Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə129/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   125   126   127   128   129   130   131   132   ...   148

367 

 

7 Noyabr - Yazıçı, publisist Zaman Novruzun anadan olmasının 85 illiyi, 



                    (1932) 

 

 

 

 

 

 

 

 



 

Zaman Nəzərəli oğlu  Novruzov (Zaman Novruz) Azərbaycanda  Kürdəmir  

rayonunun  Axtacı  kəndində  anadan  olmuşdur.  Sabirabad  şəhər  orta  məktəbini 

bitirmişdir  (1958).  Azərbaycan  Dövlət  Neft-Kimya  İnstitutunun  sənaye 

iqtisadiyyatı  fakültəsində  (1958-1963)  və  Azərbaycan  Dövlət  Universitetinin 

hüquq fakültəsinin axşam şöbəsində təhsil almışdır (1963-1969).  

Ədəbi-bədii  yaradıcılığa  60-cı  illərdən  başlamışdır.  Dövri  mətbuatda  500-

dən  artıq  elmi,  elmi-kütləvi  məqalələri,  publisistik  yazıları,    hekayə  və  təmsilləri 

dərc edilmişdir. ―Azərbaycan kurortları‖ (1965), ―Azərbaycanın canlı sərvətləri və 

onun  mühafizəsi‖  (1983),  ―Təbiət  səhvləri  bağışlamır‖  (1988),  ―Xəzərin  qiymətli 

sərvəti‖  (1984),  ―Təbiət  qisas  alarsa‖  (1990),  ―Foto  çəkməyi  necə  öyrənməli‖ 

(1965),  ―Bədii  fotoqrafiya‖  (1966),  ―Məktəbdə  foto  dərnəyi‖  (1967)  kitabları 

kütləvi tirajla buraxılmışdır. Əsərləri türk, rus, və ingilis  dillərində nəfis tərtibatla 

çap  olunmuşdur.  ―Azərbaycanın  ov  ensiklopediyası‖  irihəcmli  kitabını 

tamamlamışdır.  ―Əmək  veteranı‖  (1987)  və  bir  sıra  digər  medallarla  təltif 

olunmuşdur. Zaman Novruzov 2004-cü ildə vəfat etmişdir. 



Kitabları: ―Göy göl‖ (1969), ―Sehrli rənglər‖ (1971), ―İnsan izləri‖ (1982), ―Ovçu 

çırağı ilə‖ (1986), ―Ovçu insaf elə‖ (1991),  ―Canavarın yuxusu‖ (1992), ―Boz 

qurda vəsiyyət‖  (1992),  ―Oran, Qutan və Xosunun  lətifələri‖ (1993), ―Xoşunun 

207 lətifəsi‖ (1995),  ―Bəxt aynası‖ (2000) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 

 



 


368 

 

11 Noyabr - Şair, dramaturq Mirmehdi Seyidzadənin anadan olmasının  



                     110 illiyi, (1907-1976) 

 

Azərbaycan  şairi,  dramaturq  Mirmehdi  Həsənoğlu 

Seyidzadə  1907-ci  il  noyabr  ayının  11-də  Türkmənistanın 

Aşqabad  şəhərində,  dənizçi  ailəsində  anadan  olmuşdur. 

İbtidai  təhsilini  İranda  Məşhəd  şəhərində  almışdır.  1920-ci 

ildə  ailəliklə  Bakıya  köçmüş,  burada  1921-1925-ci  illərdə 

Pedaqoji  texnikumda  təhsil  almışdır.  Ədəbi  yaradıcılığa 

1925-ci  ildə  "Şərq  qadını"  jurnalında  çap  etdirdiyi  "Kənd 

qızı" adlı ilk şerilə başlamışdır. 1926-1930-cu illərdə Qubadlı 

və  Şəmkir  rayon  komsomol  komitələrində  bir  il  işlədikdən 

sonra Bakıda kitabxana müdiri olmuşdur. 1930-1932-ci illərdə isə Maarif işçiləri 

kitabxanasına  rəhbərlik  etmişdir.  Mirmehdi  Seyidzadənin  1932-ci  ildə  ayrıca 

kitabca  şəklində  nəşr  edilən  və  mükafata  layiq  görülən  "Şanlı  gün"  poeması 

məktəblilər  üçün  sevimli  əsər  olmuşdur.  Sonra  Bakıda  onun  bir  sıra  başqa 

kitabları,  o  cümlədən  "Balaca  təyyarəçi",  "Ceyran",  "Neft  haqqında",  "Kim 

güclüdür",  "And"  kitabları  çıxmışdır.  O,  müasir  mövzuda  uşaq  şerləri  və 

nəğmələri, "Keçəl Səməd"  mənzum nağılını yazmışdır. Onun "Nərgiz", "Ayaz", 

"Qızılquş",  "Elsevər"  və  sairə  mənzum  pyesləri  tamaşaya  qoyulmuş,  bir  neçə 

şerlərinə  isə  mahnılar  bəstələnmişdir.  Azərbaycan  Pedaqoji  İnstitutunun  qiyabi 

şöbəsində  təhsil  almış  yazıçı  1932-1939-cu  illərdə  ―Azərnəşr‖də  redaktor,  şöbə 

müdiri  işləmişdir.  1938-1939-cu  illərdə  yenidən  təşkil  olunmuş  ―Uşaqgəncnəşr‖ 

də  bədii  ədəbiyyat  şöbəsinə  rəhbərlik  etmişdir.  Yazıçının  Ömər  Xəyyam,  A.S. 

Puşkin,  Jukovski,  Krılov  və  başqa  şairlərdən  tərcümələri  indi  də  oxucular 

tərəfindən sevilə-sevilə oxunur. "Şərəf nişanı" ordeni və medallarla təltif edilmiş, 

1958-ci ildə Əməkdar incəsənət xadimi adına layiq görülmüşdür.  

Mirmehdi  Həsənoğlu  Seyidzadə  1976-cı  il  avqust  ayının  30-  da  vəfat 

etmişdir. 

Kitabları: ―Keçəl Səməd‖(1929), ―Qorxmaz‖ (1945), ―Bağçamız‖ (1953), ―Yeni il 

hədiyyəsi‖ (1954), ―Sirli çeşmə‖ (1962), ―Ulduzlar səpələnir‖ (1963), ―Həyat eşqi‖ 

(1968), ―Nərgiz‖ (1970), ―Qəzəllər‖ (1970), ―Təmsillər‖(1972), ―Yadigar 

(mənzum nağıl) (1973), ―Qəzəllər‖ (1975), ―Gümüşü qar‖ (1976), Xatırlayarsan 

məni‖ (1978), ―Bahar duyğuları‖(1979), ―Ağacların şikayəti‖ (1987)  və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur  -  “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” 



Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 




369 

 

17 Noyabr -  Yazıçı, publisist Əli İldırımoğlunun anadan olmasının   



                       90 illiyi, (1927) 

 

Əli  İldırımoğlu  (Məmişov)  Qubadlı  rayonunun 



Əliquluuşağı  kəndində,  rəncbər  ailəsində  anadan 

olmuşdur. 1941-1946-cı ilə qədər rayonun Xıdırlı, Novlu, 

Xəndək ibtidai, Teymurmüskanlı yeddiillik məktəblərində 

müəllim  işləmişdir.  Yüzlərlə  oçerk,  felyeton,  hekayə  və 

povestlərdən ibarət olan "Yazım-yazmayım", "Mayaklar", 

"Telepat", "Çinarlı", "Dərd", "Silinməz izlər" kitablarının, 

"Həmin  adam",  "Közərən  sətirlər".  "Mənim  rəncbər 

atam'", iki hissədən ibarət olan "Zorən jurnalist", "Aqibət". "Qarlı gecələr", "Daş 

yağan  gün"  romanlarının  müəllifidir.  "Zorən  jurnalist"  romanının  birinci  hissəsi 

("Eşq,  qələm  və  qovğa"  adı  altında),  "Mənim  rəncbər  atam",  "Aqibət"  romanları 

türk  dilinə,  "Aqibət"  romanı  rumın  dilinə  tərcümə  edilib  böyük  tirajla  nəşr 

olunmuşdur.  "Mənim  rəncbər  atam"  romanı  İranda  ərəb  əlifbası  ilə  nəşr 

olunmuşdur.  2007-ci  ildə  onun  seçilmiş  əsərləri  çapdan  çıxmışdır.  1941-45-ci 

illərdə  arxa  cəbhədə  göstərdiyi  "Rəşadətli  əməyə  görə"  medalı  ilə,  Azərbaycan 

Respublikası  Prezidentinin  2007-ci  il  16  noyabr  tarixli  Sərəncamı  ilə  Azərbaycan 

ədəbiyyatı və jurnalistikasının inkişafındakı xidmətlərinə görə "Şöhrət" ordeni ilə 

təltif  olunmuşdur.  Azərbaycan  Yazıçılar  Birliyinin  üzvüdür.  1988-ci  ildə 

Respublikanın  "Əməkdar  jurnalisti"  adına  layiq  görülüb.  "Qızıl  qələm",  "Ali 

Araz",  "Ustad  jurnalist",  Ə.Haqverdiyev  adına  mükafatların  laureatıdır.  Türk 

ədəbiyyatının inkişafında göstərdiyi xidmətlərə görə "Türk Ədəbiyyatına  Xidmət" 

beynəlxalq mükafatına layiq görülmüşdür.  

Kitabları: ―Mayaklar‖ (1974), ―Həmin adam‖ (1987), ―Dərd‖(1993), ―Telepat‖ 

(1994), ―Zorən jurnalist‖ (1995), ―Silinməz izlər‖ (1997), ―Közərən sətirlər‖ 

(1999), ―Qarlı gecələr‖ (2004), ―Aqibət‖ (2007), ―Daş yağan gün‖ (2010) və s. 

 

 



Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə