Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Fevral - Yazıçı Sabir Süleymanovun anadan olmasının  80 illiyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə18/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   14   15   16   17   18   19   20   21   ...   148

49 

 

17 Fevral - Yazıçı Sabir Süleymanovun anadan olmasının  80 illiyi, 



                   (1937-1979) 

 

Sabir  Süleymanov  Cəbrayıl  rayonunda,  qulluqçu 



ailəsində doğulmuşdur. O, orta məktəbi bitirib Azərbaycan 

Dövlət  Pedaqoji  İnstitutunda  təhsil  almışdır  (1955-1960). 

―Maarif‖  nəşriyyatında,  sonra  ―Azərnəşr‖də  redaktor 

işləmişdir (1961-1966). 

Ədəbi  fəaliyyətə  tələbəlik  dövründə  başlamışdır. 

―Qovarlar‖  adlı  ilk  hekayəsi  1958-ci  ildə  ―Pioner‖ 

jurnalında  çap  edilmişdir.  Bundan  sonra  Sabir 

Süleymanov 

―Göyərçin‖, 

―Ulduz‖ 


jurnallarında, 

―Ədəbiyyat  və  İncəsənət‖,  ―Azərbaycan  gəncləri‖  qəzetlərində  hekayələrini 

vaxtaşırı  çap  etdirmişdir.  Onun  1967-ci  ildə  ―Ulduz‖  jurnalında  ―Cərəyan‖  adlı 

povesti dərc olunmuşdur. S. Süleymanovun 1966-ci ilin dekabr ayından fəaliyyəti  

―Ulduz‖  və  ―Azərbaycan‖    jurnalı    redaksiyaları    ilə    sıx    bağlı    olmuşdur.    O, 

―Azərbaycan‖  jurnalında nəsr şöbəsinin müdiri kimi bütün qüvvəsini milli nəsrin 

inkişafı işinə həsr etmişdir.  

Sabir Süleymanov 1979-cu il dekabrın 18-də vəfat etmişdir.  

 

Kitabları: ―Çay qırağında‖ (1964), ―Məhəbbət olmayanda‖ (1969), ―Qarayel‖ 

(1972), ―Dan qaranlığı‖ (1974), ―Çinar kəhrizin suyu‖ (1985) və s. 

 

Ədəbiyyat: Əhmədov Teymur -  “Azərbaycan yazıçıları  (XX-XXI yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



50 

 

22 Fevral - Yazıçı, dramaturq Yusif Əzimzadənin anadan olmasının 100 illiyi, 



                    (1917-1984) 

 

 



Yusif  Əzimzadə  Bakıda  fəhlə  ailəsində  doğulmuşdur. 

Natamam  orta  məktəbi  bitirib  N.Nərimanov  adına  Sənaye 

Texnikumunun  elektrik-mexanika  şöbəsində  təhsil  almışdır. 

Tələbə ikən öz şeirlərini ―Ədəbiyyat qəzeti‖ndə, ―Gənc işçi‖, 

―Yeni  yol‖  və  ―Azərbaycan  gəncləri‖ndə  müntəzəm  çap 

etdirmişdir. 1942-1944-cü illərdə isə ―Ədəbiyyat qəzeti‖ ndə, 

―İnqilab və mədəniyyət‖ jurnalında ədəbi işçi, nəsr şöbəsinin 

müdiri 


vəzifələrində 

çalışmışdır. 

―Azərnəşr‖ 

və 


―Uşaqgəncnəşr‖də  bədii  ədəbiyyat  şöbəsinin  redaktoru,  ―İnqilab  və  mədəniyyət‖ 

jurnalı,  sonra  ―Ədəbiyyat  qəzeti‖  redaksiyalarında  məsul  katib,  ―Göyərçin‖ 

jurnalının  məsul  redaktoru,  ―Ədəbiyyat  və  incəsənət‖  qəzetinin  baş  redaktoru, 

―Ulduz‖  gənclik  jurnalında  redaktor  əvəzi  və  Azərbaycan  Yazıçılar  Birliyində 

bədii tərcümə üzrə məsləhətçi olmuşdur. ―Anacan‖ pyesinə görə musiqili teatrların 

Ümumittifaq  festivalının  laureatı  diplomuna  layiq  görülmüşdür  (1957).  Keçmiş 

SSRİ  respublikalarının  teatrlarında  ―Çiçəklər  səltənəti‖,  ―Anacan‖,  ―Nəsrəddin‖, 

―Aprel səhəri‖ və ―Qonşular‖ dram əsərləri səhnəyə qoyulmuşdur. Onun tərcümə 

etdiyi 

pyeslər 


(Konstantin 

Simonovun  

―Rus 

məsələsi‖, Sergey 



Mixalkovun ―Qırmızı  qalstuk‖,  Y.Soloviçin  ―Qəribə  dilənçi‖,  O.Bodıkovun 

―Qaraqum  faciəsi‖,  Ş.Xusainovun  ―Anam  gəldi‖)  Azərbaycan  teatrlarında 

səhnələşdirilmişdir.  ―Pravda‖,  ―İzvestiya‖,  ―Trud‖  və  ―Literaturnaya  qazeta‖  kimi 

mərkəzi  qəzetlərdə  müntəzəm  çıxış  etmişdir.  Ümumittifaq  Yazıçılar  İttifaqının  V 

qurultayına  nümayəndə  seçilmişdir.  SSRİ  medalları  və  Azərbaycan  Ali  Soveti 

Rəyasət Heyətinin Fəxri fərmanları ilə təltif olunmuşdur.  

Yusif Əzimzadə 1984-cü il mart ayının 6-da Bakıda vəfat etmişdir. 

Kitabları: ―Partizan oğlu‖ (1942), ―İlk görüş‖ (1945), ―Onun həyatı‖ (1948), 

―Görüşdən sonra‖ (1950), ―Üç bayram‖ (1954), ―Bakının işıqları‖ (1956), ―Yenə 

görüşəcəyik‖ (1960), ―Murad dayının xatirələri‖ (1961), ―Xatırlayacaqsan‖ (1964), 

―Anacan‖ (1968), ―O, qərib deyildi‖ (1968), ―Qaranquşa hay verin!‖ (1969), 

―Ləpirlər‖ (1971), ―Unutmayın‖ (1973), ―Mənim mahnılarım‖ (1976),‖Qardaşlar‖ 

(1986) və s. 



Ədəbiyyat: Əhmədov Teymur - “Azərbaycan yazıçıları  (XX-XXI yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 



 

 


51 

 

23 Fevral - Tənqidçi, ədəbiyyatşünas Əmirxan Xəlilovun anadan olmasının  



                    80 illiyi, (1937) 

 

Xəlilov 



Əmirxan  Məhərrəm  oğlu    Gürcüstan 

Respublikasının  Marneuli  (Sarvan)  şəhərində  anadan 

olmuşdur.  Orta    məktəbi    Marneuli  (Sarvan)  şəhərində 

bitirmiş, 

1956-1961-ci 

illərdə 


Azərbaycan 

Dövlət 


Universitetində 

təhsil 


almışdır.  1968-ci  ildə  ―Cəfər 

Cabbarlının ədəbi-tənqidi görüşləri‖ mövzusunda namizədlik, 

1987-ci  ildə  ―Azərbaycan-rus  ədəbi  əlaqələrinin  inkişaf 

mərhələləri 

(1920-1980)‖ 

mövzusunda 

doktorluq 

dissertasiyasını  müdafiə  etmişdir.  1971-ci  ildən  dosent,  1988-ci  ildən  etibarən 

professor  elmi  adlarını  almışdır.  1970-ci  ildən  BDU-da  ―Rus  ədəbiyyatı  tarixi‖, 

―Türk  və  şərqi  slavyan  xalqları  ədəbiyyatı‖,  ―Dünya  ədəbiyyatı‖  kafedralarında 

çalışmış,  ―Rus  ədəbiyyatı  və  dünya  ədəbiyyatı‖  fənlərindən  mühazirələr  oxuyur. 

170-dən artıq məqalə, 5 monoqrafiya, 8 kitab müəllifidir. Məmməd Araz adına ―İti 

qələm‖ mükafatı laureatı olmuşdur. 

Kitabları: ―Sənət və sənətkar‖ (1974), ―Yesenin və Azərbaycan‖ (1977), 

―Aleksandr Blok‖ (1980),  ―Əbədi üfüqlər‖ (1985),  ―Poeziya, həyat, mənəviyyat‖ 

(1989), ―XX əsr rus ədəbiyyatı tarixi‖ (1992), ―Sənət həyata bələdçidir‖ (1994), 

―Məmməd Araz dühası‖ (2002), ―Əliağa Kürçaylı‖ (2003), ―Olimpe gedən yolda‖ 

(2005) və s.  

Ədəbiyyat: Əhmədov Teymur  - “Azərbaycan yazıçıları  (XX-XXI yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011.

  

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



     


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə