Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


Yubilyar yazıçı və şairlər



Yüklə 3,73 Mb.

səhifə17/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
1   ...   13   14   15   16   17   18   19   20   ...   148

46 

 

 

 

Yubilyar yazıçı və şairlər 

2 Fevral -  Şair, yazıçı Meyxoş Abdullanın anadan olmasının 55 illiyi, (1962) 

 

 

 

 



 

 

 



 

 

 



Meyxoş Kamil oğlu Abdullayev (Abdullah) Cəlilabad rayonunun Xəlilabad 

kəndində  doğulmuşdur.  2002-ci  ildən  Azərbaycan  Yazıçılar  Birliyinin  üzvü,  6 

kitab müəllifidir. Meyxoş Abdullahın əsas yaradıcılıq dövrü 1980- cı illərin axırına 

təsadüf  edir.  Onun  2000-ci  ildə  ilk  publisistik  ―Doktor  Qəzənfər‖  adlı  kitabı  çap 

olunmuşdur.  2001-ci  ildə  isə  ―Didərgin  ruhlar‖  adlı  hekayələr  kitabı  işıq  üzü 

görmüşdür.  Bu  kitabda  toplanmış  hekayələr  arasında  ―Papaq‖,  ―6-cı  mərtəbə‖, 

―Oğul‖, ―Kül‖, ―Möcüzə‖ və başqa hekayələri oxucular tərəfindən böyük rəğbət və 

sevgiylə qarşılanmışdır. M. Abdullanın yaradıcılığının ən yüksəliş dövrü ―Alagöz‖ 

əsəriylə  bağlıdır.  O,  2002-ci  ildə  ―Alagöz‖  əsərinə  görə,  Azərbaycan  Yazıçılar 

Birliyi  Bədii  Ədəbiyyatı  Təbliğ  Bürosunun  milli  mənəvi  yaddaşa  qayıdışı  təbliğ 

edən və Qarabağ mövzusunda yazılan  ən yaxşı əsərlər üçün təsis etdiyi  ―Yaddaş‖ 

mükafatına layiq görülmüşdür. Meyxoş Abdullahın 2004-cü ildə ―Şeytan gülüşü‖, 

2005-ci  ildə  isə  ―Anakonda  ovu‖  kitabları  işıq  üzü  görmüşdür.  Onun  ‖Dəli 

Bəybala‖,  ―Maaş  günü‖,  ―Girov  qoyulmuş  namus‖,  ―Mininci  qadın‖,  ―Ömürdən 

baha‖,  ―Məhkum‖,  ―Zəhərli  eşq‖  və  s.  hekayə  və  povestləri  də  maraqla  oxunur. 

2007-ci  ildə  onun  ―Möcüzəli  xalça‖  əsəri  Cəlilabad  Xalq  Teatrı  tərəfindən 

tamaşaya qoyulmuşdur. Yazıçı Meyxoş Abdullah nəsr sahəsində öz dəst-xətti olan 

yazarlarımızdandır. 

 

Kitabları: ―Didərgin ruhlar‖ (2001), ―Alagöz‖ (2002) , ―Anakonda ovu‖(2005), 

―Əsir qadın‖ (2009) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 


47 

 

 



9 Fevral - Yazıçı, alim, Fazil Rəhmanzadənin anadan olmasının 75 illiyi, 

                 (1942)   

 

 



 

 

 



 

 

 



 

 

 



Rəhmanzadə Fazil Şamil oğlu Bakıda doğulmudur. O, 199 saylı Bakı şəhər 

orta məktəbini bitirmiş, Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil və ədəbiyyat 

fakültəsində  qiyabi  təhsil  almışdır  (1961-1965).  Uzun  illər  ―Bakı‖  qəzetini 

mədəniyyət şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Dövlət Radio və 

Televiziya  Komitəsinin  əməkdaşı  (1981-1983),  ―Azərbaycan  müəllimi‖  qəzeti 

redaksiyasında  şöbə  müdiri  olmuşdur  (1983-1994).  Ədəbi  yaradıcılığa  60-cı 

illərdən  başlamışdır.  Fazil  Rəhmanzadənin  30-a  yaxın  tarixi-publisistik  kitabları 

nəşr  olunmuşdur.  Yazıçı    ―Qızıl  qələm‖,  ―Dan  ulduzu‖,  ―H.  Zərdabi‖,  ―Humay‖ 

mükafatları  laureatıdır.    O,  ―Soydaş‖  Beynəlxalq  Assosiasiyasının  prezidenti 

seçilmişdir (1994). Əməkdar mədəniyyət işçisidir. Azərbaycan Dövlət Mədəniyyət 

və İncəsənət Universitetinin və Qərb Universitetinin professoru, Azərbaycan Milli 

Yaradıcılıq Akademiyasının filologiya elmləri doktorudur. 

 

Kaliforniyadakı  ―Azərbaycan  Evi‖  İdarə  Heyətinin,  Frankfurt-Mayn 



şəhərindəki  Avropa  Türk  İslam  Cəmiyyətləri  Birliyinin  fəxri  üzvü  seçilmişdir. 

―Ümumittifaq texniki-peşə təhsili‖ döş nişanı ilə təltif edilmişdir (1984).  



Kitabları: ―Haradasa görüşmüşdük‖ (1974), ―Gözəlliyə açılan pəncərə‖ (1977), 

―Nəsibə Zeynalova‖ (1978),  ―Ömür qısa deyil‖ (1979), ―Oxuyan ürəkdir‖(1980), 

―Sənətkar qüdrəti‖  (1982), ―Nəğmə dolu könül‖(1985),  ―Adın yadigar qalsın‖ 

(1986), ―Əsrə bərabər gecə‖(1991), ―Yol‖ (1994) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 


48 

 

 



15 Fevral - Şair, publisist İsgəndər Etibarın anadan olmasının 80 illiyi, (1937) 

 

 

 

 

 

 

 

 



  

 

 



İsgəndərov İsgəndər Etibar oğlu Şamaxı şəhərində doğulmuşdur.  O, 1 saylı 

şəhər orta məktəbində, Şamaxı Kənd Təsərrüfatı Texnikumunda, sonra Azərbaycan 

Kənd  Təsərrüfatı  İnstitutunda  təhsil  almışdır.      Şamaxıda  çıxan  ―Yeni  Şirvan‖ 

qəzetində  çalışmışdır.  Bakıda  ―Kənd  həyatı‖  jurnalı  redaksiyasında  şöbə  müdiri 

(1965-1966).  Azərbaycan  Kənd  Təsərrüfatı  Nazirliyində  zootexnik  (1966-1972), 

―Kənd  əməkçisinin  təqvimi‖  jurnalı  redaksiyasında  məsul  katib  (1972-1983), 

Azərbaycan KP MK yanında mətbuat mərkəzində referent olmuşdur. Hazırda ―Tək 

səbir‖ qəzetinin təsisçisi və baş redaktorudur.  

―Səslər‖  adlı  ilk  şeirlər  kitabı  1968-ci  ildə  işıq  üzü  görmüşdür.  İsgəndər 

Etibar


 

20-dən çox şeirlər kitabının müəllifidir. 



Kitabları: ―Səslər‖ (1968), ―Nəğməli günlər‖ (1974), ―Tarla yolu‖ (1980), ―Sənə 

yazılan nəğmələr‖ (1988), ―Ürək səni istəyir‖ (1986), ―Elnur bala, nur bala‖ 

(1986), ―Məndən elə nə qaldı‖ (1993), ―Dəli kimdir bu gün?‖ (1996), ―Bu, mənəm,   

sevgi dolu ürəyəm‖  (2002), ― İraqa oxunan nəğmələr‖ (2003), ―Pıçıltılar‖  (2003), 

―Gənc ailə üçün yaddaş‖ (2005), ―Dağlarda nur Şamaxı‖ (2006), ―Sevənlərə 

məktub‖ (2006), ―Balaca böyüklər‖ (2006), ―Gecikən kitab‖ (2009) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur - ”Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə)” Ensiklopedik 

məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 

 






Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   148


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə