Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 142,99 Kb.
tarix20.10.2017
ölçüsü142,99 Kb.
#5542



Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi

Gəncə şəhər Mədəniyyət və Turizm idarəsi

Mərkəzləşdirilmiş kitabxana sisteminin metotika şöbəsi

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi”



Mirzə İbrahimov – 100

(metotik vəsait)
Gəncə - 2011

Gəncə şəhər Mədəniyyət və Turizm İdarəsi

Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sistemi

Metodiki işlərin təşkili şöbəsi

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi

M. İbrahimov - 100

(metodik vəsait)

Gəncə - 2011

Lap qədim zamanlardan

bədii yaradıcılığı, ədəbiyyat

və incəsənət əsərlərini ruhun,

qəlbin qidası adlandırırlar.

Mənə elə gəlir ki, bu çox

doğru tərifdir. Axı həqiqətən-

də əsil sənət əsərləri insanın

ruhunu qidalandırır, ürəyini

sevinclə, yüksək duyğular və

ehtiraslarla doldurur, yəni

insanı mənən, fikrən ucaldır,

mübarizə qabilliyətini, həyat

eşqini artırır.
M. İbrahimov

Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

19 iyul 2011

2011-ci ilin oktyabr ayında Azərbaycanın xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mirzə Əjdər oğlu İbrahimovun 100 illiyi tamam olur. XX əsr ədəbiyyatımızın tanınmış simalarından biri kimi onun meydana gətirdiyi əsərlərdə dövrün və zamanın dolğun mənzərəsi yaradılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli ədəbi-estetik fikrin inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev


Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyul 2011-ci il.


Ön söz

Kitabxana işçilərinə təqdim etdiyimiz bu metodik vəsaitdə əsas məqsədimiz XX-ci ərsdə yaşayıb-yaratmış və heç bir janırda bədii söz ustası kimi kəsəri azalmamış xalq yazıçısı Mirzə İbrahimovun yaradıcılığı ilə onları daha da dərindən tanış etməkdən ibarətdir.

2011 ci ildə Azəbaycan Respublikası Prezidenti İ. Əliyev Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Yaxşı olardı ki, hər bir kitabxana işçisi vəsaitdə verilmiş müxtəlif tədbir formalarından istifadə edərək görkəmli xalq yazıçısı M. İbrahimovu öz oxucularına daha dərindən tanıtsın, onun geniş yaradıcılığı ilə onları tanış etsin. Metodik vəsait iki hissədən ibarətdir. Birinci hissədə ədibin həyat və yaradıcılığı haqqında məlumat verilir, ikinci hissədə isə yubiley tədbirlərinin keçirilməsindən bəhs olunur.

Vəsaitdə verilmiş tədbir formaları uşaq və gənclərin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində böyük əhəmiyyət kəsb edəcəkdir.

I-ci hissə: Həyat və yaradıcılığı:


İbrahimov Mirzə Əjdər oğlu - nasir, dramaturq, tərcüməçi, ədəbiyyatşünas, publisist, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın xalq yazıçısı Azərbaycan Elmlər Akademiyasının akademiki SSRİ Dövlət mükafatı laureatı Azərbaycan Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru mükafatı laureatı Azərbaycanın əməkdar incəsənət xadimi, Sosialist Əməyi Qəhrəmanı,SSRİ xalq deputatı Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığındakı Evə kəndində anadan olmuşdur. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlmişdir. 1919-cu ildə atası vəfat edəndən sonra kiçik yaşlarıdan Balaxanı və Zabrat kəndlərində muzdurluq edib öz zəhməti ilə bir tikə çörək qazanmışdır. Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra fabrik-zavod məktəbində oxumuş və işləmişdir. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlamışdır. Onun «Qazılan buruq» adlı ilk şeiri 1930-cu ildə «Aprel alovları» məcmuəsində dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda şeirləri nəşr edilmişdir. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazmışdır. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya-Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrində səfərdə olmuş «Qiqantlar ölkəsi» oçerklər kitabını qələmə almışdır. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə — “Sürət” qəzetinin redaktoru vəzifəsinə göndərmişdir “Həyat” pyesi bu dövrün bəhrəsidir. SSRİ Elmlər Akademiyasının Leninqraddakı Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil almışdır.

M.F.Axundov adına Azərbaycan Dövlət və Balet Teatrının direktoru, sonra isə XKS-ya incəsənət işləri idarəsinin rəisi vəzifəsində çalışmışdır. İkinci Dünya müharibəsinin ağır sınaq

illərində istər əsərləri ilə, istərsə fabrik-zavodlarda, istərsə də kəndlərdə zəhmətkeşlər qarşısında, əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə döyüşçüləri qələbəyə ruhlandrır, düşmənə nifrət və qəzəb aşılayırdı. 1941-ci ildə sovet ordusu sıralarında Cənubi Azərbaycanda olarkən “Vətən yolunda» qəzetinin məsul redaktoru vəzifəsində işləmişdir. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak etmişdir. Bu dövrlərdə hekayə, povest və romanlarla yanaşı, səhnə əsərlərini qələmə almışdır: “Həyat”, “Madrid”, “Məhəbbət” pyeslərindən iyirmi il fasilədən sonra, “Kəndçi qızı”,“Yaxşı adam”,”Közərən ocaqlar” pyesləri ilə Azərbaycan dramaturgiyasını zənginləşdirir. V.Şekspirin «Kral Lir», “On ikinci gecə”, “yaxud hər nə istəsəniz”, A.N.Ostrovskinin “Quduz pullar”, "Müdrik olan hər kəsə kifayətdir sadəlik”, A.P.Çexovun “Üç bacı”, Molyerin “Don Juan” pyeslərini Azərbaycan dilinə tərcümə etmişdir. Azərbaycan SSR xalq maarif komissarı vəzifəsində çalışmışdır Azərbaycan EA təsis edilərkən onun ilk həqiqi üzvlərindən biri seçilmişdir. Sovet Həmkarlar İttifaqı Heyətinin tərkibində İranda səfərdə olmuşdur. Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri birinci katibi, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin katibi, Azərbaycan Respublikası Nazirlər Soveti sədrinin müavini Azərbaycan Respublikası Ali Soveti Rəyasət Heyətinin sədri vəzifələrində işləmiş, Azərbaycan KP XIV-XIX, XX-XXVI qurultaylarında MK Büro üzvü seçilmişdir. Ümumdünya parlamentlərarası ittifaqın konqresi Helsinki, Banqkok, Ümumdünya sülh tərəfdarları konqresi Stokholm, və s. beynəlxalq məclislərin iştirakçısı olmuşdur. O, Sov.İKP XX-XXI və XXYI qurultaylarının nümayəndəsi, SSRİ Ali Sovetinin deputatı seçilmişdir. 1977-ci ildən Asiya və Afrika ölkələri ilə Sovet Həmrəylik Komitəsinin sədri kimi dəfələrlə Amerika (Nyu-York), İngiltərə (London), Fransa (Paris), Portuqaliya (Lissabon), Misir (Qahirə, İskəndəriyyə), Kipr (Nikoziya),Suriya (Dəməşq),

Zambiya (Lusaka) ölkələrində səfərdə olmuş, Beynəlxalq konqres, sessiya və müşavirələrdə Sovet nümayəndə heyətinin başçısı olmuşdur. Onun başçılığı ilə komitə möhkəm sülh uğrunda mübarizə məqsədi ilə Əfqanıstanda, Vyetnamda, Mali adasında və digər ölkələrdə tədbirlər keçirmişdir. O, milli filologiya elmi kadrların hazırlanması sahəsində böyük işlər görmüşdür. Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunda direktorluq etdiyi dövrdə dilçilik və ədəbiyyatşünaslıq elminin yeni, yüksək səviyyədə tədqiqini təşkil etmiş, üçcildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin yaranmasında ciddi əməyi olmuşdur (1948-1954). Sonralar institutda XIX əsr Azərbaycan ədəbiyyatı tarixi şöbəsinə başçılıq etmiş (1960-1970), Azərbaycan Yazıçılar İttifaqı idarə heyətinin sədri və SSRİ Yazıçılar İttifaqının katibi (1970-1986) olmuşdur. Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir (1991). Ömrünün axırınadək Azərbaycan EA Nizami adına Ədəbiyyat İnstitutunun Cənubi Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, çoxcildlik «Azərbaycan ədəbiyyatı tarixi»nin redaksiya heyətinin üzvü olmuşdur. Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox xarici dillərə tərcümə edilmişdir. 3 dəfə Lenin ordeni, Oktyabr inqilabı ordeni və digər orden və medallarla təltif olunmuşdur. 1993-cü il dekabrın 17-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.


Xalq yazıçısı Mirzə İbrahimovun həyat və

yaradıcılığının əsas tarixləri

1911 Oktyabr ayının 28-də cənubi

Azərbaycanın Sərab şəhəri yaxın-

lığında Evə kəndində anaqdan ol-

muşdur.

1918 Atası ilə bərabər Bakıya neft mədən-



lərinə işləməyə gəlib.

1926 Suraxanıda açılan ilk sovet fabrik-

zavod məktəbinə daxil olub.

1929-1930 “Qazılan buruq” adlı şeri ilə ilk

yaradıcılığa başlayıb.
1930 Partiya sıralarına daxil olub.
1932-1933 Sovet yazıçılar ittifaqı təşkilat komi

təsinin məsul katibi seçilmiş və

Azərbaycan dövlət elmi- tədqiqat

Institutunun hazırlıq şöbəsinə

daxil olmuşdur.

1933 Naxçıvanda çapdan çıxan “Sürət”

qəzetinin redaktoru işləmişdir.

1932-1933 “Həyar üçün”,”Sənət aşiqləri”,”Qor

xulu səs”, “Yol ayrıcında”,”Qaçaq”

adlı hekayələrini və


1935 “Həyat”dramını yazmışdır.

1937 “Madrid” pyesini yazmışdır.

1937 Leninqradda Şərqşünaslıq İnstitu-

tunun Akademiyasında təhsil

almışdır.
1942-1946 Azərbaycan SSR xalq maarif komis

sarı işləmişdir


1942 Uzaq Şərqdə Xabarovsk,Vladivostok

və s. Hərbi dairələrdə 416- cı divizya

nın döyüşçüləri ilə görüşlərdə işti-

rak etmişdir.


1945 Azərbaycan Elmlər Akademiyası

təsis edilərkən onun ilk həqiqi üzv-

lərindən biri seçilmişdir.
1946-1950 Azərbaycan Respublikası Nazirlər

Soveti Rəyasət Heyətinin

sədrinin müavini işləmişdir.
1950 Azərbaycan SSR Ali Soveti Rəyasət

heyətinin sədri işləmişdir.


1946-1954 Azərbaycan Yazıçılar İttifaqı

idarə heyətinin sədri işləmişdir


1954-1958 Azərbaycan Respublikası Ali

Soveti Rəyasət Heyətinin sədri

işləmişdir.

1961 Xalq yazıçısı adına layiq görülüb.


1965-1975 SSRİ Yazıçılar İttifaqının İdarə

heyətinin katibi işləmişdir.


1965 Azərbaycan Dövlət Mükafatı adını

alıb.
1941 “Məhəbbət” pyesini yazmışdır.


1961 “Kəndçi qızı” pyesini yazmışdır.
1963 “Yaxşı adam” pyesini yazmışdır.
1967 “Közərən ocaqlar” pyesini

yazmışdır.

1979 Hindistanın Cəvahirləl-Nehru

mükafatına layiq görülüb.


1981 Sosialist Əməyi Qəhrəmanı adına

layiq görülüb.


1991 Azərbaycan Yazıçılar Birliyi

Ağsaqqallar Şurasının üzvü se-

çilmişdir.
1993 Dekabrın 17-də Bakıda vəfat

etmişdir


Görkəmli şəxsiyyətlərin M.İbrahimov haqqında

dedikləri.
Onun qələmi həmişə cilalı, parlaq, kəsərli, heç vaxt

qınına salınmayan silahdır. Həyatımızın elə bir sahəsi

yoxdur ki, oraya Mirzənin qələmi nüfuz etməsin, ədibin

səsi-sözü eşidilməsin. O təbiətən fəal, özünə tələbkar

şəxsiyyətdir.

Mir Cəlal. Xalq yazıçısı
Mən onun fikir və mülahizələrinin vüsətinə, zəkasının

incəliyinə, duyğu və həyəcanlarının səmimiliyinə, dostluğunun

təmənnasızlığına, yüksək bəşəri ideyalarına sədaqətinə heyran

qalmışam.

Vahid Zahidov. Özbəkistan Elmlər

akademiyasının akademiki
M. İbrahimov öz gərgin yazıçı əməyi ilə zəmanəmizin

böyük nəsrini yaradan bir yazıçı kimi Azərbaycan

xalqının həyat səlnaməsini yazan böyük sənətkarlardan-

dır.


Anatoli Safronov. Yazıçı Sosialist Əməyi

qəhrəmanı
M.İbrahimovun dram əsərləri, hekayə və romanları

müasir ədəbiyyatımızın zəngin xəzinəsində ən fəxri

yerlərdən birini tutur.

Mehdi Hüseyn. Xalq yazıçısı

C. Cabbarlının vəfatından sonra səhnədə və dramatur-

giyada bir durğunluq əmələ gəldi. Orijinal əsər yox idi, teatr yalnız tərcümə ilə məşğul idi. Mirzənin ilk dram əsəri olan “Həyat” dramaturgiyanın inkişafı üçün sanki bir açar oldu. “Həyat” Mirzədə güclü dramaturqluq istedadı olduğunu meydana çıxartdı. Ondan sonra yazdığı

“Madrid” və “Məhəbbət”dramlarının da müvəffəqiyyəti bu istedaddan doğur. M. İbrahimov xalqın sevimlisidir,

təcrübəli və püxtə bir yazışıdır.

Sabit Rəhman. Yazıçı dramaturq
Mirzə sənin hələ bərkiməmiş qələmlə yazdığın ilk

şeirlərin, kamil əsərlərin ---- həyatın dadı, duzu, günlərin isti-soyuğu, insan arzuları, insan nəfəsi məhz bu həyat

universitetinin töhfəsi deyilmi?!

Rəsul Rza. Xalq şairi

Mirzə sən nəsr yazırsan , lakin ürəyin narahat şair

ürəyidir.

Sergey Vasilyev Rus sovet şairi

SSR Əməkdar incəsənət xadimi
Xoşbəxt o sənətkardır ki, elə sağlığında da onu sevsinlər,

adı və şöhrəti dillər əzbəri olsun.

Azərbaycan xalqının sevimlisi, istedadlı yazıçı və

dramaturqumuz , görkəmli ictimai xadim, dostumuz

Mirzə İbrahimov məhz belə sənətkarlardandır.
Mikayıl Abdullayev. Xalq rəssamı

Mirzə müəllim böyük insan, qüdrətli yazıçı

və şəxsiyyət idi.

Çingiz Abdullayev. Xalq yazıçısı
Mirzə İbrahimov həmişə özünü xalqına borclu

hesab edirdi, danışmaqdan çox iş görürdü.

Onun şəxsiyyəti örnək idi

Rəhim Əliyev. Filologiya elmləri doktoru

Mirzə İbrahimov gözəl tədqiqatçı idi.

O, aşıq Ələsgəri bir filosof sənətkar kimi təqdim

edib, aşıq ədəbiyyatının müstəsna yerini

müəyyənləşdirib. Təsadüfi deyildir ki, aşıq obrazı

ilk dəfə məhz Mirzə müəllimin romanı əsasında

çəkilən “Böyük dayaq”filmində əbədiləşdirilib.
Qəzənfər Paşayev. Professor

II-ci hissə: Yubiley tədbirlərinin keçirilməsi
M.İbrahimovun anadan olmasının 100 illiyi

münasibətilə bütün mədəni-maarif müəssisələrində, o

cümlədən kitabxanalarda da müxtəlif səpgidə tədbirlər

hazırlanmaqdadır.

İlk növbədə xalq yazıçısı M. İbrahimovun anadan

olmasının 100 illiyi ilə əlaqədar olaraq əsərlərindən ibarət

sərgi tərtib edə bilərik. Sərgi əyani təbliğat formalarının ən

geniş ya-yılmış növüdür.Çünki əyani təbliğat daha geniş

oxucu kütləsini sistemli şəkildə əhatə edə bilir və onların

mütaliəsinə müsbət təsir göstərir. 15-20 gün müddətinə

tərtib olunmuş sərgilər yazıçının bütün yaradıcılığını

oxucuların gözü qarşısına gətirir. Bu müddətdə sərgiyə

daha çox oxucu baxır , yazıçının bütün əsərləri barədə

oxucu geniş məlumat ala bilir. Sərgilər əsasən gözlə görmə

prinsipinə əsaslandığına görə oxucular üçün daha

faydalıdır.


Sərgini belə tərtib edə bilərik:


  1. Başlıq: Xalq yazıçısı Nirzə İbrahimov-100

  2. Portreti

  3. M.İbrahimov haqqında materiallar

  4. Yazıçının ayrı-ayrı əsərləri:

-Gələcək gün

- Böyük dayaq

- Pərvanə

- Mədinənin ürəyi


- Seçilmiş əsərləri I-ci c

- Seçilmiş əsərləri II-ci c

- Seçilmiş əsərləri III-cü c.

- Seçilmiş əsərləri IV- c.

- Seçilmiç əsərləri V-c.

5. Dövrü mətbuatda çıxan materiallar.

6. Sərgidə verilmiş sitatlar:
- “Sənət əsəri sənətkarın kəşfidir, yaradıcı fikrin

məhsuludur, yəni həyat onu heç vaxt hazır şəkildə təqdim

etmir, onu sənətkar xəyalı yaradır”

M.İbrahimov



- “Hər bir xalqın və bütün bəşəriyyətin səadəti ancaq

sülhdədir, qardaşlıq və birlikdədir

M.İbrahimov


Kitabxanalarda M.İbrahimovun anadan olmasının 100

illiyi ilə əlaqədar olaraq hər hansısa bir əsərinin icmalını

keçirə bilərik. Məsələn ədibin “Böyük dayaq” əsərini

götürək.


Aparıcı:
Əziz tədbir iştirakçıları bu əsərdə bir- birini təmiz

məhəbbətlə sevən iki gəncin həyatından, zəhmətkeş

insanların işində möhkəm, əsil azərbaycanlı ailəsindən

söhbət açılır. Burada öz zəhmətini, təmiz adını hər şeydən

uca tutan insanlarla tanış oluruq. Əsərdə bütün

müdaxilələrə baxmayaraq məhəbbət, haqq-ədalət qalib gəlir.

Kitabxanaçı icmalı bu yerdə saxlayaraq oxuculara müraciət

edir:


Əziz oxucular əyər siz əsərdə cərəyan edən bütün

hadisələri bilmək, iki gəncin təmənnasız məhəbbətinin

sonunu öyrənmək və əsil azərbaycan kəndi, onun

zəhmətkeş, mərd insanları ilə tanış olmaq istəsəniz bu

gözəl əsəri oxuyun.

Bundan başqa ictimai xadim, gözəl romanlar,

publisistik və samballı elmi əsərlər müəllifi M.İbrahimovun

həyat və yaradıcılığını bu günkü gənc nəslə tanıtmaq,

sevdirmək üçün kitabxanalarda sual-cavab gecəsi də

keçirilə bilər.

Sual-cavab gecəsini aşağıdakı suallar ətrafında təşkil

etmək olar:



  1. M.İbrahimov neçənci ildə və harada anadan olmuşdur?

  2. Yazıçı neçənci ildə və hansı əsəri ilə bədii yaradıcılığa başlamışdır?

  3. M. İbrahimovun hansı əsərlərini oxumusunuz?

  4. Hansı romanı üzrə kino çəkilmişdir?

  5. Teatr səhnəsində hansı əsərləri oynanılıb?

  6. Hansı fəxri adlara layiq görülüb?

  7. Əsərlərində xöşunuza gələn qəhrəmanlar?

  8. Neçənci ildə və harada vəfat edib?

  9. M.İbrahimov yaradıcılığının bu günkü gənclərin

tərbiyəsində rolu?

  1. Sovet dövründə yaşayıb yaratmış məşhur Azərbaycan

yazıçı və şairlərdən kimləri tanıylrsınız?
Kitabxanalarda keçirilən samballı tədbirlərdən biri də oxucu

konfransıdır. Konfransı belə adlar altında keçirmək olar:

“Mirzə İbrahimovun yaradıcılığında səhnə əsərləri”, “Xalq

yazıçısı Mirzə İbrahimov”“ Samballı romanlar müəllifi vəs.


Bu tədbiri keçirmək üçün kitabxanaçı ayrıca proqram tərtib

etməlidir. Proqramda keçirilən tədbirin adını, giriş sözü ilə

və başqa çıxış edəcək şəxslərin adını göstərməli

dir. Proqramda tədbirin keçirildiyi yer, vaxt qeyd

edilməlidir. Əsasən tədbirin çox vaxt aparması üçün deyil,

məzmunlu və maraqlı keçməsi üçün çalışmaq lazımdır.

Konfransa hazılıq 1,5 aya qədər davam edə bilər.

Konfransa hazırlaşarkən çıxış edəcək hər bir oxucunu

hazırlaşmaq üçün kitabla təmin etməlidir. Ümumiyyətlə

kitabxanaçı konfransa hazırlaşərkən oxucularla daima əlaqə

saxlamalı, onların çıxışlara nə vaxt hazır olacaqlarını bilməli

və yalnız bundan sonra tədbirin vaxtını təyin etməlidir.

M. İbrahimovun ədəbi irsinin təbliği üçün keçirilən

oxucu konfransının daha maraqlı keçməsi üçün məruzə və

çıxışlara qabaqcıl ziyalıları, yazıçının yaradıcılığı ilə

yaxından tanış olan insanları cəlb etmək lazımdır. Konfrans

keçirilərkən protokol tərtib edilir və məruzəçilərin

çıxışlarının mətni kitabxanada saxlanılır.

Kitabxanalarda daha çox oxucunu əhatə edən

tədbirlərdən biri ədəbi-bədii kompazisiyadır.

Vəsaitdə M. İbrahimovun yaradıcılığının təbliğı ilə

əlaqədar olaraq keçirilən “Görkəmli ədib”adlı ədəbi-bədii

kompazisiyanın ssenarisini sizə təqdim edirik:



Aparıcı səhnəyə daxıl olur:
Salam əziz tədbir iştirakçıları və hörmətli qonaqlar!

100 illiyini böyük təntənə ilə qeyd etdiyimiz görkəmli xalq yazıçısı M. İbrahimovun yaradıcılığına həsr etdiyimiz bu

tədbirdə hər birinizi xoş gördük.

M. İbrahimov yaradıcılığı oxucular tərəfindən sevilən,

oxunan yaradıcılıqdır.

II Aparıcı:

Mirzə İbrahimov xalqının yazıçısı olaraq düşünən və

düşündürən yazıçıdır. Yazıçı Azərbaycan xalqına zəngin

bir irs qoyub getmişdir. Ədibin xalqımızın tarixi

keçmişindən, həyatından bəhs edən əsərləri bu gün də

sevilə-sevilə oxunur.



I Aparıcı:

M.İbrahimovun həyatı zəngin və çoxsahəlidir. Onun

yaradıcılığından, ictimai fəaliyyətindən söz açan xalq

yazıçısı İ Şıxlı yazırdı: “M. İbrahimov bir sənətkar və

ictimai xadim kimi geniş, əhatəli fəaliyyəti mənə fransız

maarifçiliyini xatırladır.

O da ensklopedistlər kimi, hər şeydən əvvəl öz xalqına yeni

söz demək, yeni fikir aşılamaq istəyir”.



II Aparıcı:

İndi tədbirimizdə iştiraki edən hörmətli qonaqlardan birinə

söz verək

I Aparıcı:

M. İbrahimov şəxşiyyət idi, özü də çox təmkinli şəxsiyyət

idi.

Ömrünün müdrik çağlarından dönüb arxaya boylananda



bəlkə nəyəsə təəssüflənməyi olub,hansı əsərisə

tamamlamayıb, hansısa işi yarımçıq qoyub amma heç vaxt

özünə xas olan təmkinini pozmayıb, həmişə çalışıb ki

tərəflər arasında sülh olsun.



I Oxucu:

Vətənimin hüsnü əzəldən məni valeh eləmiş

Ey gözəllər! Bilin o təkcə nigarımdır mənim

Bir bütə səcdə qılır dünyada hər kəs inanın

Məbədim,səcdəgahım doğma diyarimdır mənim.

II Oxucu:

Min səadət dilərəm hər elə hər xalqa müdam,

Bir günəşdir nəzərimdə yaradan hər insan.

Eşqi, ilqarı təmiz yurduma oldum heyran,

Xoş günüm,xoş nəfəsim cismidə canımdı mənim.

II Aparıcı:

Görkəmli ədib Azərbaycan ədəbiyyatına bütün ömrü boyu

göstərdiyi xidmətlərə görə Azərbaycan yazıçılar birliyinin

üzvü, Azərbaycanın Xalq yazıçısı, Azərbaycan Elmlər

Akademiyasının akademiki, SSRİ dövlət mükafatı

laureatı, Dövlət mükafatı laureatı, Beynəlxalq Nehru

mükafatı laureatı, Azərbaycanın əməkdar İncəsənət Xadimi,

Sosialist Əməyi qəhrəmanı kimi fəxri ad və mükafatlara

layiq görülmüşdür.

M.İbrahimov, hər şeydən əvvəl şərəflə, vətən sevgisi ilə

yaşayan zəhmətdən yorulmayan bir şəxsiyyət kimi

insanlara təsir edib.

Onun əsərləri keçmiş SSRİ xalqlarının dillərinə və bir çox

xarici dillərə tərcümə olunub.



I Aparıcı:

Xalq yazıçısı M. İbrahimov 1932 ci ildən partiya və

hökumətin tanınmış adamı kimi böyük vəzifələrə irəli

çəkilmişdir. Böyük ədib şəxsiyyəti, insanlığı və ziyalılığı ilə

hər kəsin dərin hörmət və məhəbbətini qazanmışdır.

II Oxucu:

Gəncliyim bir quş oldu, havaxt uçdu bilmədim

Budaq-budaq gəzirəm tapa bilmirəm onu.

Şirin bir yuxu kimi gəldi keçdi o günlər.

Xəyal etməzdim əsla gəncliyin də var sonu.

II

Gəzərdim ehtiyacdan qayğılardan aralı,



Bilməzdim yuxusuzluq, yorğunluq, aclıq nədir.

Dağları, qayaları oynadardım yerindən

Bilməzdim ki, cavanlıq misilsiz xəzinədir.
I Aparıcı:

İstedadlı yazıçımız M İbrahimovun “Cənub hekayələri”, və

“Gələcək gün”əsərləri onun şah əsərlərindəndir.

Bu günün özündə də o əsərlər öz vətənpərvərlik missiyasını

uğurla yerinə yetirirlər.

M. İbrahimovun “Pərvanə” romanı klassik Azərbaycan

romanının ən möhtəşəm nümunələrindən biri və bəlkə də

birincisidir.

Azərbaycan dilinin həm rəsmi həm də bədii incəliklərini

öyrənməyə gələndə də ilk müəllimlərdən biri elə

M.İbrahimovdur.

II Aparıcı:

Ədibin yaradıcılığı haqqında fikirlərini tədbir iştirakçıları

ilə bölüşmək üçün söz qonağa verilir.

M.İbrahimov Azərbaycan xalqının qürurudur. Orta

nəslin nümayəndələri demək olar ki, onun əsərlərini

oxuya-oxuya püxtələşib.

İstedadlı yazıçımızın əsərləri bu günkü müasir oxucuların

da zövqünü oxşayır, əsərləi yenə də sevilə-sevilə oxunur.

İnanırıq ki, bu gələcəkdə də belə olacaq.

Sonda M. İbrahimovun həyat və yaradıcılığını əks etdirən

sərgiyə baxış keçirilir,

Tədbir iştirakçıların fəallığı ilə başa çatır.


Ədəbiyyat siyahısı

Mirzə İbrahimovun əsərləri


  1. Qiqantlar ölkəsi. Bakı: Azərnəşr, 1932, 32 səh

  2. Həyat üçün. Bakı: Azərnəşr, 1934, 115, səh

  3. Həyat(pyes). Bakı: Azərnəşr, 1937, 107,səh

  4. Həyat(pyes). Bakı: Azərnəşr, 1938 ,110,səh

  5. Böyük demokrat(Molla Nəsrəddin). Bakı: Azərnəşr, 1939,160 səh

  6. Həyat və əbədiyyat. Bakı, Azərnəşr 1947,213 səh

  7. Azad. Bakı: Uşaqgəncnəşr, 1949, 20 səh

  8. Gələcək üçün. Bakı: Azərnəşr, 1949, 157, 213 səh

  9. Salam sənə Rusiya! Bakı: Azərnəşr, 1950, 87 səh

10.Gələcək gün.Bakı, Azərnəşr, 1951, 753 səh

11. Seçilmiş əsərləri(dörd cilddə). I c. Bakı: Azərnəşr

1954, 406səh

12.Seçilmiş əsərləri(dörd cilddə) Iic. Bakı: Azərnəşr,

1954, 323 səh

13. Gələcək gün. Bakı: Azərnəşr,1956, 622 səh

14. Seçilmiş əsərləri(dörd cilddə) IIIc Bakı: Azərnəşr,

1956, 622 səh

15. Azərbaycan dili( məqalələr). Bakı: SSR EA Nəşriyyatı,

1957, 74


16. Böyük dayaq(roman). Bakı: Azərnəşr,1958, 582 səh

17. Sarı sim (xatirələr,məqalələr,oçerklər). Bakı: Azərnəşr,

1958, 301 səh

18. Mədinənin ürəyi(hekayələr). Bakı: Uşaqgəncnəşr,

1961, 213 səh

19. Xəlqilik və realizm cəbhəsindən(məqalələr). Bakı:

Azərnəşr , 1961, 524 səh

20. Böyük şairimiz Sabir. Bakı: Azərb.SSR EA Nəşriyyatı,

1962, 38 səh

21. Murovdağın ətəyində(hekayələr). Bakı: Azərnəşr, 1964,

93 səh

22. Ədəbi qeydlər.Bakı: Azərnəşr, 1970, 299 səh



23. Pərvanə. Bakı: Azərnəşr, 1971, 703 səh

24. Seçilmiş əsərləri(dörd cilddə) IVc. Bakı: Azərnəşr.

1972, 455 səh

25. Əsərləri (10 cilddə). Ic. Yazıçı, 1978, 512 səh

26. Əsərləri (10 cilddə). IIc. Yazıçı, 1978, 504 səh

27. Əsərləri (10 cilddə). IIIc. Yazıçı,1979, 592 səh

28. Əsərləri (10 cilddə) IVc. Yazıçı, 1979, 506 səh.

29. Əsərləri (10 cilddə) Vc. Yazıçı, 1980, 339 səh

30. Əsərləri (10 cilddə) VI c. Yazıçı, 1981, 376 səh

31. Əsərləri (10 cilddə) VII c. Yazıçı, 1981, 332 səh

32. Əsərləri (10 cilddə) VIII c. Yazıçı, 1981, 303 səh

33. Əsərləri (10 cilddə) IX c. Yazıçı, 1982, 664 səh

34. Əsərləri (10 cilddə). X c. Yazıçı, 1983,507 səh

35. Pərvizin həyatı(hekayələr və povestlər). Bakı:

Yazıçı, 1975,248 səh

36. Pərvizin həyatı (povestlər və hekayələr). Bakı:

Gənclik, 191981, 251 səh

37. Pərvanə (roman). Bakı: Yazıçı, 1984, 703 səh

38. Gələcək gün (roman). Bakı: Gənclik,1973, 586 səh

39. Gələcək gün(roman) Bakı: Maarif,1984, 472 səh

40. Niyəsiz, necəsiz bir yazısan sən. Bakı: Yazıçı 552 səh

41. Anama deyərəm ha! (hekayələr və povestlər). Bakı:

Gənclik, 1986, 336 səh

42. Tufanlara kömək edən bir qələm. Bakı: Azərnəşr,

197 səh

Tərcümələri (ruscadan)


  1. N.Q. Çernışevski. Nə etməli? (Yeni adamlar haqqında

Roman). Bakı: Uşaqgəncnəşr, 1956, 180 səh.

  1. N.Q. Çernışevski. Nə etməli (Yeni adamlart haqqında söhbətlər, poman). Bakı: Gənclik, 1974, 536 səh

  2. Ş Rəşidov. Qaliblər. Bakı: Azərnəşr, 1976, 378 səh


Haqqında olan ədəbiyyat


  1. Quliyev E. M. İbrahimov: Ədəbi-estetik görüşlər və

sənətkarlıq məsələləri. Bakı: ADPU, 1997,96 səh

2. Tənha müəllimin son səfəri. Azərbaycan qazeti,

1994, 2 fevral.

3.Mirzə İbrahimovun xatirəsinin əbədiləşdirilməsi

haqqında Azərbaycan Respublikası Prezidentinin

sərəncamı. Azərbaycan qəzeti, 1996,6 fevral.



  1. Rəhimqızı S. Bir görüşün xoşbəxtliyi. Xalq qəzeti, 2002,

16 yanvar

İnternetdə

WWW. anl.az



WWW.wikopedia.orq.

Filimoqrafiya



  1. Böyük dayaq (film, 1962)


Tərtib edən:

Əhmədova Şahnaz :

MKS-nin Metodiki İşlərin təşkili

şöbəsinin böyük metodisti


Rəy verən :

Qədimova Fəridə:

MKS-nin direktor müavini
Kompyüterdə yığan:

Əhmədova Şahnaz


Kompyüter dizaynı:

Abbasova Leyla
Yüklə 142,99 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə