Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Noyabr - Morj Günü, (2008)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə127/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   123   124   125   126   127   128   129   130   ...   148

359 

 

 



24 Noyabr - Morj Günü, (2008) 

 

2008-ci  ildə  Ümumdünya  Vəhşi  Təbiət  Fondunun  (WWF)  və  Dəniz 

Məməliləri üzrə Şuranın təşəbbüsü ilə Morj Günü təsis olunmuşdur. Bu heyvanlar 

–  planetimizin  şimal  yarımkürəsində  məskunlaşmış  nəhəng  kürəkayaqlılardır.  Bu 

bayram  təsadüfən  noyabrın  24-ə  salınmamışdır.  Morjlar  payızın  son  günlərində 

Çukot  dənizinin  arktik  sahillərini  tərk  edirlər  və  qışlamaq  üçün  Berinq  boğazına 

gedirlər.  Bu  yerdəyişmə  zamanı  onlar  xüsusilə  zəif  və  müdafiəyə  möhtac  olurlar. 

Təbiəti  qoruyanlar  bu  bayramı  elan  etməklə  ictimaiyyətin  diqqətini  morjların 

problemlərinə  cəlb  etməyə  çalışmışlar.  Ən  əsas  problem  ekoloji  problemdir. 

İqlimin  istiləşməyə  doğru  dəyişməsi  Yer  kürəsində  buz  örtüyünün  azalmasına 

gətirib  çıxarmışdır.  Nəticədə  morjlar  buzdan  quruya  keçməyə  və  burada  özlərinə 

yeni  yataqlar  yaratmağa  məcbur  olurlar.  Bu  heyvanların  belə  yataqlarda  kütləvi 

toplanması  gənc  morjların  tələf  olmasına  səbəb  olur.  Morjların  ikinci  problemi 

insanların onların ərazilərinə nüfuz etmələridir. Şimal Buzlu okeanının  şelfindəki 

qiymətli karbohidrogen yataqlarının insanlar tərəfindən mənimsənilməsi, gəmilərin 

hərəkəti  morjların  məhvinə  səbəb  olur.  Ümumdünya  Vəhşi  Təbiət  Fondunun 

nümayəndələri  insanları  okeanın  sakinlərinə  qayğı  ilə  yanaşmağa,  onların 

problemlərinə biganə qalmamağa çağırır.   



İnternetdə: 

www.books.google.com 

 

 

 



 

 

 

 

 

 

 


360 

 

 



26 Noyabr - Azərbaycan Kəlağayısı Günü, (2014) 

 

26 noyabr Azərbaycan kəlağayısı Günü bütün dünyada beynəlxalq səviyyədə 



qeyd olunur. 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti UNESCO-nun 

Qeyri-Maddi  Mədəni  İrs  üzrə  Hökumətlərarası  Komitəsinin  keçirilən  iclasında 

―Kəlağayı simvolizmi və ənənəvi sənəti‖ adı ilə UNESCO-nun ―Bəşəriyyətin qeyri 

- maddi mədəni irs üzrə reprezentativ siyahısı‖na daxil edilmişdir. 

  

Kəlağayı  faylını  birinci  xanımı,  Heydər  Əliyev  Fondunun  Prezidenti 



Mehriban Əliyevanın dəstəyi ilə Mədəniyyət və Turizm Nazirliyi hazırayıb. 

Heydər  Əliyev  Fondu,  Mədəniyyət  və  Turizm  Nazirliyi  və  ölkəmizin  UNESCO 

yanında  Daimi  Nümayəndəliyi,  UNESCO  üzrə  Milli  Komissiyanın  birgə  həyata 

keçirdiyi  çoxşaxəli  fəaliyyət  nəticəsində  Komitə  kəlağayı  sənətinin  Azərbaycan 

xalqının  milli-mənəvi  dəyərlər  sistemində  və  adət-ənənələrimizdə  ən  mühüm 

mədəniyyət nümunəsi olduğunu beynəlxalq səviyyədə təsdiq etmiş olub.  

Hazırda Kəlağayıdan başqa Muğam ifaçılıq sənəti, Azərbaycan aşıq sənəti, Novruz 

Bayramı, Azərbaycan xalçası, Tar ifaçılıq sənəti UNESCO-nun Qeyri-maddi 

mədəni irs üzrə Reprezentativ siyahısına, Çövkən-Qarabağ atüstü oyun ənənəsi isə 

UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısında 

yer alır. 

 

İnternetdə: 



www.books.google.com 

 

 

 



 

 

 



 

 

 



 


361 

 

 



26 Noyabr - Ümumdünya İnformasiya günü, (1994) 

 

 



  

 

 



 

 

 



 

Hər  il  26  noyabr  tarixinin  məhz  bu  ad  altında  qeyd  edilməsi  təşəbbüsü 

Birləşmiş  Millətlər  Təşkilatının  İqtisadi  və  Sosial  Şurasında  məşvərətçi  statusa 

malik  olan  Beynəlxalq  İnformasiyalaşdırma  Akademiyası  və  Ümumdünya 

İnformasioloji  Parlamenti  tərəfindən  irəli  sürülüb.  Əlamətdar  günün  beynəlxalq 

təqvimə  salınması  ilə  bağlı  qərar  26  noyabr  1992-ci  ildə  Beynəlxalq 

İnformasiyalaşdırma  Akademiyasının  təşəbbüsü  ilə  keçirilən  I  Beynəlxalq 

İnformasiyalaşdırma Forumunda verilib. 

  

Ümumdünya  İnformasiya  Gününün  26  noyabr  tarixində  qeyd  olunmasına 



dair qərar isə rəsmi olaraq YUNESKO tərəfindən 1994-cü ildə qeydiyyata alınıb. 

Ümumdünya  İnformasiya  Gününün  əsas  məqsədi  bu  sahədə  olan  başlıca 

problemlərə və məsələlərə mütəxəssislərin diqqətini yönəltməkdir.  

İnternetdə: 

www.books.google.com 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



362 

 

  



30 Noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü, (1988)

 

 

Beynəlxalq 

İnformasiya 

Təhlükəsizliyi 

Gününün qeyd olunmasının məqsədi  kompyuterdə 

saxlanılan informasiyanın təhlükəsizliyinin təmini, 

bu  sahədə  mövcud  olan  müxtəlif  problemlərin  

həllinin 

önəmliyini  istifadəçilərin,  proqram 

vasitələri 

istehsalçılarının, 

cümlədən 



ictimaiyyətin  diqqətinə  çatdırmaqdır.  1988-ci  il 

noyabr  ayının  30-da  ―Morris  soxulcanı‖  adlanan 

ilk  kompyuter  virusu  elmi-tədqiqat  institutları, 

hərbi  idarələr,  hətta  Pentaqon  da  daxil  olmaqla, 

ARPANET-in  minlərlə  qovşağının  fəaliyyətini  iflic  vəziyyətinə  saldı.  İlk 

kompyuter  virusunun  vurduğu  ziyan  isə  təxminən  100  milyon  dollar  dəyərində 

qiymətləndirilirdi.    Bu  hadisə  bəşəriyyətin  kompyuter  təhlükəsizliyi  haqqında 

təsəvvürlərini  dəyişdi.    Məhz  həmin  vaxtda  mütəxəssislər  informasiya 

təhlükəsizliyinin  təmini  məsələlərinə  kompleks  yanaşmanın  zəruriliyi  haqqında 

ciddi düşünməyə başladılar.  Müəllifinin adı ilə adlandırılan bu virusun yaradıcısı – 

Robert Morris proqramın kodunun məxfi saxlanılmasına nail olduğu üçün onun bu 

işdə əli olduğunu çətin ki, kimsə sübut edə bilərdi. Onun məqsədi isə sırf tədqiqat 

xarakteri  daşıyırdı.    Onun  atası    Milli  Təhlükəsizlik  Agentliyinin  kompyuter  üzrə 

eksperti  isə  hesab  edirdi  ki,  oğlu  tutduğu  əməlini  etiraf  etməlidir.  R.Morrisi  5 

ilədək  azadlıqdan  məhrumetmə  cəzası  gözləyirdi.  Lakin  məhkəmə  Kornell 

Universitetinin  ―Hesablama  texnikası‖  fakültəsinin  aspirantına  güzəşt  edərək, 

―alim‖ə  üç  il  şərti  cəza  kəsdi.  Həmin  ildə  Kompyuter  Avadanlığı  üzrə  Amerika 

Assosiasiyası  30  noyabr    tarixini  Beynəlxalq  İnformasiya  Təhlükəsizliyi  Günü 

(Computer Security Day) elan etmişdir.  

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə