Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə11/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   7   8   9   10   11   12   13   14   ...   148

30 

 

18 Yanvar - Xalq artisti, dirijor Kamal Abdullayevin anadan olmasının   



                     90 illiyi, (1927-1997)  

 

   Azərbaycanın  musiqi  mədəniyyətinin  inkişafında 



böyük  rolu  olmuş,  görkəmli  dirijor,  Xalq  artisti, 

professor  Kamal  Canbaxış  oğlu  Abdullayev  Bakıda 

anadan  olmuşdur.  1948-ci  ildə  Azərbaycan  Dövlət 

Konservatoriyasını,  1952-ci  ildə  isə  Moskva  Dövlət 

Konservatoriyasını  (1952)  bitirmişdir.  Sonralar  o, 

Donetsk  Opera  və  Balet  Teatrında  və  Azərbaycan 

Opera  və  Balet  Teatrında  P.İ.Çaykovskinin  ―Yevgeni 

Onegin‖,  Ü.Hacıbəylinin  ―Əsli  və  Kərəm‖,  ―Leyli  və 

Məcnun‖  operalarına,  Q.Qarayevin  ―Yeddi  gözəl‖, 

S.Hacıbəyovun  ―Gülşən‖  baletlərinə  dirijorluq  etmişdir.  1962-ci  ildə 

K.Abdullayev  Moskvaya,  Stanislavski  və  Nemiroviç-Dançenko  adına 

Akademik  Musiqili  Teatrlarına  baş  dirijor  vəzifəsinə  dəvət  olunmuşdur. 

Burada da o, bir çox əsərlərə müvəffəqiyyətlə dirijorluq etmişdir.  

       Onun təfsir etdiyi S.Prokofyevin ―Monastırda nigah‖  operasının lent 

yazısı  ilə  o,  Beynəlxalq  və  qızıl  medala  layiq  görülmüşdür.  

K.Abdullayev uzun illər qürbətdə yaşamasına baxmayaraq, həmişə doğma 

xalqına,  Azərbaycan  musiqisinə  möhkəm  bağlı  olmuş,  musiqiçilərimizlə 

daim  yaradıcılıq  əlaqəsi  saxlamışdır.  O,  hansı  ölkədə,  hansı  şəhərdə 

qastrol səfərində olurdusa, mütləq Azərbaycan bəstəkarlarının əsərlərini öz 

repertuarına  salır  və  bu  əsərləri  böyük  ustalıqla  dinləyicilərlə  çatdırmağa 

çalışırdı.  

       Onun  konsert  fəaliyyəti  də  çox  geniş  və  səmərəli  olmuşdur.  Xarici 

ölkələrdə  -  Polşa,  Türkiyə,  Macarıtsan,  Almaniya,  Yaponiya,  Çexiya  və 

keçmiş  SSRI-nin  bir  çox  şəhərlərində  onun  dirijorluğu  yüksək 

qiymətləndirilmişdir.   

        


İnternetdə: www.books.google.com 

 

 



 

 

 



 

 

 


31 

 

22 Yanvar - Rəssam Bəhruz Kəngərlinin anadan olmasının  125 illiyi,  



                    (1892-1922) 

Azərbaycan    təsviri    sənətində    realist    dəzgah  

boyakarlığının  təşəkkülü,  portret  və  mənzərə  janrlarının 

formalaşması  Kəngərlinin    adı  ilə  bağlıdır.  Uşaq  ikən  ciddi 

xəstəlik  keçirən  Bəhruz 

Kəngərli  ağır 

eşitdiyindən 

ümumtəhsil  məktəbinə  gedə  bilməmiş,  rəssamlığa  meyl 

göstərmişdir. Tiflisdə 

Qafqaz 


İncəsənəti 

Təşviq 


Cəmiyyətinin  nəzdindəki  Boyakarlıq  və  Heykəltəraşlıq  

Məktəbində  oxumuşdur  (1910–1915).  Kəngərlinin  rəssam 

kimi  püxtələşməsində  Cəlil  Məmmədquluzadənin və  ―Molla 

Nəsrəddin‖ jurnalının böyük rolu olmuşdur.   Yaradıcılığının 

ilk  dövründə  müəllimi  –  ―mollanəsrəddin‖çi    rəssam    O.Şmerlinqin    və    tələbə  

yoldaşı  L.D.Qudiaşvilinin    portretlərini    çəkmiş,   karikatura   və    satirik    rəsmlər,  

mənzərə və  məişət  səhnələrini  əks  etdirən  rəsm, akvarel və boyakarlıq əsərləri 

yaratmışdır  (―Qoca  kişi‖,  ―Toy‖,  ―Elçilik‖  və  s.).  Kəngərlinin  zəngin  bədii  irsi 

qalmışdır. Cəmi 7 il yaradıcılıq fəaliyyəti ilə məşğul olmağa macal tapmış Bəhruz 

Kəngərli  2000-ə  qədər  rəsm  əsəri  yaratmışdır.  O,  realist  ifadəliliyi,  yüksək  bədii-

estetik  dəyəri  ilə  diqqəti  cəlb  edən  çoxlu  portret,  mənzərə,  natürmort  çəkmişdir. 

Dövrünün qabaqcıl ziyalılarının, sadə adamların portretləri (―Yaşlı kişi‖, ―Gürcü‖ 

və  s.),  mövzu  aktuallığına  və  ideya  məzmununa  görə  bu  günün  ictimai-siyasi 

hadisələri ilə səsləşən ―Qaçqınlar‖ silsiləsinə daxil olan portretlər canlılığı, reallığı 

və  psixoloji  ifadəliliyi  ilə  fərqlənir.  Rəssamın  yaradıcılığında  mənzərə  janrı 

mühüm  yer  tutur.  Onun  mənzərələrində  təbiətin  gözəllikləri  (―Şəlalə‖,  ―Dağlıq 

mənzərə‖,  ―İlanlı  dağ  ay  işığında‖,  ―Günəş  batarkən‖,  ―Ağrı  dağı,  ―Köhnə  qala‖, 

―Əliabad  kəndində  darvaza‖,  ―Yamxana  kəndinə  gedən  yol‖  və  s.),  mədəniyyət 

abidələri  (―Möminə  xatın  türbəsi‖,  ―Əshabi-kəhf  dağı‖,  ―Nuhun  qəbri‖),  ilin 

fəsilləri (―Payız‖, ―Bahar‖) əks olunmuşdur. Bəhruz Kəngərli 1918–1920-ci illərdə 

erməni daşnaklarının Azərbaycanda törətdikləri faciələri təsvir edən, öz dədə-baba 

torpaqlarından  zorla  qovulmuş  və  Naxçıvana  pənah  gətirmiş  azərbaycanlı 

qaçqınların  portretlərindən  ibarət  silsilə  əsərlər  yaratmışdır.  Bu  silsilədən  olan 

―Qaçqınlar‖,  ―Qaçqın  qız‖,  ―Qaçqın  oğlan‖,  ―Qaçqın  qadın‖,  ―Yurdsuz  ailə‖, 

―Qaçqın Gümşün‖, ―Ayaqyalın qaçqın oğlan‖ və s. onlarla qaçqının portreti təkcə 

sənətkarlıq səviyyəsinə görə deyil, tarixi sənəd kimi də dəyərlidir. Kəngərli həm də 

milli  teatr  rəssamlığının  banilərindəndir.   Ötən  əsrin  onuncu  illərində  Naxçıvan 

teatrında  "Ölülər"  (C.Məmmədquluzadə),  "Hacı  Qara"  (M.F.Axundzadə),  "Pəri-

cadu"  (Ə.Haqverdiyev)  tamaşalarına  bədii  tərtibat  və  geyim  eskizləri  vermişdir. 

A.Babayevin  "Yarımçıq  şəkil"  pyesi  Kəngərliyə  həsr  olunmuşdur.  B.Kəngərlinin 

Naxçıvan  şəhərində  muzeyi  yaradılmış,  qəbirüstü  abidəsi  ucaldılmışdır. 2016-cı 

ildə  Naxçıvan  şəhərində  Bəhruz  Kəngərli  adına  Rəssamlar  Parkının  açılışı 

olmuşdur.  

İnternetdə: 

www.books.google.com

 



32 

 

 



23 Yanvar - Xalq artisti, rəqqas Böyükağa Məmmədovun anadan olmasının  

                     90 illiyi, (1927)  

 

Azərbaycan  milli  rəqsinin  əfsanəsi,  Xalq  artisti  Böyükağa 



Məmmədov  Bakı  şəhərində  anadan  olub.  Orta    təhsilini    başa  

vurduqdan    sonra    Azərbaycan    Mahnı    və  Rəqs  Ansamblında 

fəaliyyətə  başlayıb.  Burada  rəqsin  sirlərini  öyrənən  B. 

Məmmədov 

yaşıdlarından 

həm 


rəqsi, 

həm 


də 

həvəsiylə   fərqlənib.   Qısa  zaman  ərzində  məharətli  rəqqas  olan 

Böyükağa    Məmmədov  bir  sıra  rəqs  tamaşalarında  iştirak 

etmişdir.  B.  Məmmədov  1960-cı  ildə  ―Cücələrim‖  rəqs 

ansamblına  rəhbərlik  etmişdir.  Böyükağa  müəllim  ömrünün  80 

ilini  Azərbaycan  rəqs  sənətinə  həsr  edib.  Bu  illər  ərzində  16  Əməkdar  artist,  2 

SSRİ Xalq artisti, eyni zamanda 2 Xalq artisti yetişdirib. Dünyanın 131 ölkəsində 

Azərbaycan incəsənətini layiqincə  təmsil edib. Azərbaycan mədəniyyətinə verdiyi 

töhfələrə  görə,  sənətkar  Xalq  artisti  və  ―Əməkdar  müəllim‖  fəxri  adlarına  layiq 

görülüb.  B.Məmmədovun  Azərbaycan  rəqsinin  inkişafı  və  təbliğində  böyük  rolu 

var.  Xüsusilə ―Naz eləmə‖,  ―Qaytağı‖   rəqslərini   yüksək   səviyyədə   ifa etmişdir.

 

B.Məmmədov milli rəqs sənətimizin inkişafında xidmətlər göstərmişdir. O, ―Arşın 



mal alan‖ (1965) filmində rəqslərin quruluşunu (Əminə Dilbazi ilə) vermişdir.  

             Uzun 

illər 

Bakı 


Xoreqrafiya 

Məktəbində 

dərs 

demişdir. 



Tələbə və gənclərin Berlin (1951,qızıl medal), Varşava (1953) və Moskvada 

 (1957) keçirilən Ümumdünya festivallarının laureatıdır.  

 

İnternetdə: www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə