Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə29/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   25   26   27   28   29   30   31   32   ...   148

81 

 

Tariximizin qan yaddaşı 



31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, (1918) 

 

                                                 Bu günün misli keçən il, Allahım,  gözdən iraq, 

                                                 Ermənilər əldə bomba, süngü, xəncərlər, bıçaq,  

                                                 Kəsdilər evlərdə minlərcə gəlin, arvad, uşaq,  

                                                Südəmərlər nizə nukində çalardı əl-ayaq. 

                                                Nalə, yalvarmaq bu qövmə hərgiz etməzdi əsər.

              

                                                                                                                  Hacı Səlim Səyyah  

 

Bu  gün  1918-ci  ilin  30  mart  və  3 



aprel  tarixləri  arasında    Bakı  şəhərində  və 

Bakı  quberniyasının  müxtəlif  bölgələrində, 

eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, 

Hacıqabul,  Salyan,  Zəngəzur,  Qarabağ, 

Naxçıvan  və  digər  ərazilərdə  Bakı  Soveti 

və  daşnak  erməni  silahlı  dəstələrinin 

azərbaycanlılara 

qarşı 


törətdikləri 

qırğınlarla  bağlıdır.  Rəsmi  mənbələrə 

əsasən,  soyqırımın  nəticəsində  12  minə 

yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Tarix boyu 

azərbaycanlılara  qarşı  həyata  keçirilmiş  soyqırımı  lap  əvvəldən  rus-erməni 

işbirliyinin nəticəsi olub. Sovet dönəmində üstündən sükutla keçilən mart qırğınları 

1998-cı  ildən  etibarən,  ulu  öndərimiz  Heydər  Əliyevin  26  mart  tarixli  fərmanına 

əsasən,  hər  il  martın  31-i  Azərbaycanlıların  Soyqırımı  Günü  kimi  qeyd  olunur. 

Tarixi faktlar göstərir ki, 31 mart əslində, 1918-1920-ci illər ərzində zaman-zaman 

Azərbaycanın  ən  müxtəlif  bölgələrində  həyata  keçirilən  soyqırımların  anım 

günüdür.  1918-ci  ilin  30  mart  və  3  aprel  tarixləri  arasında  ermənilərlə  ruslar 

Azərbaycan  türkünü  qanına-qəltan  ediblər.  Bundan  əvvəl  və  sonra  bu  cür 

soyqırımlar çox törədilsə də, 1918-ci il martın 31-də baş verən qətl öz miqyasına 

görə bunların hamısından fərqlənir. 

  

Qeyd  edək  ki,  hələ  martın  31-nə  qədər,  daha  dəqiqi,  martın  18-21-də  də 



Bakıda dəhşətli hadisələr baş vermişdi. Dörd gün ərzində şəhərin müsəlman əhalisi 

top  atəşinə  tutulur, güllələnir, diri-diri  yandırılırdı.  Bəzi  məlumatlara  görə, həmin 

günlərdə  çox  sayda  müsəlman  qətlə  yetirilmişdi.  Qırğının  törədilməsinin  başlıca 

səbəbi  Azərbaycanın  müstəqilliyinin  qarşısının  alınması,  Bakının  mühüm  iqtisadi 

və  siyasi  əhəmiyyəti  ilə  bağlıydı.  İngilis  arxivlərini  öyrənən  türk  tarixçisi  Salahi 

Sonyel  elə  qənaətə  gəlib  ki,  1918-ci  ilin  martında  8-12  min  azərbaycanlı  qətlə 

yetirilib. ABŞ tarixçiləri C. və K.Makkartilər də 1918-ci il martın 30-dan aprelin 1-

dək  Bakıda  ermənilərin  8  mindən  12  minədək  müsəlman  öldürdüyünü  və  şəhərin 

türk əhalisinin yarısının qaçdığını yazırlar.  

İnternetdə: 

www.books.google.com 

 

 

 

 



82 

 

Yubilyar yazıçı və şairlər 

 

3 Mart - Yazıçı Fərman Kərimzadənin anadan olmasının 80 illiyi, (1937-1989) 

                                                                                                                                                                        

Fərman    Kərimzadə    Qərbi  Azərbaycanın   Böyük  Vedi 

kəndində  anadan  olmuşdur.    İbtidai    təhsilini  orada  almış, 

orta  məktəbi  isə   Beyləqan rayonunun Şahsevən kəndində 

bitirmişdir.  Əzim  Əzimzadə  adına  Azərbaycan  Dövlət 

Rəssamlıq  Məktəbində  təhsil  almışdır.  İsmayıllı və  Jdanov 

(indiki Beyləqan)  rayonlarında  orta  məktəb  müəllimi 

olmuşdur.  Sonra  ―Yüksəliş‖  rayon  qəzeti  redaksiyasında 

ədəbi  işçi,  şöbə  müdürü,  məsul  katib  işləmişdir. Moskvada 

Ümumittifaq  Dövlət  Kinematoqrafiya  İnstitutunun ssenari 

fakültəsini  bitirmişdir.   Azərbaycan  Dövlət  Televiziya  və 

Radio Verilişləri Komitəsində tərcüməçi, baş redaktor, "Abşeron", "Ədəbiyyat və 

incəsənət" qəzetlərinin  redaksiyasında  şöbə  müdiri,  ədəbi  işçi, C.  Cabbarlı  adına 

"Azərbaycanfilm"  kinostudiyasında kollegiya  üzvü, ―Ədəbiyyat  və  incəsənət‖ 

qəzetinin xüsusi  müxbiri  olmuşdur.  Şüvəlan  Yaradıcılıq  Evinin  direktoru 

işləmişdir. 

Fərman  Kərimzadə  imzası  daha  çox  tarixi  roman  müəllifi  kimi  məşhurdur. 

1967-ci ildə çap olunmuş "Qarlı aşırım" onun yazıçılıq istedadını, ümidverici və 

gələcəkli bir nasir kimi yetişdiyini üzə çıxardı. F.Kərimzadə ―Qarlı aşırım‖da 30-

cu illərin ziddiyyətlərini, kollektivləşmə dövrünün çətinliklərini, özündən əvvəlki 

nəsr  ustalarını  təkrar  etmədən,  tamamilə  yeni  ruhda  əks  etdirdi.  F.Kərimzadənin 

uzun  tədqiq  və  araşdırmalardan  sonra  qələmə  aldığı  ―Xüdafərin  körpüsü‖  əsəri 

xalqımızın tarixinə, 500 il əvvəlki babalarımıza məhəbbət və hörmətin ifadəsidir. 

Oxucunu  orta  əsr  Azərbaycan  həyatının  həyəcanlı  səhnələri  ilə  qarşılaşdıran  bu 

roman  Ağqoyunlularla  Səfəvilər  hakimiyyətinin  qovuşduğu,  birincilərin 

ikincilərlə  əvəzləndiyi  dövrün,  Azərbaycan  torpaqlarının  birlik,  Azərbaycan 

mədəniyyətinin yüksəliş dövrünün bədii salnaməsidir.  

F.Kərimzadə 1989-cu il mart ayının 17-də vəfat etmişdir. 

 Kitabları:  ―Sonuncu  eksponat‖  (1961),‖Ömrümüz-günümüz‖  (1963),  ―Heykəl 

dilə  gəlir‖  (1965),  ―Qarlı  aşırım‖  (1971),  ―Xudafərin  körpüsü‖  (1982),  ―Çaldıran 

döyüşü‖ (1988) və s. 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 

 

 

 

 

 

 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə