Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Dekabr - Şair Xəzangül Hüseynovanın anadan olmasının  70 illiyi, (1947)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə142/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   138   139   140   141   142   143   144   145   ...   148

404 

 

17 Dekabr - Şair Xəzangül Hüseynovanın anadan olmasının  70 illiyi, (1947) 



 

Xəzangül  Abbasqulu  qızı  Hüseynova  Gürcüstanın  Marneuli  rayonunun 

Qırıxlı  kəndində  anadan  olmuşdur.  Qonşu  Baydar  kənd  orta  məktəbini  qızıl 

medalla  bitirmişdir  (1966).  Gəncədə  H.Zərdabi  adına  Dövlət  Pedoqoji 

İnstitutunun  kimya-biologiya  fakültəsində  təhsilini  davam  etdirmişdir  (1966-

1971). İnstitutu fərqlənmə diplomu ilə bitirdikdən sonra təyinatla doğma kəndində 

kimya müəllimi işləmişdir (1971).  

Ədəbi fəaliyyətə erkən yaşlarından  başlamışdır. ―Azərbaycan‖(1985-1986), 

―Yeni  səslər‖  (1987),  ―Dan  ulduzu‖  (Tbilisi,  1987),  ―Vətən  nəğməsi‖  (1989) 

almanaxlarında  seçmə  şeirləri dərc olunmuşdur.  X.  Hüseynovanın  şeirləri   dövri 

mətbuatda  ötən  əsrin  70-ci  illərindən  dərc  olunmağa  başlayıb.  Şairə  Avrasiya 

Yazarlar  Birliyinin  üzvüdür.  Xəzangül  xanım  yeddi  şeirlər  kitabının  müəllifidir. 

Kitablardan  biri  Türkiyədə  "Bitməyən  xəzan",  digəri  isə  Tbilisidə  gürcü  dilində 

çap  olunan  "Şubhələr"dir.  2010-cu  ildə  X.Hüseynovanın    "Məhəbbətin  qənimi" 

pyesi səhnələşdirilmişdir.  

Kitabları: ―Qaya üstə bitən çiçək‖ (1988), ―Yeddinci göylə söhbət‖ (1996) və s. 

 

Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 



Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


405 

 

21 Dekabr - Yazıçı

 

Kamran Məmmədovun anadan olmasının  95 illliyi, 

                     (1922-1989) 

 

 



 

 

 



 

 

 



 

 

Kamran Dadaş oğlu Məmmədov  Şuşa şəhərində anadan olmuş, 1936-1938-



ci  illərdə  Bakı  Pedaqoji  Texnikomunda  təhsil  almışdır.  O,  təhsilini  Azərbaycan 

Pedaqoji İnstitutunun dil və ədəbiyyat fakültəsində davam etdirmişdir (1938-1941). 

O, 1941-1942 illərdə II Dünya müharibəsində iştirak etdiyi üçün təhsilini yarımçıq 

qoymağa  məcbur  olmuş,  1943-cü  ildə  ağır  yaralandıqdan  sonra  hərbi  qospitalda 

müalicə  almışdır.  Ali  təhsilini  1943-1945  illərdə  Azərbaycan  Dövlət 

Universitetində  (indiki Bakı  Dövlət  Universiteti)  başa  vurmuşdur.  Kamran 

Məmmədov  1944-1945  illərdə  Azərbaycan  Dövlət  Radio  Verilişləri  Komitəsində 

ədəbi  redaktor,  1945-1947  illərdə  ―Uşaqgəncnəşr‖də  şöbə  müdiri,  1945-1951 

illərdə  Azərbaycan  Elmlər  Akademiyasının  (indiki AMEA Nizami  adına 

Ədəbiyyat  İnstitutu)  Dil  və  Ədəbiyyat  İnstitutunda  aspirant,  elmi  işçi  olmuşdur. 

Filologiya elmləri doktoru Kamran Məmmədov 1948-1952 illərdə Pedaqoji Xarici 

Dillər İnstitutunda baş müəllim işləmişdir. 

K.Məmmədov  "Əməkdar  elm  xadimi"  (1982),  "Qabaqcıl  maarif 

xadimi"(1982)  fəxri  adlarına  layiq  görülmüş,  "Şərəf  nişanı",  2-ci  dərəcəli  Vətən 

müharibəsi ordenləri və medallarla təltif olunmuşdur. 

Kamran Məmmədov 6 aprel 1989-cu ildə Bakıda vəfat etmişdir. 



Kitabları: ―Yuxusuz illər‖ (1969), ―Ömrün izi‖ (1976), ―Dünyamız uşaq gözündə‖ 

(1983) və s. 

 

 

Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 



Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 



406 

 

22 Dekabr - Yazıçı, tərcüməçi Hamlet Qocayevin anadan olmasının 75 illiyi, 



                     (1942) 

  

Hamlet  Göyüş  oğlu  Qocayev  Ağdaş  rayonunun  Pirəzə  kəndində  anadan 



olmuş,  Xarici  Dillər  İnstitutunun  fransız   şöbəsini  bitirmişdir.  H.Qocayev 

tərcüməçiliklə tələbəlik illərindən   məşğul olmağa başlamışdır.  O, G.Mopassanın 

və  Anri  Truayanın  hekayələrini,   Jorj  Simenonun  ―Malular  ailəsi‖ 

romanını,  Fransuaz Saqanın ―Salam qüssə‖, Ann Flippin ―Bir göz qırpımı‖, Mari 

Luiza  Verin  ―Peretin  nağılları‖,  Nikol  Villelmanın  ―Samba  və  Kinaro‖,  Andre 

Moruanın ―Fəslin çiçəkləri‖ (1970), N.Visselmanın ―Samba və Kinaro‖ əsərlərini 

(1982),  ―Fransız hekayələri‖,  Ümmülbanunun ―Qafqaz günləri‖ romanını tərcümə 

etmişdir.  Bir  müddət  Azərbaycan  Elmlər  Akademiyasının  Tarix  İnstitutunda 

(1964-1966)  çalışan  Hamlet  Qoca  Mali  Respublikasında  tərcüməçi   (1966-1968) 

işləmişdir.  Tərcüməçilik  fəaliyyətini  davam  etdirməklə  yanaşı,   Hamlet  Qoca 

Azərbaycanın  Asiya  və  Afrika  ölkələri  ilə  Həmrəylik  Komitəsinin  katibi  (1971-

1980),  Əlcəzairdə  keçmiş  Sovetlərin  ölkəsinin  səfirliyində   bölmə  müdiri  (1980-

1982),    Azərbaycan  Dövlət  Televiziya  və  Radio    Verilişləri  Şirkətində  Qərb 

ölkələri üzrə baş redaktor vəzifələrində  çalışmışdır. Tərcüməçiliyə bir yaradıcılıq 

işi  kimi  yanaşan   və  daim  oxucularını  yeni-yeni  əsərlərlə  sevindirən  Hamlet 

Qocanın  ―Tam-tamlar  ölkəsində‖  (1971),  ―Afrikada  görüşlərim‖  (1986),  ―Üç 

Afrika səfəri‖ (1988), ―Fransızlar yurdum haqqında‖ (1990) və s.  kitabları işıq üzü 

görmüşdür. H.Qocayev Fransanın ―İncəsənət və ədəbiyyat komandoru‖ ordeni ilə 

təltif olunmuşdur (2000). 

 

Kitabları:  ―Tam-tamlar  ölkəsində‖  (1971),  ―Afrikada  gördüklərim‖  (1986),  ―Üç 

Afrika səfəri‖ (1988), ―Kirayəçilər‖ (1992), ―Fransız ədəbiyyatı antologiyası (XIX-

XX əsrlər)‖ (2000) və s. 

 

Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə