Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə13/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   9   10   11   12   13   14   15   16   ...   148

35 

 

Fevral



 

Əlamətdar tarixi günlər və bayramlar 

2 Fevral - Ümumrespublika Gənclər Günü, (1997) 



 

4 Fevral - Ümumdünya Xərçənglə Mübarizə Günü, (2005) 

7 Fevral - Beynəlxalq Təhlükəsiz İnternet Günü, (2004) 

14 Fevral - Azərbaycan Hərbi Hava Qüvvələri Günü, (1992) 

14 Fevral -  Beynəlxalq Kitabbağışlama Günü, (2012) 

17 Fevral - Təmənnasız Xeyirxahlıq İfadəsi Günü 

21 Fevral - Beynəlxalq Ana Dili Günü, (1999)  

27 Fevral - Beynəlxalq Qütb Ayısı Günü 



Bu tarixi unutmayaq 

Xocalı faciəsinin 25-ci ildönümü- 26 fevral 1992-ci il 



Azərbaycanın görkəmli şəxsiyyətləri 

Dilçi alim Ağamusa Axundovun 85 illiyi, (01.02.1932 - 05.09. 2015) 

Memar Ənvər Qasımzadənin 105 illiyi, (12.02.1912 - 12.03.1969) 

Yubilyar yazıçı və şairlər 

Yazıçı Meyxoş Abdullanın 55 illiyi,  (02.02.1962) 

Yazıçı, tənqidçi Fazil Rəhmanzadənin 75 illiyi, ( 09.02.1942 ) 

Şair İsgəndər Etibarın 80 illiyi, (15.02.1937) 

Yazıçı Sabir Süleymanovun 80 illiyi, (17.02.1917 - 18.12.1979) 

Yazıçı, dramaturq Yusif Əzimzadənin 100 illiyi, (22.02.1917 - 06.03.1984) 

Tənqidçi, ədəbiyyatşünas Əmirxan Xəlilovun 80 illiyi, (23.02.1937) 

Xarici ədəbiyyat 

İngilis yazıçısı Çarlz Dikkensin 205 illiyi, (07.02.1812 - 09.06.1870) 

Amerikalı fantast yazıçı Andre Nortonun 105 illiyi, (17.02.1912 - 17.03.2005) 

Rus yazıçısı Yekaterina Vadimovna Muraşovanın 55 illiyi, (22.02.1962) 

Venesiyalı dramaturq Karlo Qoldoninin 310 illiyi, (25.02.1707 - 06.02.1793) 

Fransız yazıçısı Viktor Hüqonun 215 illiyi, (26.02.1802 - 22.05.1885)  



İncəsənət 

Aktrisa Münəvvər Kələntərlinin 105 illiyi, (05.02.1912 - 05.02.1968) 

 Rejissor, pedaqoq Lütfi Məmmədbəyovun 90 illiyi, (06.02.1927 - 01.02.2005) 

Memar Ənvər Qasımzadənin 105 illiyi, (12.02.1912 - 12.03.1969) 

İtalyan bəstəkarı Coakkino Rossininin 225 illiyi, (28.02.1792 - 13.11.1868) 

Milli qəhrəmanlar zirvəsi 

Əkbərov Akif Abbas oğlunun 65 illiyi, (02.02.1952 -12.08.1992) 

 

 



36 

 

Fevral

 

Əlamətdar tarixi günlər və bayramlar 

 

2 Fevral - Ümumrespublika Gənclər Günü, (1997)  

 

 

“Azərbaycan gəncləri Azərbaycanın 

gələcəyidir.”            

                           

Ümummilli lider Heydər Əliyev 

 

              “Gənclik, əlbətdə, başqa nemətdir,  

                 Unudulmaz böyük səadətdir...” 

 

                                                

Hüseyn Cavid 

1  fevral  1997-ci  ildə  Respublika  Gənclər  Forumunun  ildönümü  münasibəti 

ilə  gənclərin  bir  qrupunu  qəbul  edən    Azərbaycan  Respublikasının  Prezidenti 

Heydər Əliyev "2 fevral  - Azərbaycan Gənclər Gününün elan edilməsi haqqında" 

Sərəncam  imzalamışdır.  Həmin  vaxtdan  etibarən  hər  il  2  fevral  Azərbaycanda 

Gənclər Günü kimi təntənəli şəkildə qeyd olunur.  

Azərbaycanda  əsası  ümummilli  lider  Heydər  Əliyev  tərəfindən  qoyulan 

dövlət  gənclər  siyasəti  mövcuddur  və  indi  həmin  siyasət  daha  qətiyyətlə  həyata 

keçirilir.  Bu  gün  ölkəmizin  hər  yerində  Azərbaycan  gəncləri  öz  bayramlarını 

uğurlarla qeyd edirlər. Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini 

tapmaqdadır.  Bu  gün  ölkəmizdə  gənclər  siyasəti  mahiyyət  və  keyfiyyətcə  yeni 

mərhələsini  yaşayır.  Prezident  İlham  Əliyev  ulu  öndərin  gənclər  siyasətinə 

sadiqliyini  öz  qərarları  ilə  təsdiq  edir.  Gənclərin  mənəvi  inkişafı,  vətənpərvərlik 

tərbiyəsi,  xarici  ölkələrdə  təhsili,  sosial  müdafiəyə  ehtiyacı  olanların 

problemlərinin  həlli  istiqamətində  görülən  işlər,  gənclər  təşkilatlarının 

formalaşması və inkişafı üçün yaradılan şərait və imkan böyük diqqətin nəticəsidir. 

İndi ölkəmizdə dövlət qeydiyyatından keçən 170-dən çox gənclər təşkilatı fəaliyyət 

göstərir, minlərlə gənc lider yetişir.

 

Yeni Azərbaycan  Partiyası  Gənclər  Birliyinin 



gördüyü işlər də diqqəti xüsusilə cəlb edir.

 

Azərbaycan gənclərinin xarici ölkələrdə 



təşkilatlanması  da  uğurla gedir.  Bu  gün gənclərimiz  Avropa  və  dünyanın  otuzdan 

çox  nüfuzlu  beynəlxalq  gənclər  təşkilatında  təmsil  olunur  və  bununla  da 

beynəlxalq  gənclər  hərəkatının  fəal  tərkib  hissəsinə  çevrilirlər. Beləliklə, 

Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir

bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar 

isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.  



İnternetdə: 

www.books.google.com 

 

 


37 

 

4 Fevral - Ümumdünya Xərçənglə Mübarizə Günü, (2005) 

  

Ümumdünya  Xərçənglə  Mübarizə  Günü 



2005-ci  ildə  Xərçəng  Əleyhinə  Beynəlxalq 

İttifaq  (UİCC)  tərəfindən  təsis  edilmişdir.  Əsas 

məqsəd  dünya  ölkələrinin  diqqətini  bu  qlobal 

problemə yönəltmək, onun nə dərəcədə təhlükəli 

olduğunu  və  mübarizənin  yalnız  birlikdə 

aparıldıqda  səmərə  verdiyini  bir  daha  dünya 

ictimaiyyətinə xatırlatmaqdır. 

Əsas məqsəd ayrı-ayrı fərdlərin, təşkilat və hökumətlərin birgə fəaliyyəti ilə 

2025-ci ilə qədər xərçəng və digər qeyri-infeksion xəstəliklər nəticəsində vaxtından 

əvvəl ölüm hallarının sayını 25% azaltmağın mümkünlüyünü göstərməkdir.  

Dünyada xərçəng xəstəliyindən hər il 7 milyondan çox insan həyatını itirir. 

Hazırda bu diaqnozla 20 milyon insan yaşayır. Ümumdünya Səhiyyə Təşkilatının 

məlumatına görə, 2030-cu ildə onkoloji xəstələrin sayı iki dəfə artacaq.  

İnternetdə: 

www.books.google.com 

 

7 Fevral - Beynəlxalq Təhlükəsiz İnternet Günü, (2004) 

Beynəlxalq  Təhlükəsiz  İnternet  Günü  (İnternational  Safer 

Internet Day) Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə 

təsis  edilib.  Bu  əlamətdar  hadisə  dünyanın  60-dan  çox 

ölkəsində  müxtəlif  şüarlar  altında  (―İnternet  və  uşaqlar‖, 

―Qlobal  şəbəkədə  kibercinayət:  qanunsuz  kontentlərdən 

müdafiə‖,  ―İnternet  adi  bir  oyun  vasitəsi  deyil,  İnternet 

bizim  həyatımızdır‖  və  s.)  qeyd  olunur.  Tədbirlər  qeyri-

hökumət  təşkilatı  olan  INSAFE  (European  Safer  Internet 

Network  -  Avropa  Təhlükəsiz  İnternet  Şəbəkəsi)  tərəfindən  koordinasiya  edilir. 

INSAFE - Avropa Komissiyasının iştirakı ilə yaradılan milli təşkilatlar şəbəkəsidir. 

Təşkilatın  əsas  missiyası  təhlükəsiz  interneti  təbliğ  etmək,  xüsusən  də  gələcək 

nəsilləri  qlobal  şəbəkədəki  mövcud  təhdidlərlə  bağlı  məlumatlandırmaq, 

maarifləndirmə işləri aparmaqdır.  

Ənənəvi  olaraq  hər  il  fevral  ayının  ikinci  həftəsinin  çərşənbə  axşamı 

günündə  təşkil  edilən  və  bu  il  ―Təhlükəsiz  rəqəmsal  texnologiyalar  dünyasını 

birlikdə  kəşf  edin‖  şüarı  ilə  keçirilən  müxtəlif  səpkili  tədbirlərdə  -  ―Təhlükəsiz 

internet-mədəniyyət:  uşaq  və  yeniyetmələr  üçün  pozitiv  və  təhlükəsiz  İnternet‖, 

―Təhsil  və  informasiya  təhlükəsizliyi‖,  ―Təhlükəsiz  internetin  yaradılmasında 

peşəkar  cəmiyyətlərin  rolu‖,  ―İnternetdə  neqativ  kontentdən  texniki  müdafiə 

metodları‖,  ―İnternet  məhdud  fiziki  imkanlı  insanlar  üçün‖,  ―İnternet  nəsilləri 

birləşdirir  və  insanları  maarifləndirir‖  və  s.  mövzularda  məruzələr  dinlənilir, 

müzakirələr aparılır, müxtəlif fikirlər səsləndirilərək təklif və tövsiyələr verilir. 

İnternetdə: 

www.books.google.com 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə