Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə105/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   101   102   103   104   105   106   107   108   ...   148

299 

 

 



8 Sentyabr - Şair Ağasəfanın anadan olmasının 75 illiyi, (1942) 

 

 



 

 

 

 

 

Yəhyayev  Ağasəfa  Qafur  oğlu (Ağasəfa)  Xızı  rayonunun  Qarabulaq 

kəndində  anadan  olub.  Bakıda  orta  məktəbi  bitirdikdən  sonra  Moskvada Maksim 

Qorki  adına  Ədəbiyyat  İnstitutunda qiyabi  təhsil  alıb  (1963-1971).  Bakı  Parovoz 

Deposunda    fəhlə  (1960-1962),    geoloji    kəşfiyyat    idarəsində    (1962-1965) 

qazmaçı  köməkçisi,  sonra   "Kirpi"  satirik  jurnalı   və   "Azərbaycan  qadını" 

jurnalı   redaksiyalarının  əməkdaşı  (1965-1978),  "Yazıçı"  nəşriyyatında  bədii 

tərcümə  redaksiyasının  böyük  redaktoru  (1978-1989),  "Karvan"  kitablar  seriyası 

redaksiyasında böyük redaktor (1989-1990), "Novruz" qəzeti redaksiyasında məsul 

katib  (1990), "Ədəbiyyat  qəzeti"ndə  məsul  katibin  köməkçisi  (1991-1993) 

vəzifələrində işləmişdir.  Bir neçə il  Qarabulaq kənd orta məktəbində müəllimlik 

etmişdir  (1993-1994).  Hazırda  ―Vahid‖  müstəqil  televiziyasında  böyük  redaktor 

işləyir (1994-cü ildən).  

Ədəbi yaradıcılığa 1957-ci ildə "Sosialist Sumqayıtı" qəzetində çap olunmuş 

"Sazım" adlı ilk şeiri ilə başlamışdır. O vaxtdan dövri mətbuatda müntəzəm çıxış 

edir.  Bədii  tərcümə  ilə  də  məşğul  olur.  L.N.Tolstoyun  mənzum  nağıllarını, 

N.Qribaçov,  Q.Qulam,  R.Babacan,  İ.Selvinski,  S.Vasilyev,  B.Oleynik,  A.Lupan, 

Q.Quliyev və b. görkəmli sənətkarların əsərlərindən nümunələr tərcümə etmişdir. 

"Ölkəm"  (1980),  "Azərbaycan"  (1981),  "Əsrin  yolu"  (1984)  kitablarını  tərtib 

etmişdir. 



Kitabları: ―Yolçu yolda gərək‖ (1966), ―Yaşat məni‖ (1970), ―Ürəyimdir oxuyan‖ 

(1976), ―Fikir dünyası‖ (1981), ―Günəşin dalınca gedən oğullar‖ (1984), ―Odla 

oynayıram‖ (1987), ―Gombulca və Dumbulca‖ (1989) və s. 

Tərcümələri: Mömin Qanoat ‖Yaralı kitablar‖ (1988)  və s.  

 

Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları  (XX-XXI yüzillikdə)” Ensiklopedik 



məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 


300 

 

 



10 Sentyabr -  Yazıçı, publisist Mustafa Çəmənlinin anadan olmasının  

                         70 illiyi, (1947) 

 

 

 

 



 

 

 



 

Mustafa  Çəmənli  Ağdam  rayonunun  Çəmənli  kəndində  anadan  olmuşdur. 

İlk  təhsilini  doğma  kəndində,  daha  sonra  Mingəçevir  şəhər  məktəbində  almışdır. 

Əmək  fəaliyyətinə  Mingəçevir  Maşın  hissələri  Təmiri  Zavodunda  qəlibçi  kimi 

başlamışdır  (1966-1970).  Bakıda  "Kommunist"  nəşriyyatında  çapçı  köməkçisi, 

"Paris Kommunası” adına gəmi təmiri zavodunda qəlibçi olmuşdur (1970-1972). 

ADU-nun  jurnalistika  fakültəsində  təhsil  almışdır  (1972-1977).  Təyinatla 

göndərildiyi "Yazıçı" nəşriyyatında redaktor, böyük redaktor, klassik ədəbiyyat və 

folklor redaksiyasının müdiri (1978-1988), nəşriyyatın nəsr redaksiyasının müdiri 

vəzifələrində  işləmişdir  (1988-1992).  "Gənclik"  nəşriyyatında  baş  redaktor 

vəzifəsində  çalışmışdır  (1992-2006).  Bədii  yaradıcılığa  tələbəlik  illərindən 

başlamışdır.  İlk  hekayəsi  "Ləpirlər"  1973-cü  ildə  "Mingəçevir  işıqları"  qəzetində 

çap  olunmuşdur.  Povest  hekayə  və  radiopyeslər  qələmə  almışdır.  "Layla"  (1985) 

pyes-senarisi  klublara,  xalq  teatrlarına  göndərilmişdir.  Milli  musiqi  ifaçılığı 

sənətinin  təbliğinə  görə  Mətbuat  Fondunun  "Dan  ulduzu"  (1993)  mükafatına,  ön 

cəbhədə  çıxışlarına  və  hərbi  vətənpərvərlik  ruhlu  məqalələrinə  görə  Yazıçılar 

Birliyinin  diplomuna  (1993),  "Xallı  Gürzə"  tarixi  romanına  görə  "Yaddaş"  milli 

mükafatına,  Milli  Mədəniyyəti  Təbliği  Mərkəzinin  "Uğur-2008",  "Ölüm  mələyi" 

tarixi romanına görə Azərbaycan Republikası Mədəniyyət və Turizim Nazirliyinin 

"Qızıl Kəlmə" ədəbi mükafatına layiq görülmüşdür. 



Kitabları: ―Mənim dünyamın adamları‖ (1982), ―İtirilmiş səs‖ (1985), ―Xallı 

gürzə‖ (1991), ―Nəğməli xatirələr‖ (1997), ―Səs qərib olmur‖ (1993), ―Çahargah‖ 

(Uşaqlar üçün hekayə) (2009), ―Şəmsəddin Eldəniz‖ (Uşaqlar üçün hekayə) 

(2009), ―Mübariz‖  (2010), ―Ölüm mələyi‖ (2012), ―Yaddaşlarda yaşamaq haqqı‖ 

(2012), ―Sənət hekayələri‖ (2014), ―Üçyaşlı əsir‖ (2016) və s. 

 

 



Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları  (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 


301 

 

 



12 Sentyabr - Yazıçı Yusif Vəzir Çəmənzəminlinin 130 illiyi, (1887-1943) 

 

Yusif  Vəzir  Çəmənzəminli  Şuşa  şəhərində  anadan 



olmuş,  ilk  təhsilini  Şuşa  Realnı  Məktəbində  rusca 

almışdır.  1904-  cü  ildə  "Jaloba"  adlı  ilk  şeirini  də  rusca 

yazmışdır.  Yusif  bu  məktəbdə  oxuyan  zaman  əmisi  oğlu 

və  dostu  Mirhəsən  Vəzirovla  birlikdə  rus  dilində 

"Fokusnik" adli, əl ilə yazılmış yumoristik və karikaturalı 

aylıq  jurnal  buraxmışlar.  Jurnalda  verilən  yazılar  həcmcə 

kiçik olsa da, məzmunca diqqəti cəlb edirdi.  

Yusif  Vəzir  1907-ci  ildə  "Şahqulunun  xeyir  işi"  adlı 

hekayəsini yazır. Bu hekayə ilk dəfə 1911-ci ildə "Səda" qəzetində çap olunur. 

O,  1919-cu  ildə  Azərbaycan  Xalq    Cümhuriyyətinin  Türkiyədə  ilk  səfiri  olur.  

Sonralar  isə  "Qızlar  bulağı",  "Studentlər",  "1917-ci  il"  adlı  romanlarını  çap 

etdirir.  1935-ci  ildə  "Həzrəti-Şəhriyar"  adlı  komik  pyesini  bitirir.  Uzun  illər 

tədqiqatçıların  diqqətindən  kənarda  qalan  "Həzrəti-Şəhriyar"  komediyası, 

nəhayət,  ilk  dəfə  1980-ci  ildən  incəsənət  toplusu  "Qobustan"  jurnalının  4-cü 

nömrəsində  çap  olundu.  O,  kino-ssenarilərin  tərcüməsi  işində  də  fəal  iştirak 

etmişdi.  Azərbaycan  dilində  ilk  səsli  film  olan  məşhur  "Çapayev"  filminin 

ssenarisini  də  Azərbaycan  dilinə  1936-cı  ildə  Y.V.Çəmənzəminli  tərcümə 

etmişdir.  Yazıçı  1937-ci  ilin  aprel  ayında  tamamladığı  "İki  od  arasında"  adlı 

tarixi  romanı  işdən  çıxarıldığı  üçün  çap  etdirə  bilməmişdi.  Öz  sağlığında  nəşr 

etdirmək qismət olmayan Yusif Vəzirin bu tarixi romanı ilk dəfə 1964-cı ildə 

"Azərbaycan"  jurnalında  müəyyən  ixtisarla  "Qan  içində" adı  ilə  çapdan 

çıxmışdır.  Y.  Vəzir  Yazıçılar  İttifaqından  çıxarılmazdan  3-4  ay  əvvəl  yazdığı 

"Altunsaç"  adlı  kinossenarisini  də  "Azərfilmə"  vermişdi.  Geniş  mütəxəssis 

müşavirəsində  oxunub  bəyənilməsinə  baxmayaraq,  "Azərfilmin"  direktoru 

Merkel  son  mərhələdə  Yusif  Vəzirə  müraciət  edərək  demişdi:  "Studentlər" 

romanınız tənqid edildiyi üçün sizinlə müqavilə bağlaya bilməyəcəyəm.‖ Yusif 

Vəzir  tərcümələr  də  edirdi.  O,  L.Tolstoyun,  İ.Turgenevin,  N.Qoqolun, 

B.Lavrenevin,  L.Seyfulinanın,  V.Hüqonun  və  s.  bir  neçə  əsərini  rus  dilindən 

Azərbaycan dilinə tərcümə etmişdi. 

Kitabları: ―İki hekayə‖ (1911), ―Qanlı göz yaşları‖ (1913), ―Arvadlarımın halı‖ 

(1928), ―Qaranlıqdan işığa‖ (1932), ―Yaramaz‖ (1934),  ―Studentlər‖ (1936), 

―Məlikməmməd‖ (1965), ―Cənnətin qəbzi‖ (1965), ―Bir cavanın dəftəri‖ (1966), 

―Qan içində‖ (1967), ‖Ayrılıq axşamı‖ (1971),  ―Qızlar bulağı‖ (1987) və s.  

 

Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları  (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 



 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   101   102   103   104   105   106   107   108   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə