Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə37/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   33   34   35   36   37   38   39   40   ...   148

102 

 

 



  İncəsənət 

13 Mart - Aktyor Nodar Şaşıqoğlunun anadan olmasının 90 illiyi, (1927-2013) 

 

 



Nodar  Şaşıq  oğlu  İzzətoviç  Batumi 

şəhərində  anadan  olub.  1950-ci  ildə  Moskva 

Teatr  Məktəbini  bitirib.  Leninqrad  Akademik 

Dram  Teatrında  işləyib.  ―Nikbin  faciə‖, 

―Sevilya  ulduzu‖,  ―Mariya  Tüdor‖  da  Cilberti 

(V.Hüqo)  oynayıb.  N.Şaşıqoğlunun  kino 

yaradıcılığı  daha  çox  Azərbaycanın  adı  ilə 

bağlıdır.  ―Uzaq  sahillərdə‖  filmində  Mehdi 

Hüseynzadə (1958, rej. T.Tağızadə), ―Əsl dost‖da Fərman (1959, rej. T.Tağızadə), 

―Səhər‖də  Əzizbəyov  (1960,  rej.  A.Quliyev),  ―Matoe  Falkone‖  qısametrajlı 

kinodramında  Mateo  Falkone  (1961,  rej.  T.Tağızadə.  Film  Prosper  Merimenin 

eyniadlı  əsəri  əsasında  çəkilib),  ―Leyli  və  Məcnun‖da  Məcnun  (1961,  rej. 

L.Səfərov), ―Bizim küçə‖də Mixaylo (1961, rej. Ə.Atakişiyev), ―Telefonçu qız‖da 

Zakir (1962, rej. H.Seyidbəyli) obrazlarını canlandırıb. 1983-cü ildə Azərbaycanın 

Xalq artisti fəxri adına layiq görülüb. 2007-ci ildə ―Şöhrət‖ ordeni ilə təltif olunub. 

O, Rusiyanın da Xalq artistidir. Moskvanın Y.Vaxtanqov ad. Taqankadakı teatrda, 

Leninqradın  A.S.Puşkin  ad.  Teatrda  aktyor  işləyib.  ―Mosfilm‖,  ―Dovjenko‖, 

―Odessa‖,  ―Azərbaycanfilm‖  kinostudiyalarda  çalışıb.  M.Şaşiqoğlu  teatr 

səhnələrində  Don  Juan  (A.S.Puşkin  ―Kiçik  tragediyalar‖),  Sirano  (E.Rostan 

―Sirano  de  Bercerak‖),  Kreont  (Q.Qauptman  ―Antiqo-solntsa‖),  Rakov  (―Beş 

künc‖)    kimi  obrazları  yaradıb.  2003-cü  ildən  M.Şaşiqoğlu  S.Vurğun  adına  Rus 

Dram Teatrına qayıdıb və burada Sorin (A.P.Çexov ―Qağayı‖), Kral Lir (U.Şekspir 

―Kral Lir‖) obrazlarını parlaq ifa edib.    

          Nodar Şaşıqoğlu 12 aprel 2013-cü ildə Bakıda vəfat edib. 



Filmoqrafiya:  ―Onun  böyük  ürəyi‖  (film,  1958),  ―Uzaq  sahillərdə‖  (film,  1958), 

―Əsl  dost‖  (film,  1959),  ―Matteo  Falkone‖  (film,  1960),  ―Səhər‖  (film,  1960), 

―Bizim küçə‖ (film, 1961), ―Leyli və Məcnun‖ (film, 1961), ―Telefonçu qız‖ (film, 

1962),  ―De  ki,  məni  sevirsən!‖  (film,  1977),  ―Sevinc  buxtası‖  (film,  1977), 

―Rənglərdə yaşayan kino‖ (veriliş, 2009) 

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 

 

 



 

 

 



 

 



103 

 

 15 Mart - Xalq artisti Ağasadıq Gəraybəylinin anadan olmasının  120 illiyi, 



                  (1897-1988) 

Ağasadıq Gəraybəyli  Şamaxıda  anadan olub. Atasını 

erkən  itirib.  Bakıya  gələrək  Əlisəttar  kişi  və  Heyran 

xanımın  ailəsində  yaşayıb.  Məktəbdə   Cəfər    Cabbarlı ilə 

bir  sinifdə  oxuyub.  Hüseyn  Ərəblinskidən,   Mirmahmud 

Kazımovskidən  dərs  alıb.  Hüseyn  Ərəblinskinin  sayəsində 

―Nicat‖,  sonra  ―Səfa‖  həvəskar  teatr  dərnəklərinə  üzv 

olub. 1921-ci  ildə   Cəlil  Məmmədquluzadənin   ―Ölülər‖  

pyesində    kefli    İsgəndər  rolunu  oynayıb. Üzeyir 

Hacıbəyovun qayğısı  sayəsində  teatr  kursuna  yazılıb.  200 

müxtəlif  rollarda,  qrimlərdə,  qiyafələrdə  səhnəyə 

çıxıb: Nəriman 

Nərimanovun ―Nadir 

şah‖, 


Üzeyir 

Hacıbəyovun ―Arşın mal alan‖, Cəfər Cabbarlının ―Sevil‖, ―Od gəlini‖, ―1905-ci 

ildə‖, sonralar ―Vaqif‖, ―Həyat‖, ―On ikinci gecə‖, ―Xanlar‖ və s. tamalarda rol 

alıb. 1940-cı  ildə  Azərbaycan  SSR-nin  Xalq  artisti  fəxri  adına  layiq  görülüb. 

Teatrla yanaşı, kinoda da maraqlı obrazlar canlandırıb. ―Bəxtiyar‖  filmində klub 

müdiri Ağabala, ―O olmasın, bu olsun‖  filmində Rüstəm bəy bu obrazlardandır. 

1933-cü  ildən  ömrünün  son  gününə  qədər Azərbaycan  Dövlət  Akademik  Dram 

Teatrında çalışıb.  

Ağasadıq Gəraybəyli  1988-ci ildə Bakı şəhərində vəfat edib. 

Filmoqrafiya:  ―Qız  qalası  əfsanəsi‖  (film,  1923),  ―Hacı  Qara‖  (film,  1929), 

―Sevil‖  (film,  1929)-Balaş,  ―Bakılılar‖  (film,  1938),  ―Fətəli  xan‖  (film,  1947), 

―Bəxtiyar‖  (film,  1955) –  Ağabala,  ―O  olmasın, bu olsun‖  (film,  1956),  ―Qızmar 

günəş  altında‖  (film,  1957),  ―Uzaq  sahillərdə‖  (film,  1958),  ―Bizim  küçə‖  (film, 

1961),  ‖Leyli  və  Məcnun‖  (film,  1961),  ―Böyük  dayaq‖  (film,  1962),  ―Romeo 

mənim  qonşumdur‖  (film,  1963),  ―Arşın  mal  alan‖  (film,  1965),‖Yaşamaq 

gözəldir, qardaşım!‖  (film, 1966),  ―Poçt qutusu‖  (film, 1967), ―Ulduzlar sönmür‖ 

(film,  1971),  ‖Qızıl  qaz‖  (film,  1972),  ―Bizim  küçənin  oğlanları‖  (film,  1973), 

―Putyovka‖ (film, 1975), ―Diplom işi‖ (film, 1979), ―İstintaq‖ (film, 1979), ―Mən 

mahnı qoşuram‖ (film, 1979), ―Solmaz bir bahar kimi‖ (film, 1979), ―Məşədi İbad-

80,  yaxud  köhnə  tanışlar‖  (film,  1980),  ―Dua‖  (film,  1982),  ―Musiqi  müəllimi‖ 

(film,  1983),  ―Nəvəmin  nəvəsinin  nəvəsi‖  (film,  1985),  ―Prima‖  (film,  1992), 

―Bizim  qəribə  taleyimiz‖  (film,  2005),  Ənvər  Həsənov.  ―Yeddi  oğuldan  biri” 

(film, 2007), ―Sarıköynəklə Valehin nağılı‖ (televiziya tamaşası, 1980) və s.  



İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 

 

 

 


104 

 

22 Mart - Xalq artisti Yusif Vəliyevin anadan olmasının 100 illiyi,  



                (1917-1980) 

 

Yusif  Abdulla  oğlu  Vəliyev  Dərbənddə  doğulub. 

Bakı  Teatr  Texnikumunda  təhsil  alıb  (1933-1936). 

Texnikumu  bitirəndən  sonra  yenicə  açılan  Mirzə  Ələkbər 

Sabir  adına  Nuxa  (indiki  Şəki)  Dövlət  Dram  Teatrına 

işləməyə  göndərilib.  Teatr  bağlananadək,  yəni  1949-cu 

ilədək burada aktyorluq edən Yusif Vəliyev teatrın ən öncül 

sənətkarlarından  biri  olub.  Y.  Vəliyevin  əsas  yaradıcılığı 

1949-cu  ilin  axırlarından  ömrünün  sonunadək  Gənc 

Tamaşaçılar  Teatrı  ilə  bağlı  olub.  Burada  o,  bir-birindən 

fərqlənən,  estetik  baxımdan  cazibəli,  sənətkarlıq  cəhətdən  kamil  fəlsəfi-psixoloji, 

dramatik, romantik, faciə və həm realist, həm satirik, həm də qroteskii komediya 

rollarını məharətlə ifa edib. 

  

Yusif  Vəliyev  "Azərbaycanfilm"in  kinolarında  çox  maraqlı,  yadda  qalan 



xarakterlər  yaradıb.  O,  adi  nağıl  janrını  əsərdəki  personajı  da  dərin  dramatizmlə 

cilalaya, mürəkkəb üslub elementlərindən məharətlə istifadə etməyə cəhd göstərən 

və  istəyinə  cəsarətlə  nail  olan  sənətkar  idi.  Mürəkkəb  rolların  ifasında  janr 

sintezindən  həssaslıqla  istifadə  edir,  məqamından,  vəziyyətdən  asılı  olaraq  ya 

psixoloji,  ya  dramatik  və  yaxud  faciə  elementlərinə  üstünlük  verirdi.  Bəstəboylu 

aktyor səhnədə əzəmətli, pəhləvan cüssəli görünürdü. Təkbaşına səhnədə monoloq 

söyləyəndə  də  səhnə  dolu  və  möhtəşəm  təsir  bağışlayırdı.  Pauzalardan  və  səs 

tembrinin  variasiyalarından  istifadədə  qeyri-adi,  gözlənilməz  nailiyyətlər 

qazanırdı. 

Qeyri-adi  səhnə  danışığına  malik,  dramatik-psixoloji  rolların  misilsiz 

ifaçısı,  zəngin  yaradıcılığı  ilə  Gənc  Tamaşaçılar  Teatrında  aktyor  məktəbi 

yaratmışdır. 

Yusif Abdulla oğlu Vəliyev 24 may 1960-cı ildə Əməkdar artist və 9 

fevral 1979-cu ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 

Görkəmli aktyor  1980-ci il martın 18-də vəfat edib. 

Filmoqrafiya: ―Bizim küçə‖ (film, 1961), ―Böyük dayaq‖ (film, 1962), ―Dağlarda 

döyüş‖ (film, 1967), ―Biri vardı, biri yoxdu...‖ (film, 1967), ―İnsan məskən salır‖ 

(film,  1967),  ―Uşaqlığın  son  gecəsi‖  (film,  1968),  ―Dəli  Kür‖  (film,  1969),  ―Bir 

cənub şəhərində‖ (film, 1969), ―General‖ (film, 1970), ―Ən vacib müsahibə‖ (film, 

1971),  ―Həyat  bizi  sınayır‖  (film,  1972),  ―Nəsimi‖  (film,  1973),  ―Dənizə  çıxmaq 

qorxuludur‖  (film,  1973),  ―Bakıda  küləklər  əsir‖  (film,  1974),‖Hədiyyə‖  (film, 

1974),  ―Dədə  Qorqud‖  (film,  1975),  ―Tütək  səsi‖  (film,  1975),  ―Dərviş  Parisi 

partladır‖ (film, 1976), ―Günlərin bir günü...‖ (film, 1976), ―Arxadan vurulan zərbə 

― (film, 1977) və s.  

İnternetdə: 

www.az.wikipedia.orq

 

 

 



 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə