Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə146/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   140   141   142   143   144   145   146   147   148

417 

 

  İncəsənət 



5 Dekabr - Rəssam Sadıq Şərifzadənin anadan olmasının 105 illiyi,  

                   (1912-1986) 

 

Sadıq  Şərifzadə   Cənubi  Azərbaycanda anadan  olmuş, 



Azərbaycan  Dövlət  Rəssamlıq  Texnikumunda  (1932)  və 

Kiyev Rəssamlıq İnstitutunda (1936) təhsil almışdır. 1939-cu 

ildə  Şərifzadə öz xahişi  ilə  Surikov  adına Moskva  Rəssamlıq 

İnstitutuna  köçürülmüşdür.  Lakin  o,  1940-cı  ildə  institutun 

beşinci  kursundan  çıxaraq  Bakıya  qayıtmış  və  yaradıcılıqla 

məşğul  olmuşdur.  1940-1958-ci  illərdə  rəssam  bir  sıra  tarixi 

və müasir mövzularda gözəl əsərləri yaradır: "Üzüm yığımı", 

"Səttar  xan‖,  ―Fədailərin  Təbrizi  müdafiəsi",  Sosialist  Əməyi 

Qəhrəmanı  neftçi  Ağa  Neymətullanın,  Sovet    İttifaqı  

Qəhrəmanı    Gəray    Əsədovun,    sərkərdə    Babəkin,  SSRİ    Xalq    artisti    Mirzəağa  

Əliyevin    portretləri,    "Göy-göl"    mənzərəsi,    "Dənizdə  neft    buruqları",    "Xətib  

Təbrizi  və  Əbülüla  Müərri" və s. S.Şərifzadə təkçə boyakar rəssam kimi deyil, həm 

də istedadlı bir teatr rəssamı kimi tanınmışdır.  

Sadıq  Şərifzadə   hələ  texnikuma  girməzdən  əvvəl  görkəmli  teatr 

xadimləri Abbas  Mirzə  Şərifzadə, Kazım  Ziya,  A.  A.  Tuqanov  və  başqaları  ilə 

birlikdə  işləmiş  və  onlardan  teatr  sənətinin  incəliklərini  öyrənmişdir.  S.Şərifzadənin 

bədii  tərtibini  verdiyi   Abdulla  Şaiqin   "Fitnə",   Süleyman  Rüstəmin   "Qaçaq  Nəbi", 

"Qastello",  Mehdi Hüseynin  "Cavanşir",  Lope de Veqanın "Sevilya ulduzu",  İslam 

Səfərlinin  "Göz həkimi", İ. Qurbakovun "Əcəb işə düşdük", M.İbrahimovun  "Kəndçi  

qızı"  və b. tamaşalar hər  bir    sənətsevərdə orijinal  fikir yaradır. 1958-ci  ildə rəssam 

XVI  əsrdə  yaşamış  böyük  Azərbaycan  şairi Məhəmməd  Füzulinin portretini  işləmiş 

və bu əsərə görə rəssam respublikanın II dərəcəli mükafatına layiq görülmüşdür.  

1959-cu ildə Şərifzadə öz əsərlərini Moskvada keçirilən Azərbaycan Ədəbiyyat 

və  İncəsənət  ongünlüyündə  nümayış  etdirmiş  və  elə  həmin  ildə  ona  Azərbaycan 

təsviri  sənətinin  inkişafındakı  xidmətlərinə  görə  Əməkdar  İncəsənət  xadimi  adı 

verilmişdir. 

Sadıq Şərifzadə 1986-cı il yanvarın 2-də Bakıda vəfat etmişdir. 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



418 

 

15 Dekabr - Bəstəkar Ağabacı Rzayevanın anadan olmasının 105 illiyi,  



                     (1912-1975) 

Ağabacı  İsmayıl  qızı  Rzayeva  Bakıda,  ziyalı  ailəsində 

anadan  olub.  O,  pedaqoji  texnikumu  bitirib  (1929),  bir  neçə  il 

Saray,  Kürdəxanı  və  Maştağa  kəndlərində  müəllimlik  edib. 

Ağabacı  xanım  tarzən  və  bəstəkar Səid  Rüstəmovdan,  muğam 

üzrə Mirzə Mənsur Mənsurovdan dərs alıb. O, Azərbaycan Dövlət 

Konservatoriyasında Üzeyir  Hacıbəyovun  sinifində  təhsil  alıb. 

Onun  bəstələdiyi  ilk  əsər  "Gənc  vətənpərvərlər  marşı"  olub.  İlk 

qadın  bəstəkarımız  klassik  və  müasir  şairlərimizin,  aşıqların  və 

digər xalqlara məxsus şer ustalarının yaradıcılığına müraciət edib. 

Bəzən  Ağabacı  Rzayeva  özü  də  şairliyə  meyl  edib,  bəzi  mahnıları  öz  sözlərinə 

bəstələyib.  –  "Durna  qatarlı  qızlar".  Bəstəkarın  qəhrəman  neftçilərimizin  əmək 

şücaətini  tərənnüm  edən  "Neftçi  Qurban",  ata-anaların  gözlərini  sevincdən  yaşardan 

"Evimizə  gəlin  gəlir",  "Oxuma  gözəl",  "Çoban  Qara",  balaca  qızların  gözləri 

qarşısında  şirin  və  möcüzəli  bir  aləm  açan  "Kukla",  "Qaranquş",  "Ağ  göyərçinim", 

"Sabahın  ustaları",  "Balaca  kapitan",  "Qərənfiləm  mən"  və  s.  əsərləri  milli 

mədəniyyətimizdə layiqli yer tutur. İlk dəfə Moskvada oxunan "Kukla" mahnısı ona 

xalqın rəğbətini qazandırıb. Ağabacı Rzayeva bir çox mahnı və romansların, həmçinin 

"Höcət  eləmə"  (1965,  İsmayıl  Quliyevlə birgə)  musiqili  komediyasının,  "Ögey  ana" 

dramı,  Xalq  Çalğı  Alətləri  Orkestri,  simli  kvartet  üçün  pyeslərin,  simfonik 

əsərlərin,Nəsiminin sözlərinə  7  romansın  və  s.  əsərlərin  müəllifidir.  Xalq  Çalğı 

Alətləri Orkestrinin tərkibinə klarnet alətinin salınması da Ağabacı Rzayevanın adı ilə 

bağlıdır. A. Rzayeva respublikanın ictimai həyatında da fəal iştirak edib. O, bir neçə 

çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olub, 2 dəfə "Qırmızı Əmək Bayrağı" 

ordeni,  "Şərəf  Nişanı"  ordeni  və  müxtəlif  medallarla  təltif  olunub.  1960-cı  ildə  ona 

Əməkdar İncəsənət Xadimi fəxri adı verilib.  

Ağabacı Rzayeva 5 iyul 1975-ci ildə Bakıda vəfat edib və II fəxri Xiyabanda torpağa 

tapşırılıb.   



Mahnıları: “Ad günü‖, ―Bağçamız‖, ―Balaca kapitan‖, ―Bizim Bakı metrosu‖, 

―Bizim gəmi‖,  ―Buzov‖, , ―Dostluq qatarı‖, ―Gəl, gəl, a yaz günləri ―, ―İynə‖, 

―Kukla‖, ―Qırmızı şar‖ ,  ―Qış mahnısı‖, ―Şən yolka‖, ―Təyyarə‖, ―Vətənimiz‖, ―Xoş 

gəlmisən, təzə il‖ və s. 



İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

 

 

 


419 

 

19 Dekabr - Dramaturq Rəhman Əlizadənin anadan olmasının  70 illiyi, 



                     (1947-2013) 

 

 

 

 

 

 

 

Rəhman  Balarza  oğlu   Əlizadə  Bakıda doğulub.  237  saylı  orta  məktəbdə 



oxuyub.  Azərbaycan  Dövlət  İncəsənət  İnstitutunun  mədəni-maarif  fakültəsini 

bitirib (1972). 1968-ci ildən 1983-cü ilədək Mərdəkan qəsəbəsindəki Nizami adına 

mədəniyyət  evində  bədii  rəhbər  işləyib.  1983-cü  ildən  1993-cü  ilədək  Mərdəkan 

Xalq  Teatrının  rejissoru  olub.  1993-cü  ildən  2006-cı  ilədək Abdulla  Şaiq  adına 

Azərbaycan Dövlət Kukla Teatrında baş rejissor vəzifəsində çalışıb. Bu müddətdə 

dramaturq    özünün  qələmə  aldığı  "Sindibadın  xoşbəxtlik  adasına  səyahəti",  "Tıq-

tıq  xanım",  "Bilqamıs  əfsanəsi",  "Keçəlin  toyu",  "Dəli  Domrul",  "Damdabaca", 

"Maymaq",  "Eramızdan  milyon  il  əvvəl",  "Ay  dəli",  "Ələkbər  əmi  gülüş 

planetində",  "Dəcəl  çəpişlər,  belə-belə  işlər"  pyeslərinə  quruluş  verməklə  yanaşı, 

"Kuraj ana" (Bertolt Brext), "Pırpız Sona" (Cəlil Məmmədquluzadə), "Qızıl xoruz" 

(Aleksandr  Puşkin),  "Göyçək  Fatma"  (K.Ağayeva)  və  s.  tamaşaları  hazırlayıb. 

Ümumiyyətlə,  o,  2006-cı  ilədək  Azərbaycan  Dövlət  Kukla  Teatrında  hazırlanmış 

32 tamaşanın quruluşçu rejissorudur.  

28 oktyabr 2000-ci ildə ona Əməkdar İncəsənət Xadimi fəxri adı verilib. Bir 

dramaturq kimi 25-dən artıq pyesi dövlət teatrlarında tamaşaya hazırlanıb. 2008-ci 

ildə "Komediyalar" kitabı nəşr olunub. Bu kitabda – "Laləli düzlər", "Kəndimizin 

narları",  "Dadaşbala  əməliyyatı",  "Doğmalar",  "Dünyanın  axırı",  "Günah", 

"Əbləhlərin  toyu"  pyesləri  toplanıb.  2009-cu  ildə  "Pyeslər"  kitabı  nəşr  olunub.  

Otuz pyesin müəllifidir. İşlədiyi teatrlarda yetmişdən çox tamaşaya quruluş verib. 

Rəhman Əlizadə 15 mart 2013-cü ildə vəfat edib. 



Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 

 

 

 



 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə