Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə143/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   140   141   142   143   144   145   146   147   148

407 

 

24 Dekabr - Publisist Ömər Faiq Nemanzadənin anadan olmasının 145 illiyi, 



                     (1872-1937) 

Ömər  Faiq  Ahıska  qəzasının  Azqur  kəndində  anadan 

olmuşdur.  O,  ilk  təhsilini  kənd  məscidində  almış  və 

anasının  təkidi  ilə  1882-ci  ildə  İstanbula  getmiş,  "Fateh" 

məktəbində təhsilini davam etdirmişdir. 

Təbiət elmlərinə həvəsi olduğuna görə sonradan "Darüş 

Şəfəq"  məktəbinə  daxil  olmuşdur.  Həmin  məktəbi 

bitirdikdən  sonra  (1891)  Qalata  Poçt  və  Teleqraf 

İdarəsində əmək fəaliyyətinə başlamışdır. O, burada qəzet 

və  jurnallar  vasitəsilə  Avropadakı  demokratik  ruhlu  türk 

mühacirlərinin  əhval-ruhiyyəsi  və  türk  inqilabçı  şairlərin 

bədii  yaradıcılığı  ilə  yaxından  tanış  olmuşdur.  Ömər  Faiq 

1900-cu  ildə  Şamaxıya  gəlmişdir.  O,  burada  milli  məktəbin  təşkil  edilməsinə 

yaxından yardım etmiş və tarix, coğrafiya, hesab və türk dilindən dərs demişdir. 

1902-ci  il  yanvar  ayının  31-də  Şamaxıdakı  güclü  zəlzələdən  sonra  Ömər  Faiq 

Tiflisə  getmişdir.  1903-cü  ilin  mart  ayının  30-da  nəşrə  başlamış  "Şərqi-Rus" 

qəzetində  Məhəmməd  ağa  Şahtaxtlı,  Cəlil  Məmmədquluzadə,  Səməd  ağa 

Qayıbov,  Üzeyir  Hacıbəyov,  Rəşid  İsmayılov,  Əsəd  Babayev,  Yusif 

Əfəndizadə ilə bir yerdə işləməyə başlamışdır. 

    "Molla  Nəsrəddin"  jurnalınin  təsis  və  nəşr  edilməsində  edilməsində  Cəlil 

Məmmədquluzadə  və  Ömər  Faiqin  müstəsna  rolu  olmuşdur.  Ömər  Faiq  təkcə 

"Molla Nəsrəddin" jurnalında deyil, eyni zamanda, o dövrdə nəşr edilən bir sıra 

qəzet  və  jurnallarda  ("Açıq  söz",  "Tərəqqi",  "İrşad",  "Həyat",  "Rəncbər", 

"Adıgün  kolxozçusu",  "Kommunist",  "Qızıl  bayraq",  "Bağban"  və  s.)  çıxış 

etmişdir.  Yazıları  Ömər  Faiq  Nemanzadə,  Ümidvar,  Ümid,  Faiq  Nemanzadə, 

Lağlağı, Mozalan və s. ad və təxəllüslərlə çıxmışdır.  

Ömər  Faiq  Nemanzadə  1937-ci  ildə  (10  oktyabrda)  Stalin  represiyasının 

qurbanı olmuşdur. 



Kitabları: ‖Seçilmiş əsərləri‖, ―Dəvəti-nəşri-asarə‖, ―Üçüncü il‖, ―Xatirələrim‖ 

və s. 


 

Ədəbiyyat: Əhmədov Teymur  - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 

 

 

 


408 

 

 



26 Dekabr - Şair Yusif Həsənbəyin anadan olmasının 85 illiyi, (1932) 

 

Şair,  dramaturq,  tərcüməçi    Yusif  Qonaq  oğlu   Həsənbəyov  (Yusif 

Həsənbəy)  Quba  şəhərində anadan olmuş,  burada pedaqoji texnikumu bitirdikdən 

sonra   APİ-nin  dil  və  ədəbiyyat  fakültəsində  təhsil  almışdır  (1952-1956). 

Sonra   Bakıda  Azərbaycan  Komsomolunun  Səbayel  rayon  komitəsində 

təlimatçı, Azərbaycan    Dövlət    Musiqi    Nəşriyyatında ədəbi  redaktor,  "Bakı" 

axşam    qəzetində    ədəbi  işçi,  tərcüməçi  olmuşdur  (1956-1969). Moskvada, 

M.Qorki    adına    Ədəbiyyat    İnstitutunun    poeziya  bölməsində  təhsil  almışdır 

(1975-1977).    Beynəlxalq    PEN  təşkilatı  Azərbaycan  PEN  klubunun  məsul 

katibidir  (1990-cı  ildən).  Eyni  zamanda  Azərbaycan  Yazıçılar  Birliyinin  Quba 

bölgə şöbəsinin sədridir (1994-cü ildən). 

"Təhsildən  qayıdarkən"  adlı  ilk  mətbu  əsəri  1954-cü  ildə  "Azərbaycan" 

jurnalında dərc olunmuşdur. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış edir. 

Əsərləri  keçmiş SSRİ xalqlarının  dillərinə  tərcümə  olunmuşdur.  "Ayı  kürkü" 

(1986) 

və 


"Dağlarda 

işıq" 


(1981) 

əsərləri 

əsasında televiziya 

tamaşası hazırlanmışdır. "Sehirli üzük" (1973) pyesi Mingəçevir Dövlət Teatrında, 

"Yıxılanı qaldır" (1975) pyesi Ağdam Dövlət Teatrında səhnəyə qoyulmuşdur. "Bir 

həyətin  sakinləri"  (1981),  "Kölgənin  kölgəsi"  (1984)  pyesləri Mədəniyyət 

Nazirliyi tərəfindən qəbul edilmişdir.  Bir çox şeirlərinə mahnı bəstələnmişdir. 

Kitabları: ―Ördəyin balaları‖ 1960), ―Yağışda çimən cücə‖ (1962), ―Çay dənizə 

tələsir‖ (1963), ―Qağayı‖ (1966), ―Unutmaram o günləri‖ (1966), ―Mahnılar‖ 

(1967), ―İnsan ömrü‖ (1971), ―Evin ulduzu‖ (1973), ―Nəğməli yarpaqlar‖ (1976), 

Zirvə qarı‖ (1978), ―Məhəbbətli dünyamız‖ (1980), ―Günəş doğanda‖ (1981), 

―Məhəbbət məşəlləri‖ (1984), ―Xəcalətli qalmayaq‖ (1987), ―Çəmən gülləri‖ 

(1987), ―İşığın istisi‖ (2000), ―Sualtı döyüşlər‖ (2001) və s.  



Tərcümələri: (ruscadan)- “İnadkar sətirlər‖ (Dünyanın klassik və müasir 

şairlərinin əsərlərindən seçmələr, 1991) və s.  



Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 

 


409 

 

28 Dekabr - Ədəbiyyatşünas, pedaqoq Əlyar Səfərlinin anadan olmasının  



                     80 illiyi, (1937) 

 

 



 

 

 

 

 

 

 

 

Əliyar Səfərli  Ordubad rayonunun Anabad kəndində anadan olmuş, 1955-ci 

ildə  Ordubad  orta  məktəbini, 1960-cı  ildə  Azərbaycan  Dövlət  Universitetinin 

şərqşünaslıq  fakültəsinin  İran  filologiyası  şöbəsini  bitirmişdir. 1960-1968-ci 

illərdə Azərbaycan 

Elmlər 


Akademiyasının 

Nizami 


adına 

Ədəbiyyat 

İnstitutunun elmi 

işçisi 


olmuşdur. 

Uzun 


müddət BDU-nun 

filologiya 

fakültəsində dərs  demişdir. 1986-1994-cü  illərdə  Azərbaycan  ədəbiyyatı  tarixi 

kafedrasının müdiri işləmişdir. Həmin kafedranın professorudur. 

  

Əliyar  Səfərli  Orta  əsrlər  Azərbaycan  ədəbiyyatının  tanınmış 



təhqiqatçılarındandır.  O, Məsihinin (XVII  əsr)  həyat  və  yaradıcılığına,  XVII- 

XVIII  əsrlər  Azərbaycan  epik  şerinə  dair  tədqiqatların  müəllifidir.  Mətnşünaslıq 

sahəsində də ciddi araşdırmaları vardır. Bir sıra unudulmuş ədəbi abidələri aşkara 

çıxarmış,  ilk  anadilli  poema  olan  "Dastani  Əhməd  Hərami"ni, Qazi 

Bürhanəddinin "Divan"ını, Məhəmməd  Füzulinin "Həqiqət  üs-süəda"  əsərini 

(şərikli),  Məsihinin  "Vərqa  və  Gülşa"  poemasını,  "Şəhriyar"  dastanını, 

habelə Nəsimi,  Əmani  və  başqalarının  əsərlərini  tərtib  və  nəşr  etdirmişdir.  Uzun 

illər  Təhsil Nazirliyində "Ədəbiyyatşünaslıq" bölməsinin rəhbəri olmuş, orta və ali 

məktəblər  üçün  dərslik,  dərs  vəsaiti  və  proqramların  hazırlanmasında  bilavasitə 

yaxından iştirak etmişdir. Əsərləri xarici ölkələrdə nəşr edilmişdir. 

Əliyar  Səfərli  diplomatik  sahədə  də  fəaliyyət  göstərmişdir. 1994-1998-ci 

illərdə  Azərbaycan  Respublikasının İran  İslam  Respublikasında fövqəladə  və 

səlahiyyətli  səfiri  olmuş,  ölkəmizi  Beynəlxalq  İqtisadi  Təşkilatda  (EKO)  təmsil 

etmişdir. 

 

Kitabları:‖XVII-XVIII əsrlər Azərbaycan epik şeiri‖ (1982), ―Qədim və Orta 

əsrlər Azərbaycan ədəbiyyatı‖ (1982), ―Məhəmməd Şəhriyar‖ (1987), ―Məsihi‖ 

(1992), ―Ədəbiyyat‖ (IX sinif üçün dərslik) (1994)  və s. 

 

Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 



Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə