Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə118/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   114   115   116   117   118   119   120   121   ...   148

335 

 

  Xarici ədəbiyyat 



9 Oktyabr - İspan yazıçısı Migel de Servantesin anadan olmasının 470 illiyi, 

                    (1547-1616) 

 

İspan yazıçısı Migel de Servantes, hər şeydən əvvəl, dünya ədəbiyyatının ən 

nəhəng  əsərlərindən  biri  olan  ―Ağıllı  zadəgan  Lamançlı  Don  Kixot‖  əsərinə  görə 

şöhrət qazanmışdır.  

Migel de Servantes Saavedra Alkala-de-Enaresdə, yoxsul zadəgan ailəsində 

anadan olmuşdur. Gənc yaşlarında orduda xidmət edən Servantes Lepantoda dəniz 

döyüşündə  seçilir  və  bəzi  versiyalara  görə  əlini  itirir.  Evə  qayıdarkən  Əlcəzair 

dəniz  quldurları  tərəfindən  əsir  alınır  və  qul  kimi  satılır.  Bir  neçə  dəfə  qaçmağa 

cəhd  etsə  də,  bu  cəhdləri  uğursuzluqla  nəticələnir.  1850-ci  ildə  xristian 

missionerləri  tərəfindən  əsirlikdən  satın  alınır.  Madridə  köçən  M.Servantes  ədəbi 

fəaliyyətlə  məşğul  olmağa  başlayır.  O,  bir  neçə  əsərini  çap  etdirsə  də,  bu  əsərlər 

uğur qazanmır və yazıçı Sevilyaya köçür. O, Sevilyada intendant xidmətinə daxil 

olur.  Lakin  o,  bir  çox  çətinliklərlə  üzləşir  və  hətta  həbsxanaya  düşür.  Onun 

həyatının bu dövrü uğursuzluqlarla, yoxsulluqla keçir. Lakin o, yazıçılığı buraxmır 

və  onun  öz  taleyi  ispan  həyatını  bütün  təzahürləri  ilə  öyrənməsinə  səbəb  olur. 

1604-cü  ildə  Servantes  özünün  ―Ağıllı  zadəgan  Lamançlı  Don  Kixot‖  əsərinin 

birinci hissəsini çap etdirir və bu əsər nəinki İspaniyada, ondan kənarda da böyük 

uğur  qazanır.  1604-1616-cı  illərdə  yazıçı  ―Don  Kixot‖  əsərinin  ikinci  hissəsini, 

novellalar,  çoxlu  dram  əsərləri,  ―Parnasa  səyahət‖  poemasını  və  artıq  yazıçının 

ölümündən sonra çap olunan ―Persiles və Sigizmunda‖ romanını qələmə alır.  

Migel de Servantes 1616-cı il aprelin 23-də  Madriddə vəfat  etmişdir. ―Don 

Kixot‖  əsəri  sayəsində  onun  adı  dünya  ədəbiyyatının  ən  görkəmli  yazıçılarının 

siyahısına daxil olmuşdur.  

 

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 

 

 

 


336 

 

31 Oktyabr - Rus yazıçısı və dramaturqu Yevgeniy Permyakın  



                       anadan olmasının  115 illiyi, (1902-1982)  

 

 

Yevgeniy Andreyeviç Permyak (əsl soyadı Vissov) 18 (31) oktyabr 1902-ci 

ildə Perm şəhərində anadan olmuşdur. Hələ körpə ikən anası ilə Votkinskə köçən 

Y.Permyak  burada  məktəbi  bitirir,  müxtəlif  işlərdə  çalışır.  1924-1930-cu  illərdə 

Perm Dövlət Universitetinin sosial-iqtisad şöbəsində təhsil alır. Bir sıra qəzetlərdə 

müxbir kimi çalışır, eyni zamanda şeirlərini çap etdirir. 1930-cu illərin ortalarında 

dramaturgiyaya  müraciət  edir,  lakin  qələmə  aldığı  çoxsaylı  pyesləri  ona  uğur 

gətirmir.  O,  ―Bozqurd  haqqında  nağıl‖,  ―Xoşbəxt  qəza‖,  ―Həyatımızın  əlifbası‖, 

―Qozbel  ayı‖,  ―Terra-Ferro  ölkəsi  haqqında  nağıl‖,  ―Mənim  diyarım‖  və  s. 

əsərlərin  müəllifidir.  Müharibədən  sonrakı  illərdə  uşaqlar  üçün  çoxlu  nağıl  və 

miniatürlər yazmışdır.  

Y.Permyak 17 avqust 1982-ci ildə vəfat etmişdir.  



İnternetdə: 

www.az.wikipedia.orq 

 

 



 

 

 

 

 

 

 

 

 

 


337 

 

 



31 Oktyabr - Amerika yazıçısı Ketrin Patersonun anadan olmasının  85 illiyi, 

                        (1932) 

 

Amerika  yazıçısı,  bir  çox  mükafatlar,  o  cümlədən,  Andersen,  A.Lindqren 

mükafatları  və  Amerikanın  uşaq  ədəbiyyatı  üzrə  yüksək  mükafatı  olan  Nyuberi 

medalının  iki  dəfə  laureatı  olan  Ketrin  Paterson  Çində,  amerikalı  missioner 

ailəsində anadan olmuşdur. Ketrinin 18 yaşı tamam olana qədər onun ailəsi 15 dəfə 

yaşayış  yerini  dəyişmişdir.  O,  böyüdükdən  sonra  atası  kimi  Bibliyanı  yaymağa 

başlayır,  dərs  deyir,  hətta  missioner  kimi  Yaponiyaya  gedir.  4  ildən  sonra 

Amerikaya qayıdır və 1962-ci ildə dini təhsil üzrə magistr dərəcəsi alır. Tezliklə o, 

gənc pastor Con Patersonla tanış olur və onlar evlənirlər. Ailənin iki oğlan övladı 

dünyaya  gəlir,  iki  balaca  qızı  isə  övladlığa  götürürlər.  Dörd  uşağın  qayğısına 

qalmalı olan Ketrin ədəbiyyat sahəsindəki təcrübələrini də davam etdirir. Onun ilk 

kitabı  1966-cı  ildə  işıq  üzü  görür,  lakin  yazıçı  kimi  1977-ci  ildə,  ―Teravifiyaya 

körpü‖ əsərindən sora tanınır. Sonrakı illərdə ona böyük şöhrət gətirən ―Möhtəşəm 

Gili Hopkins‖ (1978) və ―Mən Yakovu sevdim‖ (1980) kitabları çap olunur. Onun 

əsərləri, hər şeydən əvvəl, müdrik ananın kitablarıdır. Ketrin Patersonun əsərlərinin 

qəhrəmanları  bir  çox  çətinliklərlə  üzləşirlər.  Əsl  xoşbəxtlik  asan  əldə  olunmur. 

Patersonun  əsərlərinin  sonluğu  heç  də  həyəcan  dolu  xoşbəxt  sonluqla  bitmir,  bu 

əsərlər realist olmaları ilə seçilirlər. 

Ketrin Peterson hal-hazırda Vermontda yaşayır. Ədəbiyyatla, eyni zamanda 

rəssamlıqla məşğul olur, fortepianoda çalır, tennis oynayır və s.  

 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 



 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə