Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Aprel - Beynəlxalq Quşlar Günü, (1894)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə40/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   36   37   38   39   40   41   42   43   ...   148

112 

 

1 Aprel - Beynəlxalq Quşlar Günü, (1894) 

 

 

 



Hər  il  bütün  planet  Beynəlxalq  Quşlar  Gününü  (International  Bird  Day)  – 

beynəlxalq  ekoloji  bayram  kimi  qeyd  edir.  Bu  bayram  1894-cü  ildə  ABŞ-da 

meydana  gəlmişdir.  Kütləvi  informasiya  vasitələrinin  sayəsində  populyarlıq 

qazanan  bayram  tezliklə  bütün  ştatlarda  qeyd  edilməyə  başlanıb,  sonradan 

Avropaya  keçib.  İndi  isə  YUNESKO-nun  ―İnsan  və  biosfer‖  bioloji  proqramı 

çərçivəsində  dünyanın bir çox ölkələrində qeyd olunur.  

Hər ilin bu günü təbiətsevərlər quşlar üçün yuvalar düzəldir, suda yaşayan quşların 

məskunlaşdığı yerləri yaxşılaşdırır və s. tədbirlər görürlər. Quşlarla bağlı daha bir 

məşhur  bayram    may  ayının  ikinci  bazar  günü  keçirilən  Ümumdünya  Miqrasiya 

Edən Quşlar Günüdür.  



İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


113 

 

2 Aprel -  Benəlxalq Uşaq Kitabı Günü, (1967) 



 

 

 

           Dünyada nə qədər kitab var belə,  

           Çalışıb əlləşib gətirdim ələ,  

           Oxudum, oxudum, sonra da vardım,  

           Hər gizli xəzinədən bir dürr çixardım.  

                                                



Nizami Gəncəvi  

 

    Uşaqların  tərbiyəsində  kitablar  xüsusi  yer  tutur.  Kitab  onları  zəngin  mənəvi 

zövqə  malik  bir  insan  kimi  tərbiyə  edir,  öz  xalqının  zəngin  tarixi  keçmişinə 

dərindən  bələd  olmasına  imkan  yaradır.  Uşaq  Kitabı  Gününün  məhz  bu  tarixə 

təsadüf  etməsinin  maraqlı  bir  tarixçəsi  vardır.  Məşhur  nağılçı  Hans  Xristian 

Andersen  1805-ci  il  aprelin  2-də  anadan  olmuşdur.  Beynəlxalq  Uşaq  Kitabı 

Gününün bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif etmişdir. 

1967-ci  ildə  Beynəlxalq  Uşaq  Kitabları  Şurası  tərəfindən  isə  Danimarka  yazıçısı, 

uşaqların  sevimlisi  Hans  Xristian  Andersenin  dünyaya  gəldiyi  gün  –  aprelin  2-si 

Beynəlxalq Uşaq Kitabı Günü kimi təsis edilmişdir. Bu tarix cəmiyyətin diqqətini 

uşaq ədəbiyyatına, onun problemlərinə cəlb etmək üçün təsis olunmuşdur.  

  

Azərbaycanda  uşaq  kitabxanaları  üzrə  elmi  metodik  mərkəz  sayılan 



F.Köçərli  adına  Respublika  Uşaq  Kitabxanası  2012-ci  ildən  Beynəlxalq  Uşaq 

Kitabı Şurasının üzvüdür. 1846-cı ildən başlayaraq H.X.Andersenin qələmə aldığı 

nağılları uşaqlar bu gün də çox sevirlər. Sonralar yazılaraq kitablara köçürülən xalq 

nağıllarına  da  maraq  artmışdır.  XIX-XX  əsrlər  Azərbaycanda  uşaq  ədəbiyyatının 

inkişafı  ilə  xarakterizə  olunmuşdur.  Hazırda  Beynəlxalq  Uşaq  Kitabı  Günü 

ölkəmizdə də özünəməxsus şəkildə qeyd olunur. F.Köçərli adına Respublika Uşaq 

Kitabxanası  hər  il  Milli  Uşaq  Kitabı  Sərgisi  təşkil  etməklə,  Azərbaycanda  çap 

olunan uşaq ədəbiyyatı nümunələri ilə oxucuları tanış edir, kitabın və kitabxananın 

imicinin yüksəlməsinə zəmin yaradır.  

http://www.clb.az 

 

 

 

 

 

 

 

 

 

 

 



114 

 

2 Aprel -  Ümumdünya İnternet Günü, (1998) 

  

 

  



Bu  bayramın  dərin,  bir  qədər  mübahisəli  tarixçəsi  var.  Belə  ki,  4  aprel 

şagirdlərin  və  tələbələrin  himayəçisi  olan  və  tarixdə  ilk  ―Etymologiae‖ 

ensiklopediyasının yaradıcısı Sevilyalı müqəddəs İsidorun ölüm günüdür. Məlumat 

üçün  qeyd  edək  ki,  katolik  kilsəsi  1998-ci  ildə  ümumdünya  internet  şəbəkəsini 

insan  bilikləri  xəzinəsi  adlandırıb.  Uzun  müddət  namizədlər  arasında  seçim  edən 

Vatikan 2000-ci ildə belə qərara gəlib ki, internetin ən yaxşı himayəçisi müqəddəs 

İsidor ola bilər. Öz qərarını şərh edən II İoann Pavel bildirib ki, insan biliklərinin 

xəzinəsi  internetdir,  buna  görə  də  o,  bu  missiyanı  müqəddəs  İsidora  həvalə  edib. 

Qeyd  edək  ki,  internet  himayəçisi  ilk  dəfə  olaraq  çarpaz  istinad  sistemindən 

istifadə edib. Bu sistem qlobal şəbəkədə istifadə edilən hiper istinadları xatırladır. 



İnternetdə: 

www.books.google.com 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




115 

 

5 Aprel - Qar Qızın Ad Günü, (2009)  

Qar qız  - Yeni il və nağıl qəhrəmanı, Şaxta babanın 

nəvəsi,  onun  daimi  yol  yoldaşı  və  köməkçisidir. 

Bayramlarda  uşaqlar  və  Şaxta  baba  arasında  vasitəçi  kimi 

çıxış  edir.  Qar  qızın  yaşı  balaca  qızcığaz  və  gənc  qız 

arasında  dəyişilir.  Ən  çox  isə  gənc  qız  obrazında  təsvir 

edilir,  çünki  həm  ədəbi  obraz  kimi,  həm  də  Şaxta  babanın 

müşayiətçisi  kimi  daha  uyğun  gəlir.  Şaxta  babanın  və  Qar 

qızın  ilk  birgə  rəsmi  çıxışı  1937-ci  ildə  Moskva  İttifaqlar 

Evində olmuşdur. 

Qar  qız  rus  folklorunda  qardan  düzəldilmiş  və 

canlanmış qız haqqında xalq nağılının personajıdır. Bu süjet 

1869-cu  ildə  A.Afanasyev  tərəfindən  işlənmiş  və  ―Slavyanların  təbiətlə  bağlı 

poetik görüşləri‖ adlı kitabının ikinci cildində dərc olunmuşdur.  

1873-cü  ildə  A.N.Ostrovski  Afanasyevin  nağıllarının  təsiri  ilə  ―Qar  qız‖ 

pyesini  yazır. Burada  Qar  qız  Şaxta  baba  və  Günəş  tanrısı  Yarilanın  şərəfinə  yay 

ritualı  zamanı  həlak  olan  Qırmızı  Baharın  qızı  kimi  təqdim  olunur.  O,  gözəl, 

solğun  bənizli,  açıq  rəngli  saçlara  malik  olub,  xəzlə  haşiyələnmiş  ağ-mavi  kürk, 

papaq  və  əlcəklər  geyinib.  Əsər  ilk  əvvəl  uğur  qazanmasa  da,  1882-ci  ildə 

N.A.Rimski-Korsakov  pyes  əsasında  eyniadlı  operanı  tamaşaya  qoyduqdan  sonra 

böyük şöhrət qazanmışdır.  

1968-ci  ildə  ―Qar  qız‖  filminin  çəkilişləri  zamanı  Mera  çayının  kənarında 

ağac dekorasiyalardan bütöv kənd yaradılıb. Məhz burada A.N.Ostrovski öz əsərini 

yazmışdır.  Çəkilişlər  başa  çatdıqdan  sonra  ağac  dekorasiyalar  Kostromaya 

köçürülüb,  burada  ―Berendeyevka‖  parkı  salınıb.  2008-ci  ildə  Kostromada  Qar 

qızın köşkü tikilmişdir və orada Qar qız ilboyu qonaqlarını qəbul edir. 2009-cu il 

aprelin  4-də  ilk  dəfə  rəsmi  şəkildə  Qar  qızın  ad  Günü  qeyd  olunmuşdur.  Həmin 

vaxtdan Qar qızın ad Günü Kostromada hər il keçirilir. 

 

İnternetdə: 



www.books.google.com 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə