Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə125/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   121   122   123   124   125   126   127   128   ...   148

354 

 

 17 Noyabr - Milli Dirçəliş Günü, (1988) 



 

“Dirçəliş oyanışdı, yenidən yaranmaq, dünyaya təzədən gəlməkdi. Sözün 

hər mənasında dirçəliş mübarizə aparmaq və özünü təsdiq etməkdi. Elə bizim 

xalqın da Milli Dirçəliş günü onun özünü təsdiqi idi. XX əsr xalqımızın 

yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi 

qalacaqdır!” 

                                                      



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 

 

  

1988-ci 



ilin  ilk  günlərində  Ermənistanın 

Azərbaycana  qarşı  açıq  təcavüzü başlandı.  SSRİ-nin o 

vaxtkı  rəhbərliyinin  buna  biganə  münasibətini  görən 

ermənilər  planlı  şəkildə  Ermənistan  hökumətinin 

tapşırığı  və  göstərişilə  Ermənistanda  yaşayan  200 

mindən  çox  azərbaycanlını  öz  ata-baba  yurdlarından 

kütləvi  surətdə  qovdular.  Elə  həmin  ilin  fevral  ayında 

Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsində  ixtişaşlar 

törətdilər.  Onlar  Azərbaycanın  tarixi  torpağı  olan  Dağlıq  Qarabağın 

Azərbaycandan  qoparılıb  Ermənistana  birləşdirməsi  haqqında  məsələ  qaldırdılar. 

Belə  bir  vaxtda  Azərbaycan  xalqı  ayağa  qalxdı.  Xalq  öz  etirazını  sakit  şəkildə 

rəhbərliyə  bildirdi.  İlk  zamanlar  Azərbaycan  vətəndaşları  Moskvaya,  yerli 

hakimiyyət  başçılarına  inanırdılar.  Onların  şüarları,  gəzdirdikləri  portret  və 

bayraqlarda bunu  sübut  edirdi. 1988-ci  ilin noyabrın 17-də  Bakının  əsas  meydanı 

sayılan  Azadlıq  meydanında  Sovet  dövlətinin  xalqımıza  qarşı  apardığı 

antiazərbaycan  siyasətinə  etiraz  əlaməti  olaraq  Azərbaycan  ictimaiyyətinin 

uzunmüddətli  mitinqi  başlandı.  O,  vaxt  bütün  xalq  bir  yumruq  kimi 

düyünlənmişdi.  Bu,  əsl  xalq  hərəkatı,  milli  azadlıq  hərəkatı  idi.    Dekabrın 

əvvəllərində sovet qoşunları tərəfindən ümumxalq mitinqi dağıdıldı.  

Azərbaycanda  bu  hadisələr  milli  azadlıq  hərəkatı  kimi  qiymətləndirilir  və 

Vətənizmin  istiqlaliyyət  qazanmasında  əsas  amil  sayılır.  ―Milli  dirçəliş‖  deyəndə 

buna  yalnız  siyasi  aspektdən  yanaşmaq  olmaz,  çünki  milli  dirçəliş  yalnız  ictimai 

baxımdan  yox,  həm  də  mədəni-mənəvi  əxlaqi  dəyərlərin  xalqın  özünün  təməl 

prinsipləri  üzərində  inkişaf  edən  ənənələrinin  təcəssümüdür,  onun  yaşadılmasıdır 

və onun yaşaması məhz Milli dirçəlişin təməlidir. 

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 

 

 



 


355 

 

 



19 Noyabr - Ümumdünya Fəlsəfə Günü, (2002)  

  

 



 

 

 



 

 

 



 

Ümumdünya  Fəlsəfə  Günü  YUNESKO-nun  qərarına  əsasən  2002-ci  ildən 

başlayaraq  noyabr  ayının  3-cü  cümə  axşamı  günü  qeyd  olunur.  Ümumdünya 

Fəlsəfə  Gününün  yaranmasının  əsas  ideyası  dünyada  baş  verən  qlobal  ictimai-

mədəni dəyişiklikləri müzakirə etmək üçün platforma tapmaq, insanları fəlsəfi irsə 

yaxınlaşdırmaq, məişət təfəkkürünün aləmini yeni ideyalar üçün açmaq və bu gün 

cəmiyyət  qarşısında  duran  çağırışlarla  bağlı  olan  ictimai  müzakirələri 

stimullaşdırmaqdan  ibarətdir.  Mütəfəkkirlərin  çoxu  qeyd  edirdilər  ki,  fəlsəfənin 

məğzi  təəcüblənməkdədir.  Doğurdan  da,  fəlsəfə  insan  varlıqlarının  özləri  və 

yaşadıqları  dünya  ilə  maraqlanmağa olan təbii istəkdən  doğulur.  Müdrikliyə  olan 

sevgi qismində çixiş edərək, fəlsəfə bizi düşüncələr haqqında düşünmək, müxtəlif 

fundmental  həqiqətləri  dərindən  öyrənmək  və  şəxsi  nəticələr  çıxarmağı  öyrədir. 

Əsrlər ərzində fəlsəfə müxtəlif konsepsiyalar və ideyalar əmələ gətirmiş və kritik, 

müstəqil və yaradıcı düşünməyin təməlini qoymuşdur.  

Fəlsəfə  Günü  YUNESKO-nun  70-dən  çox  ölkəsində  qeyd  olunur.  Hər  il 

fərqli  mövzulara  həsr  olunan  bu  gündə  mütəfəkkirlərin,  alimlərin,  müəllimlərin, 

tələbə  və  şagirdlərin,  mədəniyyət  və  təhsil  nümayəndələrinin  iştiraki  ilə  müxtəlif 

tədbirlər keçirilir: fəlsəfi diskussiyalar, ―dəyirmi masalar‖, konfranslar, seminarlar, 

sərgilər, təqdimatlar və s. 

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 

 



356 

 

 



20 Noyabr - Ümumdünya Uşaqlar Günü, (1956) 

 “Uşaqlar  -  bizim  sabahkı  hakimlərimizdir,  bizim  dünyagörüşümüzün, 

əməllərimizin tənqidçiləridir”. 

                                                                                           Rus yazıçısı 

M. Qorki 

Ümumdünya  Uşaqlar  Günü  (Ümumdünya 

Uşaq  Hüquqları  Günü  ) (ing. Universal  Children's 

Day)  — 1954-cü  ildə BMT -nin  Baş  Assambleyası 

tərəfindən  (№836,  (IX) saylı  qətnamə) 1956-cı  ildən 

bütün dövlətlərə uşaqlar şərəfinə keçirilməsi tövsiyyə 

olunan bayramdır.  

Baş  Assambleya  öz  qətnaməsində  qeyd  edirdi 

ki,  Ümumdünya    Uşaqlar  Gününün  ümumi  bayram 

kimi  qeyd  edilməsi  millətlər arasında  həmrəyliyin 

və  əməkdaşlığın    bərkidilməsinə  xidmət  edəcək. 

BMT  tərəfindən  1959-cu ilin  20 noyabrında "Uşaq 

Hüquqları  Bəyənnaməsi", 1989-cu  ildə  isə  "Uşaq 

Hüquqları  Konvensiyası"  qəbul  etmişdir.  Uşaq  Hüquqları  Konvensiyası  (UHK) 

uşaqların  insan  hüquqlarını  təsdiq  edən  ilk  icbari  hüquqa  malik  beynəlxalq 

konvensiyadır. 1989-cu ildən bu günədək BMT-yə və ya Cenevrə Konvensiyasına 

üzv olan ölkələrin sayını üstələyən 193 ölkə tərəfindən ratifikasiya edilmiş UHK, 

demək olar ki, bütün dünyada qəbul edilib.  

1924-cü  ildə  ilk  dəfə  olaraq  uşaqların  hüquqlarını  təmin  edən  bəyənnamə 

qəbul edilmişdir. Bu bəyənnamədə deyilirdi ki, "bəşəriyyət məcburdur ki, uşaqları 

ən  yaxşı  şeylərlə  təmin  etsin".  Bu  bəyənnamənin  qəbulu  ilə  bağlı  ilk 

işlər Eglantyne  Djebb tərəfindən  görülmüşdür.  Birinci  Dünya  müharibəsinin 

dəhşətlərinin  şahidi  olan Eglantyne  Djebb  müharibənin  dəhşətlərindən  sarsılaraq 

uşaqların  xüsusi  müdafiəyə  ehtiyac  duyduqlarını  anlayıb.  O,  bacısı Doroti 

Bakstonun köməyi  ilə 1919-cu  ildə  uşaqlara  yardım,  kömək  göstərib,  onların 

müdafiəsini  təmin  etmək  üçün  Londonda  Uşaqlara  Yardım  Fondu"nun  əsasını 

qoyub.  

 

İnternetdə: 



www.books.google.com 

 

 

 

 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə