Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Sentyabr - Azərbaycanın Milli Qəhrəmanı



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə108/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   104   105   106   107   108   109   110   111   ...   148

308 

 

15 Sentyabr - Azərbaycanın Milli Qəhrəmanı Sergey Aleksandroviç 



                        Senyuşkinin anadan olmasının 60 illiyi, (1957-1992) 

 

 

 

 



  

 

 



 

 

 



Senyuşkin  Sergey  Aleksandroviç  Rusiyanın  Samara  vilayətinin  Sızran 

şəhərində  anadan  olmuşdur. 1974-cü  il  Sızran  şəhər  orta  məktəbini  bitirmişdir. 

Sergey burada Politexnik İnsitutuna daxil olmuş, 1975-ci ildən təhsilini Ali Hərbi 

Təyyarəçilər 

Məktəbində 

davam 


etdirmişdir. Sergey Mİ-8 və Mİ-

24 vertolyotlarının uçuş proqramını peşəkar səviyyədə öyrənmişdir. 1 fevral 1992-

ci  ildən  həyatını Azərbaycanla bağlayan  Sergey  hərbi  hissə  komandiri  təyin 

edilmişdi.  Azərbaycan  Hərbi  Hava  Qüvvələrinin  yaradıcılarından  hesab  olunan 

Sergey,  mülki  təyyarəçilərə  hərbçi  təlimini  keçməklə  yanaşı, Qarabağda gedən 

hərbi  əməliyyatlarda  iştirak  edərək  çox  sayda  erməni  döyüşçüsünü  məhv 

etmişdir. Xocalı  soyqırımı zamanı  xeyli  dinc  sakini  xilas  edə  bilsə  də,  Xocalıda 

ağır yaralanmış və 29 fevral 1992-ci ildə həlak olmuşdur. 

Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 1992-ci il tarixli 204 saylı 

fərmanı ilə Senyuşkin Sergey Aleksandroviç ölümündən sonra "Azərbaycanın 

Milli Qəhrəmanı" adına layiq görülmüşdür. 

Ailəli idi, iki övladı yadigar qalıb. Samara vilayətinin Sızran şəhərində dəfn edilib. 

Bakının Xətai rayonunda adına küçə var. 

Savaşlardan alnıaçıq çıxan zaman 

Tarixlərə bağışladın neçə qurban. 

 Hər qonşuda bir parçası əsir qalan 

          Torpağına canım qurban , Azərbaycan ! 

                                                                         Nəriman Həsənzadə 

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 

 

 


309 

 

OKTYABR 



Əlamətdar tarixi günlər və bayramlar 

1 Oktyabr - Beynəlxalq Ahıllar Günü, (1992) 

1 Oktyabr - Prokurorluq İşçiləri Günü, (1998) 

1 Oktyabr -  Beynəlxalq Musiqi Günü, (1975) 

3 Oktyabr - Ümumdünya Memarlıq Günü, (1996) 

4 Oktyabr - Ümumdünya Heyvanları Müdafiə Günü, (1931) 

5 Oktyabr -  Beynəlxalq Müəllimlər Günü, (1966) 

9 Oktyabr - Ümumdünya Poçt Günü, (1974) 

10 Oktyabr - Yanğınsöndürənlər  Günü, (2002) 

13 Oktyabr - Ümumdünya Yumurta Günü (2017-ci il üçün) 

16 Oktyabr - Mütaliə bayramı, (1989) 

17 Oktyabr - Ümumdünya Yoxsulluqla Mübarizə Günü, (1992) 

18 Oktyabr - Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü, (1991) 

20 Oktyabr - Beynəlxalq Kulinariya Günü, (2007) 

20 Oktyabr - Energetiklər Günü, (2004) 

22 Oktyabr -  Beynəlxalq Məktəb Kitabxanaları Günü, (1999) 

24 Oktyabr - Birləşmiş Millətlər Təşkilatı Günü, (1945) 

30 Oktyabr - Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü, (1974) 



Bu tarixi unutmayaq  

2 Oktyabr -  Xocavənd rayonunun işğalı günü, (1992) 

29 Oktyabr - Zəngilan rayonunun işğalı günü, (1993) 

Azərbaycanın görkəmli şəxsiyyətləri 

General-leytenant Səmədbəy Mehmandarovun 160 illiyi, (16.10.1857-12.02.1931) 



Yubilyar yazıçı və şairlər  

Yazıçı Seyfulla Şamilovun 115 illiyi, (10.10.1902 - 25.12.1974) 

Şair, publisist, pedaqoq Əjdər Ağayevin 80 illiyi, (10.10.1937) 

Şair Hafiz Baxışın 85 illiyi, (15.10.1932 - 04.09.1989) 

Xalq şairi Xəlil Rza Ulutürkün 85 illiyi,  (21.10.1932 - 22.06.1994) 

Şair, dramatur Hüseyn Cavidin 135 illiyi, (24.10.1882 - 05. 12.1941) 



Xarici ədəbiyyat 

İspan yazıçısı Migel de Servantesin 470 illiyi, (09.10.1547 - 23.04.1616) 

Rus yazıçısı Yevgeniy Permyakın 115 illiyi, (31.10.1902 - 17.08.1982)  

Amerika yazıçısı Ketrin Patersonun 85 illiyi, (31.10.1932) 



İncəsənət 

Xalq artisti Şövkət Ələkbərovanın 95 illiyi, (20.10.1922 - 07.02.1993) 

Xalq rəssamı Bədurə Əfqanlının 105 illiyi, (25.10.1912 - 07.05.2002) 

Dirijor, bəstəkar Rauf Abdullayevin anadan olmasının 80 illiyi, (29.10.1937) 



Milli qəhrəmanlar zirvəsi 

Allahverdiyev Namiq Müslüm oğlunun 50 illiyi,



 

(

05.10.1967 - 09.07.1992) 




310 

 

Əsədov Rafael Əvəz oğlunun 65 illiyi, (27.10.1952 - 12.11.1992) 



 

Əlamətdar tarixi günlər və bayramlar 

 

1 Oktyabr -  Beynəlxalq Ahıllar Günü, (1992) 

Yaşadığımız  cəmiyyət  hamı  üçündür.  Gənclər, 

orta  nəslin  nümayəndələri,  hətta  ahıllar  da 

cəmiyyətdə  gedən  inkişaf  proseslərində  iştirak 

edirlər.  Yaşlıların  həyat  təcrübəsindən,  bilik  və 

bacarıqlarından  bəhrələnmək  isə  nəsillər 

arasında  körpü  yaratmaq,  varislik  əlaqəsini 

bərpa 


etmək 

baxımından  çox  zəruridir. 

Cəmiyyətdə  yaşayıb  ondan  kənarda  qalmaq 

olmaz.  Ahılların  məşğulluğu,  onların  inkişaf  prosesinə  cəlb  edilməsi,  həm  də 

sosial-iqtisadi durumun yaxşılaşması deməkdir. BMT-nin İnkişaf Proqramında son 

illər  ərzində  ahıllar  problemi  geniş  yer  tutur.  2002-ci  ilin  aprelində  İspaniyanın 

paytaxtı Madrid şəhərində BMT-nin Ahıllar üzrə II Ümumdünya Məclisində belə 

bir  fikir  səslənmişdir  ki,  yaşlılar  da  cəmiyyətin  bərabər  hüquqlu  vətəndaşlarıdır, 

onlara ehtiram göstərmək yüksək insani keyfiyyətdir. Adı-sanı, nəcib əməlləri ilə 

tanınan, bəlkə də heç tanınmayan, lakin ləyaqətlə yaşayan, həyat təcrübəsi ilə yeni 

nəsillərə  nümunə  olan  ahıllar,  həqiqətən,  hörmətə  layiqdirlər.  Qocaların  sərvəti 

onların həyat təcrübəsidir. Onlara qulaq asıb, dediklərinə əməl etməklə bu sərvətə 

sahib olmaq mümkündür. Ümummilli liderimiz Heydər Əliyev kimi yaşa dolmuş 

görkəmli siyasətçi və dövlət xadimi öz ölkəsini müvəffəqiyyətlə idarə etmişdir. Bu 

fakt bir daha sübut edir ki, yaşlı, ahıl insanların təcrübəsi əvəzolunmazdır. BMT-

nin Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı Qətnamə qəbul etmişdir. 

Həmin Qətnamənin prinsiplərinə uğun olaraq hər il oktyabr ayının 1-i Beynəlxalq 

Ahıllar Günü kimi qəbul edilmiş, həmçinin 1999-cu il Beynəlxalq Ahıllar İli elan 

olunmuşdur.  Bu  məsələyə  respublikamızda  da  ciddi  diqqət  yetirilir.  2001-ci  il 

iyunun  22-də  "Ahıllara  sosial  xidmət  haqqında"  Azərbaycan  Respublikasının 

Qanunu  qəbul  edilmişdir.  Qanuna  əsasən  ölkədə  70  yaşına  çatmış  Azərbaycan 

Respublikası  vətəndaşları,  habelə  Azərbaycan  Respublikasında  daimi  yaşayan 

əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılır. 1993-cü ildən başlayaraq hər il 

oktyabr  ayının  1-i  respublikamızda  Beynəlxalq  Ahıllar  Günü  kimi  qeyd  olunur. 

Beynəlxalq  Ahıllar  Günü  ərəfəsində  respublikamızın  şəhər  və  rayonlarında  icra 

hakimiyyətləri, əmək kollektivləri, ictimai təşkilatlar və qeyri-hökumət təşkilatları 

rayon  ərazisində  yaşayan  ahıl  vətəndaşların  ehtiyaclarını  öyrənərək,  onlar  üçün 

bayram  süfrələri,  ərzaq  bağlamaları  təşkil  edir,  müxtəlif  xeyriyyə,  şəfqət  və 

mədəni-kütləvi tədbirlər həyata keçirirlər.  

 

İnternetdə: 



www.books.google.com 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə