Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə144/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   140   141   142   143   144   145   146   147   148

410 

 

30 Dekabr - Ədəbiyyatşünas, publisist, tərcüməçi Zəkiyyə Qiyasbəylinin 



                     anadan olmasının  85 illiyi, (1932) 

 

 

 



 

 

 



 

 

 



 

Zəkiyyə  Nadir  qızı  Qiyasbəyli  Tbilisi  şəhərində  müəllim  ailəsində  anadan 

olmuş,  Tbilisidəki  M.F.Axundov  adına  97  saylı  orta  məktəbi  bitirdikdən  sonra 

ADU-nun  filologiya  fakültəsində  təhsil  almışdır.  Əmək  fəaliyyətinə  Azərbaycan 

Dövlət  Nəşriyyatında  başlamışdır.  Azərbaycan  Dövlət  Mədəniyyət  və  İncəsənət 

Universitetində ―Dünya mədəniyyəti tarixi və nəzəriyyəsi‖ fənnini tədris etmişdir 

(1992-1993).  ‖Təfəkkür‖  Universitetinin  filologiya  fakültəsində  professor  (1993), 

dekan  (1997-2002)  olmuşdur.  Ədəbi  yaradıcılığa  publisistik  yazılar,  tənqidi 

məqalələrlə başlamışdır. Əmək adamlarının həyatından bəhs edən kitabların: ‖İllər 

və insanlar‖ (1980), ―Bu günün həqiqəti‖ (1980), ―Söz və iş‖ (1982), ―Dama-dama 

göl  olar‖  (1987)  kitablarının  tərtibçisi  olmuşdur.  ―Mehdi  Hüseynin  əsərlərində 

fəhlə-neftçi  surətləri‖  adlı  elmi  işini  müdafiə  edib  filologiya  elmləri  namizədi 

(1971) alimlik dərəcəsi almışdır. 1989-cu ildə isə ―Azərbaycan sovet ədəbiyyatında 

ictimai fəal qəhrəmanın təkamülü‖ adlı doktorluq dissertasiyası müdafiə etmişdir.  

Zəkiyyə Qiyasbəyli bədii tərcümə ilə də ardıcıl məşğul olur. Hind yazıçısı Kulvant 

Sinqx  Virkin  povest  və  hekayələrini,  çuvaş  yazıçısı  Mixail  Yuxmanın  ―Albanın 

çiçəkləri‖  kitabındakı  hekayələrini  müasir  Orta  Asiya  yazıçılarının  bir  sıra 

əsərlərini dilimizə çevirmişdir. Z.Qiyasbəyli Məhsəti Gəncəvi laureatıdır.  

 

Kitabları: ―Sürət uğrunda‖ (1961), ―Səmayəni əmək ucaltdı‖ (1964), ―Mehdi 

Hüseynin sənətkarlığı‖ (1968),  ―Mənalı ömür‖ (1970), ―Zəka və qüdrət‖ (1978), ‖ 

İmran Qasımov‖ (1983), ―Zamanın məğzi‖(1989)  və s. 

 

Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 



Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 


411 

 

 



31 Dekabr  - Yazıçı Eynulla Ağayevin anadan olmasının 110 illiyi, (1907-1978) 

 

Eynulla  Ağayev  Bakının  Ramana  kəndində,  neftçi  ailəsində  doğulmuş, 



ibtidai  təhsilini  kənd  məktəbində  almış,  1926-cı  ildə  Sabir  adına  23  saylı  ikinci 

dərəcəli  məktəbdə  təhsilini  davam  etdirmişdir.  Hərbi  xidmət  illərində  Nuxa  və 

Dağlıq  Qarabağda  cinayətkarlara  qarşı  mübarizə  aparmış,  sonra  Suraxanı  neft 

mədənlərində  fəhləlik  etmişdir.  Hələ  orta  məktəbdə  oxuduğu  vaxtdan  ədəbiyyata 

güclü  meyl  göstərmiş,  ilk  şerlərini,  məqalə  və  qeydlərini  "Gənc  işçi", 

"Kommunist",  "Yeni  yol"  qəzeti  redaksiyalarına  göndərmişdir.  İlk  hekayəsi 

"Balıqçı  Kamil"  1928-ci  ildə  Tiflisdə  buraxılan  "Qızıl  şəfəq"  jurnalının  12-ci 

sayında  çap  olunmuşdur.  Bundan  sonra  o,  ədəbi  dərnəklərdə  müntəzəm  iştirak 

etmiş, 1931-ci ilin noyabrında "Kommunist" qəzetinin partiya şöbəsinə ədəbi işçi 

qəbul  olunmuşdur.  Eyni  zamanda  pedaqoji  institutda  təhsilini  qiyabi  davam 

etdirmiş, 1935-ci ildə institutu bitirdikdən sonra "Yeni yol" qəzetinin ədəbiyyat və 

incəsənət  şöbəsində  müdir,  sonra  isə  məsul  katib  işləmişdir.  II  Dünya 

müharibəsinin  ilk  günlərində  səfərbərliyə  alınmışdır.  Kerç  döyüşlərində  ağır 

yaralanmış,  müalicədən  sonra  yenidən  ön  cəbhəyə  qayıtmışdır.  416-cı  Taqanroq 

diviziyasının  tərkibində  ağır  döyüş  yolu  keçmiş,  Mozdok,  Kuban,  Krım,  Qərbi 

Ukrayna, Polşa, Çexoslovakiya, Macarıstan uğrunda döyüşlərdə iştirak etmiş, ağır 

yaralanmış,  Krakovda  hərbi  xəstəxanada  müalicədən  sonra,  1946-cı  ilin  martında 

ordudan tərxis olunmuşdur. "Qırmızı ulduz", "Şərəf nişanı", "Hərbi xidmətə görə", 

"Qafqazın müdafiəsinə görə" orden və digər medallarla təltif olunmuşdur. 1946-cı 

ilin  mayından  "Azərbaycan  pioneri"  qəzetinin  məsul  redaktoru  olmuş,  bütün 

yaradıcılığını gənc nəslin yetişdiriliməsinə həsr etmişdir. 

Eynulla Ağayev 1978-ci il noyabnn 5-də Bakıda vəfat etmişdir. Bakı şəhər 

orta məktəblərindən biri onun adını daşıyır. 

Kitabları: ―Alagöz‖ (1942), ―Sirli qala‖ (1955), ―Dəcəllər‖ (1958), ―Tək qayıq‖ 

(1961), ―Şişpapaq‖  (1964), ―Dağlarda şimşək çaxır‖ (1967), ―Yağış mahnısı‖ 

(1968), ―Povest və hekayələr‖ (1976), ―Baba nağılı‖ (1978), ―Teleqram‖ (1982) və 

s. 


Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 


412 

 

 



31 Dekabr - Yazıçı Tofiq Əfəndiyevin anadan olmasının  95 illiyi, (1922-1995) 

 

 

Tоfiq 


Mirməhəmməd 

əfəndi 


оğlu 

Əfəndiyev  

Qаryаgində 

(indiki   Füzuli   şəhərində)    anadan    olmuş,    ortа    məкtəbi    bitirəndən    sоnrа 

pedoqoji    tехniкumdа    təhsil    almışdır.    Daha    sonra    müхtəlif    məкtəblərdə 

müəllim  (1941-1948),  "Аzərbаycаn  müəllimi"  qəzеtində    хüsusi    müхbir  

işləmişdir (1948-1951). Аzərbаycаn  Dövlət  Pedoqoji  Хаrici  Dillər  Institutunun 

ingilis    dili    şöbəsində    təhsilini    dаvаm    еtdirmişdir  (1951-1955).    Bir    müddət 

Bакı  şəhəri  7 saylı  məкtəbdə  müəllim (1955-1959), Аzərbаycаn  Dövlət  Tеlе-

Rаdiо  Vеrilişləri    Коmitəsində    ədəbi-drаm  vеrilişləri    bаş  rеdакsiyаsındа  bаş 

rеdакtоr    işləmiş,    sоnrа    yаzıçı  кimi  bütün  qüvvəsini  ədəbi  fəаliyyətə  həsr 

еtmişdir. 



 

Kitabları:  ―Ağ  çiçəklər‖  (1962),  ―Dağ  yolu‖  (1965),  ―Cənub  mehi‖  (1969), 

―Prokuror‖ (1976), ―Münaqişə: Badminton oyunu‖ (1980), ―Qara qapılar‖ (1984) 

və s. 

 

 



Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə