Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Noyabr - Ümumdünya Televiziya Günü, (1999)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə126/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   122   123   124   125   126   127   128   129   ...   148

357 

 

21 Noyabr - Ümumdünya Televiziya Günü, (1999) 



 

1999-cu    ilin    mart    ayında    Birləşmiş  

Millətlər    Təşkilatının  qəbul  etdiyi  qərara 

əsasən    21    noyabr    Dünya  Televiziya  Günü 

kimi  qeyd  olunur.  İstər  dünyada  istərsə  də 

ölkəmizdə  aparılan  araşdırmalar  göstərir  ki,  

uşaqların 

şəxsiyyətinin 

formalaşmasında, 

qazanılan 

uğurlarda 

televiziyanın 

rolu 

böyükdür.  Bəli,  televiziya  xəbər,  əyləncə  və  



düşüncələri    ifadə  etmək  üçün  ən  gözəl 

vasitədir.  



İnternetdə: 

www.books.google.com 

21 Noyabr - Ümumdünya Salamlaşma Günü, (1973)

 

Ümumdünya  Salamlaşma  Günü  (World  Hello  Day)  hər  il  noyabrın  21-də 

keçirilir. Onun əsas məqsədi  sülhün qorunması üçün şəxsi ünsiyyətin vacibliyini 

geniş  ictimaiyyətin  diqqətinə  çatdırmaqdır.  Çünki  yalnız  xeyirxah  ünsiyyət 

vasitəsilə və güc tətbiq etmədən bütün münaqişələri həll etmək olar.  

Salamlaşma bayramını 1973-cü ildə, soyuq müharibənin ən qızğın dövründə, Misir 

və  İsrail  arasındakı  münaqişəyə  cavab  olaraq  iki  amerikalı  qardaş  –  Maykl  və 

Brayen  Makkomak  düşünmüşlər.  Salamlaşma  günü  beynəlxalq  gərginliyin 

güclənməsinə etiraz kimi çox zəruri aksiyadır.  

 

―Sadə, lakin təsirli addım atmaq lazımdır‖ deyə düşünən qardaşlar dünyanın 



hər yerinə səmimi, mehriban salamlaşma məktubları göndərmişlər. Onlar dünyada 

sülhün qorunması və gərginliyin azaldılması üçün öz ideyalarını heç kimə məcburi 

qəbul etdirmirdilər. Makkomak qardaşları məktub ünvanladıqları şəxsdən, sadəcə, 

daha  kimlərisə,  heç  olmasa  on  nəfəri  salamlamağı  xahiş  edirdilər.  Bu  ideya  180-

dən çox ölkədə dəstəklənmişdir. Həmin vaxtdan Ümumdünya Salamlaşma Gününü 

həm müxtəlif  yaşlı insanlar, həm də ayrı-ayrı  peşə sahibləri, siyasi liderlər, sənaye 

maqnatları, məşhur kino və televiziya ulduzları qeyd edirlər.  

Müxtəlif  xalqların  müxtəlif  salamlaşma  ənənələri  fərqli  olsa  da,  xüsusən 

beynəlxalq  görüşlərdə  millətlərarası  etiket  mahiyyətcə  eynidir:  görüş  zamanı 

ənənəvi olaraq insanlar bir-birinə xeyir və sağlamlıq, rifah və uğur arzu edirlər.  

 

İnternetdə: 

www.books.google.com 



358 

 

22 Noyabr - Ədliyyə İşçiləri Günü, (2000) 



 

22  noyabr  1918-ci  ildə  Azərbaycan 

Demokratik  Respublikası  Ədliyyə  Nazirliyinin 

Əsasnaməsi  təsis  edilib.  Prezident  Heydər 

Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə 

22  noyabr  ədliyyə  işçilərinin  peşə  bayramı  günü 

kimi 

təsis 


edilib. 

Ədliyyə  orqanları  və 

məhkəmələrin  fəaliyyəti  ilə bağlı  bir  sıra  qərarlar 

qəbul  edilmiş,  o  cümlədən  1918-ci  il  noyabr 

ayının  14-də  Azərbaycan  Məhkəmə  Palatasının 

Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdi. 

Hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin 

tərkibində  olan  həbsxanalar  Ədliyyə  Nazirliyinin  tabeliyinə  verilmişdi.  ADR-in 

süqutundan  sonra  Ədliyyə  Nazirliyi  ləğv  edilmiş,  Xalq  Ədliyyə  Komissarlığı 

yaradılmışdı.  Hazırda  ədliyyə  sahəsində  dövlət  siyasətini  və  idarəetməni  həyata 

keçirən Ədliyyə Nazirliyi normativ hüquqi aktların hüquqi ekspertizasını, uçotunu 

və dövlət qeydiyyatını aparır; qanunvericiliyin təkmilləşdirilməsində iştirak edir, o 

cümlədən qanun layihələri hazırlayır və normativ sənədlərin layihələri üzrə rəylər 

verir,  hüquqi  maarifləndirmə  işi  aparır;  hüquqi  şəxslərin  dövlət  qeydiyyatını  və 

dövlət  reyestrini,  mətbu  nəşrlərin  reyestrini  aparır;  notariat  fəaliyyətinə  rəhbərlik 

edir;  vətəndaşlıq  vəziyyəti  aktlarının  dövlət  qeydiyyatını  həyata  keçirir; 

dövlətlərarası  övladlığa  götürmə  məsələlərini  və  sənədlərin  leqallaşdırılmasını 

həyata  keçirir;  məhkəmə  qərarlarının  icrasının  təmin  olunmasını  təşkil  edir; 

məhkəmələrin 

fəaliyyətinin 

təşkilati  təminatını, 

məhkəmə  statistikasının 

aparılmasını  təmin  edir;  qeyri-kommersiya  hüquqi  şəxslərə  münasibətdə  qrant 

müqavilələrinin  (qərarlarının)  qeydiyyatının  aparılmasını  həyata  keçirir.  Bunlarla 

yanaşı,  Azərbaycanda  aparılan  bütün  növ  məhkəmə  (qeyri-tibb)  ekspertizaları 

Ədliyyə  Nazirliyinin  nəzdində  fəaliyyət  göstərən  elmi-tədqiqat  mərkəzi  olan 

İnstitut tərəfindən həyata keçirilir. Azərbaycanda müşahidə olunan inkişaf meylləri 

ədliyyə orqanlarının fəaliyyətində də öz əksini tapmışdır. Dövlətimizin başçısının 

rəhbərliyi  ilə  həyata  keçirilən  dinamik  inkişaf,  genişmiqyaslı  quruculuq  işləri, 

xarici  siyasətdə  əldə  olunan  uğurlar  Azərbaycanı  regionda  lider  dövlətə 

çevirmişdir.  Hazırda  ədliyyə  sahəsində  dövlət  siyasətini  və  idarəetməni  həyata 

keçirən Ədliyyə Nazirliyi normativ hüquqi aktların hüquqi ekspertizasını, uçotunu 

və  qeydiyyatını  aparır.  Bununla  yanaşı,  qanunvericiliyin  təkmilləşdirilməsində 

iştirak  edir,  o  cümlədən  qanun  layihələri  hazırlayır  və  normativ  sənədlərə  dair 

rəylər  verir,  hüquqi  maarifləndirmə  işi  aparır.

 

Ədliyyə  Nazirliyinin genişmiqyaslı 



işi sayəsində ədliyyə strukturlarının, məhkəmələrin və istintaq sahələrinin bərpası 

təmin  olunmuş,  gərgin  fəaliyyət  nəticəsində  məhkəmə  aparatları  tədricən  bərpa 

edilmiş, binalar qaydaya salınmış, hüquq ədəbiyyatı kitabxanası yaradılmışdır. 

İnternetdə: 

www.books.google.com 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   122   123   124   125   126   127   128   129   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə