76
21 Mart - Beynəlxalq Kuklaçı Günü, (2000)
21 Mart Beynəlxalq Kuklaçılar Gününün
(İnternational Day of Puppetry) qeyd
olunması ideyası məşhur İran kukla teatrı
xadimi Civad Zülfaqarihoya məxsusdur.
2000-ci ildə Maqdeburqda, Beynəlxalq
Kukla Teatrı Xadimləri İttifaqının XVIII
Konqresində o, bu məsələni müzakirəyə
çıxarmışdır. İki ildən sonra UNİMA-nın
Beynəlxalq Şurasının iclasında bayramın tarixi müəyyən olunmuşdur. Bütün
dünyadan olan kuklaçıların bayramı ənənəsi 2000-ci ilin 21 martında yaranmışdır.
Məhz həmin gündən başlayaraq kukla teatrlarının bütün peşəkarları və
pərəstişkarları tərəfindən Beynəlxalq Kuklaçı Günü qeyd olunur. Ənənəyə görə,
həmin gün kukla teatrı və yaradıcı qruplarının əməkdaşları maraqlı kukla
tamaşaları, görüşlər, konsertlər təşkil edirlər.
Ölkəmizdə də kuklaların, kukla tamaşalarının yaranmasının öz tarixi vardır.
Kuklalar səhnədə görünəndə həmişə bayram olur. Kukla tamaşaları uşaqlara
xeyirxahlığı, yaxşıları dəyərləndirməyi və sevməyi öyrədir. Əgər kuklalar balacalar
üçün bir oyun, əyləncədirsə, böyüklər üçün bir eyham, bir mesajdır. Oyuncaqlar,
bir tərəfdən körpə üçün əyləncəli anlar yaradar, digər tərəfdən tərbiyəvi və çox
təsirli vasitə kimi önəm daşıyar. Kukla oyunlarını üç tipə bölmək olar: kilimarası;
kukla oyunu. kölgə oyunu. Kukla oyunu tamaşalarının eyni kökdən olan bir neçə
forması var. Bunlardan ən geniş yayılanı ―Bəbək‖, ―Keçəl pəhləvan‖, ―Maral
oyunu‖, ―Kilimarası‖ qədim kukla oyunlarındandır. İllər ötdükcə mədəniyyətin
hər bir sahəsi kimi kukla teatrı da inkişaf etmişdir. Xalqımız ta qədimdən, təbii
vasitələrdən istifadə olunmaqla, kuklalar düzəltmiş, xalq oyunları təşkil etmişdir.
Min illər boyu azərbaycanlıların yaşadıqları geniş ərazidə kukla oyunları da
yayılmışdır. Bu oyunlar üçün kukla düzəldənləri oyuqçular adlandırıblar.
Azərbaycanda körpə balaların kuklalarla əsas görüş ünvanı Abdulla Şaiq
adına Kukla Teatrıdır. Kukla Teatrında həm milli, həm də dünya xalqlarının nağıl
qəhrəmanlarının iştirakı ilə ―Cırtdan‖, ―Turpun nağılı‖, ―Qoçaq Əhməd‖, ―Qırmızı
Papaq‖, ―Cik-Cik xanım‖, ―Ələddin‖, ―Quşcuğaz‖, ―Göyçək Fatma‖,
―Məlikməmməd‖ və başqa tamaşalar nümayiş olunur.
İnternetdə:
www.books.google.com
77
22 Mart - Ümumdünya Su Ehtiyatları Günü, (1992)
Ümumdünya
Su
Ehtiyatları
Gününün
keçirilməsi ideyası ilk dəfə BMT-nin Ətraf
mühitin qorunması və inkişaf üzrə 1992-ci ildə
Rio-de-Janeyroda təşkil olunan konfransında
səslənmişdir.
Su bəşəriyyət üçün zəruridir. Su damlası
çox böyük gücə malikdir, su damlası hamıya
lazımdır. Yer səthinin 70%-i su ilə örtülsə də,
onun 97,5%-i duzlu sudur. Yerdə qalan 2,5% şirin suyun 68,7%-i buzlaqların
donmuş suyudur. Planetin su ehtiyatının ümumi həcminin cəmi 1 faizi insanlar
tərəfindən istifadə üçün əlçatandır. XX əsrdə suyun istifadəsi 6 dəfə artmış,
əhalinin artım tempini 2 dəfə üstələmişdir. İnkişaf etmiş ölkələrdə şirin su
ehtiyatlarının 30%-ə qədər sızma nəticəsində itirilir, bəzi böyük şəhərlərdə isə bu
itki 70%-ə qədər artır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 1993-cü
il 22 fevral tarixli 47/193 saylı qətnaməsini qəbul edərək martın 22-ni Ümumdünya
Su Ehtiyatları Günü elan etmişdir. Bu əlamətdar gün 1993-cü ildən qeyd olunur.
İnternetdə:
www.books.google.com