Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Noyabr - YUNESKO-nun Yaranması Günü, (1946)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə124/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   120   121   122   123   124   125   126   127   ...   148

352 

 

16 Noyabr - YUNESKO-nun Yaranması Günü, (1946) 

16  noyabr  BMT-nin  humanitar  sahə 

üzrə ixtisaslaşmış təşkilatı olan YUNESKO-

nun  təsis  edildiyi  gündür.  Bu  qurumun 

yaranması  haqqında  Nizamnamə  1945-ci  il 

noyabrın 16-da Londonda imzalanmış, bir il 

sonra  1946-cı  il  noyabrın  4-də  isə  20  üzv 

dövlətdən  ibarət  təşkilat  rəsmi  fəaliyyətə 

başlamışdır. 

Hazırda 

195 


dövlət 

YUNESKO-nun 

üzvüdür.  YUNESKO-

Azərbaycan  əlaqələrinin  inkişafında  ən  mühüm  addım  ümummilli  lider  Heydər 

Əliyevin  1993-cü  ilin  dekabrında  Fransaya  ilk  rəsmi  səfəri  zamanı  qurumun 

Parisdə  yerləşən  mənzil-qərargahında  baş  direktor  Federiko  Mayorla  görüşü 

zamanı  atılmışdır.  Ulu  öndər  Heydər  Əliyevin  21  fevral  1994-cü  il  tarixli 

Sərəncamı  ilə  Azərbaycan  Respublikasının  YUNESKO  üzrə  Milli  Komissiyası 

yaradılmışdır.  2005-ci  il  sentyabrın  15-də  isə  Prezident  İlham  Əliyev  Milli 

Komissiya ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Azərbaycanla 

YUNESKO arasında hazırda sıx əlaqələr mövcuddur. Azərbaycanın birinci xanımı, 

Heydər  Əliyev  Fondunun  prezidenti  Mehriban  Əliyevanın  Azərbaycan-

YUNESKO  münasibətlərinin  inkişafında  və  möhkəmlənməsində  məxsusi 

xidmətləri  vardır.  Mehriban  xanım  Əliyevanın  ciddi  səyləri  nəticəsində 

Azərbaycan  muğamı  YUNESKO  tərəfindən  bəşəriyyətin  qeyri-  maddi  irsinin  şah 

əsəri  elan  edilmiş,  Qobustan  Dövlət  Tarixi  Bədii  Qoruğu  ümumdünya  irs 

siyahısına  salınmış,  İçərişəhər  Qoruğu  YUNESKO-nun  təhlükədə  olan 

ümumdünya  irs  siyahısından  çıxarılmışdır.  Aşıq  sənəti  və  Novruz  bayramı  da 

YUNESKO-nun  qeyri-maddi  mədəni  irs  siyahısında  özünə  yer  almışdır.  Təsadüfi 

deyil  ki,  2004-cü  ilin  sentyabrında  Mehriban  xanım  Əliyeva  ənənəvi  musiqinin, 

ədəbiyyat  və  poeziyanın  inkişafına  verdiyi  töhfələrə,  musiqi  təhsili  və  dünya 

mədəniyyətlərinin  mübadiləsi  sahəsindəki  xidmətlərinə  və  YUNESKO-nun 

ideyalarına  sadiqliyinə  görə  bu  təşkilatın  xoşməramlı  səfiri  adına  layiq 

görülmüşdür.  Mehriban  xanım  Əliyevanın  təşəbbüsü  ilə  Azərbaycanın  ənənəvi 

klassik  musiqisini  dünya  miqyasında  tanıtmaq  məqsədilə  Bakıda  Beynəlxalq 

Muğam  Mərkəzi  tikilərək  istifadəyə  verilmişdir.  2009-cu  ilin  martında 

Azərbaycanda  I  Beynəlxalq  Muğam  Festivalı  keçirilmişdir.  YUNESKO-nun  baş 

direktoru  Koişiro  Matsura  bu  münasibətlə  ölkəmizə  səfər  etmişdir.  Dünyada 

savadlılığın dəstəklənməsi üzrə YUNESKO-nun regoinal konfransları silsiləsindən 

2008-ci  ilin  mayında  baş  tutan  ―Avropada  subregional  çərçivədə  savadlılıq 

problemlərinə  baxış:  tərəfdaşlıq  əlaqələrinin qurulması  və  innovativ  yanaşmaların 

tədbiqinə  dəstək‖,  həmin  ilin  iyununda  keçirilən  ―Mədəniyyətlərarası  dialoqda 

qadınların  rolunun  genişləndirilməsi‖  və  digər  tədbirlər  bu  mərama  xidmət  edir. 

Azərbaycanın  görkəmli  şəxsiyyətlərinin  və  əlamətdar  hadisələrin  yubileylərinin 

YUNESKO  çərçivəsində  qeyd  edilməsi  də  bu  qurumla  əlaqələrin  yüksək 

səviyyəsinin bariz göstəricisi sayıla bilər.  



İnternetdə: 

www.books.google.com

 


353 

 

 



16 Noyabr - Beynəlxalq Tolerantlıq Günü, (1995) 

 

“Azərbaycan Qafqazın işıq saçan mayakıdır, tolerant ölkədir və onun nuru 

dünyanın hər bir tərəfinə yayılır, insanlığa yol göstərir.” 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

 

Beynəlxalq  Tolerantlıq  günü  1995-ci  ildə 



YUNESKO-nun  50  illiyi  münasibətilə  təsis 

edilib.  Məqsəd  qurumun  da  nizamnaməsində 

qeyd  olunduğu  kimi,  dünyada  hamını  bir-birinə 

dözümlülük 

nümayiş 

etdirərək 

mehriban 

qonşular  kimi  yaşamağa  çağırışdır.  Azərbaycan 

indi  bütün  dünyada  həm  də  tolerantlıq  örnəyi 

kimi  tanınır.  Ulu  öndər  Heydər  Əliyevin  ölkəmizdə  tolerantlığın  qorunub 

saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və 

mədəni  dəyərlərin  qovuşma  müstəvisinə  çevirib.  Azərbaycan  indi  dünyanın  nadir 

ölkələrindəndir  ki,  burada  bütün  millətlər,  bütün  xalqlar,  bütün  dinlərin 

nümayəndələri  bir  ailə  kimi  yaşayır.  Ölkəmizdə  dini  və  milli  dözümlülük, 

tolerantlıq  yüksək  səviyyədədir.  Prezident  İlham  Əliyevin  dindarlarla  keçirdiyi 

görüşlər,  Ramazan  bayramlarında  ənənəvi  olaraq  din  xadimləri  ilə  iftar 

süfrələrində  birgə  iştirakı  və  bu  mərasimlərə  Azərbaycanda  mövcud  digər  dini 

icmaların  nümayəndələrinin  də  qatılması  ölkədə  tolerant  düşüncənin  artıq  tam 

bərqərar  olduğunu  göstərir.  Dövlətin  gücünü   əhalinin  çoxmillətli  olmasında, 

müxtəlif  dinlərin,  mədəniyyətlərin  və  sivilizasiyaların  birgə  yaşayışında  görən 

Azərbaycan prezidenti bütün  dünyaya  göstərir ki, tolerantlıq  Azərbaycan xalqının 

ruhundadır.  Xalqlararası  və  mədəniyyətlərarası  dialoqu  inkişaf  etdirmək,  ona 

dəstək  vermək,  bütün  insanların  gələcəyi  naminə  mədəniyyətlərin  və  dinlərin 

qarşılıqlı  dialoquna  nail  olmaq  bu  gün  də  dövlət  siyasətinin  mühüm  tərkib 

hissəsidir. Tolerantlıq insanlar və icmalar arasında qarşılıqlı hörmətin bünövrəsidir 

və  ortaq  dəyərlər  ətrafında  vahid  qlobal  cəmiyyətin  qurulması  üçün  həyati 

əhəmiyyət  kəsb  edir.  Bu  bir  məziyyət,  mənəvi  keyfiyyətdir,  lakin,  hər  şeydən 

əvvəl,  tolerantlıq  bir  əməldir  –  başqalarına  əlini  uzatmaq  və  mövcud  fərqlilikləri 

maneə kimi deyil, dialoq və anlaşmaya dəvət kimi qəbul etməkdir. Bəli, tolerantlıq 

insanlar  arasında  körpülər  salmaqla  və  ünsiyyət  üçün  yollar  açmaqla  bu 

çətinliklərin  bir  qisminə  cavab  verir.  Tolerantlıq  Birləşmiş  Millətlər  Təşkilatının 

məğzini  təşkil  edir.  Tolerantlıq  öz-özünə  meydana  gəlmir.  O,  öyrədilməli, 

yetişdirilməli və başqalarına ötürülməlidir. Vahid bəşəriyyət insan müxtəlifliyinin 

möhtəşəm  zənginliklərinə  qarşılıqlı  hörmət  əsasında  birlikdə  yaşamaq  və  birgə 

işləmək deməkdir. 

İnternetdə: 

www.books.google.com 

 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə