Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Mart - Tərcüməçi Reyhan Salamovanın anadan olmasının 90 illiyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə36/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   32   33   34   35   36   37   38   39   ...   148

98 

 

 



30 Mart - Tərcüməçi Reyhan Salamovanın anadan olmasının 90 illiyi,  

                 (1927-1998

 

) 

 

 



 

 

 



 

 

 



Reyhan  Ələkbər  qızı  Salamova  Azərbaycanın  Zaqatala  şəhərində,  sənətkar 

ailəsində  anadan  olmuşdur.  1928-ci  ildə  ailəliklə  Bakıya  köçmüşlər.  Burada  132 

saylı orta məktəbin yeddinci sinfini bitirib, əczaçılıq texnikumunda təhsil almışdır 

(1943-1947).  ADU-nun  filologiya  fakültəsinin  jurnalistika  şöbəsini  bitirdikdən 

sonra  əmək  fəaliyyətinə  ―Azərnəşr‖də  redaktor  kimi  başlamışdır  (1953-1956). 

―Uşaqgəncnəşr‖də  korrektor,  kiçik  redaktor,  redaktor  (1957-1962),  ―Azərnəşr‖də 

redaktor  (1962-1966),  ―Gənclik‖  nəşriyyatında  redaktor,  böyük  redaktor  (1967-

1988)  olmuşdur.  İlk  tərcüməsi  ruscadan  ―Cırcırama  və  qarışqa‖  hekayələr 

toplusudur.  Azərbaycan  Jurnalistlər  İttifaqının  nəşriyyat  üzrə  müvəkkili  (1972-

1988) olmuşdur. 

 Reyhan Salamova 1998-ci il martın 24- də dünyasını dəyişmişdir.  

 

Tərcümələri: ―Cırcırama və qarışqa‖( 1957), ―Nədən qorxdular‖ (1958), ―Sünbül‖ 

(1959),  L.Larionova.‖Bizi  kim  oyadır‖  (1960),  V.Bianki    ―Qara  şahin‖  (1961), 

N.Nosov ―Hekayələr‖ (1967), Y.Permyak ―Nazik sim‖ (1977), V.Kava  ―Sükutun 

ətri‖ (1981), ―Dünya uşaq ədəbiyyatı kitabxanası‖ (1988) və s. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




99 

 

 



 

Xarici ədəbiyyat 

11 Mart - İngilis yazıçısı Duqlas Adamsın anadan olmasının 65 illiyi,  

                 (1952-2001) 

 

 

 

 

 

 

 

 

İngilis  yazıçısı,  dramaturqu  və  ssenaristi,  yumoristik  fantastik  əsərlər 

müəllifi  Duqlas  Adams  Böyük  Britaniyanın  Kembric  şəhərində  anadan  olub. 

İngilis  ədəbiyyatı  üzrə  bakalavr  və  magistr  dərəcələrini  alan  Adams  1978-ci  ilin 

martında  BBC  radiosunda  dördseriyalı  ―Avtostoplarda  səyahət  edənlər  üçün 

qalaktika bələdçisi‖ yayına çıxıb və çoxlu mükafat qazanıb. Bir qədər sonra  yazıçı 

eyniadlı  kitabını  çap  etdirib.    Bu  kitab  çox  böyük  uğur  qazanır  və  1984-cü  ildə 

ingilis  bestsellerlərinin  siyahısında  ilk  yeri  tutub.  Duqlas  Adams  Golden  Pen 

mükafatını  (mükafat  1000000  nüsxə  kitabın  satışına  görə  verilir)  almış  ən  gənc 

yazıçı olub. Daha sonra yazıçı bu kittabın davamı olan ―Kainatın qurtaracağındakı 

restoran‖  (1980),  ―Həyat,  Kainat  və  digər  hər  şey‖  (1982)  kitablarını  yazıb. 

D.Adams həm də bir çox məşhur serialların ssenarisinin müəllifidir.  

Duqlas  Adams  həm  də  ətraf  mühit  və  yoxolma  təhlükəsi  qarşısında  qalan 

növlərin müdafiəsi hərəkatının fəal üzvü olub.  

Yazıçı 2001-ci il mayın 11-də, 49 yaşında ürək tutmasından vəfat edib. 

  

İnternetdə: 



www.az.wikipedia.orq 

 

 



 

 

 



 

 

 



 

 



100 

 

 



29 Mart - Fransız yazıçısı Marsel Emenin anadan olmasının  115 illiyi,  

                  (1902-1967) 

  

Fransız  yazıçısı,  dramaturqu,  komediyalar,  romanlar,  nağıllar  və  novellalar 



müəllifi  Marsel  Eme  anadan  olmuşdur.  Yazıçı  özündən  sonra  böyük  ədəbi  irs 

qoymuşdur: 17 roman, bir neçə hekayə, pyes, nağıl və ssenarilər toplusu. M.Eme 

yaradıcılığının  böyük  hissəsi  qəribə,  maraqlı  tragikomediyalardır.  Bu  əsərlərdə 

qrotesk  və  sosial  kəskinlik,  sarkazm  və  fəlsəfə,  realizm  və  fantastika,  ironiya  və 

faciə  çox  harmonik  şəkildə  uyğunlaşır.  Dərin  psixologizm  və  məişətin  təsvirinə 

böyük  maraq  göstərilməsi  Marsel  Emenin  hətta  ən  absurd  ehtimallarına  belə 

realistlik və həqiqilik verir. 

Yazıçı həmçinin uşaqlar üçün pişik Murlıka haqqında nağıllardan ibarət iki 

silsilənin    -  ―Qırmızı  kitab‖  və  ―Mavi  kitab‖ın  müəllifidir.  Bu  əsərlər  uşaq 

ədəbiyyatının klassik nümunəsinə  çevrilmişdir. Bundan başqa, o, ―Vuivra‖, ―Yaşıl 

madyan‖,  ―Lyusenna  və  qəssab‖,  ―Klerambad‖  və  s.  əsərlərin  müəllifidir.  Onun 

əsərlərinin motivləri əsasında çoxlu filmlər çəkilmişdir.  

Marsel Emen 14 oktyabr 1967-ci ildə Paris şəhərində vəfat etmişdir.  

 

İnternetdə: 

www.az.wikipedia.orq 

 

 



 

 

 



 

 

 

 

 

 

 


101 

 

 



31 Mart - Rus şairi K.İ.Çukovskinin anadan olmasının 135 illiyi,  

                (1882-1969) 

 

 



 

 

 



 

 

 



 

 

Rus  sovet  şairi,  publisist,  ədəbi  tənqidçi,  tərcüməçi,  ədəbiyyatşünas,  uşaq 



yazıçısı,  jurnalist  Korney  Çukovski  (Nikolay  Vasilyeviç  Korneyçukov)  Sankt-

Peterburqda  anadan  olmuşdur.  Onun  anası  kəndli  qadın  Yekaterina  Osipovna 

Korneyçukova, atası isə Emmanuil Solomonoviç Levenson olmuşdur. K.Çukovski 

1901-ci  ildə  ―Odessa  yenilikləri‖  qəzetində  məqalələrlə  çıxış  etmiyə  başlamışdır. 

1903-cü  ildə  qəzetin  ingilis  dilini  bilən  yeganə  müxbiri  kimi  Londona  göndərilir. 

1906-cı  ildə  Finlandiyaya  köçür,  ədəbi  tərcümə  və  ədəbiyyatşünaslıqla  məşğul 

olur. Yazıçı uşaq ədəbiyyatı sahəsinə nisbətən gec müraciət edir. O, 1916-cı ildə 

―Şam ağacı‖ toplusunu tərtib edir və özünün ilk nağılı olan ―Timsah‖ı qələmə alır. 

1923-cü  ildə  onun  məşhur  ―Moydodır‖  və  ―Qorxunc  tarakan‖,  1924-cü  ildə  isə 

―Barmaley‖,  ―Milçək-Vizilçək‖  əsərləri  işıq  üzü  görür.  Uşaqlar  üçün  yazdığı 

əsərləri  ilə  böyük  şöhrət  qazanan  yazıçı  ―Möcüzə-ağac‖,  ―Telefon‖,  ―Bibiqonun 

macəraları‖,  ―Cücə‖,  ―Ağ  siçanın  macərları‖,  ―Tısbağa‖  və  s.  uşaq  əsərlərinin, 

―Günəşli‖, ―Gümüş gerb‖ povestlərinin də müəllifidir. Korney Çukovskinin bir çox 

əsərləri,  o  cümlədən  ―Doktor  Aybolit‖,  ―Limpopo‖,  ―Barmaley‖,  ―Milçək-

Vizilçək‖ və s. ekranlaşdırılıb. 

Yazıçı 1969-cu il oktyabrın 28-də vəfat etmişdir.  

Qızı Lidiya Çukovskaya və oğlu Nikolay Çukovski də yazıçıdırlar.  

 



İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 

 

 



 

 



Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə