Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə119/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   115   116   117   118   119   120   121   122   ...   148

338 

 

İncəsənət 



3 Oktyabr - Aktyor Ələkbər Hüseynzadənin anadan olmasının 130 illiyi, 

                    (1887-1967) 

 

Ələkbər  Hüseyn  oğlu   Hüseynzadə  3  oktyabr  1887-ci 



ildə  Bakıda,  zərgər  ailəsində  doğulmuşdur.  Beş  il 

mollaxanada  oxumuş  və  sonra  rus-tatar  məktəbində 

təhsilini davam etdirmişdir. İlk dəfə səhnəyə  müəllimi 

Səməd  bəy  Hacıəliyevin  təşəbbüsü  ilə Nəcəf  bəy 

Vəzirovun quruluşunda "Tamahkarlıq düşmən qazanır" 

(Vasaq  Mədətov)  tamaşasında  Molla  Cəbi  rolunda 

çıxmışdır. Sonra müxtəlif teatr truppalarında çıxış edən 

Ələkbər  Hüseynzadə  əsasən  komediya  aktyoru  kimi 

tanınmışdır.

 

Ələkbər  Hüseynzadə  1913-cü  ildə  tamaşaya  qoyulan  "Arşın  mal 



alan"da  Soltan  bəyin  ilk  ifaçısı  kimi  böyük  şöhrət  qazanmış  və  uzun  illər  həmin 

rolun  ən  yaxşı  ifaçısı  olmuşdur. "Arşın  mal  alan" filmində  də  Soltan  bəy  roluna 

məhz o çəkilib və bu rola görə Stalin mükafatına layiq görülüb. Aktyor "Nicat" və 

"Müdiriyyət"  truppalarında dramatik  rollarla  yanaşı,  musiqi  əsərlərindən "Məşədi 

İbad"da  Hambal  və  Məşədi  İbad,  Zülfüqar  bəy  Hacıbəyovun  "Ər  və  arvad"ında 

Kəblə  Qubad  rollarını  da  oynayıb,  müxtəlif  operalarda  da  çıxış  edib.  1920-ci  ilin 

mayında  bugünkü  Milli  Dram  Teatrı  yenidən  formalaşanda  onun  truppasına 

Ələkbər  Hüseynzadə  də  daxil  olub.  Yaradıcılığı  əsasən  realizmi,  səmimiyyəti  və 

həyatiliyi ilə səciyyəvi olan aktyorun çoxsaylı rollarından bunları xüsusi göstərmək 

olar:  Hacı  Qara  və  Kərəməli  ("Hacı  Qara",  Mirzə  Fətəli  Axundzadə),  Şeyx 

Nəsrulla və Hacı Həsən ağa ("Ölülər", Mirzə Cəlil Məmmədquluzadə), Həsən ("Ac 

həriflər"),  Hacı  Fərzəli  ("Dursunəli  və  ballıbadı",  Sultanməcid  Qənizadə),  Molla 

Cəbi  ("Molla  Cəbi",  Mirmahmud  Kazımovski),  Molla  Nəsrəddin  ("Molla 

Nəsrəddin",  Qulamrza  Şərifzadə),  Babakişi,  Hacı  Əhməd,  Allahverdi  ("Sevil", 

"Almaz"  və  "1905-ci  ildə",  Cəfər  Cabbarlı).  Aktyor  "Arşın  mal  alan" 

operettasındakı Soltan bəy rolunu Opera Teatrının və Musiqili Komediya Teatrının 

quruluşlarında da oynayıb. O, bu rolu teatrda 600 dəfə, kinoda isə iki dəfə ifa edib. 

Onun  bu  ifası  hələ  inqilabdan  əvvəl  Azərbaycan  və  rus  mətbuatında,  eləcə 

də Üzeyir  Hacıbəyov tərəfindən  yüksək  qiymətləndirilib.  Ələkbər  Hüseynzadə 

Bakıda Sultan Muradovun "Kəblə Xudu", Əliağa Vahidin "Milli meyxana", Baba 

Qubinskinin "Yeni kupletlər" oyun-məzhəkələrini tamaşaya hazırlayıb. 

 

 Azərbaycan  SSR-nın  Əməkdar  artisti  (1957),  Stalin  mükafatı  laureatı  (1946), 



SSRİ Dövlət mükafatı laureatı (1946) Ələkbər Hüseynzadə  4 noyabr 1967-ci ildə 

Bakıda vəfat edib. 



İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 


339 

 

20 Oktyabr - Xalq artisti, müğənni Şövkət Ələkbərovanın  anadan olmasının 



                       95 illiyi, (1922-1993) 

 

 

 

 

 

 

 

 

 

Şövkət xanım Ələkbərova Bakıda anadan olub. Asəf Zeynallı adına Musiqi 



Məktəbində Hüseynqulu  Sarabskinin sinfini  bitirdiktən  sonra  səhnə  yaradıcılığına 

başlayıb.  1938-1945-ci  illərdə Azərbaycan  Dövlət  Mahnı  və  Rəqs  Ansamblının, 

1945-ci ildən etibarən Azərbaycan Dövlət Filarmoniyasının solisti olub.  

Ş. Ələkbərovanın ifaçılığı üçün yüksək vokal mədəniyyəti, emosionallıq və 

lirizm, muğam yaradıcılığı üçün isə məharətli improvizasiya bacarığı səciyyəvi idi. 

1937-ci  ildə  bədii  özfəaliyyət  kollektivlərinin  müsabiqəsində  iştirak  edibvə  öz 

çıxışı ilə   Üzeyir  Hacıbəyov, Səid  Rüstəmov, Bülbül   kimi  sənətkarların  diqqətini 

çəkib.  Opera  Teatrında  keçirilən  yekun  konsertdə  Şövkət  Ələkbərova  "Qarabağ 

şikəstəsi"ni  oxuyub  və   Fatma  Mehrəliyeva və Gülağa  Məmmədovla birlikdə  ilk 

üçlüyə  daxil  olub.  Bu  müsabiqə  Şövkət  Ələkbərovanın  peşəkar  musiqi  sənətinə 

gəlişin  əsasını  qoyub.  1945-ci  ildən   filarmoniyanın  solisti    kimi    işə  başlayan 

Şövkət  Ələkbərovanın  ifasında  səslənən  xalq  mahnıları,  muğamlar,  bəstəkar 

mahnıları   Azərbaycanda   çox  böyük  məşhurluq  qazanıb.  SSRİ-nin  bir  çox 

şəhərlərində,   Fransa,   İsveçrə,  Hindistan,   Misir,   Əlcəzair,   İran,  Türkiyə, 

Polşa  və  digər  xarici  ölkələrdə  uğurla  çıxış  edən  Şövkət  Ələkbərovanın 

repertuarına  ―Segah‖,  ―Qatar‖,  ―Şahnaz‖  kimi  muğamlar,  Azərbaycan 

bəstəkərlarının və Orta Şərq xalqlarının mahnıları daxil idi. 

Mahnıları:  “Axşam‖,  ―Ayrılıq‖,  ―Gəl  səhərim‖,  ―Bir  könül  sındırmışam‖, 

―Dərələr‖, ―Sən mənim, mən sənin‖, ―Sənsən ürəyim‖, ―Tez gəl‖ və s.  



İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

 

 

 

 

 


340 

 

 



25 Oktyabr- Xalq rəssamı Bədurə Əfqanlının  anadan olmasının 105 illiyi, 

                      (1912-2002) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Bədurə 


Əfqanlı 

ilk  


azərbaycanlı 

 qadın 


teatr 

rəssamlarından 

biridir. Azərbaycan SSR  Əməkdar  İncəsənət  Xadimi  (1949)  və  Xalq  rəssamı 

(1974)  Bədurə  Məlik  qızı  Əfqanlı  (Ağamalova) 

 

Bakıda anadan  olub.    Bakı 



Pedoqoji  Texnikumunu  (1929),  Bakı    Rəssamlıq    Məktəbini  (1931)  bitirmişdir. 

Bədurə    xanım    Aşqabad    Dövlət    Azərbaycan    Musiqili    Dram  Teatrında 

quruluşçu-rəssam  (1934-1935),  Azərbaycan  Dövlət  Dram  Teatrında  tərtibatçı  və 

geyim üzrə rəssam (1938-1960), 1960-cı ildən "Azərbaycanfilm" kinostudiyasında 

geyim  üzrə  rəssam  işləyib.  Azərbaycan  Dövlət  Rus  Dram  Teatrının  bir  sıra 

tamaşası,  həmçinin  opera,  rəqs  ansamblı  və  bədii  özfəaliyyət  kollektivləri  üçün 

geyim  eskizləri  çəkib.  Bir  çox  əsəri  Azərbaycan  Dövlət  Teatr  Muzeyi  və 

A.A.Baxruşin adına Rusiya Mərkəzi Teatr Muzeyində (Moskva) saxlanılır.  

Bədurə Əfqanlı 7 may 2002-ci ildə vəfat edib. 

Filmoqrafiya: ―Koroğlu‖ (film, 1960), ―Leyli və Məcnun‖ (film, 1961), ―Böyük 

dayaq‖ (film, 1962),‖Dəli Kür‖ (film, 1969), ―O qızı tapın‖ (film, 1970), ―Sevil‖ 

(film, 1970), ―Qatır Məmməd‖ (film, 1974), ―Dədə Qorqud‖ (film, 1975) və s.  

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 

 

 



 

 

 



 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə