Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Sentyabr - Bilik Günü, (2004)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə100/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   96   97   98   99   100   101   102   103   ...   148

283 

 

15 Sentyabr - Bilik Günü, (2004) 



“Təhsil xəzinədir, əmək onun açarı”                                        

                                                        

Seyid Əzim Şirvani

 

  

     Sentyabrın  15-i  Azərbaycanın  çoxmilyonlu 



təhsil  ictimaiyyətinin  bayramı,  Bilik  Günüdür. 

Azərbaycan  təhsilinin  bugünkü  inkişafı  öz 

mənbəyini 

ötən  əsrin  70-ci  illərindən 

ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə 

aparılan uzaqgörən və məqsədyönlü siyasətdən 

alıb. O vaxtdan başlayan qlobal miqyaslı təhsil 

quruculuğu  sonrakı  inkişaf  üçün  güclü  təməl 

olub.  1969-1982-ci  illərdə  məktəbəqədər 

tərbiyə  müəssisələrinin  sayı  1600-dən  1875-ə  çatıb.  Heydər  Əliyevin  imzaladığı 

"Ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməyə keçmək 

haqqında" qərarı da onun xalqına böyük töhfəsi idi. Ötən əsrin 70-80-ci illərində 5 

yeni  ali  məktəb  yaradılıb.  Cəmşid  Naxçıvanski  adına  ilk  hərbi  məktəb  isə 

ölkəmizdə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayıb. Ümummilli liderin 

Azərbaycana  ikinci  dəfə  hakimiyyətə  qayıdışından  sonra  da  ölkəmizdə  elmin, 

təhsilin  inkişafında  böyük  işlər  görülüb.  1993-2003-cü  illərdə  6  yeni  akademiya 

təsis edilib, özəl ali məktəblər yaradılıb. 

  

Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi 

layihələr  ulu  öndərin  təhsil  siyasətinin  uğurlu  davamının  göstəricisidir.  Bir  faktı 

xatırlatmaq  kifayətdir:  ölkəmizdə  təhsil  sisteminin  bütün  pillələri  üzrə  Dövlət 

proqramları  uğurla  həyata  keçirilir. Azərbaycan  təhsilində  ən  uğurlu  nəticələrdən 

biri  məktəb  tikintisinin  geniş  vüsət  almasıdır. 2003-cü  ildən  indiyədək  ölkəmizdə 

iki mindən çox yeni məktəb binası tikilib. Prezident İlham Əliyevin sərəncamı ilə 

―Ən yaxşı ümumtəhsil məktəbi‖ və ―Ən yaxşı müəllim‖ mükafatlarının təqdimatı 

da  məktəb  və  müəllimin  statusunun  yüksəldilməsinə  xidmət  edir.  Gənclərinin 

xarici  ölkələrdə  təhsili  üzrə  Dövlət  Proqramı‖  çərçivəsində  gənclərin  dünyanın 

müxtəlif  ölkələrinin  nüfuzlu  ali  məktəblərinə  təhsil  almağa  göndərilməsi 

istiqamətində  də  işlər  uğurla  davam  etdirilir.  Təhsilin  inkişafında  Heydər  Əliyev 

Fondu  və  onun  Prezidenti  Mehriban  xanım  Əliyevanın  müstəsna  xidmətləri  də 

xüsusi  vurğulanmalıdır.  Fondun  ―Yeniləşən  Azərbaycana  yeni  məktəb‖  layihəsi 

çərçivəsində  son  illərdə  ölkəmizdə  müasir  tələblərə  cavab  verən  400-ə  yaxın 

məktəb  tikilib  və  yenidən  qurulub,  həmçinin    40-a  yaxın  uşaq  evi  və  internat 

məktəbi  əsaslı  təmir  və  bərpa  olunub,  lazımi  avadanlıqla  təchiz  edilib.  Fondun 

dəstəyi  ilə  əyani  tədris  vəsaitləri  çap  edilib.  Beləliklə,  sentyabrın  15-i  ölkəmizin 

bütün  ümumtəhsil  məktəbləri  və  ali  təhsil  ocaqlarında  yeni  dərs  ili  başlayır. 

 

Ümumilikdə  isə,  hər  yeni  dərs  ilində  bütün  təhsil  işçilərini,  tələbə  və  şagirdləri 

yeniliklər gözləyir. Yeniliklər isə həm də uğurların başlanğıcı deməkdir. 

İnternetdə: 

www.books.google.com 

 

 



284 

 

15 Sentyabr - Beynəlxalq Nöqtə Günü, (2009) 

 

Bu bayramı əsasən Uşaq Yaradıcılıq 



Mərkəzlərində, 

uşaq  kitabxanalarında 

keçirirlər.  Beynəlxalq  Nöqtə  Gününün 

tarixi  ingilis  rəssamı  Piter  Q.Reynoldsun 

2003-cü  ildə  yazdığı  ―Nöqtə‖  kitabı  ilə 

bağlıdır.  Bu  kitabda  şəkil  çəkməyi 

bacarmayan balaca qız haqqında danışılır. 

Daha  doğrusu,  qıza  elə  gəlir  ki,  o,  şəkil 

çəkə  bilmir.  Rəsm  dərsində  Vaşti  sadəcə 

kağızı nöqtələyirdi. Lakin müəllimə ondan 

şəkilin  altında  imzasını  qoymağı  xahiş 

edir  və  nöqtəni  gözəl  çərçivəyə  salıb 

divardan  asır.  ―Mən  daha  yaxşı  çəkə 

bilərəm‖,  -  deyə  Vaşti  qərara  gəlir  və 

məlum  olur  ki,  bu,  həqiqətən  belədir.  Bu  kitab  çoxlu  mükafatlar  alır,  Çikaqo 

kitabxanasının versiyası üzrə ―İlin kitabı‖ seçilir və bir çox dillərə tərcümə olunur. 

2009-cu ildə müəllim Terri Şey ilk dəfə Nöqtə Gününü qeyd edir. O gündən bəri 

Beynəlxalq  Nöqtə  Günü  hər  il  qeyd  olunur.  Nöqtə  günündə  iştirak  etmək  üçün 

təsviri sənət studiyasında olmaq məcburi deyil. Kitabı satın almaq olar. Layihənin 

saytında  qeydiyyatdan  keçdikdən  sonra  isə,  metodiki  vəsaiti  və  hətta  proyektor 

üçün ―Nöqtə‖ləri yükləmək olar.  

Öz nöqtənizdən başlayın! Ən yaradıcı fikirlərinizi və layihələrinizi həyata keçirin! 

 

 

İnternetdə: 



www.books.google.com

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


285 

 

16 Sentyabr - Beynəlxalq Ozon Qatının Qorunması Günü, (1994) 



 

1994-cü  ildə  BMT-nin  Baş  Assambleyası  özünün  qətnaməsi  ilə 

(A/RES/49/114)  sentyabrın  16-nı  Beynəlxalq  Ozon  Qatının  Qorunması  Günü 

(International  Day  for  the  Preservation  of  the  Ozone  Layer)  elan  etmişdir.  Ozon 

Qatının  Qorunması  Günü  ozon  qatını  dağıdan  maddələr  üzrə  Monreal 

protokolunun imzalandığı günlə bağlıdır və 1995-ci ildən qeyd olunur.  

1987-ci  il  sentyabrın  16-da  36  ölkənin  imzaladığı  və  bu  sənədə  görə, 

iştirakçı  ölkələr  ozon  qatını  dağıdan  maddələrin  istehsalını  məhdudlaşdırmalı  və 

tam  dayandırmalıdırlar.  Həmin  gün  Monreal  protokolu  və  ona  əlavələrdə  qeyd 

olunan  vəzifələr  və  məqsədlərə  uyğun  təbliğatın  aparılması  dövlətlərə  tövsiyə 

olunur.  

Ozon  qatı  nazik  qaz  qalxanı  şəklində  Yeri  Günəş  radiasiyasının  dağıdıcı 

təsirindən qoruyur. O, yer üzərində nəhəng örtük kimi sərilmişdir. Əgər bu qat çox 

zəifləyərsə,  bu  bütün  biosfer  və  canlı  aləm  üçün  fəlakət  olar.  Ultrabənövşəyi 

şüaların  insan  üzərinə  düşməsi  nəticəsində  dəri  xərçəngi,  görmənin  itirilməsi  və 

başqa  xəstəliklər  yarana  bilər.  XX  əsrin  80-ci  illərində  alimlər  Antarktidada 

ozonun  ümumi  tərkibinin  iki  dəfə  azaldığını  aşkara  çıxardılar.  Məhz  o  vaxtdan 

―ozon  dəlikləri‖  ifadəsi  yarandı.  Ozon  qatının  nazikləşməsinə  sənaye 

müəssisələrinin,  zavodların  məhsulu  olan  xlor  oksidi  təsir  göstərir.  Biz  ozon 

dəliklərinin  yaranmasının  qarşısını  almaq  iqtidarında  deyilik.  Lakin  məişət 

səviyyəsində əlimizdən gələni edə bilərik.  

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   96   97   98   99   100   101   102   103   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə