının Dövlət Bayrağının üzərində hansı təsvirlər vardır? Cavab: Bayrağın ortasında ağ rəngli aypara və səkkizguşəli ulduz vardır. 6. Bayrağın üzərində hansı rənglər var və bu rənglər nəyi ifadə edir? Cavab: Azərbaycan bayrağının yuxarı hissəsində mavi zolaq, aşağı hissəsində yaşıl zolaq, orta hissəsində isə qırmızı zolaq vardır. Bu rənglər ayrı-ayrılıqda hər biri bir məna ifadə edir. Mavi rəng-Azərbaycan xalqının türk mənşəli olmasını, türkçülük ideyası ilə bağlıdır. Qırmızı rəng-müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf 11 etdirmək, bir sözlə müasirləşməni ifadə edir. Yaşıl rəng-islam sivilizasiyasına, islam dininə mənsubluğu ifadə edir. 7. Azərbaycan Dövlət Himninin musiqisi və sözləri kimə aiddir? Cavab: Azərbaycan Dövlət Himninin musiqisi Üzeyir Hacıbəyov, sözləri Əhməd Cavada aiddir. 8. Dövlət bayrağı günü nə vaxtdan elan olunub? Cavab: 9 noyabr 2010-cu il. 9. Demokratiya nədir və demokratiya deyəndə nəyi başa düşürsünüz? Cavab: Demokratiya deyəndə, azad adamlar cəmiyyəti, azadlığı seçmiş insanların toplumu nəzərdə tutulur. 10. “Azadlıq” sözünü necə başa düşürsünüz? Cavab: “Azadlıq” deyəndə azadlıq, güclülük, möhkəmlik, öz sözünü azad, sərbəst söyləmək başa düşülür. 11. Azərbaycanın gerbi haqqında nə bilirsiniz? Cavab: Azərbaycanın gerbi bayraq ilə bərabər bizim dövlət müstəqilliyimizi təmsil edən atributdu.



Kitabxanalarda Milli Dirçəliş günü ilə bağlı kitabxanaçı oxucularla söhbət apara bilər. Bildiyimiz kimi kitabxana bilik məbədgahıdır, kitab və ədəbiyyat isə tərbiyə işində böyük qüvvədir. Milli Dirçəlişimizin təbliği, izahı və öyrədilməsində kitabxanaların özlərinə məxsus spesifik imkanları vardır. Yəni başqa sözlə desək, kitabxanalar kitabın tərbiyəvi rolundan geniş və hərtərəfli, məqsədyönlü istifadə etməklə, təhsil müəssisələri ilə birlikdə Milli Dirçəlişimizin təbliği və öyrənilməsi işində yaxından iştirak etməlidir. Yeniyetmələrin, gənc oğlan və qızların düşünmək və öyrənmək qabiliyyətini fəallaşdırmaq üçün hansı iş üsulundan istifadə edilirsə edilsin kitabxananın apardığı söhbət aparıcı rol oynayır. Bu gün aparılan tərbiyə işinin əsas qayəsi müstəqil, demokratik, hüquqi dövlət qurmağa qadir olan və həmin cəmiyyətdə yaşayacaq gənclər yetişdirməkdir. Bu tərbiyə sisteminin əsas tərkib hissələrindən biri də vətənpərvərlik tərbiyəsidir. Kitabxanaçı “dirçəliş, müstəqillik, vətəndaşlıq” anlayışı ilə yanaşı “vətənpərvərlik” anlayışı haqqında da geniş məlumat verməlidir.Məktəblilərin, gənclərin vahid məqsəddə birləşməsinə kömək edir. Bu gün xüsusilə məktəblilərdə, gənclərdə Vətənə məhəbbət və vətənpərvərlik hissini inkişaf etdirmək daha vacibdir. Məhz bu məqsədlə kitabxanaçı uşaqlara, məktəblilərə, yeniyetmələrə öyrətməlidir ki, 17 noyabr hadisələrində xalqımızın göstərdiyi vətənpərvərlik onların vətənə sevgisindən doğur. Oxucularımızın Milli Dirçəliş Günü haqqında olan fikirlərini öyrənmək məqsədilə anket sorğularının keçirilməsi məqsədəuyğundur. Bunu nəzərə alaraq hazırladığımız sorğunu sizə təqdim edirik. 1. Milli Dirçəliş gününün yaranma tarixi haqqında məlumatınız varmı?  Bəli 18  Xeyir 2. Milli Dirçəliş hərəkatı niyə başladı?  _______________________________________________________________ 3. Milli Dirçəliş Günü haqda şeir bilirsinizmi?  Bəli  Xeyir 4. Azərbaycanımızı necə görmək istərdiniz?  ____________________________________________________________ 5. Vətən mövzusunda yazan şairlərdən kimləri tanıyırsınız?  ____________________________________________________________ 6. Vətən haqqında bayatı, atalar sözü bilirsinizmi?  Bəli  Xeyir 7. Azərbaycan Respublikasının Dövlət Rəmzlərini söyləyin.  ___________________________________________________________ 8. Milli Dirçəlişimizin müəllifi kimdir?  ___________________________________________________________ 9. Bu il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin neçə yaşı tamam olur?  ___________________________________________________________ 10. Dövlət bayrağı günü nə vaxtdan elan olunub?  ___________________________________________________________

Kitabxanalarda yuxarı sinif şagirdlərinin iştirakı ilə “Azərbaycan dövlətinin müstəqilliyi əbədidir” konfrans da təşkil etmək olar. Konfransdan öncə onun proqramı tərtib olunmalı, konfransın keçiriləcəyi dəqiq vaxt müəyyən olunmalıdır. Proqramda konfransda çıxış edəcək qonaqların, müəllimlərin və şagirdlərin adları, onların çıxış edəcəkləri mövzular, tədbirin keçiriləcəyi məkan və zaman qeyd olunur. Konfrans zamanı Milli Dirçəlişimizlə bağlı kitabxana rəhbərliyi, müəllimələrin, oxucuların çıxışları dinlənilir. Oxucu konfransının planını sizə təqdim edirik: 1. Giriş hissə (Milli Dirçəlişimiz haqqında məruzə) 2. 17 noyabr Milli Dirçəliş Günü haqqında kitabxana rəhbərliyinin, müəllim, yazıçı və şairlərin çıxışları. 3.Yuxarı sinif şagirdlərindən ibarət olan oxucuların məruzələri. 4. Konfransın yekunu. Gənc oxucularımızın, məktəblilərin Milli Dirçəliş Günü haqqında ideya və maraqlarını öyrənmək məqsədilə dəyirmi masanın keçirilməsi də məqsədəuyğundur. Tədbirdə müəllimələr, yazarlar, şairlərin iştirakı vacibdir. Dəyirmi masa da iştirakçıların məruzələri dinlənilir. Bundan başqa gənclərimizin öz ideyaları, gələcək planları barədə çıxışlarda da yer ala bilər və fikirlər müzakirə oluna bilər. Hər bir tədbir iştirakçıları dinlənildikdən sonra, onlara oxucular tərəfindən suallar verilir və iştirakçılar verilən suallara açıqlıq gətirirlər. Kitabxanalarda keçirilən silsilə tədbirlərdən biri də kitab icmalıdır. Kitab icmalının keçirilməsində məqsədimiz oxucular arasında dirçəlişimizlə, müstəqilliyimizlə bağlı nəşr olunan bir çox kitabların icmalını keçirməkdir. Məsələn, belə kitabların bir neçəsini misal gətirmək olar. Məktəblilər üçün müəllifi Misir Mərdanov və Əsgər Quliyev olan “Azərbaycan Respublikasının Dövlət Rəmzləri” adlı kitabın icmalını keçirmək olar. Kitab Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında” Sərəncam əsasında hazırlanmışdır. Bu əsərdə ilk dəfə olaraq sistem halında müstəqil Azərbaycanın dövlət rəmzlərinin (bayraq, gerb, himn) yaranması tarixi izlənilir, milli rəmzlərin bərpası və qəbulu yolunda ümummilli lider Heydər Əliyevin müstəsna rolu göstərilir, üçrəngli bayraq və gerbdə əks olunan simvolların məna və funksiyası ilkin mənbələr əsasında araşdırılır, milli himnimizin təkamülü və ideya-məzmun xüsusiyyətləri tarixi planda təhlil edilir, nəhayət dövlət rəmzlərimiz Azərbaycan Xalq Cümhuriyyətindən (1918-1920-ci illər) bizə miras qalan tarixi milli-mənəvi dəyərlər kimi qiymətləndirilir. Kitab təhsil işçiləri, mədəniyyət işçiləri, müəllimlər, politoloqlar, diplomatlar, hüquqşünaslar, dövlət quruculuğu ilə məşğul olan mütəxəsislər, elmi ictimaiyyət və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Kitabxanada keçiriləcək tədbirlərin ən maraqlısı ədəbi-bədii gecədir. “Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol” adlı ədəbi bədii gecəninin ssenarisini sizə təqdim edirik. Tədbir Azərbaycanın Dövlət himni ilə başlayır. Səhnəyə üçrəngli Azərbaycan bayrağı gətirilir. Səhnə bayram əhval-ruhiyyəsi ilə bəzədilir. Bir çox sitatlar səhnənin divarından asılır. Məsələn: “Milli dirçəliş günü”, “Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol”, “17 noyabr İnqilab, oyanış bayramıdır”,, “Milli dirçəlişin müəllifi Heydər Əliyev”, “17 noyabr milli şüurun yüksəliş günü” ,“Müstəqillliyimiz əbədidir”, “Bir daha yüksələn bayraq, bir daha enməz” və s. Tədbirin birinci hissəsində iştirakçılara Milli Dirçəlişimizdən bəhs edən slayd təqdim olunur. Səhnəyə aparıcılar daxil olur: I Aparıcı: Əziz və hörmətli qonaqlar! Hamınızı bu əziz bayramda xoş gördük. Bildiyiniz kimi, xalqımız keşməkeşlı mübarizələr dolu tarixi bir yol keçmişdir. Bunların hamısının bir məqsədi, bir məramı olmuşdur: azadlıq, müstəqillik. Dirçəliş oyanışdı, yenidən yaranmaq, dünyaya təzədən gəlməkdi. Sözün hər mənasında dirçəliş mübarizə aparmaq və özünü təsdiq etməkdi. Elə bizim xalqın da Milli Dirçəliş günü onun özünü təsdiqi idi. I Oxucu: Dirçəliş günümüz gəldi nəhayət, Xalqımın arzusu güldü nəhayət. Parladı köksündə olan cəsarət, Onun dərdi, qəmi azalan oldu. II Oxucu: Dirçəliş günümüz – azadlığımız, Ondadır hər arzu, hər şadlığımız. O gün təkrar oldu fərhadlığımız, Dağların sinəsi qazılan oldu. I Oxucu: Dirçəliş günümüz – səadətimiz, O gün – xilaskara məhəbbətimiz. O gün qalib gəldi ədalətimiz, Eşqimiz tarixə yazılan oldu. II Oxucu: Çiçəklər bürüdü o gün düzləri, Sevgilər bəzədi qəmli gözləri. O gün sevdalanıb göy ulduzları Bizim yolumuza düzülən old. II Oxucu: Dirçəliş günümüz – səadətimiz, Dirçəliş günümüz - ədalətimiz. Oldu nəsillərə əmanətimiz – Bütün könüllərə yazılan oldu. II Aparıcı: 1988-ci il noyabrın 17-də Azərbaycan xalqı ona edilən ədalətsizliyə qarşı yumruq kimi birləşmək qüdrətində olduğunu sübut etdi. İndi Azadlıq adlanan paytaxtın baş meydanında həmin gün bir milyondan artıq soydaşımız Azərbaycanın ərazi bütövlüyünün qəsdinə duranlara qarşı etiraz səsini ucaltdı. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Ona görə də XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik ərazi 21 bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır. Bu dövr ərzində nə qədər ağır sınaqlardan keçdik. XX yüzilliyin sonuna yaxın qarşılaşdığımız problemlər bəlkə də o sınaqların ən məsuliyyətlisi idi. Çünki, burada söhbət ayrı-ayrı şəxslərin deyil, bütöv bir millətin taleyindən, azad və müstəqil yaşaya bilməsindən gedirdi. (Səhnəyə, musiqi sədaları altında iki oxucu daxil olur,Məmməd Arazın “Ayağa dur Azərbaycan!” adlı şeirini söyləyirlər) I oxucu: Nə yatmısan, qoca vulkan, səninləyəm! Ayağa dur, Azərbaycan, səninləyəm! Səndən qeyri biz hər şeyi bölə billik! Səndən qeyri biz hamımız ölə billik! Bu, Şəhriyar harayıdı, Bu, Bəxtiyar harayıdı! Hanı sənin tufan yıxan, Gurşad boğan yurda oğul oğulların! Qara Çoban, Dəli Domrul oğulların. Çək sinənə-qayaları yamaq elə, Haqq yolunu ayağına dolaq elə, Bayrağını Xəzər boyda bayraq elə, Enməzliyə qalxmış olan bayrağını! Azərbaycan, Azərbaycan, Azərbaycan bayrağını! II oxucu: Ayağa dur, Azərbaycan! Bunu bizə zaman deyir, Məzarından baş qaldıran baban deyir! Nər oğlu nər, səninləyəm! Səninləyəm, silah tutan, Külüng tutan, yaba tutan, Kösöy tutan, nişanlı ər, səninləyəm! Səninləyəm, qız atası, Hanı nərən, hanı səsin! Hanı andın! Yoxsa sən də yatmışlara, batmışlara, Qeytətini satmışlara xırdalandın!!! Gözünü sil, Vətən oğlu, ayağa qalx! Üfüqünə bir yaxşı bax. 22 Sərhəddinə bir yaxşı bax. Sərhəddinin kəməndinə bir yaxşı bax! Dur, içindən qorxunu boğ, Ölümünlə, qalımını ayırd elə. Dur, içindən qorxağı qov, Dur, özünü Bozqurd elə! I oxucu: Səninləyəm, haqq-ədalət, səninləyəm, Milli qürur, milli qeyrət, səninləyəm! Səpil quma, göyər yerdə, bit qayada, Gizli nifrət, açıq nifrət, səninləyəm, Oyat bizi, ey yaradan, səninləyəm! Ya birmərrə yatırt bizi, Ya birmərrə oyat bizi, Ya yenidən yarat bizi, Ey yaradan, səninləyəm, Səninləyəm, yatmış vulkan, Səninləyəm! Ayağa dur, Azərbaycan, Səninləyəm! İfaçılar alqış sədaları altında səhnədən ayrılırlar. Səhnəyə iki nəfər oxucu çıxır. Onlar “Azadlıq nədir, ana” (müəllifi bilinmir) şeirində biri ananın, o biri isə uşağın sözlərini söyləyir. Ana: Bir gün balaca qızım Bir sual verdi mənə Uşaq: Azadlıq nədir, ana, Xeyri nədir insana? Müəllimim tövsiyyə Eyləyir dönə - dönə. Ana: Qızım, azadlıq Haqdan gələn bir səsdir, Sinə dolu nəfəsdir. O sudur, o havadır, O olmasa ölərik, O elə günəşdir ki, Sönsə buza dönərik. O gül – çiçək ətirli Xəzansız bağça – bağdır, Üstündə gəzdiyimiz 23 Bu qaraca torpaqdır. O elə bir nemətdir, Heç vaxt müftə verilməz. O qurbanla alınar. Onun nur mayasında Şəhidlərin qanı var. I Aparıcı: Azərbaycanın zəngin tarixi keçmişi, Şərq və Qərb dəyərlərini öz mentalitetində əks etdirməsi, əlverişli geosiyasi mövqeyi, zəngin təbii ehtiyatlara malik olması xalqımıza firavan və təhlükəsiz yaşamaq haqqı verir. Bu haqqa həmişəlik sahib olmaq üçün ölkə daxilində siyasi sabitliyi qorumaq və milli həmrəyliyi təmin etmək lazımdır. Bütün bunlar isə hər bir Azərbaycan vətəndaşının siyasi yetkinlik nümayiş etdirməsi sayəsində mümkündür. Bu, bizim tariximizdir və nə tariximizi, nə də onu yazan liderlərimizin xidmətlərini unutmağa haqqımız yoxdur. Tarixini unudan xalqı tarix unudur. Azərbaycanın bu günü göstərir ki, bu xalq tarixini unutmayıb. Ən azı ona görə ki, gündən – günə güclənən və möhkəmlənən Azərbaycan məhz Heydər Əliyevin yolu ilə irəliləyir. Bu yolu isə, təbii ki, xalq seçib! İndi isə gəlin məktəbli oxucumuzun ifasında müəllifi Allahverdi Tağızadə olan “Azərbaycan” şeirini dinləyək: I Oxucu: Göz açıb dünyaya gəldiyim gündən, Ömrümü adına bağlamışam mən. Sənsiz mən kiməm ki, vətən, ay vətən, Ay arzum, diləyim, ruhum, vicdanım Könlümün sevinci azərbaycanım. II Oxucu: Sən varsan, ömrüm də güllü bahardır, Mənə hər addımda taleyim yardır. Sənsiz yerişim də müşkül olardı Sənsən üfüqlərdə şəfəqim, danım, Hər qumu bir inci Azərbaycanım! III Oxucu: Nə çoxdur dünyada ellər, obalar, Hər elin öz adı, öz ünvanı var, Övlada can deyən anası olar, Qoysana adını hər yerdə anım, Həmişə birinci Azərbaycanım! IV Oxucu: Qara daşa dəyməz gövhərim sənsiz, Bu geniş dünyada yox yerim sənsiz, Bir gün dara düşsəm, de görüm, sənsiz Hikmət döyüşündə necə dayanım, Sözümün qılıncı Azərbaycanım! II Aparıcı: Ümummillilider Heydər Əliyevin dediyi kimi müstəqilliyimizin əbədi və dönməz olması üçün həmrəylik böyük əhəmiyyət 24 daşıyır. Ona görə də hamımız birləşməliyik, hamımız milli həmrəylik, milli birlik hissi yaratmalıyıq. Milli deyəndə, ümumi Azərbaycan, ümumxalq məfhumunu göz önünə gətirməliyik. 17 noyabr bir daha göstərdi ki, bütün ciddi – cəhdlərə baxmayaraq, azad yaşamaq üçün xəlq olunmuş milləti müstəmləkə boyunduruğu altında saxlamaq qeyri mümkündür. Müstəmləkəçilərin azadlıq kimi ən ülvi amalı məhv etmək cəhdi yalnız keçici, müvəqqəti uğur qazana bilər. Tarmar olmuş sovet imperiyasının xarabalıqları üzərində qurulan müstəqil dövlətlər, azad yaşayan xalqlar bu tarixi həqiqəti sübuta yetirdilər. Azərbaycan xalqı üçün qoca tarixin salnaməsində 17 noyabr azadlıq hərəkatı tale hadisəsi kimi həmişəlik qalacaq. Çünki xalq azad həyatının başlanğıcını məhz o gündən götürmüşdü. I Aparıcı: Azərbaycan xalqının milli dirçəliş tarixi görkəmli dövlət Xadimi Heydər Əliyevin adı il bağlıdır. Bu böyük şəxsiyyət nəhəng imperiyanın çökməsini mahir siyasətçi zəkası ilə dərk edir, öz xalqını istiqlaliyyət yoluna istiqamətləndirirdi. 1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında çıxış edən Heydər Əliyev gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan etdi: “Azərbaycan xalqı birləşməli öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır.” Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır... Mən bu yoldan dönməyəcəyəm”. Heydər Əliyev bütün həyatı boyu bu müqəddəs amala sadiq qaldı, xalqın və Vətənin istiqlalı uğrunda fədakarlıqla mübarizə apardı. Naxçıvan Ali Məclisinin sədri olarkən o, cəsarətli və müdrik qərarlar qəbul etməklə Bakıda ali vəzifə kürsülərində oturan milli dönüklərə dərs verdi. Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız, muxtar respublikada dövlət bayrağı kimi ucaldıldı. Muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, Ali Sovet isə Ali Məclis adlandırıldı. Ali Məclis Azərbaycan rəhbərliyinə müraciət edərək Bakıda da analoji qərarlar qəbul olunmasını təklif etdi. Sonrakı hadisələr Heydər Əliyevin nə qədər uzaqgörən və müdrik siyasi xadim olduğunu parlaq surətdə təsdiqlədi. Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçildikdən sonra milli dirçəlişimiz yeni mərhələyə qədəm qoydu. Romantizm dolu xülyalardan təmizlənib reallığa, gerçəkliyə arxalandı. Xalqın təfəkküründə baş qaldıran təkamül prosesi sürətləndi. II Aparıcı: O zamankı SSRİ rəhbərliyinin xüsusən də onun başında duran Mixail Qorbaçovun məkrli qonşularımız ermənilərlə əlbir olub Dağlıq Qarabağı Azərbaycandan qopararaq Ermənistana birləşdirilməsi istiqamətində atdığı addımlar xalqın səbir 25 kasasını daşırmışdı. Həmin vaxt Ermənistanda yaşayan 200 mindən artıq azərbaycanlıya qarşı soyqırım törədildi, onlar öz döğma torpaqlarından deportasiya olundular. Ermənilər və onların havadarları ona görə qol – qanad açmışdılar ki, Azərbaycan xalqının təhlükəsizliyinin və inkişafının qarantı olan Heydər Əliyev 1987– ci ilin payızında SSRİ rəhbərliyindən və Siyasi Büronun üzvlüyündən uzaqlaşdırılmışdı. 80-cı illərin sonunda keçmiş SSRİ məkanında gedən proseslər Azərbaycan xalqının da milli özünüdərkinin inkişafına təkan vermişdi. Azərbaycan xalqı ona edilən ədalətsizliklərə qarşı etirazını bildirmək, öz haqq səsini ucaltmaq üçün küçələrə və meydanlara çıxmışdı. I Aparıcı: Müstəmləkə əsarətindən cana gəlmiş xalq isə hər şeyə qadir olduğunu göstərdi. Azərbaycanda meydan hərəkatı geniş vüsət aldı. Bu milli hərəkat xalqın dirçəlişiydi. 17 noyabr hadisələri milli azadlıq hərəkatımızı dirçəltdi və xalq özünü tanıdı. Xalqın mövcud rejimə və onun yerli rəhbərlərinə qarşı inamı tükənmişdi. Ona görə də küçə və meydanlara axışan xalqın içərisindən ayrı-ayrı adamlar irəli çıxıb etiraz dalğasına müəyyən istiqamət verirdilər. Rejimdən narazı yüz minlərlə insanların Azadlıq meydanına toplaşması laxlamaqda olan SSRİ-nin rəhbərlərini təşvişə salırdı. Noyabrın 17-sindən etibarən kulminasiya həddinə çatan etiraz dalğasını yerindəcə boğmaq üçün bütün vasitələr işə salınmışdı. SSSRİ DTK -sı xalq hərəkatını öz istədiyi səmtə yönəltmək, onu idarəolunmaz hala gətirmək üçün bütün vasitələrdən istifadə edirdi. Meydanı idarə edənlər arasına xüsusi agentlər, təfriqəçilər yeridilmişdi. Nəhayət, meydan hərəkatı dekabrın 5- də imperiya tanklarının müdaxiləsi ilə yatırıldı. Yüzlərlə insan zindanlara atıldı. Lakin xalq birdəfəlik oyandı, öz haqqını daha qətiyyətlə tələb etməyin yollarını aradı. Ona görə də noyabrın 17-sini Milli Dirçəliş günü kimi qeyd etməyə bütün Azərbaycan xalqının haqqı var. I Aparıcı: İndi isə gəlin balaca oxucularımızın müstəqilliyimiz, dirçəlişimiz, vətənimiz haqqında hazırladığı atalar sözlərni dinləyək: Uşaqlar səhnəyə çıxıb bildikləri atalar sözlərini söyləyib, bir–biri ilə deyişirlər.Aşağıda nümunə üçün atalar sözlərini veririk. El gücü – sel gücü. Xalq ilə ol, xalqdan olma. Vətənin bir qışı qürbətin yüz baharından yaxşıdır. Ölkə sahibsiz olmaz. Köçən yurdun qədrini düşən yurdda bilərlər. Xalq keçən körpüdən sən də keç. İgid oğul düşmənə əyilməz. 26 Dünya tükənər, düşmən tükənməz. El atan daşa güc çatmaz. Gözsüz yaşamaq olar, vətənsiz yox! El igidləri ilə tanınar. Xalq atan daş uzağa düşər. Qürbət görməyən adam Vətən nədir bilməz. II Aparıcı: Uşaqlar gəlin Vətən, Azadlıq, Müstəqillik mövzusunda yazılmış bayatıları məktəbli oxucularımızın ifasında dinləyək. I Oxucu: Burda yolum oldu tən, Varmı bu yoldan ötən? Bu dünyada şirin şey, Bir anadır, bir vətən. II Oxucu: Bu dağlara yol gedər, Yağış yağar, sel gedər. El–elə söykənməsə, Yurd dağılar, el gedər. III Oxucu: Yol vermə yada, Təbriz, El gedər bada, Təbriz. Sənin həsrətindəyəm, Can sənə fəda, Təbriz. IV Oxucu: Qürbətdə cana yetdim, Təng olub sana yetdim. Vətənə dönən günü Dinə, imana yetdim. I Oxucu: Araqçını yan qoydum, İçinə biyan qoydum. Vətənə kəc baxanın Ürəyinə qan qoydum. II Oxucu: Dağ başında qara bax, Üstün alan sara bax. Aləm cənnətə dönsə, Mənə xoşdur Qarabağ. III Oxucu: Yağı gəldi yanıma, Susamışdı qanıma, Döndüm qürbət ellərdən, Qüvvət gəldi canıma. IV Oxucu: Eləmi alçaq yağı, Silahın al, çax, yağı. Namərdə meydan verir, Namərddən alçaq yağı. I Oxucu: Mən aşiq xan sarayı, Bürüyüb qan sarayı. Şuşa o Şuşa deyil, Dağılıb Xan sarayı. 27 II Oxucu: Aşıq bağrı qan ağlar, Cəsəd ağlar, can ağlar. Batıb İsa bulağı, Cabbar ağlar, Xan ağlar. III Oxucu: Aşıq düyün bağladı, Sinən düyün – dağladı. El köçü yola düşdü, Boş qalan yurd ağladı. IV Oxucu: Bu elin adı nədi? Dostu nə, yadı nədi? Qürbət eldə bilmədim Ağzımın dadı nədi. I Oxucu: Bu yoldan ötən yaxşı, Geyməyə kətan yaxşı. Gəzməyə qərib ölkə, Ölməyə vətən yaxşı. Daha sonra tədbirdə sözləri Nəbi Xəzrinin, musiqisi Müslüm Maqomayevin olan “Ey əziz Anam, Azərbaycan!” mahnısı səsləndirilir. Mahnı səslənməzdən əvvəl ulu öndər Heydər Əliyevin bu mahnı haqda dediyi sözlər aparıcı tərəfindən söylənilir: “Mənə elə gəlir ki, Müslüm Maqomayev bizim gözəl şairimiz Nəbi Xəzri ilə birlikdə bu mahnını yazanda, onlar yəqin ki, gələcəyə baxmışlar, çünki bu mahnı həqiqətən azad, müstəqil Azərbaycanın himni kimi səslənir.” II Aparıcı: Tarixi təcrübə göstərir ki, xalqın zəngin mənəvi – intellektual potensialının, milli məfkurə və özünüdərk hissinin konkret zamanda parlayaraq üzə çıxması, qərinələr boyu zənginləşən dövlətçilik ənənələrinin vahid sistem halına gəlməsi uzunmüddətli təkamül prosesinin məntiqi nəticəsi kimi reallaşdı. Yeni ictimai-siyasi formasiyada tarixi məsuliyyəti üzərinə götürən xarizmatiq liderlər xalqın daim arzusunda olduğu azadlıq, müstəqillik və milli dövlətçilik kimi müqəddəs ideyaların gerçəkləşməsində həlledici rol oynayır, bununla da əbədiyaşarlıq hüququ qazanırlar. 1991-ci il oktyabrın 18 də Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşdu. Xalqın milli şüurunun oyanmasına təkan verən 17 noyabrda başlanan hadisələrdən keçən 25 ilə nəzər salsaq, bu illərin nə qədər ağrılı-acılı, eyni zamanda şərəfli bir dövr olduğunu görmək olar. II Aparıcı: Ötən 25 ildə torpaqlarımızın təxminən 20 faizini Ermənistanın təcavüzü nəticəsində müvəqqəti itirsək də, dövlət müstəqilliyinin möhkəmlənməsini təmin edə bilmişik. 1993-cü ilin iyununda, 1994-cü ilin oktyabrında, 28 1995-ci ilin martında xaricdən dəstək alan qüvvələr dövlət çevrilişi həyata keçirməyə cəhd göstərdilərsə də, Heydər Əliyevin apardığı uğurlu daxili xarici siyasət nəticəsində öz cavablarını aldılar. Bu gün Azərbaycan regionun güclü dövlətinə çevrilmişdir. İqtisadiyyatımız MDB-də ən yüksək inkişaf surətinə malikdir. Həyata keçirilən neft strategiyası sayəsində ölkəmizə milyardlarla dollar həcmində xarici sərmayə qoyulmaqdadır. Siyasi sabitliyin bərqərar edilməsi, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən islahatlar Azərbaycanın Avropa Şurasına qəbul edilməsi ilə nəticələnmişdir. I Aparıcı: Bu gün Azərbaycan gələcəyə inamla baxır. Möhkəm özülü Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin taleyi etibarlı əllərdədir. Heydər Əliyev kürsüsünün layiqli davamçısı, Prezident İlham Əliyev ölkəmizi gələcəyə, yeni uğurlara inamla aparır. Bu gün artıq xarici ölkələr də Azərbaycanın mövqeyi ilə hesablaşır, Azərbaycanı tanıyırlar, onu öyrənirlər. Əcnəbi dövlətlərlə iqtisadi əlaqələrimizin genişlənməsi, xüsusilə Azərbaycan neftinin istismarı sahəsində əməkdaşlığa dair bağlanmış və həyata keçən müqavilələr milli dirçəlişimizin bir təzahürüdür. Qərbi ölkəmizə gətirən təkcə “qara qızıl”ımız, digər təbii ehtiyatlarımız deyil. Onları həm də ölkədəki ictimai-siyasi sabitlik cəlb edir. II Aparıcı : Böyük tarixə malik xalqımızın bu bayramı milli həmrəyliyin,demokratiyanın, dövlət müstəqilliyimizin qorunması uğrunda mübarizənin təntənəsidir. Xalqın şüurunda baş vermiş milli oyanış xarici siyasət, iqtisadiyyat sahəsində əldə olunmuş uğurların təzahürü, torpaqlarımızın tezliklə işğalçılardan təmizlənməsinin, qaçqınların ata-baba yurdlarına qayıtmasının rəhnidir. Azərbaycan demokratik inkişaf baxımından çox sürətlə irəliyə gedir, deyən İlham Əliyevin fəaliyyətinin təhlilinə nəzərən əminliklə demək olar ki, ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin davam etdirilməsi ictimai zərurət olmaqla yanaşı, Azərbaycanın dövlət müstəqilliyinə əbədi təminatdır. I Aparıcı: Müstəmləkəçilərin azadlıq kimi ən ülvi amalı məhv etmək cəhdi yalnız keçici, müvəqqəti uğur qazana bilər. Bu gün tarmar olmuş sovet imperiyasının xarabalıqları üzərində qurulan müstəqil dövlətlər, azad yaşayan xalqlar bu tarixi həqiqəti sübuta yetirdilər. Tarix davam edir. Onun yaddaşına yeni-yeni səhifələr yazılır. Azərbaycan xalqı üçün qoca tarixin salnaməsində 17 noyabr azadlıq 29 hərəkatı tale hadisəsi kimi həmişəlik qalacaq. Çünki xalq azad həyatının başlanğıcını məhz o gündən götürmüşdür. Hər il noyabrın 17-si respublikamızda Milli Dirçəliş günü kimi qeyd edilir və bu günün qeyd olunması bütün Azərbaycan xalqının mənəvi haqqıdır. Biz fəxr edirik ki, hazırda Azərbaycan adlanan müstəqil dövlətimiz, azərbaycan dili adlanan vahid dilimiz var. Ulu öndərimizin müəyyən etdiyi yolla gedən xalqı heç şübhəsiz ki, nurlu sabah, bolluq, firavanlıq, əmin-amanlıq gözləyir. II Aparıcı: Azərbaycana inamla rəhbərlik edən Prezident İlham Əliyev ulu öndərin xilas edib inkişaf yoluna çıxardığı dövləti daha da möhkəmləndirib, onun müstəqil siyasət yeritməsini təmin edib. Bu gün Azərbaycan, sözün əsl mənasında, müstəqil ölkədir. Azərbaycan dünyəvi ölkədir. Eyni zamanda, Azərbaycan inkişaf edən ölkədir. Xalq hərəkatının dalğası xalqın taleyi ilə alver edən siyasət dəllallarını siyasət meydanından süpürüb atdı. 17 noyabr bir daha göstərdi ki, bütün ciddi-cəhdlərə baxmayaraq, azad yaşamaq üçün xəlq olunmuş milləti müstəmləkə boyunduruğu altında saxlamaq qeyri mümkündür. Zəngin tarixə malik xalqımız artıq neçə ildir ki, Milli Dirçəliş gününü bayram kimi qeyd edir. Düz 25 il bundan əvvəl noyabrın 17-də təxminən iki yüz il davam edən imperiya sistemindən cana doymuş Azərbaycan xalqı ayağa qalxaraq azad yaşamaq haqqının olduğunu birmənalı şəkildə ucadan səsləndirdi. Beləliklə, tarixə Meydan hadisələri kimi yazılan həmin gün xalqın özünü dərk prosesinin zirvəsi, milli oyanışının təntənəsi oldu. I Aparıcı: Hər dəfə bu bayramın qeyd edilməsi demokratiya və suverenliyimizin qorunması uğrunda mübarizənin təntənəsinə çevrilir. Ağlın, məntiqin işığı olmadığı yerdə məğlubiyyət hökm sürür. Özlərini siyasət meydanında görənlər bu həqiqəti, nəhayət ki, anlamalı, hakimiyyət hərisliyini, şəxsi ambisiyaları bir kənara qoyub müstəqil dövlətimizin inkişafı, qüdrətlənməsi üçün çalışmalıdırlar. Unutmamalıyıq ki, hələ bizim düşmən tapdağı altında inləyən torpaqlarımız, min bir zülmə düçar olan qaçqınlarımız var. Bu taleyüklü məsələnin həlli üçün xalqımızın yeganə nicatı Heydər Əlitevin davamçısı İlham Əliyevin ətrafında sıx birləşməkdir. II Aparıcı: Çox-çox zamanlar keçəcək, biz bu hərəkatdan hələ çox şeylər öyrənəcək, ibrətlər götürəcəkyik. Bu bizim ən böyük bayramımızdır. Çünki digər tarixi hadisələrimiz məhz milli dirçəliş hissimizdən, milli oyanışımızdan dünyaya gəlib. Azərbaycanda azadlıq hərəkatının Dirçəliş günü münasibətilə xalqımızı ürəkdən təbrik edirik. I Aparıcı: Hörmətli tədbir iştirakçıları, əziz uşaqlar! Hamımıza məlumdur ki, Milli Dirçəliş yolu milli birlik və milli həmrəylikdən keçir. O hadisələrdən artıq 25 il keçir. Doğrudur, 17 noyabr hadisəsi sübut etdi ki, “el gücü – sel gücü” deyənlər haqlı imişlər. Zəngin tarixi keçmişi, ümumbəşəri dəyərləri öz mentalitetində əks etdirən Azərbaycan xalqının firavan yaşamağa haqqı var. Bu haqqa sahib olmaq üçün Azərbaycanın xoşbəxt gələcəyini görmək istəyən bütün qüvvələr birləşməlidir. Bu sahədə kitabxanaçılar olaraq bizim də üzərimizə müəyyən vəzifələr düşür. Öz oxucularımızı vətənpərvərlik hissi ilə tərbiyə etmək. Tarix bu gün yaranır. Tarix dönməzdir, burada hər anın öz qiyməti var. Gəlin, biz də tariximizi qoruyaq. Qoruyaq ki, bizdən sonrakı nəsillər öz tarixi keçmişi ilə fəxr etsinlər. Bu gün hamımızın Azərbaycan xalqının bayramıdır. Aarıcılar birlikdə: Dirçəliş Günümüz mübarək!

S O N

Tərtib edən MKS-nin metodisti : Yarıyeva Səadət.
Yüklə 69,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə