Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Sentyabr - Ümumdünya Dəniz Günü



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə104/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   100   101   102   103   104   105   106   107   ...   148

296 

 

29 Sentyabr - Ümumdünya Dəniz Günü, (1978)  



  

 

 

Mən çoxdan vurğunam sənə 

Böyük arzum budur yenə: 

dönüb bir göy göyərçinə 

sahilinə qonam, dəniz. 

                                                       Rəsul Rza 

 

 



 

 

Hökumətlərarası  Dəniz  Təşkilatı  Assambleyasının  1977-ci  ilin  noyabrında 



keçirilmiş  10-cu  sessiyasında  qərara  alınmış    Ümumdünya  Dəniz  Günü    1978-ci 

ildən  qeyd  olunur.  1980-ci  ilə  kimi  bu  gün  17  martda  qeyd  olunurdu.  Hazırki 

dövrdə  isə  bu  gün  sentyabrın  axırıncı  həftəsi  qeyd  olunur.  Bütün  dünyada  bu 

bayramın  keçirilməsinin  məqsədi  ictimaiyyətin,  hökumət  və  özəl  strukturların 

diqqətini  dənizlərin  və  onların  bioresurslarının  qorunmasına  cəlb  etməkdir. 

Ənənəvi  olaraq  Dəniz  Günü  dənizlərin  və  okeanların  insanlar  üçün 

əhəmiyyətindən,  sualtı  dünyanın  sərvətlərindən  və  həmçinin  hər  bir  Yer  planeti 

sakininin onun qorunması üçün nə edə biləcəyindən bəhs edən müsabiqə, festival 

formasında  keçirilir.  Adətən  ictimai  təşkilatlar  bu  bayramı  dənizlərin  qorunması, 

çimərliklərin  təmizlənməsi  üçün  mitinqlərin  və  yürüşlərin  keçirilməsi  ilə  qeyd 

edirlər. 

Ümumdünya  Dəniz  Gününün  tarixi  hər  dövlət  üçün  həmin  ölkənin 

Beynəlxalq  Dəniz  Təşkilatının  üzvləri  tərəfindən  təyin  olunur.  Azərbaycanda  bu 

tarix 29 sentyabra təsadüf edir.  

 

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 

 

 



 

 

 




297 

 

30 Sentyabr - Beynəlxalq Tərcüməçilər Günü, (1991)  



 

Hər  il  sentyabrın  30-da  şifahi  və  yazılı  tərcümə  ilə  məşğul  olanların  peşə 

bayramı  -  Beynəlxalq  Tərcüməçilər  Günü  (International  Translation  Day)  qeyd 

olunur.  

Böyük  rus  şairi  A.S.Puşkin  tərcüməçiləri  ―tərəqqinin  poçt  atları‖ 

adlandırırdı.  Babil  qülləsinin  dağılmasından  bəri  bütün  bəşəriyyətin  həyatında 

tərcüməçilərin  rolu  hiss  olunmasa  belə,  çox  böyük  və  əhəmiyyətlidir.  Axı 

tərcüməçilər  olmasaydı,  ədəbiyyatın  və  kino  sənətinin  bütün  əsərləri,  elm  və 

texnikanın  nailiyyətləri  əlçatmaz  olardı,  dünyanın  müxtəlif  ölkələrindən  olan 

insanlar öz aralarında ünsiyyət qura bilməzdilər.  

1991-ci  ildə  tərcüməçilərin  də  peşə  bayramı  yaranmışdır.  Beynəlxalq 

Tərcüməçilər Federasiyası (FİT) 30 sentyabrı Beynəlxalq Tərcüməçilər Günü elan 

etmişdir.  FİT  1953-cü  ildə  Parisdə  yaradılmışdır  və  dünyanın  60-dan  çox 

ölkəsindən  100-dən  artıq  tərcüməçilər  assosiasiyasını  birləşdirir.  Təşkilatın 

yaradılmasında  məqsəd  tərcüməçilər  arasında  təcrübələrin  bölüşülməsi  və 

əlaqələrin möhkəmləndirilməsidir. Bayramın tarixi təsadüfən seçilməmişdir. 420-ci 

il  sentyabrın  30-da  Bibliyanı  latın  dilinə  tərcümə  edən  tərcüməçi,  tarixçi,  yazıçı 

Müqəddəs İeronim Stridonski vəfat etmişdir.  

       Beynəlxalq  Tərcüməçilər  Günü  münasibətilə  hər  il  keçirilən  konqreslər, 

konfranslar,  seminarlar,  ―dəyirmi  masa‖lar  və  s.  müəyyən  bir  mövzuya  həsr 

olunur.  

İnternetdə: 

www.books.google.com

 

 

 

 

 



 

 

 



 


298 

 

Yubilyar yazıçı və şairlər 



 

5 Sentyabr -  Şair, dramaturq Ramiq Muxtarın anadan olmasının  

                      75 illiyi, (1942) 

 

 



  

 

 



 

 

 



 

 

Ramiq  Muxtar  Naxçıvan  şəhərində,  ziyalı  ailəsində  anadan  olub.  Ramiq 



Muxtar 11 yaşından bədii yaradıclıqla məşğul olub, şeirləri dövri mətbuatda tez-tez 

çap  olunub.  "Üfüqlər  qızaranda",  "Əlvida,  köhnə  dünya",  "Doğma  səmanın 

ulduzları"  və  digər  pyesləri  Bakı,  İrəvan,  Naxçıvan,  Qazax  Dövlət  Dram 

teatrlarında  uğurla  tamaşaya  qoyulub.  Nəğməkar  şairin  sözlərinə  120-dən  artıq 

mahnı  bəstələnib.  Ü.Hacıbəyov  adına  1  saylı  Naxçıvan  şəhər  orta  məktəbini 

bitirdikdən  sonra  M.A.Əliyev  adına  Azərbaycan  Dövlət  İncəsənət  İnstitutunun 

mədəni-maarif fakültəsində təhsilini davam etdirib. ―Şərq qapısı‖ qəzetində ədəbi 

işçi,  Şahbuz  rayon  Uşaq  Musiqi  Məktəbinin  direktoru,  Naxçıvan  Nazirlər  Soveti 

yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, Bakıda Nəsimi rayonundakı 

Şahmat Məktəbinin direktoru və Naxçıvan şəhər Dövlət Filarmoniyasının direktoru 

vəzifəsində    işləmişdir.  O,  olmaqla  yanaşı,  həm  də  dama  üzrə  SSRİ  idman 

ustasıdır.  R.  Muxtar  ―Rəsul  Rza‖  Beynəlxalq  Mükafatının  laureatıdır.  Gürcü-

Azərbaycan  xalqlarının  dostluğundan    bəhs  edən  ―Şəhərli  kürəkən‖  pyesinə  görə 

Gürcüstanın ―Şərəf‖ ordeninə layiq görülmüşdür.   Son 15 il ərzində respublikada 

keçirilən  hərbi  vətənpərvərlik  mövzusundakı  müsabiqələrdə  onun  sözlərinə 

bəstələnən mahnılar 8 dəfə birinci mükafata layiq görülüb. 

 Ramiq Muxtar hazırda Prezident təqaüdçüsüdür.   

Kitabları: ―Üfüqlər qızaranda‖, ―Şəhərli kürəkən‖  , ―Seçilmiş əsərləri‖ (2007) və 

s. 


 

Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları  (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   100   101   102   103   104   105   106   107   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə