Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə31/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   27   28   29   30   31   32   33   34   ...   148

86 

 

8 Mart -  Şair, yazıçı Məmməd Orucun anadan olmasının 70 illiyi, (1947) 

 

 

Məmməd  Oruc    Qərbi  Azərbaycanın  Vedi  rayonunun 



Böyük  Vedi  kəndində  anadan  olmuşdur.  Beyləqan 

rayonunun G.Əsədov adına Şahsevən kənd orta məktəbini 

bitirdikdən  sonra  ADU-nun  jurnalistika  şöbəsində  təhsil 

almışdır (1965-1969). ―Duyaraq‖ adlı ilk şeiri 1963-cü ildə 

―Yüksəliş‖ 

rayon 


qəzetində 

dərc 


olunmuşdur. 

―Azərbaycan  gəncləri‖  qəzeti  redalsiyasında  ədəbi  işçi, 

şöbə  müdiri  (1969-1971),  Dövlət  Televiziya  və  Radio 

Verlişləri  Komitəsində  kiçik  redaktor,  redaktor,  böyük  redaktor  (1972-1980), 

―Azərbaycan‖  jurnalında  ədəbi  işçi  (1980-1989)  vəzifələrində  çalışmışdır.  Bir  ilə 

yaxın  Beyləqan  rayonunun  Şahsevən  kəndində  əkinçiliklə  və  bədii  yaradıcılıqla 

məşğul  olmuşdur.  Onun  oxucuların  rəğbətini  qazanan  ―Əzraillə  söhbət‖, 

―Köçürlümə‖,  ―Oyun  havası‖,  ―Günlərin  bir  günündə‖  kimi  maraqlı  nəsr  əsərləri 

var. ―Ailə səadəti‖, ―Yadigar mahnı‖, ―Leylək körfəzi‖, ―Köçürülmə‖ kitablarının, 

―Təbriz almaları‖, ―Oğulla görüş‖ və s. pyeslərin müəllifidir.  

Məmməd  Oruc  Azərbaycan  ədəbiyyatında  özünəməxsus səsi və nəfəsi  olan 

yazıçılardandır.  O,  öz  üslubu  ilə  daim  seçilməyi  bacarıb.  Nasir  kimi  ən  üstün 

özəlliklərindən biri də ağrılarını kifayət qədər saf və təmiz düşüncəylə yazmaq və 

bunu oxucuya çatdırmaq bacarığıdır. Məmməd Oruc 1993-cü ildən ―Azərbaycan‖ 

jurnalının nəsr bölməsinə rəhbərlik edir. 

Kitabları:  ―Ailə  səadəti‖  (1973),  ―Yadigar  mahnı‖  (1979),  ―İkinci  ad‖  (1984), 

―Leylək körfəzi‖ (1985), ―İntizardan sonra‖ (1989), ―Köçürülmə‖ (1990) və s. 

 

Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 

 

 



 

 

 



 

 


87 

 

16 Mart - Yazıçı Məmməd Dadaşzadənin anadan olmasının 90 illiyi, (1927) 

 

 

 



 

 

 



 

 

 



 

Məmməd  Abbas  oğlu  Dadaşzadə  Azərbaycanın  Təbriz  şəhərində,  qulluqçu 

ailəsində  anadan  olmuşdur.  Burada  orta  məktəbi  bitirmişdir.  Gəncə  Hərbi  Hava 

Qüvvələri  Məktəbində  təhsil  almışdır  (1946-1947).    ADU-nun  hüquq  fakültəsini 

bitirdikdən  sonra  ―Bakı  kommunistləri‖  qəzeti  redaksiyasında  ədəbi  işçi 

vəzifəsində  çalışmışdır  (1952-1953).    Azərbaycan  EA  Ədəbiyyat  İnstitutu 

Əlyazmaları  Fondunda  elmi  işçi  (1953-1954),  Azərbaycan  EA  Tarix  muzeyində 

elmi-kütləvi şöbənin müdiri (1954-1956), ―Xan sarayı‖ muzeyinin direktoru (1956-

1960) olmuşdur. Hazırda Azərbaycan EA Tarix İnstitutunun etnoqrafiya şöbəsində 

baş elmi işçi (1961-ci ildən) vəzifəsində çalışır. Tarix elmləri namizədidir.  

 1949-cu  ildən  bədii  yaradıcılığa  başlamışdır.  ―Sülhün  işığında‖  (1950) 

almanaxında ilk mətbu əsəri çıxmışdır. Məqalələri  dövri mətbuatda müntəzəm çap 

olunur.  Etnoqraf-tarixçi  kimi  xalqın  orta  əsrlər  mənəvi  mədəniyyəti,  həyat  tərzi 

haqqında elmi məqalələri və hekayələri ilə çıxış edir.  

 

Kitabları: ‖Ayrılıq‖ (1956), ―Görüş‖ (1962), ―Dan yeri söküləndə‖ (1964), ―Sübh 

işığında‖  (1966), ―Elmi həqiqət və dini etiqad‖ (1966) və s.  



Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 


88 

 

18 Mart - Dramaturq Qeybulla Rəsulovun anadan olmasının 95 illiyi,  



                 (1922-1988)

 

 

 

Qeybulla  Rəsulov  Azərbaycanın  Qax  rayonunun  İlisu  kəndində  anadan 



olmuşdur.  İbtidai  təhsili  kənddə  almış,  yeddiillik  məktəbi  Qaxda  bitirmiş,  sonra 

Şəki  Feldşerlik  Məktəbində  oxumuşdur  (1935-1939).  Ordu  sıralarına  çağırılmış, 

İkinci Dünya müharibəsi dövrü bir müddət Sovet Ordusu tərkibində İranda olmuş 

(1942), sonra 402 və 416-cı atıcı diviziyalarında hərbi feldşer işləmişdir. Mozdok 

şəhərinin  azad  edilməsi  uğrunda  döyüşlərdə  yaralanmışdır.  Ordudan  təxris 

olunandan  sonra  Azərbaycan  Dövlət  Teatr  İnstitutunun  teatrşünaslıq  fakültəsində 

təhsil  almışdır.  Sonra  M.  Əzizbəyov  adına  Azərbaycan  Dövlət  Dram  Teatrında 

ədəbi hissə müdiri işləmişdir (1953-1955).  Ədəbi fəaliyyətə "Tatar Bakıdan gəlir" 

birpərdəli  pyeslə  başlamış,  Xalq  Yaradıcılığı  Evi  həmin  pyesi  ayrıca  kitabça 

halında  çap  etmişdir  (1955).  Azərbaycan  Dövlət  Radio  Verilişləri  Komitəsində 

müxbir,  redaktor  (1955-1957),  "Bakı"  axşam  qəzeti  redaksiyasında  ədəbiyyat  və 

incəsənət  şöbəsinin  müdiri  (1958-1965),  M  Əzizbəyov  adına  Azərbaycan  Dövlət 

Akademik  Dram  Teatrında  ədəbi  hissə  müdiri  işləmişdir  (1965-ci  ildən). 

Respublikada  keçirilən  ən  yaxşı  pyeslər  müsabiqəsində  dəfələrlə  mükafata  layiq 

görülmüşdür.  "Əlvida,  Hindistan",  "Söz  yarası",  "Nəsillər",  "Od  parçası",  "Gün 

aydın,  əlahəzrət",,  "Günəşlə  oyananlar",  "Şəhərli  oğlan",  "Molla  Nəsrəddin 

zarafatı",  "Dzerjinski  koloniyası"  pyesləri  respublika  dövlət  dram  teatrlarında 

səhnəyə  qoyulmuşdur.  Onun  birpərdəli  pyesləri,  habelə  irihəcmli  dramları 

özfəaliyyət  dərnəklərində  və  xalq  teatrlarında  oynanmışdır.  Eyni  zamanda 

"Moskva", "Serebryannı bor", "Üç Gül", "Kranlar səslənir", "Büllur vaz", "Pırpız 

xanım", "Bir "Volqa" məhəbbət" adlı pyeslərinin televiziya tamaşaları göstərilmiş, 

"Sınaq",  "Çağırış",  "Ana  və  oğul",  "Mayakovskinin  gözü  ilə"  və  s.  pyesləri  isə 

radioda səsləndirilmişdir. 

 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni və medallarla təltif edilmişdir. 

 Qeybulla Rəsulov 1988-ci il sentyabrın 11-də Bakıda vəfat etmişdir. 

Kitabları: ―Rəhmə gəl, mələyim‖ (1956), ―Bir evdə‖ (1956), ―Qonaq‖  (1961)  

Ədəbiyyat:  Əhmədov  Teymur  -Azərbaycan  yazıçıları  (XX-XXI  yüzillikdə)” 

Ensiklopedik məlumat kitabı, Bakı, 2011. 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə