Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə14/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   10   11   12   13   14   15   16   17   ...   148

38 

 

 



 

14 Fevral - Azərbaycan Hərbi Hava Qüvvələri Günü, (1992) 

 

Azərbaycanın  ilk  hərbi  pilotu  Fərrux  ağa 

Qayıbov  olub.  O,  I  Dünya  Müharibəsində  almanlara 

qarşı keçirilən hava əməliyyatlarında fəal iştirak edib 

və  indiki  Belarus  ərazisində  gedən  döyüşlərdən 

birində həlak olub. 1992-ci ildən Azərbaycanda Hərbi 

Hava  Qüvvələri  ilə  (HHQ  ilə)  bağlı  islahatlar  dövrü 

başlanıb.  Həmin  il  bu  qurumun  strukturu 

milliləşdirilib.  General-mayor  Rail  Rzayev  HHQ-nin  komandanı  təyin  edilib.  Bir 

qədər  sonra  Hərbi  Hava  Qüvvələri  Hava  Hücumundan  Müdafiə  Qoşunları  ilə 

birləşdirilib. General-leytenant rütbəsi alan Rail Rzayev Hərbi Hava Qüvvələri və 

Hava  Hücumundan  Müdafiə  Qoşunlarının  (HHQ  və  HHMQ)  komandanı  kimi 

fəaliyyətini davam etdirib. Atəşkəs müqaviləsi imzalandıqdan sonra Azərbaycanda 

başlanan  hərbi  islahatlar  prosesinin  özəyini  məhz  HHQ  və  HHMQ  təşkil  edib. 

Səbəb aydındır – işğal altında olan Azərbaycan əraziləri yüksək relyefə malikdir və 

bu  əraziləri  işğaldan  qurtarmaq  işində  qırıcıların,  hərbi  təyyarələrin  və  hava 

hədəflərini vuracaq texnikaların əvəzi yoxdur. 1997-ci ildə Azərbaycanın Ali Hərbi 

Təyyarəçilik  Məktəbi  ilk  milli  hərbi  təyyarəçilərimizin  buraxılışına  başlayıb. 

Beləliklə, 2005-ci ildən  Azərbaycanda  müdafiəyə  ayrılmış  vəsaitlərin əhəmiyyətli 

hissəsi məhz HHQ və HHMQ-nin dirçəldilməsinə sərf edilib.  

Xatırladaq ki, Azərbaycan və NATO arasında imzalanmış Fərdi Tərəfdaşlığq 

üzrə  Əməliyyat  Planı  (İPAP)  çərçivəsində  H.Z.Tağıyev  qəsəbəsindəki  hərbi 

aerodrom  modernləşdirilib.  Eyni  zamanda  hərbi  aerodromlarda  uçuşların 

təhlükəsizliyini  təmin  etmək  məqsədilə  xüsusi  avadanlıqlar  quraşdırılıb,  texniki 

təminat  binaları  yenidən  tikilib  və  təmir  edilib,  aerodromun  texniki  təminatı, 

paraşüt-desant  xidməti  və  əyləc  paraşütlərinin  yığılması  binalarının  inşasına 

başlanılıb. 

  

Hazırda  Azərbaycan  HHQ-nin  pilotları  MDB  məkanında  ən  çox  uçuş 



keçirmiş  pilotlar  sayılır.  Pilotlarımız  əsasən  Ali  Hərbi  Təyyarəçilik  Məktəbində 

hazırlanır,  Türkiyə,  Ukrayna,  ABŞ  və  digər  ölkələrin  müvafiq  ixtisasartırma 

kurslarında və təlimlərdə iştirak edirlər. 

1992-ci  ilin  sentyabrında  verilən  fərmana  əsasən  14  fevral  -  Azərbaycan  Hərbi 

Hava Qüvvələri Günü kimi qeyd olunur.  

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 



39 

 

 



14 Fevral - Beynəlxalq Kitabbağışlama Günü, (2012) 

 

14  Fevral  -  Beynəlxalq  Kitabbağışlama 



Günü  (International  Book  Giving  Day)  – 

təqvimdə  ən  gənc  bayramlardandır.  Bu 

gün  uşaqlara  kitab  bağışlayan  və  onlarda 

kitaba  məhəbbət  yaradan  bütün  insanları 

birləşdirir.  

Bu  bayram  2012-ci  ildə  özünün 

meydana  gəlməsində  ABŞ-da  məşhur 

Delightful  Children’s  Books  uşaq  kitabı 

saytının  yaradıcısı  Emmi  Brodmura  borcludur.  Bu  ideyanı  ona  balaca  oğlu 

vermişdir. O, anasından soruşmuşdur ki, niyə insanların bir-birinə kitab bağışladığı 

xüsusi gün yoxdur. 

Öncə  Emmi  Brodmur  internet  şəbəkəsində  müxtəlif insanlara bu təşəbbüsə 

qoşulmağı təklif etmişdir. İki il ərzində bu təşəbbüs dünyada dəstək qazanmış və  

indi də yeni iştirakçılar cəlb etməkdə davam edir. 

Bu əlamətdar günün yayılmasında məşhur müəlliflərin, bloqqerlərin və uşaq 

yazıçılarının dəstəyi mühüm rol oynamışdır. Hər il minlərlə həm oxunmuş, həm də 

yeni  kitablar  dünyanın  bütün  istiqamətlərinə  yola  salınır  və  uşaqlarda  kitaba 

məhəbbət, böyüklərdə isə bağışlamaq, hədiyyə etmək sevinci yaradır.  

 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



40 

 

 



 

17 Fevral - Təmənnasız Xeyirxahlıq Günü 

  

 



 

 

 



 

 

 



Hər  il  fevralın  17-də  bütün  dünyada  qeyd  olunan  Təmənnasız  Xeyirxahlıq 

İfadəsi Günü (Random Acts of Kindness Day) beynəlxalq xeyriyyə təşkilatlarının 

təşəbbüsü ilə təsis olunmuşdur. Bu bayram ABŞ-da yaransa da, lakin bu gün artıq 

ümumdünya əhəmiyyətli bayrama çevrilmişdir və vətəndaşlıqdan, milliyyətdən və 

dini inanclardan asılı olmayaraq qeyd olunur.  

Bu  bayram  daha  çox  Qərbi  Avropa  və  ABŞ-da  məşhurdur.  Həmin  gün bir 

çox  şəhərlərdə  ənənəvi  olaraq  məşhur  aktyorların,  ictimai  və  siyasi  xadimlərin 

iştirakı ilə xeyriyyə tədbirləri və marafonları keçirilir.  

Əgər insan öz yaxşılığı müqabilində təşəkkür gözləyirsə, bu həqiqi yaxşılıq, 

xeyirxahlıq hesab olunmur. Siz xeyirxahlıq etdiyiniz insanların sevincini görməyi 

və  tərifini  eşitməyi  gözləməməlisiniz.  Xeyirxah  əməllər  özlüyündə  sizə  zövq 

verməlidir, buna görə tərif gözləməməlisiniz. Əsl xeyirxahlıq budur! 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə