Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Oktyabr - Ümumdünya Memarlıq Günü, (1996)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə110/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   106   107   108   109   110   111   112   113   ...   148

313 

 

3 Oktyabr - Ümumdünya Memarlıq Günü, (1996)  



 

      Dünya  memarlarının  və  memarlıq  incilərini  sevən  və  dəyərləndirənlərin 

bayramı  hər il oktyabrın ilk bazar  ertəsində qeyd  olunur.  Ümumdünya  Memarlıq 

Günü  (World  Architecture  Day)  Beynəlxalq  Memarlar  Birliyi  (BMB)  tərəfindən 

təsis  olunmuşdur.  BMB-nin  1985-ci  ildə  keçirilən  yığıncağında  bu  bayramın  1 

iyulda qeyd olunması qərara alınıb. Lakin 1996-cı ildə, BMB özünün Barselonada 

düzənlənən  Baş  Assambleyasında  bayramın  hər  il  oktyabrın  ilk  bazar  ertəsi 

keçirilməsi haqqında qərar qəbul edib.  

      Beynəlxalq Memarlar Birliyi II Dünya müharibəsindən dərhal sonra, müharibə 

nəticəsində dağıdılmış şəhərlərin, yaşayış məskənlərinin və sənaye müəssisələrinin 

bərpası problemlərini həll etmək məqsədi ilə yaradılıb. 

       Hər  il  bayrama  həsr  olunmuş  müxtəlif  tədbirlər  memarlıq  üzrə  müəyyən 

mövzuya həsr olunur.  

 

İnternetdə: 



www.books.google.com 

 

 

 



 

 

 



 

 

 



 


314 

 

4 Oktyabr - Ümumdünya Heyvanları Müdafiə Günü, (1931) 



 

     Yaşadığımız  dünya  bizimlə  eyni  planetdə  həyat  sürən  heyvanların  da  evidir. 

Lakin  insan  fəaliyyəti  nəticəsində  onların  yaşaması,  atrtması  üçün  bir  çox 

çətinliklər  ortaya  çıxır.  Müəyyən  olunmuşdur  ki,  hər  milyon  il  bütün  bioloji 

növlərin  9  faizi  məhvolur.  Başqa  sözlə  desək,  hər  il  canlı  varlıqların  1-dən  5-ə 

qədər  növü  yox  olur.  Yer  kürəsinin  bütün  tarixi  boyu  yoxolma  sürəti  beş  dəfə 

artmışdır.  Sonuncu  dəfə  tam  kütləvi  məhvolma  65  milyon  il  əvvəl,  bütün 

dinozavrların nəsli kəsilərkən baş vermişdir.  

      Biz insanlar heyvanların dostu və qonşusu kimi onları qorumağa borcluyuq. İlk 

dəfə Ümumdünya Heyvanları Müdafiə Gününü 1931-ci ildə nəsli kəsilməkdə olan 

növlərin  acınacaqlı  vəziyyətinə  diqqəti  cəlb  etmək  məqsədi  ilə  qeyd  etməyə 

başlamışlar.  Həmin  vaxtdan  başlayaraq,  milli  mənsubiyyətindən,  dilindən, 

dinindən  asılı  olmayaraq,  hər  kəs  tərəfindən  oktyabrın  4-ü  dünyada  yaşayan 

heyvanların günü kimi qeyd olunur. Bu gün hər hansı insan, təşkilat və ya aksiya 

ilə bağlı deyil. Bu gün - planetdə yan-yana yaşayan bütün insanların və heyvanların 

günüdür.  Bu  gün,  heyvanların  mövcud  problemləri  haqqında  insanların 

məlumatlandırılması,  onların  qorunması  üçün  maarifləndirilməsi  və  səylərinin 

birləşdirilməsi üçün çox önəmli bir gündür. Heyvanların qorunması işində hər bir 

insan iştirak etməlidir. 

 

İnternetdə: 



www.books.google.com 

 

 

 

 

 

 

 

 



 

 

 




315 

 

5 Oktyabr -  Beynəlxalq Müəllimlər Günü, (1966) 



 

                                  

         "Hər  birimizdə  müəllimin  hərarətli    qəlbinin  bir  

zərrəciyi  vardır.  Məhz  müəllim  doğma  yurdumuzu  

sevməyi,  hamının  rifahı  namınə  vicdanla  işləməyi  

müdrikliklə  və  səbirlə  bizə  öyrətmiş  və  öyrədir. 

Gələcək 

gənclərin, 

gənclər 

isə 

müəllimlərin 

əsəridir!” 

                                                                                       

Ümummilli 

 lider 


Heydər Əliyev 

 

Hər il oktyabrın 5-i  Beynəlxalq Müəllim Günü kimi qeyd olunur. 5 oktyabr 



1966-cı  ildə  YUNESKO  və  Beynəlxalq  Əmək  Təşkilatının  birgə  təşkilatçılığı  ilə 

çağırılan  konfransda  müəllimlərin  peşə  fəaliyyətinin  şərtlərini  təyin  edən 

―Müəllimlərin  statusu  haqqında‖  adlı  ilk  sənəd  imzalanmışdır.  1994-cü  ildən  isə 

həmin  tarix  YUNESKO  tərəfindən  Beynəlxalq    Müəllim  Günü   kimi  təsis 

edilmişdir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və 

inkişafdakı  roluna  diqqət  çəkməyi  nəzərdə  tutmuşdur.  Hal-hazırda  ―Müəllimlər 

Günü‖ dünyanın 100-dən çox ölkəsində ümumdünya səviyyəsində qeyd olunduğu 

halda,  bəzi  ölkələrdə  müxtəlif  tarixlərdə  ayrıca  olaraq  milli  səviyyədə  keçirilir. 

Məsələn,  müxtəlif  əlamətdar  hadisələr  əsasında  Müəllimlər  Günü  Albaniyada  8 

mart,  Cənubi  Koreyada  15  may,  Argentinada  11  sentyabr,  Çində  28  sentyabr, 

Özbəkistanda  1  oktyabr,  Türkiyədə  isə  24  noyabr  tarixlərində  qeyd  olunur. 

Müstəqil  Azərbaycanda  isə  bu  tarix  1993-cü  il  oktyabrın  5-də  rəsmiləşdirilib. 

Beynəlxalq Müəllimlər Günü həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs 

peşə  sahiblərinin  bayramıdır.  ―Hər  birimizdə  müəllimin  hərarətli  qəlbinin  bir 

zərrəciyi var. Mən dünyada müəllimdən şərəfli ad tanımıram‖ - deyən ümummilli 

lider  Heydər  Əliyev  Azərbaycana  rəhbərlik  etdiyi  bütün  illərdə  müəllim  əməyini 

yüksək  qiymətləndirib,  onlara  böyük  hörmətlə  yanaşıb,  təhsil  işçilərinin  maddi 

vəziyyətinin,  rifah  halının  yaxşılaşdırılmasının  qayğısına  qalıb.  Ölkəmizdə  son 

illərdə  təhsilin  inkişafı  ilə  bağlı  həyata  keçirilən  kompleks  tədbirlər,  Prezident 

İlham Əliyevin bu amili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, 

təhsil  işçilərinə   hərtərəfli  qayğı  dövlətin  öz  gələcəyini  daha  etibarlı  və  inamlı 

görmək  əzmindən  xəbər  verir.  İlham  Əliyevin  ―Uşaqlar  yaxşı  məktəblərdə 

oxumalı,  müəllimlər  də  yaxşı  məktəblərdə  işləməlidirlər‖  fikri  artıq    realllığa 

çevrilib.   Ən  şərəfli  sənət  müəllim  sənətidir.  Çünki  bu  günümüzün  həkimini, 

polisini,  vəkilini,  kompyuter  mühəndisini,  memarını  hətta,  müəllimini  belə 

müəllim yetişdirir. Əgər müəllim olmasa bu sadalanaların hec biri olmaz. Günlər 

keçir,  illər  illərə  calanır,  insan  çox  şeyi  unudur.  Lakin  heç  zaman  ilk  müəllim 

yaddan  çıxmır,  xatirədən  silinmir.  Axı  insana  elm  qapısının  açarını  ilk  müəllim 

təqdim edir, onu əsrarəngiz bir dünya ilə müəllim qovuşdurur. 

İnternetdə: 

www.books.google.com

 

 

 




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə