Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə22/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   18   19   20   21   22   23   24   25   ...   148

61 

 

Mart 



Əlamətdar tarixi günlər və bayramlar 

2 Mart - Azərbaycan Respublikasının BMT - nin Üzvlüyünə Qəbul Olunduğu Gün, 

              (1992) 

2 Mart - Ümumdünya Ucadan Oxu Günü  

3 Mart - Ümumdünya Yazıçı Günü, (1921) 

3 Mart -Ümumdünya Vəhşi Təbiət Günü, (1973) 

5 Mart -  Bədən Tərbiyəsi və İdman Günü, (2005) 

8 Mart - Beynəlxalq  Qadınlar Günü, (1910)  

10 Mart - Milli Teatr Günü, (1873)  

14 Mart - Ümumdünya Yuxu Günü, (2008) 

20-25 Mart - Novruz bayramı 

20 Mart - Beynəlxalq Xoşbəxtlik Günü, (2012) 

21 Mart - Beynəlxalq Meşə Günü, (2013)

 

21 Mart - Beynəlxalq Poeziya Günü, (1997) 



21 Mart - İrqi Ayrı-Seçkiliyin Ləğv Olunması Uğrunda Beynəlxalq Mübarizə 

Günü, (1966) 

21 Mart - Beynəlxalq Kuklaçı Günü, (2000) 

22 Mart –Ümumdünya Su Ehtiyatları Günü, (22.03.1992) 

23 Mart -  Ümumdünya Meteorologiya Günü, (23.03.1950) 

25 Mart - ―Azərbaycanın Milli Qəhrəmanı‖ fəxri adının təsis edildiyi gün, (1992) 

27 Mart - Beynəlxalq Teatr Günü, (1962) 

 

  Tariximizin qan yaddaşı 



31 Mart -  Azərbaycanlıların Soyqırımı Günü, (1918) 

 

Yubilyar yazıçı və şairlər 

Yazıçı Fərman Kərimzadənin 80 illiyi, (03.03.1937 - 17.03.1989) 

Yazıçı Manaf Süleymanovun 105 illiyi, (03.03.1912 - 24.05.2001) 

Şair Sabir Almazovun 80 illiyi, (05.03.1937 - 04.06.1976) 

Ədəbiyyatşünas Vaqif Arzumanlının 70 illiyi, (05.03.1947 09.07.2014) 

Şair, yazıçı Məmməd Orucun 70 illiyi, (08.03.1947) 

Yazıçı Məmməd Dadaşzadənin 90 illiyi, (16.03.1927) 

Dramaturq Qeybulla Rəsulovun 95 illiyi, (18.03.1922 - 11.09.1988) 

Şair, yazıçı Zahid Xəlilin 75 illiyi, (20.03.1942) 

Şair, dramaturq Atif Zeynallının 90 illiyi, ( 20.03.1927 - 28.01.1991) 

Yazıçı Böyükağa Talıblının 120 illiyi, ( 21.03.1897 - 1938) 

Yazıçı Cahanbaxış Cavadzadənin 115 illiyi, (22.03.1902 - 06.02.1972) 

Xalq yazıçısı İsmayıl Şıxlının 95 illiyi, (22.03.1922 - 26.07.1995) 




62 

 

Yazıçı Fəthi Xoşginabinin 95 illiyi, (22. 03.1922 - 1989) 



Yazıçı Məmməd Səid Ordubadinin 145 illiyi, (24.03.1872 - 01.05.1950) 

Şair Almas İldırımın 110 illiyi, (25.03.1907 - 14.01.1952) 

Publisist  Əşrəf Hacıyevin 85 illiyi, (25.03.1932 - 2001) 

Şair, həkim Paşa Qəlbinurun 65 illiyi, (30.03.1952) 

Tərcüməçi Reyhan Salamovanın 90 illiyi, (30.03.1927 - 24.03.2010 ) 

 

Xarici ədəbiyyat 

İngilis yazıçısı Duqlas Adamsın 65 illiyi, (11.03.1952 - 11.05.2001) 

Rus şairi K.İ.Çukovskinin 135 illiyi, (19.(31).03.1882 - 28.10.1969) 

Fransız yazıçısı Marsel Emenin 115 illiyi, (29.03.1902 - 14.10.1967) 

 

 İncəsənət 

Xalq artisti Nodar Şaşıqoğlunun anadan olmasının 90 illiyi, (13.03.1927) 

Xalq artisti Ağasadıq Gəraybəylinin 120 illiyi, (15.03.1897 - 1990) 

Xalq artisti Yusif Vəliyevin 100 illiyi, (22.03.1917 - 18.03.1980) 

Teatrşünas  Qulam Məmmədlinin 120 illiyi, (25.03.1897 - 18.11.1994) 

Müğənni Yavər Kələntərlinin 115 illiyi, ( 26.03.1902 - 05.02.1979) 

SSRİ xalq artisti  Mstislav Rostropoviçin 90 illiyi, (27.03.1927 - 27.04.2007) 

 

Milli qəhrəmanlar zirvəsi 

Nəcəfov  Fəxrəddin Vəliyəddin oğlunun anadan olmasının 50 illiyi,  

(31.03.1967 - 04.09.1992) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


63 

 

Mart 



Əlamətdar tarixi günlər və bayramlar 

 

2 Mart - Azərbaycan Respublikasının BMT üzvlüyünə qəbul olunduğu  gün

              (1992) 

 “Azərbaycan  Respublikası  dünya  birliyi  ilə 

tam 

hüquqlu 

inteqrasiyaya 

istiqamət 

götürmüşdür  və  bunun  üçün  bütün 

imkanlara malikdir.”

  

                        Ümummilli lider Heydər Əliyev 

 

                                                                                                    

                                                                              

   


Mühüm geosiyasi məkanda yerləşən Azərbaycan Respublikasının 1991-ci il 

oktyabrın  18-də  öz  dövlət  müstəqilliyini  bəyan  etməsi  milli  dövlətçilik 

prinsiplərinə  uyğun  yeni  xarici  siyasət  kursunun  formalaşdırılması  və  həyata 

keçirilməsini ən vacib məsələ kimi ön plana çəkdi. Qısa müddət ərzində dünyanın 

bir  sıra  dövlətləri  tərəfindən  rəsmi  surətdə  tanınmış  Azərbaycan  Respublikası 

1992-ci  il  martın  2-də  BMT-nin  üzvlüyünə  qəbul  edildi.  Bu  dövrdə  yeni 

formalaşmağa başlayan Azərbaycanın müstəqil xarici siyasəti, ilk növbədə, ölkənin 

ərazi  bütövlüyünün  və  suverenliyinin  tezliklə  bərpa  edilməsi,  qonşu  dövlətlərlə 

mehriban  və  qarşılıqlı  surətdə  faydalı  münasibətlərin  inkişaf  etdirilməsi,  yeni 

dünya  nizamı  çərçivəsində  regional  və  qlobal  proseslərdə  ölkənin  fəal  iştirakının 

təmin  edilməsi,  regionda  sabitliyin  və  təhlükəsizliyin  gücləndirilməsi,  Avropa  və 

Trans-Atlantik  strukturlarına  inteqrasiya  məsələlərinə  və  s.  yönəldilmişdi. 

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, dövlətçiliyini 

inkişaf  etdirərək  möhkəmləndirmək  üçün  tarixi  fürsət  əldə  etmiş  oldu.  Belə  bir 

şəraitdə  milli  dövlətçilik  prinsiplərinə  uyğun  olaraq  yeni  xarici  siyasət  kursunun 

formalaşdırılması  və  həyata  keçirilməsi  ən  vacib  məsələ  kimi  qarşıda  dururdu. 

Əsas  prioritet  istiqamət  isə  hərbi  işğal,  etnik  təmizləmə,  bir  milyona  yaxın 

azərbaycanlı  qaçqın  və  məcburi  köçkünün  hüquqlarının  kobudcasına  pozulması, 

ölkənin  böyük  bir  hissəsində  tarixi  və  mədəni  irsimizin  ermənilər  tərəfindən 

dağıdılması  faktlarını  özündə  cəmləşdirən  Ermənistanın  Azərbaycana  qarşı 

təcavüzü  ölkənin  təhlükəsizlik  mühitinin  əsas  təyinedici  amili  oldu  və  bu  da,  öz 

növbəsində, Azərbaycanın təhlükəsizlik və xarici siyasətinin formalaşdırılmasında 

əsas rol oynadı.   

İnternetdə: 

www.books.google.com 

 

 

 

 




Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə