Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə12/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   8   9   10   11   12   13   14   15   ...   148

33 

 

29 Yanvar - Xalq artisti, baletmeyster Leyla Vəkilovanın anadan  olmasının 



                     90 illiyi, (1927-1999) 

 

Leyla  Məhəd  qızı  Vəkilova  Bakıda  doğulmuşdur.  Səkkiz 

yaşında Bakı Xoreoqrafiya Məktəbinə daxil olmuşdur. 1943-

cü  ildə  məktəbi  uğurla  bitirən  aktrisa  Azərbaycan  Dövlət 

Opera 

və 


Balet  Teatrının  balet  truppasına  solist 

götürülmüşdür.  1945-1946-cı  illərdə  ixtisas  səriştəsini 

təkmilləşdirmək,  sənətkarlıq  qabiliyyətini  formalaşdırmaq 

məqsədi  ilə  iki  il  Moskva  Xoreoqrafiya  Məktəbində  xüsusi 

kurs  keçmişdir.  Bakıya  qayıdaraq  Opera  və  Balet  Teatrının 

aparıcı  balet  aktrisası  olmuşdur.  Tezliklə o,  ən sanballı balet 

tamaşalarında  qadın  qəhrəmanların  partiyalarını  ifa  etməyə 

başlamışdır. Onun zəngin yaradıcılığının ən parlaq yaradıcılıq 

qələbələrini  təmin  edən  obrazlar  dünya  balet  ulduzlarının  da  əsas  repertuarlarını 

təşkil edir. Leyla Vəkilova klassik dünyəvi balet elementləri ilə milli rəqslərimizin 

hərəkət  zərifliyini  ustalıqla  birləşdirə  və  onu  öz  ifasının  estetik  hüsnünə  çevirə 

bilmişdir.  Leyla xanım müxtəlif illərdə teatrın səhnəsində Gülyanaq (―Qız qalası‖, 

Əfrasiyab  Bədəlbəyli),  Odetta-Odilliya,  Avrora,  Mulla  (―Sonalar  gölü‖,  ―Yatmış 

gözəl‖  və  ―Şelkunçik‖,  Pyotr  Çaykovski),  Pao  Xoa  (―Qırmızı  lalə‖,  Reynqard 

Qlier), Kitri (―Don Kixot‖ Lüdviq Minkus), Laurensiya (―Laurensiya‖, Aleksandr 

Kreyn),  Zarema  (―Bağçasaray  fəvvarəsi‖,  Boris  Asafyev),  Gülşən  (―Gülşən‖, 

Soltan  Hacıbəyov),  Aişə,  Sari  (―Yeddi  gözəl‖  və  ―İldırımlı  yollarla‖,  Qara 

Qarayev), Şirin (―Məhəbbət əfsanəsi‖, Arif Məlikov), Jizel ("Jizel", Adolf Adan), 

Malvina ("Qızıl açar", Boris Zeydman), Qaraca qız ("Qaraca qız", Əşrəf Abbasov) 

partiyalarını  ifa  etmişdir.  Azərbaycan  milli  balet  sənətinin  tərəqqisində  və 

təkamülündə,  beynəlxalq  aləmdə  tanınmasında  göstərdiyi  böyük  xidmətlərə  görə 

Leyla xanım Vəkilova 30 aprel 1955-ci ildə Azərbaycan Respublikasının Əməkdar 

artisti, 26 aprel 1958-ci ildə Xalq artisti, 31 dekabr 1967-ci ildə SSRİ Xalq artisti 

fəxri  adlarına  layiq  görülüb.  Leyla  xanım  Vəkilova  Polşada  (1956,  1962,  1968), 

Suriyada  (1960),  Çexoslavakiyada  (1964),  Hindistanda  (1965),  Bolqarıstanda 

(1966), Fransada (1969, 1974), Macarıstanda (1973), İtaliyada (1976), Türkiyədə 

(1977, 1982), Tiflisdə və Almaniyada (1979), Nepalda (1981) ifaçı və baletmeyster 

kimi  uzunmüddətli  qastrol  səfərlərində  olub.  1959-cu  ildə  Moskvada  keçirilən 

Azərbaycan Ədəbiyyatı və İncəsənəti Dekadasında iştirak edib. 

Görkəmli balet ustası, milli səhnə mədəniyyətimizin nadir incilərindən olan Leyla 

Vəkilova 20 fevral 1999-cu ildə Bakıda vəfat edib. Məzarı Fəxri Xiyabandadır. 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 



34 

 

Milli qəhrəmanlar zirvəsi 



28 Yanvar - Azərbaycanın Milli Qəhrəmanı  Səfərov Cəlil Əziz oğlunun 

                      anadan olmasının 55 illiyi, (1962-1992) 

 

Cəlil  Səfərov

 

Gürcüstan  Respublikası   Marneuli 



rayonunun 

 Lejbəddin 

kəndində 

doğulmuşdur. 

Ailəlikcə   Sumqayıt  şəhərinə  köçmüşlər. 1969-1977-ci 

illərdə  buradakı  orta  məktəbdə  təhsil  almışdır. 1977-ci  ildə 

C.Naxçıvanski 

adına 


ali 

Hərbi 


Litseyə 

qəbul 


edilmişdir. 1980-cı  ildə  təhsilini  başa  vuraraq  Vladiqafqaz 

Hərbi  Raket-Zenit  Komandirlər  Məktəbinə  daxil  olmuşdur. 1984-cü  ildən 

Qazaxıstanın  Priozorsk  və  Balxaş  şəhərlərində  işləmiş,  8  il  sonra  Azərbaycana 

qayıtmışdır. Müdafiə Nazirliyinin təyinatı ilə Qarabağa ezam olunan təcrübəli zabit 

xidməti  başa  çatdıqdan  sonra  burada  qalmışdır. Şuşa cəbhəsində  dəqiq  atəşlərlə 

erməni  yaraqlılarının  və  canlı  qüvvələrinin  məhv  edilməsinə  başçılıq  etmişdir. 

Cəlilin  başçılığı  ilə  dəqiq  top  atəşləri  nəticəsində  ermənilər  ağır  itkilər 

vermişdir. 15  may 1992-ci  il Şuşanın Turşsu-Zarıslı kəndi  istiqamətində  gedən 

döyüşlərdə  xeyli  düşmən  yaraqlısı  məhv  edən  cəsur  zabit  qəhrəmancasına  həlak 

olmuşdur.  Ailəli  idi,  iki  övladı  yadigar  qalmışdır.  Bakı  şəhərinin Şəhidlər 

Xiyabanında dəfn edilmişdir. 

 Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı 

ilə  kapitan  Səfərov  Cəlil  Əziz  oğluna  ölümündən  sonra  Azərbaycanın  Milli 

Qəhrəmanı adı verilmişdir. 

Sumqayıt  şəhərindəki  10  saylı  məktəb  qəhrəmanın  adını  daşıyır.  Gürcüstan 

Respublikasının Marneuli şəhərində abidəsi ucaldılıb. 



Od ürəkli , od nəfəsli diyarımsan 

Ocağına canım qurban , Azərbaycan ! 

Əzilsən də , əyilməyən vüqarımsan 

Bu çağına canım qurban , Azərbaycan ! 

Savaşlardan alnıaçıq çıxan zaman 

Tarixlərə bağışladın neçə qurban. 

Hər qonşuda bir parçası əsir qalan 

Torpağına canım qurban , Azərbaycan ! 

                                                                                                  Nəriman Həsənzadə 

 

 

 

İnternetdə: 



www.books.google.com

 

 

 




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə