Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.

səhifə19/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
1   ...   15   16   17   18   19   20   21   22   ...   148

52 

 

     Xarici ədəbiyyat



 

7 Fevral - İngilis yazıçısı Çarlz Dikkensin anadan olmasının 205 illiyi, 

                 (1812-1870) 

Dünya  ədəbiyyatının  görkəmli  nümayəndəsi  kimi 

tanınan  Çarlz  Dikkens  Böyük  Britaniyanın  Lendport  - 

Portsmut  şəhərində  doğulmuşdur.  Ç.  Dikkens    ingilis 

ədəbiyyatında  tənqidi  realizmin  banisi  olmaqla  yanaşı, 

həm  də  tanınmış  yumor  və  satira  ustasıdır.  Onun 

yaradıcılığının  ilkin  dövrünə  aid olan  "Pikkviks  klubunun 

qeydləri"  adlı  əsərində  patriarxal  İngiltərə  təsvir  olunur. 

―Oliver  Tvistin  macəraları‖  adlı  romanında  yazıçı  

yoxsulların həyatını təsvir etmişdir. Əsərlərinin əksəriyyəti 

dövrü mətbuatda çap olunmuşdur. O, əsərlərini hissə-hissə 

yazmışdır.  Dikkensin  əsərləri  nəsrinin  mükəmməlliyi  və 

xarakterlərin  bənzərsizliyi  ilə  bir  çox  görkəmli  yazıçıların  diqqətini  cəlb 

etmişdir. Çarlz Dikkensin uşaqlığı sakit bir dövrdə keçmişdir. Vaxtının çoxunu 

açıq havada mütaliə etməklə keçirmişdir. Atasının həbs olunmasından bir qədər 

əvvəl  12  yaşlı  Çarlz  gündə  on  saatlıq  bir  işə  başlamışdır.  Sonralar  o, 

avtobioqrafik  roman  olan  ―Devid  Koperfild‖də  bu  barədə  yazmışdır.  1827-ci 

ilin  mayında  Dikkens  hüquq  bürosunda  işə  başlamışdır. 1828-ci  ilin 

noyabrınadək  burada  xidmət  göstərmişdir.1833-cü  ildə  özünün  ilk  hekayəsi 

olan ―Qütb gəzintisində nahar‖ı Londonda nəşr etdirmişdir. 1836-cı ildə ―Boz‖ 

təxəllüslü  Dikkens  özünün  ilk  romanını  –  ―Pikvik  qəzetləri‖ni  nəşr  etdirməyə 

başlamışdır. Sonralar o ―Oliver Tvist‖, ―Nikolas Niklbay‖, ―Devid Kopperfild‖ 

və  s.  əsərlərini  yazmışdır. 1842-ci  ildə ABŞ və Kanadaya səyahət  etmişdir. 

1867-1868-ci  illərdə  yenidən  Amerikaya  səyahət  etmiş,  Emerson  Fildz  və 

başqaları ilə tanış olmuşdur. 1870-ci il iyun ayının 9-da vəfat etmişdir.  

Onun  bədii  yaradıcılıq  üsulu  fantastika  və  realizmin  birləşməsindən 

ibarətdir. 

Yaratdığı 

surətlər 

ingilis 


ədəbiyyatının 

ən 


yaddaqalan 

surətlərindəndir. Əbəs deyildir ki, bir çox yazıçılar onu ―ağır artilleriya ustası‖ 

adlandırılar.  Müəllifin  müxtəlif  əsərlərində  avtobioqrafik  elementlərə  rast 

gəlinir. 



Kitabları:  ―Oliver  Tvistin  macəraları‖,  ―Böyük  ümidlər‖,  ―Nikolas  Niklbay‖, 

―Devid Kopperfild və s.  



İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 


53 

 

17 Fevral



 - 

Amerikalı fantast yazıçı Elis Meri Nortonun 105 illiyi,  

                    (1912-2005) 

 

     Amerikalı  fantast-yazıçı  Elis  Meri  Norton  (daha  sonralar  Andre  Elis  Norton) 

Ohayo ştatının Klivlend şəhərində anadan olmuşdur. Məktəb illərindən mütaliəyə 

böyük  maraq  göstərib,  divar  qəzeti  üçün  ilk  hekayələrini  yazıb.  20  il  Klivlend 

İctimai  kitabxanasında  işləmişdir.  İlk  kitabı olan  ―Şahzadənin  əmri‖  hərbi  roman 

janrında  idi  və  1934-cü  ildə  çap  olunmuşdur.  Həmin  ildə  naşirlərin  məsləhəti  ilə 

kişi  adı  olan  Andre  Norton  təxəllüsünü  götürmüşdür.  Onların  fikrincə  bu,  kişi 

oxucu  auditoriyasını  cəlb  etməli  idi.  Sonradan  yazıçı  rəsmi  şəkildə  Andre  adını 

əlavə edərək adını dəyişmişdir. 

      A.Norton  fantastika  janrında  1947-ci  ildən  yazmağa  başlamışdır  (―Krater 

adamları‖).  Bütünlükdə  o,  130  roman  yazmışdır.  Nortonun  ən  məşhur  romanları 

arasında  ―Ulduz  qapıları‖  fantastik  romanı,  ulduz  tacirləri  haqqında  ―Günəş 

kraliçası‖  kosmik  opera  seriyası,  ―Cadugərlik  dünyası‖  və  ―Əlf  Trilogiyası‖ 

silsiləsi vardır.  

      Andre Norton 2005-ci il martın 17-də Tennessi ştatında vəfat etmişdir.  

 

 



İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 

 

 



 

 

 


54 

 

22 Fevral - Psixoloq, yazıçı Yekaterina Muraşovanın anadan olmasının  



                   55 illiyi, (1962)  

 

Rus  ailə  psixoloqu,  yazıçısı,  yeniyetmələr  üçün  kitabların  müəllifi 

Yekaterina  Vadimovna  Muraşova  Leninqradda  (indiki  Sankt-Peterburq)  anadan 

olmuşdur.  İlk  təhsilini  Leninqrad  Dövlət  Universitetində  embrioloq  ixtisası  üzrə 

alan  Y.Muraşeva  ikinci  təhsili  kimi  psixoloq  ixtisasını  seçmişdir.  Daha  sonra 

yeniyetmə  və  ailə  psixoloqu  kimi  ixtisaslaşmışdır.  Onun  ilk  əsəri  1989-cu  ildə 

çapdan çıxmış ―Dostluq‖ toplusunda ―Talisman‖ povesti olmuşdur.  Uşaqlar üçün 

macəra,  valideynlər  üçün  elmi-populyar  və  hər  iki  qrup  oxucular  üçün  tarixi-

macəra romanları yazır.  

2010-cu ildə Astrid Lindqren adına Beynəlxalq ədəbi mükafatın laureatlığına 

namizədliyi  irəli  sürülmüşdür.  ―O  geri  qayıtmayacaq‖,  ―Hər  zaman  açıq  qapı‖, 

―Bütün  ömür  üçün  bir  möcüzə‖,  ―Korreksiya  sinifi‖  və  s.  əsərlərin  müəllifidir. 

Onun ―Korreksiya sinifi‖ müasir rus  ədəbiyyatında içində çox seçilən bir əsərdir. 

Bu  kitab  oxuculara  əsərin  qəhrəmanlarını  duymaq,  təsvir  olunanları  yaşamaqla 

özünü insan, şəxsiyyət, vətəndaş kimi dərk etməyə kömək edir. Y.Muraşova bədii 

ədəbiyyatla  yanaşı,  valideynlər  üçün  uşaq  psixologiyası  üzrə  də  kitabların 

müəllifidir.  

İnternetdə: 

www.books.google.com

 

 

 



 

 

 



 

 





Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   148


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə