Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi



Yüklə 27,84 Kb.
tarix14.02.2018
ölçüsü27,84 Kb.
#26895


Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Salyan Şəhər Mədəniyyət və Turizm İdarəsi

Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodiki vəsait

Respublika günü

respublika gunu ile ilgili görsel sonucu

Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağı


https://upload.wikimedia.org/wikipedia/commons/thumb/7/78/flag_of_azerbaijan_1918.svg/200px-flag_of_azerbaijan_1918.svg.png

Respublika günü — 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 1990-cı ildən Respublika günü dövlət bayramı kimi qeyd edilir.



1917-ci ildə Rusiyada başvermiş Fevralinqilabı nəticəsində Rusiyada Çarİmperiyası devrildi. Ölkədə çarizmin məzlum vəziyyətə saldığı xalqların milli hərəkatı başlandı. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) – müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur[3].

Məmməd Əmin Rəsulzadə  tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və islam dünyasında ilk parlamentli respublika və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi.

1918-ci il mayın 28-də Şərqdə-müsəlman aləmində ilk dəfə olaraq Demokratik respublikanın yaranması dünya miqyasında tarixi bir hadisə idi. Həmin gün Azərbaycan tarixinə ən şanlı səhifələrdən biri kimi əbədi həkk olunmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti mövcud oldu-ğu 23 ay ərzində mürəkkəb tarixi- geosiyası vəziyyətdə gərgin, lakin səmərəli fəaliyyət gös-tərmişdir.
Azərbaycan milli dövlətçiliyinin təməli o illərdə qoyulmuş, bugünkü müstəqil dövlətçiliyimizin ideoloji əsasları yaranmışdır. Qısa müddətdə Cümhuriyyət höküməti tərəfindən atılmış addımlar- demokratik parlamentin yaradılması, erməni təcavüzünü dəf etmək üçün milli ordunun,təhlükəsizlik orqanlarının təsis edilmesi, ilk müasir tipli universitetin açılma-sı,qadınlara kişilərlə bərabər hüquqların verilməsi və bir çox digər mütərəqqi yeniliklər o dövrdə region və dünya dövlətləri üçün nümunəvi əhəmiyyət kəsb etmişdir.
Azərbaycanda Demokratik Respublikasının yaranması böyük və tarixi hadisə idi. Çünki Azərbaycan xalqı əsrlər boyu arzuladığı müstəqilliyə, azadlığa qovuşurdu. Azərbaycan xalqının artıq öz dövləti var idi. Qısa müddət ərzində bütün dövlət qurumları,dövlət təsisat-ları yaradılmışdır.
Demokratik inkişaf gedirdi, qadınlara səsvermə hüququ verilmişdir. Milli ordu yaradılmışdır. Bir sözlə, Respublikanın qurucuları böyük işlər görmüşdülər və Azərbaycan xalqı onların xatirəsinə böyük hörmətlə yanaşır. “İstiqlal Bəyannaməsi”ni imzalayanların şərəfinə Bakının mərkəzində abidə ucaldılmlışdır.
Xalq Cümhuriyyətinin təşəkkül tapmasında və fəaliyyət göstərməsində ADR-ə rəhbərlik etmiş şəxslərin-Əlimərdan bəy Topçubaşov, Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski və başqalarının böyük xidmətləri olmuşdur. Bu görkəmli dövlət xadimlərinin, vətənpərvər ziyalıların, peşəkar hərbiçilərin adları xalqımızın yaddaşına əbədi köçmüşdür. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk Respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Ancaq müəyyən səbəblər üzündən iki ildən sonra Respublika süqut etmişdir və Azərbaycan müstəqillikdən məhrum olunmuşdur. Ondan sonra sovet dövrü başlamışdır.
1920–ci ilin aprelində bolşevik işğalı nəticəsində Cümhuriyyətin süqutundan sonra da müstəqillik hissləri azərbaycanlıları heç zaman tərk etmədi, azadlıq ideyaları şüurlara hakim kəsildi.XX əsrin 80-ci illərinin sonu-90 cı illərin əvvəlində Azərbaycanda başlanmış milli- azadlıq hərəkatı bolşevik rejiminin iflasını yaxınlaşdırdı. 
Xalqın təkidi və tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin sessiyası müstəqilliyini bərpa etmiş dövləti Azərbaycan Respublikası adlandırdı. 
AXC-nin üçrəngli, ay-ulduzlu bayrağı bu Respublikanın da dövlət bayrağı kimi təsdiq olundu. Həminilmayın 21-də verilmiş xüsusi fərmanla 28 May Respublika Günü elan edildi.
Ötənəsrin 90-cı illərin də dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı yenidən milli dövlət quruculuğu yoluna qədəm qoydu.Lakin hakimiyyətdə olan səriştəsiz rəhbərlərin yarıtmaz fəaliyyəti nəticəsində ölkədə hökm sürən anarxiya, özbaşınalıq və total böhran faktiki olaraq Azərbaycanı parçalamağa sürükləyirdi.
1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi və xahişi ilə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişindən sonra ölkədə vəziyyət sabitləşdi.
Azərbaycan dövlətçiliyinin əsasları quruldu. Təməli ümummilli lider Heydər Əliyev cənablarının rəhbərliyi altında uğurla davam etdirilən siyasi-iqtisadi islahatlar kursu Azərbaycanın dünya birliyinə inteqrasiyası istiqamətində uğurla addımlar atmasını təmin edir. 
Xarici sərmayədarların Azərbaycana cəlb edilməsi, dünyanın iri neft şirkətləri ilə “Əsrin müqaviləsi”nin imzalanması ölkəmizin sabit iqtisadi inkişafına güclü təkan vermişdir. Regional və qlobal əhəmiyyət daşıyan “Azəri- Çıraq –Günəşli”, ”Şahdəniz” layihələri, Bakı-Tiblisi-Ceyhan əsas ixrac neft, Cənubi Qafqaz qazboru kəmərlərinin uğurlu fəaliyyəti nəticəsində Azərbaycan Respublikası dünya enerjisi stemində özünə layiqli yer tutmuş, dövlətimizin müstəqilliyinin daha da möhkəmləndirilməsi üçün əlverişli

zəmin yaranmışdır.Bu gün ölkəmizin sabit siyasi,iqtisadi inkişafı onu dünya miqyasında etibarlı tərəfdaş kimi tanıtmış, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında vacib iştirakçılardan birinə çevirmişdir.
Müstəqil Azərbaycan Respublikası bu gün Ulu Öndərin qoyduğu yolla inamla irəliləməkdədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmiz hərtərəfli inkişaf edir.Azərbaycan artıq neçə ildir ki, iqtisadi inkişaf sürətinə görə dünya ölkələri arasında qabaqcıl yerlərdən birini tutur.Beynəlxalq birlik tərəfindən haqlı olaraq Cənubi Qafqazın lider dövləti kimi qəbul olunan Azərbaycanın ötən il rəqabət qabiliyyətinə görə MDB məkanında birinci yeri tutması uğurlu nəticədir. Azərbaycan Respublikası öz tarixinə, milli irsinə bağlı olan müasir,dünyəvi bir dövlətdir.
1991-ci ildə sovet imperyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi. 
Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çox əsrlik sosial –iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana çıxmışdır.AXC Avropanın Demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Tariximizə şanlı səhifə kimi düşən Xalq Cümhuriyyəti bu günkü müstəqil Azərbaycan Respublikası üçün tarixi bir təməl oldu.Bu günkü Azərbaycan dövləti Xalq Cümhuriyyətinin varisidir. Şərqdə ilk Demokratik dövlətin təcrübəsi bu baxımdan bizim üçün tükənməz bir örnəkdir.Xalqımız bunu yaxşı bilir və hər il mayın 28-ni böyük sevinc və qürur hissi ilə bayram edir. 28 May dövlətçiliyimizin bayramıdır, xalqımızı müstəqilliyə qovuşduran gündür. Bu günün,sabahın qayğıları ilə yaşayan hər bir xalq dünəni ilə fəxr edir, keçmişini də yaşadır.
Xalqımız öz tarixi, mədəni və mənəvi keçmişinə, adət və ənənələrinə sadiqliyini qoruyub saxlamaqla bərabər müasir dünyanın universal dəyərlərini uğurla mənimsəyir,dövrün çağırış larına vaxtında cavb verir.
Xalq Cümhurri yyətinin qurucuları tariximizə öz adlarını, əməllərini həkk etdilər və bu gün onların xatirəsi xalqımızın yaddaşında yaşayır.
Cümhuriyyətin tarixi təcrübəsi göstərir ki, dövlət müstəqilliyini və suverenliyini əldə etmək kifayət deyil, həm də onu bütün vasitələrlə qorumaq və möhkəmləndirmək lazımdır.
Biz bu gün Azərbaycanın dövlət müstəqilliyini bayram edərkən Respublikamızın ərazi bütövlüyü, ölkəmizin müstəqilliyi uğrunda döyüşmüş, şəhid olmuş insanları həmişə yad etməliyik.Çünki 1994 –cü ilin may ayında atəşkəs elan edilənə qədər Azərbaycanın qəhrəman, cəsur övladlarıt orpaqlarımızı, vətənimizi qorumaq yolunda döyüşmüş, qan tökmüş, həlak olmuş, şəhid olmuşlar.
Bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqı 23 ildir ki, müstəqil yaşayır, öz dövlət müstəqilliyini yaşadır və əbədi yaşadacaqdır. 

Metodika şöbəsi: Yarıyeva Səadət.
Yüklə 27,84 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə