Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


Yubilyar yazıçı və şairlər



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə116/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   112   113   114   115   116   117   118   119   ...   148

330 

 

 



Yubilyar yazıçı və şairlər 

 

10 0ktyabr - Yazıçı Seyfulla Şamilovun anadan olmasının 115 illiyi,  

                     (1902-1974) 

 

 

 

 



 

 

 



 

 

 



 

Seyfulla Şamilov  Qazax qəzasının Tatlı kəndində anadan olmuşdur. Bakıda 

partiya  məktəbini  bitirmişdir  (1921-1925).  Azərbaycan  Dövlət  Pedaqoji 

İnstitutunda  fəlsəfə  kafedrasının  dosenti  (1931-1933),  "Kommunist"  qəzetində 

məsul  redaktorun  müavini,  "Gənc  işçi"  qəzetinin  məsul  redaktoru,  Azərbaycan 

Proletar  Yazıçılar  Birliyi  təşkilat  komitəsinin  sədri  (1932),  Azərbaycan  Yazıçılar 

İttifaqının  sədri  (1936-1938),  "İnqilab  və  mədəniyyət"  jurnalının,  "Ədəbiyyat 

qəzeti"nin  məsul  redaktoru  (1936-1937), ―Uşaqgəncnəşr‖  in  baş  redaktoru  (1955-

1962)  vəzifələrində  işləmişdir.  Repressiya  dövründə  həbs  edilərək  sürgün 

olunmuşdur. Yazıçı-publisist  S.  Şamilov   "Şərəf  nişanı"  ordeni  və  Mədəniyyət 

Nazirliyinin "Əlaçı işçi" fəxri medalı ilə təltif olunmuşdur.  

     Seyfulla Şamilov  1974-cü il dekabrın 25-də vəfat etmişdir. 

 

Kitabları: ―Dördüncü il‖ (1929), ―Seçilmiş əsərləri‖ (1974), ―Laçın‖ (1932), 

―Nigarın macərası‖ (1977) və s. 

 

 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 



məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 



331 

 

10 Oktyabr - Şair, publisist, pedaqoq  Əjdər Ağayevin anadan olmasının  



                       80 illiyi, (1937) 

 

Əməkdar  müəllim  (2000),  pedaqoji  elmlər  doktoru 



(1996),  professor  (1996)  Əjdər  Ağayev  Neftçala  rayonunun 

Qırmızıkənd  kəndində  anadan  olub.  Burada  kənd  yeddiilik, 

Salyanda  orta  məktəbi  bitirmişdir.  Azərbaycan  Dövlət 

Pedaqoji  İnstitutunun  tarix-filologiya  fakültəsində  təhsil 

almışdır  (1955-1960).  Əmək  fəaliyyətinə  Salyan  rayonu 

məktəblərində  müəllim  kimi  başlamışdır  (1960-1965). 

Azərbaycan  Elmi-Tədqiqat  Pedaqoji  Elmlər  İnstitutunun 

aspiranturasına  daxil  olmuşdur  (1965-1969).  O,  burada 

"Fərhad  Ağazadənin  pedaqoji  göruşləri"  mövzusunda  namizədlik  dissertasiyası 

müdafiə etmiş, sonra elmi işçi, baş elmi işçi, bölmə müdiri, şöbə rəisi, direktorun 

elmi  işlər  üzrə  müavini  vəzifələrində  çalışmışdır  (1969-cu  ildən).  "Azərbaycan 

ictimai  fikrində  şəxsiyyətin  formalaşması"  adlı  doktorluq  işi  müdafiə  etmişdir. 

"Azərbaycan  məktəbi"  jurnalının  və  onun  əlavə  nəşr  edilən  məcmuələrinin  baş 

redaktoru  olmuşdur  (1974-1981).  Hazırda  Elmi-Tədqiqat  Pedaqoji  Elmlər 

İnstitutunda  pedaqogikanın  nəzəriyyəsi  və  tarixi  şöbəsinin  müdiri,  Lənkəran 

Dövlət Universitetində pedaqogika və psixologiya kafedrasının müdiri vəzifəsində 

çalışır  (1981-ci  ildən).  Azərbaycan  Təhsil  Nazirliyi  nəzdində  pedaqogika  və 

psixologiya  elmləri  üzrə  Elmi-metodiki  şuranın  sədri,    Azərbaycan  Respublikası 

Ali  Attestasiya  Komissiyasında  pedaqogika  və  psixologiya  elmləri  üzrə  ekspert 

komissiyası sədrinin müavinidir.  

Bədii yaradıcılığa keçən əsrin 50-ci illərindən başlamışdır. İlk hekayəsi "İlk 

və son mahnı" 1956-cı ildə "Azərbaycan pioneri" qəzetində, "Bir də çal o mahnını" 

adlı  ilk  şeri  isə  1957-ci  ildə  "Azərbaycan  gəncləri"  qəzetində  çap  olunmuşdur. 

Şeirlərinə mahnı bəstələnmişdir. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə 

olunmuşdur.  Bədii  əsərlərini  mətbuatda  Ə.Ə.Ağayev,  A.Əjdər,  Əjdər  Ağazadə, 

Ə.Atəşin, Əjdər Ağayev imzaları ilə çap etdirmişdir. Akademik Mehdi Mehdizadə 

adına mükafatın və "Araz" ali ədəbi mükafatın laureatıdır. 

Kitabları:

 



Məktəblərdə  vətənə  sədaqət  tərbiyəsi‖  (1975),  ―Pedaqogika‖  (1993), 

―Tikdim  ki,  izim  qala‖  (1996),  ―Bala  dadı,  bal  dadı‖  (1999),  ―Ceyran  nənəm‖ 

(1999), ―Gəlirəm, gözlə məni‖ (2000), ―Sabaha inamla‖ (2003) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur- “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 



məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 



 

 


332 

 

15 Oktyabr - Şair Hafiz Baxışın anadan olmasının 85 illiyi, (1932-1989) 

 

 

 



 

 

 



 

 

 



 

  

Hafiz  Baxış  15-də  Zəngəzur  mahalının  Qafan  bölgəsinin  Yuxarı  Girətağ 



kəndində, müəllim ailəsində anadan olmuşdur. Orta məktəbi 1950-ci ildə Şəhərcik 

kəndində  bitirmişdir.1950–1952-ci  illərdə  Qovşud  kəndində  ibtidai  sinif  müəllimi 

işləmiş,  1952-1956-cı  illərdə  Azərbaycan  Dövlət  Teatr  İnstitutunun  teatr  və  kino 

aktyorluğu  fakültəsində  təhsil  almışdır.  Tələbə  ikən  1954-cü  ildə  Azərbaycan 

diviziyasında bədii özfəaliyyət  dərnəyinin  rəhbəri olmuşdur.  1956-1961-ci illərdə 

Sumqayıt  şəhərində  tərbiyəçi,  pionerlər  evinin və  mədəniyyat  sarayının  direktoru 

işləmişdir.  1961-ci  ildə  Azərbaycan  Dövlət  Radio  və  Televiziya  verilişləri 

Komitəsində rejissor köməkçisi, rejissor işləmişdir.  

İlk şeirləri "Sosialist Sumqayıtı" qəzetində dərc edilmiş, ""Zirvə" adlı ilk poeması 

isə "Azərbaycan" jurnalının 1968-ci il 2-ci sayında çap olunmuşdur. Bundan sonra 

o  altı  poema  qələmə  alsa  da  lirik  şair  kimi  tanınmışdır.  İyirmidən  çox  şeirinə 

musiqi bəstələnmişdir.  

Hafiz Baxış 1989-cu il sentyabrın 7-də vəfat etmişdir. 

Kitabları: ―Azərbaycan oğluyam‖ (1980), ―Sona bülbüllər‖ (1983), ―Eşqimi 

sönməyə qoymaram‖ (1989), ―Dağlar üçün darıxmışam‖ (2001) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 

 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə