Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə20/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   16   17   18   19   20   21   22   23   ...   148

55 

 

25 Fevral - Dramaturq, librettolar müəllifi Karlo Qoldoninin anadan 



                   olmasının 310 illiyi, (1707-1793) 

 

Karlo  Qoldoni  İtaliyanın  Venesiya  şəhərində  anadan  olmuşdur.  Fəlsəfə  və 



hüquq  təhsili  alan  Qoldoni  atasının  istəyi  ilə  hüquqşünaslıq  karyerasına  başlayır. 

O, hüquqla məşğul olmaqla yanaşı, teatrla da çox maraqlanırdı.  

K.Qoldoni  1731-ci  ildə  Venesiyada  özünün  müstəqil  vəkillik  fəaliyyətinə 

başlayır və paralel olaraq Venesiyanın teatr truppalarından birini mətnlərlə təmin 

edir.  Bu  dövrdə  onun  ilk  böyük  pyesləri  –  ―Velizariy‖,  ―Rozamunda‖  faciələri, 

―Venesiya  qayıqçısı‖  komediyası  yaranır.  Lakin  onlar  böyük  uğur  gətirmir  və 

Qoldoni  Toskanaya  köçür.  Burada  o,  ―İki  ağanın  bir  nökəri‖  (1745)  adlı  məşhur 

komediyasını  yazır.  Daha  sonra  yenidən  Venesiyaya  qayıdan  Karlo  Qoldoni 

hüquqşünaslıq  işini  tamamilə  tərk  edir  və  bütünlüklə  ədəbiyyatla  məşğul  olur. 

Karlo  Qoldoninin  ―Yalançı‖  (1750), ―Qəhvəxana‖  (1750) və  s.  pyesləri  də  böyük 

uğur qazanır.  

Dramaturq 1761-ci ildə İtaliyanı həmişəlik tərk edir və Parisə köçür. Burada 

o, italyan teatrının dramaturqu olur və kralın qızlarına italyan dilindən dərs deyir. 

Onun  fransız  dilində  yazdığı  ―Deyingən  xeyriyyəçi‖  əsəri  (1771)  ona  Avropa 

şöhrəti qazandırır.  

Karlo Qoldoni 1793-cü il fevralın 6-da Versalda vəfat etmişdir.  

 

İnternetdə: 

www.books.google.com 

 

 

 



 

 

 



 

 



56 

 

26 Fevral - Fransız yazıçısı Viktor Hüqonun anadan olmasının 215 illiyi,  



                    (1802-1885)

 

Böyük fransız yazıçısı Viktor Mari-Hüqo utopik 

realizmin  ən  nüfuzlu  nümayəndələrindən  biridir. 

Dramaturq,  şair,  publisist  Fransada  anadan  olub. 

Nəzm əsərləri arasında "Düşüncələr"  və ―Əsrlərin 

əfsanəsi‖ kimi poemaları daha məşhurdur. Fransa 

siyasi  həyatında  da  olduqca  aktiv  olan  Hüqo 

gənclik  illərində  mühafizəkar  meylli  olsa  da, 

sonralar  siyasi  sollara  qoşulur  və  respublika 

ideyasının  ən  çılğın  tərəfdarına  çevrilir. 

Əsərləri  bir  qayda  olaraq,  yaşadığı  dövrün  və 

cəmiyyətin  siyasi,  sosial  problemləri  və  mədəni  həyatda  baş  verən  hadisələri 

canlandırır.  Hüqo  başlıca  olaraq  özünün  poetik  və  dramatik  əsərləri  ilə  şöhrət 

qazanmışdır.  Nəzm  əsərləri  arasında  ―Düşüncələr‖  və  ―Əsrlərin  əfsanəsi‖ 

(Légende des siècles) kimi poemaları daha məşhurdur. Dünya oxucularının isə ən 

çox  bəyəndiyi  əsərləri  yəqin  ki, ―Səfillər‖  və  ―Notrdam  qozbeli‖,  ―Edam 

məhkumunun  son  günü‖  romanlarıdır  -  həyat  gerçəkliyinin  insan  gözünə 

dirənməsi,  yaxud  da  xoş  nəğmələrlə  ictimai  depressiyanı  cilalayan  əsər.  Əsərdə 

pak insan, fahişə, quldur, uşaq, qadınlıq, analıq, vətəndaşlıq, dövlət xadimi, süni 

tale və bu kimi abstrak cilovlu məhfumlar iliyinə kimi təhlil olunur. Hüqo özü də 

qeyd edirdi ki, o cəmiyyət tərəfindən atılmışları, cinayətkarları müdafiə etmişdir. 

Əsərləri bir qayda olaraq yaşadığı dövrün və cəmiyyətin siyasi, sosial problemləri 

və mədəni həyatda baş verən hadisələri canlandırır.      

Viktor Hüqo 1885-ci ildə mayın 22-də, 83 yaşında Fransada vəfat edib. 



Kitabları: ―İsland Han‖ (1823), ―Yeni mədhiyyələr‖, (1824),‖Büq-Jarqal‖ (1826) 

―Kromvel‖  (1827),  ―Mədhiyyə  və  balladalar‖  (1828),  ―Şərq  poemaları‖  (1829), 

―Marion  de  Lorm‖  (1829)  ,  ―Ernani‖  (1829),  ―Gənc  Fransa‖  inqilabının  himni 

olacaq mədhiyyə (1830), ―Paris Notr-Damm kilsəsi‖ (1831), ―Kral əylənir‖ (1832), 

―Edam məhkumun son günü‖ (1832) ,‖Klod Qö‖ (1834), ―İşıq və kölgə‖ (1840), 

―Bir  cinayətin  tarixi‖  (1852),  ―Cəzalar‖  (1853),  ―Düşüncələr‖    (1856),  ―Əsrlərin 

əfsanəsi‖  (1856)  ,‖Səfillər‖    (1852-1862),  ―Vilyam  Şekspir‖  (1864),  ―Küçə  və 

meşələrin nəğmələri‖ (1865), ―Dəniz zəhmətkeşləri‖ (1866), ―Gülən insan‖ (1869) 

romanı, ―93-cü il‖  (1874) romanı. 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 

 

 

 

 

 

 



57 

 

İncəsənət 



5 Fevral - Əməkdar artist Münəvvər Kələntərlinin anadan olmasının  

                 105 illiyi,  (1912-1968) 

 

 



 

 

 



 

 

 



 

Münəvvər  Kələntərli  Lənkəranda   anadan  olub.  17  yaşında  Bakıya  gəlib.   

1933-cü  ildən  səhnə  fəaliyyətinə  başlayıb.  Əvvəllər  Opera  Teatrında,  sonralar  isə 

Musiqili  Komediya  Teatrında  fəaliyyət  göstərib.  10-a  yaxın  filmə  çəkilib. 

M.Kələntərli kinostudiyada ən rahat aktyorlardan sayılıb. Həmişə bir dubla çəkilib. 

Ona  görə  də Adil  İsgəndərov deyərmiş  ki,  Mina,  bu  camaat  (çəkildiyi  filmlərin 

rejissorlarını,  rejissor  assistentlərini,  operatorları  nəzərdə  tuturdu)  ən  çox  səninlə 

istirahət  edir.  Münəvvər  Kələntərli 1953-cü  ildə  ―Vətən‖  kinoteatrına  direktor 

müavini təyin olunub. Ondan sonra teatrdan çıxır, ancaq filmlərə çəkilib. 

  

Münəvvər Kələntərli 5 fevral 1963-cü ildə 51 yaşında dünyasını dəyişib.  



Filmoqrafiya: ―Ağasadıq Gəraybəyli‖ (film, 1974), ―Arşın malalan‖ (film, 1945), 

―Bakının işıqları‖ (film, 1950), ―Bəxtiyar‖ (film, 1955), ―Əmək və qızılgül‖ (film, 

1962),  ―Görüş‖  (film,  1955),  ―Kazbek‖  qutusu  (film,  1958),  ―Kölgələr  sürünür‖ 

(film,  1958),  ―Qızmar  günəş  altında‖  (film,  1957),  ―O  olmasın,  bu  olsun‖  (film, 

1956), ―Onun böyük ürəyi‖ (film, 1958), ―Yeni il gecəsində‖ (film, 1958) və s.  

 

İnternetdə: www.az.wikipedia.orq 

 

 

 



 

 

 



 

 

 




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə