Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə32/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   28   29   30   31   32   33   34   35   ...   148

89 

 

20 Mart - Şair, yazıçı, tərcüməçi  Zahid Xəlilin anadan olmasının 75 illiyi, 



                 (1942) 

Zahid  Xəlil  (Xəlilov  Zahid  Abdulla  oğlu)  Yevlax 

şəhərində anadan olub. 1948-1958-ci illərdə Sabir adına 2 

saylı  şəhər  orta  məktəbində  təhsil  alıb.  Orta  məktəbi 

bitirdikdən sonra, 1959-1965-ci  illərdə  ADU-nun (indiki 

BDU) filologiya fakültəsinin jurnalistika şöbəsində  qiyabi  

təhsil  alıb.  Əmək fəaliyyətinə Yevlax Tütünfermentləmə 

zavodunda  texnik  kimi  başlayıb. 1965-1966-cı  illərdə 

Yevlax  şəhər  Mədəniyyət  Evinin  müdiri,  ―Qələbə‖  adlı 

rayonlararası 

qəzetin 

redaksiyasında 

ədəbi 

işçi, 


―Təşəbbüs‖  adlı  Yevlax  rayon  qəzetində  məsul  katib, 

―Mübarizə‖  adlı  Goranboy  rayon  qəzetində  ədəbi  işçi, 

məsul  katib  vəzifələrində  işləyib. 1966-cı  ildə Azərbaycan  Dövlət  Pedaqoji 

İnstitutunda nəşr olunan ―Gənc müəllim‖ qəzetinin redaktoru təyin olunub. 1969-

1970-ci  illərdə  universitetdə  partiya  komitəsinin  katibi  seçilib. 1970-ci  ildə 

―Ədəbiyyat  tarixi‖  kafedrasında  baş  müəllim, 1980-ci  ildə  ―Ədəbiyyat  və  onun 

tədrisi‖  kafedrasında  dosent  işləyib. 1977-ci  ildən Azərbaycan  Yazıçılar 

Birliyinin üzvüdür. 1975-ci  ildə  filologiya  elmləri  namizədi, 1990-cı  ildə 

filologiya elmləri doktoru, 1991-ci ildə professor adını alıb. 1997-ci ildən ADPU-

nun  pedaqoqika  fakültəsinin  dekanı  işləyib.  Hazırda  ədəbiyyat  və  onun  tədrisi 

metodikası  kafedrasının  müdiri  vəzifəsində  çalışır. 2002-ci  ildə  "Qızıl  qələm" 

mükafatı laureatı  adına layiq görülüb.―Vətənim‖  adlı  ilk  şeri 1958-ci ildə  ―Yeni 

Yevlax‖  qəzetində  çap  olunub.  Dövri  mətbuatda  müntəzəm  çıxış  edir. 1982-ci 

ildə  "Literaturnaya  qazeta"da  dərc  olunan  ―Kölələr‖  və  ―Limonad  içməyim‖ 

hekayələrinə  görə  redaksiyanın  ―Zolotoy  telyonok‖  mükafatına  layiq  görülüb. 

Uşaq yazıçısı kimi tanınır. Uşaq ədəbiyyatını tədqiq edən Beynəlxalq Cəmiyyətin 

Moskvada  keçirilən  simpoziumunda  (1981),  Praqada  keçirilən  ―Məktəbəqədər 

yaşlı  uşaqlar  üçün  ədəbiyyat‖  adlanan  Ümumittifaq  konfranslarda  iştirak  edib. 

Keçmiş SSRİ ―Dövlətnəşrkom‖un və SSRİ Yazıçılar İttifaqının Uşaq Ədəbiyyatı 

Şurasının üzvü olub. 



Kitabları: ―Uçan çıraqlar‖ (1969), ―Qarışqalar‖ (1971),  ―Mən rəngləri tanıyıram‖ 

(1972), ―Göydən üç alma düşdü‖ (1974),  ―Quşlar, quşlar‖ (1977), ―Torağaylar 

oxuyur‖ (1979), ―Ballıca‖ (1981), ―Çıraq nənənin nağılları‖ (1983),  ―Cırtdanla 

Azmanın yeni macəraları‖ (1985),  ―Dünyanın ən balaca nağılları‖  (2002) və s. 

 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

 



90 

 

20 Mart - Şair, dramaturq Atif Zeynallının anadan olmasının  90 illiyi,  



                 (1927-1991)

 

 

Atif  Zeynallı  Bakı  şəhərində  anadan  olmuşdur.  



Yeddinci  sinfəcən  Bakıdakı  132  saylı  orta  məktəbdə 

oxumuşdur.  Böyük  Vətən  müharibəsi  başlanandan  sonra 

ailəsi  aclığa  görə  Mərdəkandakı  bağ  evinə  köçmüşdür. 

1944-1949-cu  illərdə  ADU-nun  şərqşünaslıq  fakültəsində 

təhsil almışdır. Atif Zeynallının yazdığı üç iri monoqrafik 

əsəri  XX  əsr  ədəbiyyatının  böyük  simaları  olan  Cəfər 

Cabbarlıya,  Süleyman  Rüstəmə  və  Səməd  Vurğuna  həsr 

edilmişdir. A. Zeynallının elmi fəaliyyəti ömrünün sonuna 

qədər AMEA Ədəbiyyat İnstitutu ilə bağlı olmuşdur. O, bir 

sıra aspirant və dissertantların elmi rəhbəri olmuşdur. Cavan yaşlarından o, sovet 

ədəbiyyatı  şöbəsində  işləmiş  və  şöbə  xətti  ilə  hazırlanan  ikicildlik  sovet 

―Azərbaycan sovet ədəbiyyatı tarixi‖nin əsas müəlliflərindən biri olmuşdur. Alim 

ömrünün  müdrik  illərini  çox  sevdiyi  Səməd  Vurğun  yaradıcılığı  barədə 

monoqrafiyanı  yazmağa  həsr  etmişdir.  Bu  kitab  onun  ölümündən  bir  il  qabaq 

1990-cı  ildə  çap  olunmuşdur.  Atif  Zeynallının  mətbuatda  çoxlu  resenziya  və 

məqalələri  çıxmışdır.  Bunların  çoxu  C.Cabbarlı,  S.Vurğun,  S.Rüstəmə  həsr 

edilmişdir. Onun digər qələm dostları haqqında da məqalələri çoxdur. Ədəbiyyata 

1947-ci  ildə  ―Azərbaycan  gəncləri‖  qəzetində  çap  olunmuş  ―Azərbaycan‖  adlı 

şeirlə  gəlmiş,  ömrünün  sonuna  qədər  on  dörd  şer  kitabı  çap  olunmuşdur.  Şeirlə 

yanaşı,  Atif  Zeynallı  dram  əsərləri  də  yazmışdır.  ―Sirlər  yuvası‖,  ―Nəriman  ata‖, 

―Məmmədəli kurorta gedir‖, ―Ləkə‖ və pyesləri Bakı, Gəncə teatrlarında səhnəyə 

qoyulmuşdur.  Ədibin  pyesləri  əsasən  komik-dramatik  üslubda  idi.  Bədii  əsərləri 

SSRİ  xalqlarının  dillərinə  çevrilmişdir.  ―Keçilməmiş  yollarla‖  monoqrafiyası  rus 

dilində çap edilmişdir. A. Zeynallı özü də vaxtaşırı tərcümələr etmişdir. 

Atif  Zeynallı 1991-ci il yanvarın 28-də vəfat etmişdir.  

Kitabları:  ―Sahildə‖  (1958),  ―Adanın  sirri‖  (1959),  ―Dənizin  övladları‖  (1963), 

―Buz  qala‖  (1965),  ―Könlümün  səsi‖  (1967),  ―Üç  dəniz  arxasında‖  (1970),‖Bir 

yarpağam‖  (1974),    ―Elə  arxalan‖  (1978),  ―Əbədilik‖  (1979),    ―Odlar  yurdum‖ 

(1981), ―Nur körpüsü‖ (1985), ―Dünya arxayındır etibarıma‖ (1990) və s. 



İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 

 

 



 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə