Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə21/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   17   18   19   20   21   22   23   24   ...   148

58 

 

6 Fevral -  Xalq artisti Lütfi Məmmədbəyovun anadan olmasının 90 illiyi, 



                  (1927-2005) 

 

Lütfi  Şahbaz  oğlu  Məmmədbəyov Ağdaşda anadan 



olub.  Teatr  Texnikumunda  (1943-1947),  M.Əliyev  adına 

Azərbaycan  Dövlət  İncəsənət  İnstitutunun  rejissorluq 

fakültəsində  (1961-1966)  təhsil  alıb.  1947-ci  ildə  bir 

müddət Musiqili  Komediya  Teatrında fəaliyyət  göstərib, 

40-cı  illərin  sonunda  bu  teatr  müvəqqəti  olaraq 

bağlanarkən Gənc Tamaşaçılar Teatrının truppasına daxil 

olub.  1961-ci  ildə Akademik  Milli  Dram  Teatrına dəvət 

olunub  və  ömrünün  sonunadək  burada  çalışıb.  Böyük 

aktyorluq 

məktəbi 


keçmiş  Lütfi  Məmmədbəyov 

Akademik  Milli  Dram  Teatrının  səhnəsində  bir  neçə 

tamaşanın  quruluşçu  rejissoru,  televiziyada  60-dan  çox  televiziya  tamaşasının 

rejissoru  olub.  Respublikada  ilk  çoxseriyalı  televiziya  filminin  (teleserialın) 

rejissoru da Lütfi Məmmədbəyov olub - Əlibala Hacızadənin əsəri əsasında 12 

seriyalı ―İtkin gəlin‖.  

Lütfi Məmmədbəyov 1 fevral 2004-cü ildə vəfat edib. 

Filmoqrafiya:  ―Ağasadıq  Gəraybəyli‖  (film,  1974),  ―Atayevlər  ailəsi‖  (film), 

―Bəxtiyar‖  (film,  1955),  ―Duel‖  (film,  1995),  ―Göz  həkimi‖  (film,  1985),  ―İtkin 

gəlin‖  (film,  1994),  ―Kişilər‖  (film,  1984),  ―Qızmar  günəş  altında‖  (film,  1957), 

―Leyli  və  Məcnun‖  (film,  1961),  ―Mehmanxana  sahibəsi‖  (film,  1978),  ―Mücrü‖ 

(film,  1973),  ―O  olmasın,  bu  olsun‖  (film,  1956),  ―Sarıköynəklə  Valehin  Nağılı‖ 

(film),  ―Sehrli  xalat‖  (film,  1964),  ―Səhər‖  (film,  1960),  ―Taleyin  qisməti‖  (film, 

1996), ―Unudulan adam‖ (film, 1987), ―Yad qızı‖ (film, 1990), ―Yağışdan sonra‖ 

(film, 1998), ―Yeni il gecəsində‖ (film, 1958) 

 

İnternetdə: www.az.wikipedia.orq 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


59 

 

28 Fevral - İtalyan bəstəkarı Coakkino Rossininin anadan olmasının 225 illiyi, 



                   (1792-1868) 

 

Coakkino  Antonio  Rossini  musiqiçilər  ailəsində  anadan  olmuşdur. 



Uşaqlıqdan  çox  gözəl  və  güclü  səsə  malik  olan  Coakkinonun  valideynləri  öncə 

onun müğənni olmasını istəyiblər. Lakin gələcək çətinlikləri və kiçik Coakkinonun 

sözəbaxmaz, çətin xarakterini nəzərə alan atası və anası bu fikirdən daşınırlar. Bir 

neçə müəllimdən dərs alan Rossininin ilk bəstəkarlıq təcrübələrinin 1804-cü ilə aid 

olduğu  düşünülür.  1805-ci  ildə  Rossininin  ailəsi  Bolonyaya  köçür.  İtalyan 

musiqinin çiçəkləndiyi bu şəhərdə yerli musiqi liseyində dərs alır. O, 1810-cu ildə 

―Nikah vekseli‖ librettosuna musiqi yazır. Rossini 1812-ci ildə La Skaladan opera 

yazmaqla  bağlı  ilk  sifarişini  alır.  ―Məhək  daşı‖  adlı  operası  ilk  dəfə  tamaşaya 

qoyulur  və  20  yaşlı  Rossiniyə  şöhrət  qazandırır.  Həmin  vaxtdan  o,  İtaliyanın 

aparıcı  gənc  bəstəkarı  olur.  Daha  sonralar  bəstəkar  ―Seviliya  bərbəri‖,  ―Otello‖, 

―Küllücə‖, ―Vilhelm Tell‖, ―Yelizaveta İngiltərə kraliçasıdır‖, ―Musa Misirdə‖ və 

s.  operalarını  yazır.  Bu  və  digər  əsərləri  bəstəkara  dünya  şöhrəti  qazandırır. 

Coakkino Rossini 39 operanın, dini və kamera musiqilərinin müəllifidir. 

Bəstəkar  1868-ci  il  noyabrın  13-də  Parisdə  vəfat  etmiş  və  Per-Laşez 

məzarlığında dəfn olunmuşdur.  

 

İnternetdə: 



www.books.google.com

 

 

 



 

 

 



 

 

 



 

 

 




60 

 

Milli qəhrəmanlar zirvəsi



 

2 Fevral - Azərbaycanın Milli Qəhrəmanı Əkbərov Akif Abbas oğlunun 

                 anadan olmasının  65 illiyi, (1952-1992) 

 

 

 



 

 

 

 

A.Əkbərov   Cəbrayıl  

rayonunun  

Balyand 


 kəndində 

anadan 


olmuşdur. 1969-cu  ildə  Beyləqan  şəhər 1 saylı  orta məktəbini bitirmişdir. 1970-

ci  ildə hərbi  xidmətə  getmiş, 1972-ci  ildə  ordudan  tərxis  olunmuşdur.  O, 1974-

cü ildə Beyləqan rayon Daxili İşlər  Şöbəsində  polis  nəfəri  kimi  fəaliyyətə 

başlamışdır.  Sonuncu  iş  yeri  polis  şöbəsinin  Dövlət  Avtomobil  Müfəttişliyi 

bölməsi  olmuşdur.  Polis  baş  çavuşu  Akif  Əkbərov  həmin  bölmədə  Yol-Patrul 

Xidməti müfəttişi vəzifəsində işləmişdir. 

1991-ci  ilin   5  avqust   tarixində   Beyləqan rayon  Polis  Şöbəsinin  bir  qrup 

əməkdaşı   Kəlbəcər   rayonunun  ―Sarı  yer‖  yaylağındakı  mülki  şəxslərin 

təhlükəsizliyini    təmin    etmək    üçün    ezam  olunur.  Polislərin  arasında  Akif 

Əkbərov da var idi. Erməni quldurları tez-tez yaylaqlağa qəfil basqınlar etdiyindən, 

polislərimiz hər zaman sayıq olmağa çalışırdılar. 

 12  avqustda   ermənilər   ―Sarı  yer‖  yaylağına  hücuma  keçirlər.  Əhalini 

qorumaq  üçün  polis  işçilərimiz  döyüşə  girirlər.  Təxminən  6  saat  davam  edən  bu 

döyüşdə  Akif  Əkbərov  xüsusilə  fərqlənir.  Düşmənin  xeyli  canlı  qüvvəsi  məhv 

edilir.  Lakin  qəfil  düşmən  gülləsi  Akifdən  də  yan  keçmir.    Akif  Əkbərov  12 

avqust 1992-ci  ildə Kəlbəcərin  ―Sarı  yer‖  yaylağı  uğrunda  gedən  döyüşlərdə 

qəhrəmancasına şəhid olur. Akif Əkbərov Beyləqan rayonunda dəfn edilmişdir. 

 Akif Əkbərov  Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 

264 saylı fərmanı ilə ölümündən sonra ―Azərbaycanın Milli Qəhrəmanı‖ adına 

layiq görülmüşdür. 

Azərbaycanın  Milli  Qəhrəmanı  Akif  Əkbərovun Beyləqan rayonunda  büstü 

qoyulmuşdur.  Rayon mərkəzindəki  küçələrdən biri onun adını daşıyır. 

İnternetdə: www.az.wikipedia.orq 

 

 



 

 

 



 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə