Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə131/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   127   128   129   130   131   132   133   134   ...   148

373 

 

14 Noyabr - İsveç yazıçısı Astrid Lindqrenin anadan olmasının 110 illiyi, 



                     (1907-2002)  

 

Məşhur İsveç yazıçısı, uşaqlar üçün ―Balaca və damda yaşayan Karlson‖ və 

Uzuncorab Peppi haqqında trilogiya kimi dünya şöhrəti qazanmış əsərlərin müəllifi 

Astrid  Lindqren  (qızlıq  soyadı  Eriksson)  Stokholm  şəhərində  anadan  olmuşdur. 

Özünün  çox  xoşbəxt  uşaqlıq  keçirdiyini  qeyd  edən  yazıçı,  onun  yaradıcılığının 

ilham qaynağının da məhz uşaqlığının olduğunu vurğulayırdı. Astrid Lindqrenin öz 

sözlərinə  görə,  ―Uzuncorab  Peppi‖  (1945)  əsərinin  yaranmasında  qızı  Karinə 

borcludur.  Belə  ki,  balaca  Karin  xəstə  olarkən,  anası  hər  axşam  ona  müxtəlif 

nağıllar,  əhvalatlar  danışırdı.  Bir  gün  Karin  adını  uydurduğu  Uzuncorab  Peppi 

haqqında  əhvalat  istəyir.  Yazıçı  heç  bir  şərtiliyə  tabe  olmayan  kürənsaçlı  qız 

haqqında hekayələr danışmağa başlayır. Bir dəfə o, bu hekayələri toplayaraq öz əli 

ilə  kitab  şəklində  hazırlayır.  Buradakı  illüstrasiyalar  da  onun  özünə  məxsus  olur. 

O, bu kitabı nəşriyyata göndərir, lakin onlar əlyazmanı geri qaytarırlar. Lakin bu, 

onu ruhdan salmır. 1944-cü ildə ―Raben və Şöqren‖ nəşriyyatının uşaq əsərləri ilə 

bağlı  elan  etdiyi  müsabiqədə  iştirak  edir  və  ―Britt-Mari  ürəyini  boşaldır‖  (1944) 

əsərinə görə ikinci mükafatı və onun çapı üçün müqaviləni əldə edir. 1945-ci ildə 

həmin  nəşriyyatdan  redaktor  işi  üçün  təklif  alan  Astrid  işə  düzəlir  və  ömrünün 

sonuna qədər orada işləyir. Onun bütün kitabları da həmin nəşriyyatda çap olunur. 

Bütünlükdə onun 70-dən çox  əsəri var. 1940-1950-ci illərdə xüsusilə fəal işləyən 

yazıçı xəfiyyə Kalle Blyumkvist haqqında trilogiya, nağıllar və mahnıar topluları, 

detektivlər və s. qələmə alır. Yazıçı 1954-cü ildə özünün ilk nağılvari povesti olan 

―Mio, mənim Miom‖ əsərini çap etdirir. Onun növbəti trilogiyası olan ―Balaca və 

damda  yaşayan  Karlson‖  əsərinin  ilk  kitabı 1955-ci  ildə  çap  olunur.  1962-ci ildə 

―Damda yaşayan Karlson yenə uçub gəldi‖, 1968-ci ildə ―Damda yaşayan Karlson 

yenidən dəcəllik edir‖ kitabları işıq üzü görür. Astrid Lindqrenin əsərləri teatrlarda 

tamaşaya  qoyulmuşdur  və  qoyulmaqda  davam  edir.  Bu  əsərlər  dəfələrlə 

ekranlaşdırılmış, əsasında cigi filmləri çəkilmişdir.  

Astrid  Lindqren  28  yanvar  2002-ci  ildə  Stokholmda  vəfat  etmişdir.  Uşaq 

ədəbiyyatının  görkəmli  nümayəndəsi  olan  A.Lindqren  Hans  Xristian  Andersen 

medalı və bir çox ölkələrin ədəbiyyat sahəsindəki mükafatları ilə təltif olunmuşdur.  

 

İnternetdə:

www.ru.wikipedia.orq 

 

 



374 

 

29 Noyabr - Alman yazıçısı Vilhelm Qaufun anadan olmasının 215 illiyi, 



                     (1802-1827) 

Alman  yazıçısı,  nağılçı  və  novellist  Vilhelm  Qauf  Ştutqartda  anadan 

olmuşdur.  Vilhelmin  7  yaşı  olarkən  atası  vəfat  edir  və  anası  dörd  uşağını  da 

götürərək  Tyubingen  universitet  şəhərində  məskunlaşır.  V.Qaufun  gənclik  illəri 

orada,  ana  babasının  evində  keçir.  Burada  o,  babasının  böyük  və  zəngin 

kitabxanasındakı  kitabları  mütaliə  edir.  1818-ci  ildə  onu  monastır  məktəbində 

oxumağa göndərirlər. İki ildən sonra gənc Vilhelm Tyubingen Universitetinə daxil 

olur.  Universiteti  fəlsəfə  və  ilahiyyat  doktoru  dərəcəsi  ilə  bitirərək  o  vaxtkı 

müdafiə  naziri  baron  fon  Xögelin  ailəsinə  repetitor  işinə  daxil  olur  və  onun 

uşaqlarına dərs deyir. Bu ailə ilə birlikdə Fransaya səfər edən Qauf Almaniyanın 

mərkəz və şimal hissələrini də gəzir.  

Qauf məhz baron fon Xögelin uşaqları üçün sehrli nağılları qələmə almışdır 

və  bu  nağıllar  ―Kübar  ailələrin  oğulları  və  qızları  üçün  1826-cı  ilin  yanvar 

Almanaxı‖nda dərc olunmuşdur. Burada ―Balaca Muk‖, ―Xəlifə Hacıleylək‖ kimi 

məşhur əsərlər vardı. Bu əsərlər çap olunduqdan dərhal sonra almandilli ərazilərdə 

böyük  populyarlıq  qazanmışdır.    1826-cı  ildə  ―Şeytanın  xatirələrinin  vərəqləri‖ 

romanının  birinci  hissəsi  və  ―Aydan  gələn  adam‖  romanı  yazılır.  Valter  Skottun 

romanlarından  ilham  alan  Qauf  ―Lixtenşteyn‖  romanını  qələmə  alır.  Bu  roman 

Almaniyada böyük şöhrət qazanır.  

V.Qaufun  ―Karvan‖,  ―Kabus  gəmi  haqqında  əhvalat‖,  ―Fatimənin  xilası‖, 

―Saxta  şahzadə  haqqında  əhvalat‖,  ―İskəndəriyyə  şeyxi  və  onun  əsirləri‖,  ―Əl-

Mənsurun əhvalatı‖, ―Cırtdan Burun‖, ―Səidin macəraları‖ və s. nağılları və digər 

əsərləri onun adını dünya ədəbiyyatı tarixinə həmişəlik yazmışdır.  

Vilhelm Qauf 1827-ci il noyabrın 18-də qarın yatalağından vəfat etmişdir.  



İnternetdə:

www.ru.wikipedia.orq 

 

 

 

 



 

 

 


375 

 

30 Noyabr - İngilis yazıçısı Conatan Sviftin anadan olmasının 350 illiyi,  



                     (1667-1745) 

 

Satirik,  publisist,  filosof,  şair  və  ictimai  xadim  Conatan  Svift  Dublində 



anadan  olmuşdur.  Çox  ağır,  çətin  bir  həyat  yaşamışdır.  Buna  görə  də  yaşadığı 

ağalar-qullar cəmiyyətinin bütün haqsızlıqlarının, eybəcərliklərinin acısını dadmış 

və  yaradıcılığında  bütün  ömrü  boyu  bunlara  qarşı  barışmaz  mübarizə  aparmışdır. 

Bu  mübarizə  ideyası  onun  "Qulliverin  səyahəti"  romanında  da  aydın  görünür. 

Roman 

dörd hissədən ibarətdir və baş qəhrəman ingilis əsilli, kiçik torpaq sahibinin 



oğlu   Lemuel  Qulliverin  dörd  səyahətini  əks  etdirir.  Qulliver,  hər  dəfə  liman 

şəhərlərinin  birindən  səyahətə  çıxaraq  xəyali,  əsrarəngiz  ölkələrə  düşür.  Bu 

ölkələrdə  yaşayan  insanların  həyat  tərzi,  adət  -  ənənələri  və  mövcud  qanunlarla 

yaxından  tanış  olur  və  onlara  İngiltərə  haqqında  məlumat  verir.  Əsərin  tam  adı 

belədir: "Bir neçə gəmidə əvvəl cərrah, sonralar kapitan olmuş Lemoel Qulliverin 

səyahəti" (1772-1773) Svift liliputlar ölkəsindəki Kral ilə, öz zamanındakı nazir və 

sərkədələr  arasındakı  bənzəyişi  verməklə  onları  ifşa  etmişdir.  Onları  cirtdan 

liliputlarla tutuşdurmaqla gülünc və eybəcər şəkildə göstərmişdir. Gülüş, məzəli və 

ağıllı Sviftin başlıca mübarizə silahı olmuşdur. Qulliver romanda göstərdiyi kimi 

liliputlar  ölkəsindən  başqa  nəhənglər  ölkəsində,  uçan  Saputi  adasında,  ağıllı, 

düşüncəli  atlar  diyarında  da  olmuş,  bu  ölkənin  hər  birində  C.  Svift  təsvir  etdiyi 

hadisələr  vasitəsilə  öz  zamanındakı  nöqsan  və  eybəcərliklərin  üstünü  açmışdır. 

Liliputlar  ölkəsində  Qulliver  kralı,  əyanları,  sərkərdələri  öz  cib  yaylığına  büküb 

cibinə  qoymuş,  onların  bir  yığın  hərb  gəmisini  bir  barmağına  doladığı  nazik  iplə 

sürüyüb aparmışdır.  

Conatan Svift 19 oktyabr 1745-ci ildə, 77 yaşında vəfat etmişdir. 

  

  

  



 

 

 



 

 

 



 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə