Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə107/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   103   104   105   106   107   108   109   110   ...   148

305 

 

Xarici ədəbiyyat 



 

5 Sentyabr - Rus yazıçısı Aleksey Konstantinoviç Tolstoyun anadan olmasının 

                       200 illiyi,  (1817-1875) 

 

  



Rus  şairi,  yazıçısı,  dramaturqu,  qraf  Aleksey 

Konstantinoviç  Tolstoy  24  avqust  (5  sentyabr)  Sankt-

Peterburqda  anadan  olmuşdur.  Atası  qraf  Konstantin 

Petroviç  Tolstoy,  anası  Anna  Alekseyevna  Perovskaya 

Aleksey  anadan  olduqdan  sonra  ayrılmışlar  və  balaca 

Alekseyi  dayısı  yazıçı  A.A.Perovski  (Anton  Poqorelski) 

tərbiyə  etmişdir.  Uşaqlığını  Ukraynada  keçirən  Aleksey  10 

yaşında İtaliyaya səfərə aparılır. A.Tolstoy taxt-tacın varisi, 

gələcək  II  Aleksandrın  uşaq  dostlarından  ibarət  ətrafına 

daxil  idi  və  onunla  birgə  1838-ci  ildə  Komo  gölünə  səfər  etmişdir.  Bu  səfərin 

təəssüratlarını  o,  sonralar  ―Xortdan‖  əsərində  yazmışdır.1840-cı  ildə  Peterburqda 

çar sarayında vəzifəyə dəvət edilən Aleksey Tolstoy 1830-cu illərin sonu, 1840-cı 

illərin  əvvəllərində  fransız  dilində  ―Qulyabanı  ailəsi‖  və  ―Üç  yüz  il  sonra  görüş‖ 

adlı  iki  fantastik  hekayə  qələmə  alır:  1841-ci  ilin  mayında  Tolstoy  ―Xortdan‖ 

fantastik  povestini  kitab  halında  çap  etdirir.  Bu  kitabı  o  ,  nəşrə  ―Krasnoroqski‖ 

təxəllüsü ilə təqdim edir.  

 1861-ci  ildə  vəzifəsindən  istefa  verdikdən  sonra  Sankt-Peterburq  yaxınlığındakı 

Tosna  çayı  sahilidəki  ―Pustınka‖  malikanəsində  və  Krasnıy  Roqda  yaşamış, 

paytaxta  az  hallarda  getmişdir.  Avropaya  çoxsaylı  səyahətlər  etmişdir.  Əsərləri 

əsasən ―Sovremennik‖, ―Russkiy vestnik‖, ―Vestnik Yevropı‖ və s. jurnallarda çap 

olunmuşdur. 1867-ci ildə şeirlərinin toplusu nəşr olunmuşdur.  

1875-ci  il  sentyabrın  28-də  güclü  başağrısı  tutması  ilə  əlaqədar  həkimin 

yazdığı morfini bilmədən çox qəbul etməsi nəticəsində dünyasını dəyişmişdir.  

Aleksey Tolstoyun muzey-malikanəsi Krasnıy Roqda yerləşir.  

―İoann  Damaskin‖,  ―Əlkimyaçı‖,  ―Popovun  yuxusu‖,  ―Əjdaha‖  və  s. 

poemaların, çoxsaylı şeirlərin, ―Fantaziya‖, ―Don Juan‖, ―İvan Qroznının ölümü‖ 

və s. dram əsərlərinin də müəllifidir.   

Kitabları: ―Mühəndis Qarinin hiperboloidi‖, ―Hekayələr‖ və s.  

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 



 

 

 

 

 

 

 


306 

 

 



11 Sentyabr - Rus yazıçısı Boris Stepanoviç Jitkovun anadan olmasının 

 

                        125 illiyi, (1882-1938) 

 

 

 



Rus və sovet yazıçısı, nasir, pedaqoq, səyyah və tədqiqatçı Boris Stepanoviç 

Jitkov Novqorodda anadan olmuşdur. Atası riyaziyyatçı, anası pianoçu olmuşdur. 

Uşaqlığını  Odessada  keçirmiş,  ilk  təhsilini  evdə  almış,  daha  sonra  gimnaziyaya 

daxil olmuşdur. Gimnaziyanı bitirdikdən sonra Novorossiysk Universitetinin təbiət 

elmləri  bölməsinə  daxil  olmuşdur.  Təhsilini  başa  vurduqdan  sonra  dənizçilik 

karyerasına  başlamış  və  çoxlu  səyahət  etmişdir.  Bir  çox  uşaq  qəzet  və  jurnalları 

üçün yazılar yazmışdır. Uşaq hekayələri silsilələri yaratmışdır: ―Nə olmuşdur?‖ və 

―Mən  nələr  görmüşəm?‖.  Yazıçı  1905-ci  il  inqilabı  haqqında  yazdığı  ―Viktor 

Vaviç‖ romanını özünün əsas əsəri hesab edirdi. Boris Jitkov həmçinin ―Heyvanlar 

haqqında  hekayələr‖,  ―Dəniz  hekayələri‖,  ―Uşaqlar  üçün  hekayələr‖,  ―Texnika 

haqqında hekayələr‖, ―Qara yelkənlər‖, ―Parovozlar‖ və s. kitabların müəllifidir.  

Boris  Stepanoviç  Jitkov  1938-ci  il  oktyabrın  19-da  ağçiyər  xərçəngindən 

vəfat etmişdir.  

 

Kitabları: Rus dilində - ―Злое море‖, ―Морские истории‖, ―Рассказы о 

животных‖, ―Рассказы для детей‖  və s. 

 

İnternetdə: 



www.az.wikipedia.orq

 

 



 

 

 



 

 

 



 

 

 




307 

 

Milli qəhrəmanlar zirvəsi 



 

7 Sentyabr - Azərbaycanın Milli Qəhrəmanı Seyidov Məhərrəm Mirəziz 

                      oğlunun anadan olmasının 55 illiyi, (1952-1990) 

 

 

  



Şərur rayonunun Alışar kəndində anadan olub. 1969-

cu  ildə  burada  N.Nərimanov  adına  orta  məktəbi  bitirib. 

Məhərrəm  Bakı  Xüsusi  Milis  Məktəbində  də  təhsil  alıb. 

Milis  kapitanı  Məhərrəm  Şərur  rayonunda  baş  inspektor 

işləyirdi. 

1990-cı 


ildə Sədərək 

rayonu da 

erməni 

yaraqlılarının  hücumlarına  məruz  qalırdı. 18  yanvar 1990-



cı il ermənilər Kərki kəndinə hücum edərək evləri yandırır, 

silahsız,  günahı  olmayan  dinc  sakinləri  vəhşiliklə  qətlə 

yetirirdilər.  Şərur  rayon  Daxili  İşlər  Şöbəsi  məlumatı  alan  kimi  polis  işçilərini 

hadisə yerinə göndərir. Qanlı döyüşlərdə hər iki tərəfdən xeyli ölən və yaralananlar 

olur.  

19  yanvarda polis  kapitanı  Azər  mühasirəyə  düşür.  Məhərrəm  onu  xilas 



etmək  tapşırığını  öz  üzərinə  götürür,  o,  vuruşaraq  polis  kapitanının  yanına  çatır, 

amma  o  özü  mühasirəyə  düşdüyündən,  son  nəfəsədək  vuruşub  döyüşçü  dostunu 

xilas  edən  Məhərrəm  qəhrəmancasına  həlak  olur.  Şərur  rayonunun Şəhidlər 

xiyabanında dəfn edilib.  

Azərbaycan Respublikası  Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı 

ilə kapitan Seyidov Məhərrəm Mirəziz oğlu ölümündən sonra "Azərbaycanın Milli 

Qəhrəmanı" adına layiq görülmüşdür. 

Ailəli idi, dörd övladı qalıb. Şərur şəhərində qəhrəmanın adına küçə var, tuncdan 

büstü qoyulub. Buradakı 2 saylı orta məktəb Məhərrəm Seyidovun adını daşıyır. 

 

Qəlbimdə yuva qurmuş Vətən adlı sevgisən. 

 

Can verən şəhidlərin azadlıq nəğməsisən. 

Beş yerə parçalanmış bir yurdun haqq səsisən.  

Dinindir gözəl islam, and yerindir o Quran, 

Azərbaycan, türkün Vətəni, can sənə qurban. 

                                                                                      Ələkbər Sadiq 

 

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 



 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə