Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Mart - Azərbaycanın Milli Qəhrəmanı Nəcəfov  Fəxrəddin Vəliyəddin



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə39/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   35   36   37   38   39   40   41   42   ...   148

108 

 

 



31 Mart - Azərbaycanın Milli Qəhrəmanı Nəcəfov  Fəxrəddin Vəliyəddin 

                 oğlunun anadan olmasının 50 illiyi, (1967-1992) 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Fəxrəddin  Vəliyəddin  oğlu  Nəcəfov   Bakı  şəhərində  doğulmuşdur. 1984-cü 

ildə Bakı şəhərinin Nəsimi rayonundakı 19 nömrəli orta məktəbi bitirmişdir. 1985-

 1987-ci illərdə Rusiyanın Arxangelsk vilayətində hərbi xidmətdə olmuşdur. 1991-

ci  ildə  könüllü  olaraq  Qarabağ  cəbhəsinə  yollanmış, 1992-ci  ildə  Ağdam 

cəbhəsində hərbi hissələrdən birinin komandiri təyin edilmişdir. 1992-ci il sentyabr 

ayının  4-də Ağdərənin Çıldıran kəndi  uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına 

həlak olmuşdur. 

Azərbaycan  Respublikasının  Prezidentinin  6  noyabr 1992-ci  il  fərmanı  ilə 

Fəxrəddin  Vəliəddin  oğlu  Nəcəfova  "Azərbaycan  Milli  Qəhrəmanı"  adı 

verilmişdir. 

Azərbaycanın qəhrəman oğlu Şəhidlər Xiyabanında dəfn edilmişdir. 

Nəsimi rayonunun 266 nömrəli məktəbi onun adını daşıyır. 

  

Sən mənə anasan, anamdan əziz, 

Sənə məhəbbətim dənizdir, dəniz. 

Ömrümün bir anı keçməsin sənsiz, 

Ey mənim varlığım, qəlbim, vicdanım, 

Mən sənə qurbanam, Azərbaycanım! 

                                                                                     Solmaz Şirin 

 

 



 

       İnternetdə: 

www.az.wikipedia.orq 

 

 

 

 

 


109 

 

 



Aprel 

Əlamətdar və tarixi günlər 

 

1 Aprel - Ümumdünya Gülüş Günü, (1564) 

1 Aprel - Beynəlxalq Quşlar Günü, (1894) 

2 Aprel - Beynəlxalq Uşaq Kitabı Günü, (1967) 

4 Aprel - Ümumdünya İnternet Günü, (1998) 

5 Aprel - Qar Qızın Ad Günü, (2009) 

6 Aprel - Beynəlxalq Cizgi Filmləri Günü, (2002)  

6 Aprel - İlk Olimpiya Oyunlarının Keçirildiyi Gün, (1896) 

7 Aprel - Ümumdünya Sağlamlıq Günü, (1950) 

12 Aprel - Ümumdünya  Aviasiya və Kosmanavtika Günü, (1962) 

13 Aprel - Ümumdünya Rok-N-Roll Günü, (1954) 

15 Aprel - Beynəlxalq  Mədəniyyət Günü, (1935) 

17 Aprel - Ümumdünya Hemofiliya Günü, (1964) 

18 Aprel - Tarixi Abidələrin Mühafizəsi Günü, (1983) 

22 Aprel - Ümumdünya Yer Kürəsi  Günü, (1970) 

23 Aprel - Ümumdünya Kitab və Müəllif  Hüquqları Günü, (1996)  

23 Aprel - Ümumdünya İngilis Dili Günü, (2010)  

24 Aprel - Gənclərin Beynəlxalq Həmrəylik Günü, (1957) 

29 Aprel - Ümumdünya Qardaşlaşmış Şəhərlər Günü, (1962) 

29 Aprel - Beynəlxalq Rəqs Günü, (1982) 

30 Aprel - Beynəlxalq Caz Günü, (2011)  

 

Bu tarixi unutmayaq 

3-4 Aprel - Kəlbəcər rayonunun işğalı günü, (1993) 

 

Yubilyar yazıçı və şairlər 

Şair Ayaz Vəfalının 80 illiyi, (01.04.1937) 

Yazıçı, ədəbiyyatşünas Xeyrulla Əliyevin 85 illiyi, (02.04.1932) 

Yazıçı Musa Qocayevin 85 illiyi, (03.04.1932 - 20.01.1993) 

Şair Lətif Vəlizadənin 75 illiyi,  (05.04.1942) 

Ədəbiyyatşünas Məmmədhüseyn Təhmasibin 110 illiyi, (12.04.1907 - 05.10.1982) 

Yazıçı Əli Səbrinin 125 illiyi, (15.04.1892 - 19.02.1983) 

Şair Əkbər Məftunun 105 illiyi, (15.04.1912 - 14.09.1990) 

Xalq şairi Məmməd Rahimin 110 illiyi, (20.04.1907 - 06.05.1977) 

Şairə Rəfiqə Hüseynovanın 75 illiyi, (22.04.1942) 

Şair Abdulla Faruqun 110 illiyi, (24.04.1907 - 1944)  

 



110 

 

Xarici ədəbiyyat 

Rus yazıçısı Aleksandr İvanoviç Gertsenin 205 illiyi, (06.04.1812-09.(21).01.1870) 

İngilis yazıçısı Henri Fildinqin 310 illiyi (22.04.1707-1754) 

 

İncəsənət 

Xalq artisti Fatma Qədrinin anadan olmasının 110 illiyi, (14.04.1907 - 29.02.1968) 

İtalyan rəssamı Leonardo Da Vinçinin 565 illiyi, (15.04.1452 - 02.05.1519) 

Xalq artisti Şövkət Məmmədovanın 120 illiyi, (18.04.1897 - 08.06.1981) 

Xalq artisti Əfrasiyab Bədəlbəylinin 110 illiyi, (19.04.1907 - 06.01.1976) 

Aktyor  Həsən Əblucun 75 illiyi, (22.04.1942 - 13.03.1994) 

Xalq artisti İsmayıl Osmanlının 115 illiyi, (24.04.1902 - 22.06.1978) 

Xalq artisti Məhluqə Sadıqovanın 100 illiyi, (28.04.1917 - 15.08.2003) 

Xalq artisti, tarzən Ramiz Quliyevin 70 illiyi, (30.04.1947) 

 

Milli qəhrəmanlar zirvəsi 

Eyvazov Qorxmaz Abış oğlunun 50 illiyi, (01.04.1967 - 1994) 

Mustafayev Alı Mustafa oğlunun 65 illiyi, (14.04.1952 - 20.11.1991) 

İbrahimov Rasim Səxavət oğlunun 55 illiyi, (18.04.1962 - 28.06.1992) 

Mədətov Fariz Əlövsət oğlunun 45 illiyi, (18.04.1972) 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 


111 

 

Əlamətdar tarixi günlər və bayramlar 



 

1 Aprel- Ümumdünya Gülüş Günü, (1564) 

 

Hər il aprel ayının 1- də Avropada və bir 



çox Asiya ölkələrində Gülüş Günü keçirilir. Bu 

gün  rəsmi  bayram  kimi  heç  bir  ölkənin 

təqviminə  daxil  edilməsə  də,  dünyanın  bir  çox 

dövlətlərində qeyd olunur.  Həmin günü Böyük 

Britaniyada  ―Səfehlər  günü‖,  Fransada  isə 

―Aprel balığı günü‖ adlandırırlar.  

Gəlin  əvvəla  bu  günün  tarixçəsinə  bir 

nəzər  salaq.  Bəzi  mənbələrə  görə  1  aprel 

zarafatının yaranması belə olub: Təqribən 5 əsrlik tarixi olan Gülüş Günü ilk dəfə 

Fransada  təşəkkül  tapıb.  1564-cü  ildə  Fransa  Kralı  IX  Çarles,  il  başlanğıcının 

yanvar  ayının  birinci  günü  olması  barədə  qərar  verib.  Amma  bundan  əvvəl  də 

Fransada yeni ili 1 apreldə qeyd ediblər. O zamankı rabitə şərtlərində IX Çarlesin 

bu  qərarı  ölkədə  çox  da  yayılmayıb.  Məsələdən  xəbərdar  olanlar  isə  protest 

məqsədilə köhnə adətlərinə davam edərək, 1 apreldə şənliklər keçiriblər. Digərləri 

onları ―aprel axmaqları‖ adlandırıblar. 1 aprelə isə ―bütün axmaqların günü‖ adını 

veriblər.  Uzun  illər  sonra  yanvarın  ilk  ay  olmasına  öyrəşiblər  və  1  aprel  gününü 

mədəniyyətlərinin bir parçası sayaraq Gülüş Günü kimi qeyd ediblər.  

İndi  bütün  dünyada  1  Aprel  Ümumdünya  Gülüş  Günü  kimi  qeyd  olunur. 

Başqa  rəvayətə  görə,  qədim  Romada  17  fevralı  ―Avamlar  bayramı  kimi‖ 

keçirirmişlər. Şərqi Hindistanda isə bu bayram martın 31-nə təsadüf edib. Rəvayətə 

görə,  belə  qeyri-adi  ənənəyə  təbiətin  özü  səbəb  olub.  Havanın  yaz  şıltaqlıqlarını 

əhali  gülüş  və  zarafatlarla  qarşılamaq  məqsədilə  bu  günü  özlərinə  xoş  ovqat 

yaratmaq  üçün  seçib.  Azərbaycanda  isə  bu  gün  daha  çox  insanların  bir-birlərini 

aldatması ilə müşayiət olunur. Hətta həmin gün televiziya kanallarında gedən bəzi 

xəbərlər, dövri nəşrlərdə dərc olunan informasiyalar da yanlış olur. Özü də bundan 

heç kəs incimir. Amma hamı çalışır ki, aprelin 1-i aldanmasın.  



İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə