Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Oktyabr - Prokurorluq İşçiləri Günü, (1998)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə109/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   105   106   107   108   109   110   111   112   ...   148

311 

 

 



1 Oktyabr - Prokurorluq İşçiləri Günü, (1998) 

 

 

Hər  il  oktyabr  ayının  1-də Azərbaycan 

Respublikası 

Prokurorluğunun əməkdaşları 

öz 


peşə bayramlarmı təntənə ilə qeyd edirlər. Bu günün 

qeyd  olunması  tarixi  zərurətdən  yaranmışdır. 

Ümummilli  lider  Heydər Əliyev  Azərbaycan  Xalq 

Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-

ci  il  tarixli  qərarı  ilə Bakı  Dairə Məhkəməsinin 

tərkibində  prokurorluq  orqanlarının  fəaliyyətə başlamasını əsas  tutaraq  hər  il 

oktyabr  ayının  1-nin  ―Azərbaycan  Respublikası  Prokurorluğu  işçilərinin 

peşə bayramı günü kimi qeyd edilməsi barədə‖ 17 iyul 1998-ci il tarixli sərəncam 

imzalamışdır.  

Məhkəmə orqanlarından  fərqli  olaraq,  bir  çox  dövlətlərdə prokurorluq 

müstəqil institut kimi xeyli sonralar yaranmışdır. Dövlət idarəetmə mexanizminin 

tərkib  hissəsi  kimi  prokurorluğun əsası  ilk  dəfə XIV əsrin əvvəllərində Fransada 

kral  IV  Filip  tərəfindən  qoyulmuşdur.  Onun  vaxtında  kral  mənafelərinin 

prokurorluq  tərəfindən  təmsil  edilməsi  Qanunla  (25  mart  1302)  təsbit  edilmişdi. 

Həm  Qərb  ölkələri,  həm  də Rusiya  prokurorluqlarına  bir  örnək  kimi  təsiri  olan 

Fransa prokurorluğunun təşkili və fəaliyyəti haqqında qanun isə 1586-cı ildə qəbul 

olunmuşdur.  Müstəqil  Azərbaycan  dövlətində prokurorluq  orqanlarının  yaranma 

tarixi Azərbaycan Xalq Cümhuriyyəti dövrünə (1918-1920) təsadüf edir. 1918-ci il 

noyabr  ayının  18-də  Nazirlər Şurası  tərəfindən  "Azərbaycan  Məhkəmə   Palatası 

haqqında 

 Əsasnamə" 

təsdiq 


edilmişdir. 

F.Xoyski, 

X.Xasməmmədov, 

A.Səfikürdski, 

T.Makinski 

AXC-nin ədliyyə nazirləri, 

eyni 

zamanda 


baş prokurorları  olmuşlar.  Olduqca  mürəkkəb  və ağır şəraitdə fəaliyyət  göstərən 

AXC-nin 


Məhkəmə palatasında, 

Bakı 


və Gəncə dairəməhkəmələrinin 

tərkibində olan  prokurorluq  orqanları  öz  səlahiyyətləri  daxilində böyük  işlər 

görmüşlər.  AXC-nin  süqutundan  sonra  dövlət  orqanları  ilə yanaşı,  prokurorluq 

və istintaq  orqanları  da  ləğv  olundu.  Sovetləşmənin    ilk    illərində   bütün 

hakimiyyət  orqanlarının  fəaliyyətinə  nəzarət  funksiyasını  həyata  keçirməli  olan 

xüsusi  orqanın  yaradılması  zəruriliyini  nəzərə  alaraq,  Azərbaycan  SSR  MİK-

in  11  iyul  1922-ci  il  tarixli  "Azərbaycan  SSR-nin  dövlət  prokurorluğu  haqqında" 

Dekreti  ilə   Azərbaycan  SSR-də   sovet  prokurorluğunun   əsası  qoyuldu.  1936-cı 

ilin  iyulunda  Azərbaycan  SSR  Prokurorluğu  Xalq   Ədliyyə   Komissarlığının 

tərkibindən  çıxarılaraq,  birbaşa  SSRİ   Prokurorluğuna    tabe    edilməklə,   ayrıca  

qurum    kimi    fəaliyyətə başlamışdır.  Ölkəmiz    müstəqilliyini    bərpa    etdikdən  

sonra  Azərbaycan Respublikasının  Prokurorluğu  sinfi  mənafelərə  xidmət  edən  

orqandan    qanunun  aliliyinin,  insan  hüquq  və azadlıqlarının  təmin  olunmasına, 

cinayətkarlıqla  mübarizəyə,  qanunçuluğun  qorunmasına  xidmət  edən  orqana 

çevrilməklə, sivil və demokratik inkişaf yoluna qədəm qoymuşdur. 



312 

 

İnternetdə: 



www.books.google.com 

 

1 Oktyabr - Beynəlxalq Musiqi Günü, (1975) 

 

“Bəstəkarlar öz əsərlərini yaradarkən, unutmamalıdırlar ki, bizim 

yaradıcılığımızı xalq qiymətləndirir. Çünki xalq yalnız yaradıcı, yalnız bəstəkar 

deyildir, xalq eyni zamanda misilsiz tənqidçi və musiqi əsərlərinin ən yaxşı 

“istehlakçısıdır”, xalq musiqi əsərlərinə diqqətlə yanaşır, yaxşını pisdən seçir. 

 

 



 

İlk gözəl nəğmə və rəqs melodiyalarının yaradıcısı xalq özüdür. Bizə bu 

gün nümunə olan xalq nəğmələri əsrlərdən bəri işlənə-işlənə yaradılmış və 

yalnız bizim zəmanəmizdə həqiqi bədii formalar almışdır.”

  

                                                                                                                              Üzeyir Hacıbəyli



 

  

 



 

 

 



 

 

 



                                                                                                                           

Bəşəriyyətin  musiqi  ilə  tanışlığı  çox  qədim 

dövrlərdən  başlayıb.  Musiqi  intəhasız,  heç  bir 

ölçüyə sığışmayan gücə malikdir...  

      Bir  çox  məşhur  bəstəkarlar  daxili  dünyalarını, 

duyğularını,  istək  və  arzularını  ifadə  etmək  üçün 

musiqidən  istifadə  ediblər.  Onların  adı  məhz 

musiqinin  qüdrəti  sayəsində  tarixə  və  gələcək 

nəsillərin 

yaddaşına 

yazılıb. 

Musiqi  heç  vaxt  qocalmır.  İnsanlara  bəxş  edilən 

bu  ilahi  nemət  bəşəriyyət  var  olduqca  yaşayacaq.  Beynəlxalq  Musiqi  Günü 

YNESKO-nun qərarı ilə 1975-ci il oktyabrın 1-də təsis edilmişdir. Bu bayram hər 

il  bütün  dünyada  ən  yaxşı  musiqiçilərin  və  incəsənət  kollektivlərinin  iştirak 

etdikləri möhtəşəm konsert proqramları ilə qeyd olunur. Həmin gün dünya musiqi 

xəzinəsinin qeyri-adi, bənzərsiz inciləri ifa edilir.  

 

2000-ci ildə Çin arxeoloqları 2 min illik tarixi olan musiqi alətləri muzeyini 



aşkara  çıxarmışlar.  Azərbaycanda  da  musiqinin  tarixi  çox  qədimlərə  gedib  çıxır. 

Qobustandakı  qavaldaş  daş  dövründə  yaşamış  insanların  istifadə  etdikləri  musiqi 

alətidir.  Qobustan  qayalarında  qədim  Azərbaycanın  ―Yallı‖  rəqs  səhnələri  təsvir 

olunmuşdur.  Bu  rəqsin  uğurlu  ov  üçün  ovsun  mərasimi  olduğu  vurğulanmışdır. 

Görünür, Azərbaycan dilinin musiqi dili olması da buradan qaynaqlanır. 

 

 



İnternetdə: 

www.books.google.com 

 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə