Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Dekabr - Beynəlxalq Çay Günü, (2004-2005)



Yüklə 3,73 Mb.

səhifə138/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
1   ...   134   135   136   137   138   139   140   141   ...   148

393 

 

15 Dekabr - Beynəlxalq Çay Günü, (2004-2005) 



 

Hər  il  dekabrın  15-də  aparıcı  dünya  çay  istehsalçısı  statusuna  malik  bütün 

ölkələrdə  Beynəlxalq  Çay  Günü  (International  Tea  Day)  qeyd  olunur.  Bu  günün 

qeyd  olunmasının  məqsədi  –  hökumətlərin  və  insanların  diqqətini    çay  satışı 

problemlərinə,  çay  istehsalı  sahəsində  işləyən  işçilərin,  kiçik  istehsalçıların  və 

istehlakçıların  vəziyyətinə  cəlb  etməkdir.  Bayramın  bir  məqsədi  də  bu  içkinin 

populyarlaşdırılmasıdır.  

15 dekabrda Çay sənayesi işçilərinin hüquqlarının dünya bəyannaməsi elan 

olunmuşdur. Beynəlxalq Çay Gününün məhz dekabrın 15-də qeyd edilməsi qərarı 

2004-cü  ildə  Mumbayda  (Hindistan)  və  2005-ci  ildə  Porte  Alleqredə  (Braziliya) 

keçirilmiş Ümumdünya ictimai forumunun gedişi zamanı beynəlxalq təşkilatlarda 

və həmkarlar ittifaqlarında müzakirələrdən sonra qəbul edilmişdir. Bu günü əsasən, 

iqtisadiyyatında çay istehsalının önəmli yer tutduğu ölkələr – Hindistan, Şri-Lnka, 

Banqladeş, Nepal, Çin və s. qeyd edirlər.  

Çayın bir içki kimi ilk dəfə Çin imperatoru Şen Nunq tərəfindən təxminən 

e.ə  2737-ci  ildə  aşkar  olunduğu  hesab  olunur.  Belə  ki,  imperator  çay  yarpağını 

qaynar su olan fincana salmış və beləcə çay içkisi yaranmışdır. Eramızın 400-600-

cü  illərində  Çində  çaya  maraq  artır  və  bunun  nəticəsində  çay  bitkisinin 

kultivasiyası  prosesləri  inkişaf  edir.  Rusiya  və  Avropada  çay  XVII  əsrin  birinci 

yarısında  məlum  olur.  Çay  tarixində  ən  məşhur  hadisələrdən  biri  isə  1773-cü  il 

dekabrın  16-da  baş  verən  ―Boston  çayiçməsi‖  olmuşdur.  Həmin  vaxt  Amerika 

müstəmləkəçiləri  Böyük  Britaniya  tərəfindən  çaya  tətbiq  olunan  vergiyə  etiraz 

işarəsi kimi Boston sahilinə çay yeşikləri atmışlar.  

Bir çox ölkələr özlərinin çayiçmə ənənələrinə malikdirlər. Bəzi xalqlar çayı 

süddə dəmləyirlər. Bəzi yerlərdə isə çaya xüsusi ədviyyatlar qatılır. Amma bir fakt 

danılmazdır ki, çay dünyada ən çox sevilən içki olaraq qalır. Bu bayram da hələ ki, 

rəsmi  olmasa  da,  çaysevərlər  tərəfindən  getdikcə  daha  çox  qeyd  olunur.  Çay 

günündə müxtəlif sərgilər, reklam aksiyaları və s. keçirilir. 



 

 

İnternetdə:

http://www.calend.ru/holidays

 

 

 

 

 


394 

 

25 Dekabr - “Qızıl qələmlər” Ədəbi Cəmiyyətinin Yarandığı Gün, (1925)  



 

         Azərbaycan  Yazıçılar    İttifaqı    1934-cü  il 

iyunun  13-də  Bakıda  Azərbaycan  Yazıçılarının  I 

qurultayında yaradılmışdır.O vaxta qədər Azərbaycan 

yazıçıları  ayrı-ayrı  ədəbi  birləşmələrin  tərkibində 

fəaliyyət  göstərirdilər.  1923-cü  ildə  Azərbaycan 

yazıçılarını  bir  təşkilatda  birləşdirmək  zərurəti 

meydana  çıxarkən  bir  neçə  yazıçı  çap  etdirdikləri 

müraciətdə Türk Ədib və Şairlər İttifaqı Dərnəyi təsis 

etdiklərini  bildirdilər.  Həmin  ədəbi  birlik  "İldırım" 

adlanırdı.  "Qızıl  qələmlər"  ədəbi  cəmiyyəti  də 

təxminən bu dövrlərdə formalaşmış, öz  ətrafına gənc 

ədəbi  qüvvələri  toplamışdı.  Bu  cəmiyyət  əsaslı  və 

ədəbi  təşkilat kimi  1925-ci il dekabrın 25-də Bakıda 

yaradıldı,  ədəbi  dərnəkləri  öz  ətrafında  birləşdirdi. 

"Qızıl qələmlər" cəmiyyəti tez-tez müşavirələr, ədəbi gecələr, görüşlər, məruzələr 

təşkil  edir,  tədbirlər  həyata  keçirirdi.  "Maarif  və  mədəniyyət"  jurnalında, 

"Kommunist"  və  "Gənc  işçi"  qəzetlərində  müntəzəm  verilən  ədəbi  materiallar, 

"Qızıl  qələmlər",  "Oktyabr  alovları"  almanaxları  və  ayrı-ayrı  məcmuələr 

ədəbiyyatın  təbliğinə,  kütləvi  surətdə  yayılmasına  xidmət  edirdi.  1927-ci  il  iyul 

ayının  əvvəllərində  Azərbaycan  yazıçılarının  birinci  ümumi  yığıncağında  bütün 

ədəbi  qüvvələri  bir  təşkilat  ətrafında  birləşdirmək  qərara  alındı.  Beləliklə, 

Azərbaycan  Yazıçılar  Cəmiyyətinin  müvəqqəti  İdarə  Heyəti  yarandı.  13  yanvar 

1928-ci ildə Bakıda Ümumazərbaycan yazıçılarının birinci və 20 oktyabr 1929-cu 

ildə  ikinci  qurultayı  çağrıldı.  Ümumittifaq  Kommunist  (bolşevik)  Partiyası 

Mərkəzi Komitəsinin ədəbi-bədii təşkilatların yenidən qurulması haqqında 1932-ci 

il  23  aprel  tarixli  qərarından  sonra  Azərbaycan  Yazıçılar  Cəmiyyətinin  yenidən 

qurulması  haqqında  təşkilatı  tədbirlər  görüldü  və  Azərbaycan  Yazıçılar  İttifaqı 

yaradıldı. 

İnternetdə: www.azyb.net 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 


395 

 

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, (1991) 



 

 “Bizim  hamımızın  bir  vətəni  var.  Bu  Azərbaycan  dövlətidir.  Azərbaycanlı  hər 

yerdə  yaşaya  bilər,  ancaq  azərbaycanlılığını,  öz  dilini,  dinini,  milli  ənənələrini 

unutmamalıdır. Onun qəlbi daim doğma Azərbaycanla bir vurmalıdır.”

                                                                                                                                      

 

                                                                                              

Ulu öndər Heydər Əliyev

                                           



 

31  Dekabr  -  Dünya  Azərbaycanlılarının 

Həmrəyliyi  Günü  -   Azərbaycan  millətinin birlik 

şüarının  simvolik  günüdür.  Bu  bayram  ayrı-ayrı 

ölkələrdə  yaşayan azərbaycanlılarla əlaqələr  qurmaq, 

onlar  arasında  birlik  və  həmrəylik  yaratmaq  işində 

mühüm  rol  oynayır.    Dünya  Azərbaycanlılarının 

Həmrəylik  Gününün  qeyd  edilməsi  bütün  dünya 

azərbaycanlıları  tərəfindən  artıq  bir  zərurətə  və 

mənəvi  ehtiyaca  çevrilmişdir.  Azərbaycanlıların 

yaşadıqları, fəaliyyət göstərdikləri və çoxluq təşkil etdikləri Avropa ölkələrində bu 

tendensiya özünü yüksək səviyyədə göstərir. Bu da ondan irəli gəlir ki, Avropadakı 

Azərbaycan diaspor təşkilatları öz qüvvələrini səfərbər etməkdə ardıcıldırlar və bu 

ayrı-ayrı  cəmiyyət  üzvləri  üçün  bir  araya  gəlmək,  cəmiyyət  və  qurumlar  halında 

birləşmək  baxımından  dünyanın  sivil  nöqtələrindən  biri  olan  Avropada  mühüm 

əhəmiyyət  kəsb  edir.  31  Dekabr -  Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü 

bayramı  dünyanın  70-dən  çox  ölkəsində  azərbaycanlılar  tərəfindən  qeyd  olunur. 

Azərbaycanlılar 

minilliklər 

boyu 


özlərinin 

doğma 


torpağı 

olan 


tarixi Azərbaycan ərazisində  yaşayaraq  dünya  sivilizasiyasına  böyük  töhfələr 

vermişlər. Müharibələr, inqilablar, hərbi  münaqişələr,  dünyada  gedən  müxtəlif 

ictimai-siyasi proseslər  nəticəsində  Azərbaycan  parçalanmış, azərbaycanlıların  bir 

qismi  öz  yurd-yuvalarından  didərgin  salınmış,  deportasiyalara məruz  qalmış,  bir-

birindən  ayrı  düşmüşdür.  Dünya  Azərbaycanlılarının  Həmrəylik  Gününün 

əsası 1989-cu 

il 

dekabrın 



axırlarında Naxçıvanda sərhədlərin 

(SSRİ-


İran sərhədləri)  dağılması  zamanı  qoyuldu.  Şimali  və  Cənubi  Azərbaycan 

arasındakı  sərhəd  dirəkləri  dağıdıldı.  Bu  vaxt İstanbulda türkdilli  xalqların 

Konfransı  keçirilirdi.  Konfransda  dünya  azərbaycanlılarının  həmrəyliyinin  qeyd 

olunmasına  qərar  verildi.  1991-ci  ilin 16  dekabrında Naxçıvan  Muxtar 

Respublikası Ali  Məclisinin  sədri Heydər  Əliyev dünya  azərbaycanlılarının 

birliyini  yaratmağın  əhəmiyyətini  nəzərə  alaraq,  dekabrın  31-ni  Dünya 

Azərbaycanlılarının  Həmrəylik  Günü  elan  etdi.  Beləliklə,  bütün  azərbaycanlılar 

üçün  əziz  olan  31  Dekabr  Dünya  Azərbaycanlılarının  Həmrəylik  Günü  bayram 

edilir.  

 

İnternetdə: 



www.books.google.com 

 

 




Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   148


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə