Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə115/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   111   112   113   114   115   116   117   118   ...   148

328 

 

30 Oktyabr -  Zəngilan rayonunun ermənilər tərəfindən işğalı günü, (1993)



 

“Zəngilanda Azərbaycan xalqının milli mədəniyyətini əks etdirən tarixi 

abidələr var. Azərbaycan xalqının həyatını əks etdirən tarixi hadisələr baş 

vermişdir. Zəngilanda keçmiş əsrlərdə də xalqımızın çox hörmətli, dəyərli 

insanları yaşayıblar, yaradıblar və beləliklə də Zəngilan həm öz təbiətinə görə

həm o torpaq üzərində insanların qurduqlarına, yaratdıqlarına görə və 

bugünkü nəsillərə çatdırdıqları  irsə görə Azərbaycanın qiymətli bir diyarıdır, 

qiymətli bir hissəsidir. ” 

Ümummilli lider Heydər Əliyev 

  

Zəngilan  ərazisi  ən  qədim  insanların 

yaşayış  məskənlərindən  hesab  olunur.  Bu 

ərazidə  mövcud  olan  bir  neçə  mağara 

(Əsgülüm  və  Süsən  dağlarında)  burada 

ibtidai insanların yaşayışından xəbər verir. 

Zəngilan  rayon  kimi  1930-cu  ildə  təşkil 

edilmişdir. 

Rayonun 

sahəsi 


707 

kvadratkilometr,  əhalisi  isə  35.351  nəfər 

olmuşdur. Rayonda bir şəhər, bir şəhər tipli 

qəsəbə,  bir  qəsəbə,  81  kənd  var  idi. 

Mərkəzi Zəngilan şəhəridir.  

XX  əsrin  sonu  Azərbaycan  xalqının  tarixinə  faciələrlə  dolu  bir  dövr  kimi 

yazıldı.  Təqvimimizdə  daha  bir  qara  günün  sayı  artdı  –  29  oktyabr  (1993-cü  il) 

Zəngilan  müharibə  alovunun  qasırğasını  1990-cı  ildən  daha  tez-tez  hiss 

etməyə   başladı.  Ermənilər  dəmir  yolunu  bağlayır,  qatarları  saxlayır,  adamları 

girov  götürürdülər.  Xronoloji  ardıcıllığa  qısa  nəzər  yetirək:  1992-ci  ilin  yanvar 

ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları başlayır. Fevralın 1-də 

Günqışlaq,  Qazançı,  Dərəli  və  Vejnəli  kəndlərinə  basqın  edirlər  və  bu  kəndlər 

düşmənin  nəzarəti  altına  düşür.  2  həftə  sonra  Qazançı  və  Dərəli  kəndləri  azad 

edilsə  də,  Seyidlər  kəndi  mühasirədə  qalır.  İyulun  6-da  düşmən  rayon  mərkəzini 

atəşə  tutur.  Oktyabrın  20-də  ermənilərin  döyüş  təyyarələri  rayon  mərkəzini 

bombalayır. Beləliklə də, 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir 

çox strateji yüksəklikləri düşmənin əlinə keçir. Bununla da rayonun işğalının əsası 

qoyulur...  

Zəngilanda  nəyimiz  qaldı?  ZƏNGİLAN  boyda  VƏTƏN!  Dünyada  ikinci, 

Avropada  birinci  nadir  çinar  meşələri,  torpaq  üzərində  olan  bütün  var-dövlət,  67 

məktəb,  56  kitabxana,  34  klub,  9  mədəniyyət  evi,  7  xəstəxana,  6  iri  dəmir  yol 

stansiyası, 2 şərab zavodu, konserv zavodu, dəmir yol deposu... Hazırda Zəngilan 

rayonunun  məcburi  köçkünləri  Bakıda  və  respublikamızın  43  rayonunda 

müvəqqəti  məskunlaşmışlar.  Zəngilan  rayonunda  erməni  təcavüzü  nəticəsində 

Milli  Ordunun  33  nəfər  döyüşçüsü  qəhrəmancasına  həlak  olmuş,  7  nəfər  polis 

işçisi itkin düşmüşdür. Zəngilan 200 nəfərdən çox şəhid vermiş, 12800 uşaq zərər 

çəkmiş,  395  uşaq  yetim  qalmışdır.  44  nəfərin  aqibəti  bəlli  deyil,  127  nəfər  isə 

müharibə əlilidir.                                



İnternetdə: 

www.books.google.com 

 

 


329 

 

 



Azərbaycanın görkəmli şəxsiyyətləri 

16 Oktyabr - Artilleriya general-leytenantı Səmədbəy Mehmandarovun 

                       anadan olmasının 160 illiyi, (1857-1931) 

 

Səməd bəy Sadıx bəy oğlu Mehmandarov  Lənkəranda anadan 

olmuşdur. Bakıda gimnaziya  təhsili  almış,  16  yaşında 

Peterburqda yerləşən II Konstantinovka Artilleriya Məktəbinə 

daxil  olmuşdur. 1875-ci  ilin  dekabrında  podporuçik  rütbəsi 

almış  və  üçüncü  dərəcəli  "Müqəddəs  Stanislav"  ordeni  ilə 

təltif 

edilmişdir. 1890-cı 



ildə 

kapitan, 1898-ci 

ildə 

podpolkovnik, 1901-ci  ildə  polkovnik, 1904-cü  ildə  general-



mayor rütbəsi almışdır.  

 Rus-Yapon  müharibəsində  böyük  rəşadət  göstərmiş  S. 

Mehmandarova 1908-ci  ildə  tam  artileriya  generalı  rütbəsi 

verilmişdir.  1915-ci  ildə  S.  Mehmandarov  korpus  komandiri 

təyin olunmuşdur. 1917-ci ilin əvvəlində  Rusiyanın bütün hərbi ordenləri ilə, eləcə 

də İngiltərənin, Fransanın, Rumıniyanın bir neçə hərbi ordenləri ilə təltif edilmişdi. 

S.  Mehmandarov Azərbaycan  Xalq  Cümhuriyyəti hökümətində 1918-ci  ilin 25 

dekabrından hərbi nazir vəzifəsini tutmuş və müstəqil Azərbaycanın qısa müddətdə 

30  minlik  ordusunu  yaratmağa  nail  olmuşdu. 1919-cu  ilin  yazında  ingilis  hərbi 

hissələri  Azərbaycanda  olduğu  dövrdə  hərbi  nazir  S.Mehmandarov  Azərbaycan 

Xalq  Cümhuriyyəti  hökuməti  başçısı Nəsib  bəy  Yusifbəyliyə  göndərdiyi  rəsmi 

məktubda  bildirmişdi  ki,  ingilis  hərbi  dəstələri  Azərbaycanda  məskun  olduqları 

yerlərdə  talanlar  edir,  kəşfiyyat  işi  aparırlar.  Bunlara    etiraz    olaraq 

S.Mehmandarov    İngiltərə    hökumətinin    I  Dünya    müharibəsi    illərində    ona 

verdiyi    ordenləri  İngiltərə  hökumətinə  qaytarmağı  Azərbaycan  hökumətindən 

xahiş  etmişdi.  S.Mehmandarov 1924-1927-ci  illərdə Azərbaycanda hərbi  sahədə 

aparılan geniş islahatlarda və tədbirlərdə fəal iştirak etmişdir.  

1928-ci  ildə  S.Mehmandarov  səhhətinə  görə  orduda  xidmətdən  təxris 

olunmuş  və  ona  fərdi  dövlət  təqaüdü  verilməsi  müəyyən  edilmişdi. 

S.Mehmandarov rus, türk və fars dillərini  yüksək  səviyyədə  bilirdi.  Ömrünün  son 

üç ilində islam tarixi və fəlsəfə ilə məşğul olmuşdur. Səməd bəy Mehmandarov 12 

fevral 1931-ci  ildə Bakıda vəfat  etmişdir.(Bəzi  mənbələrdə  S.Mehmandarovun 

doğum ili 1855, bəzilərində 1856-ci il verilmişdir.) 

Filmoqrafiya:”Sizi  dünyalar  qədər  sevirdim‖  (film,  1985),  ―Səmədbəy‖  (film, 

1995), ―Tənha ruh‖ (film, 1998), ―Cümhuriyyət generalları‖ (film, 2006) və s. 

 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə