Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi


 Aprel -  Beynəlxalq Cizgi Filmləri Günü, (2002)



Yüklə 3,73 Mb.
Pdf görüntüsü
səhifə41/148
tarix13.11.2017
ölçüsü3,73 Mb.
#10090
1   ...   37   38   39   40   41   42   43   44   ...   148

116 

 

6 Aprel -  Beynəlxalq Cizgi Filmləri Günü, (2002) 



 

 

 

 

 



 

 

 



 

 

 



 

Beynəlxalq Cizgi Filmləri Günü (International Animation Day), 2002-ci ildə 

ilk cizgi filmləri texnologiyasının ictimaiyyətə təqdimatının 110 illiyi münasibətilə 

Beynəlxalq Animasiya Kinosu Assosiasiyasının (The International Animated Film 

Association, ASIFA) Fransa şöbəsinin təşəbbüsü ilə təsis edilib və hər il oktyabrın 

28-də qeyd  olunur. Bu  əlamətdar gündə  -  28 oktyabr 1892-ci  ildə  Parisdə  rəssam 

və  ixtiraçı  Emil  Reyno  tamaşaçıları  yeni,  o  zamana  qədər  heç  kimin  görmədiyi 

tamaşaya – ―optik teatra‖ dəvət edir. İstedadlı ixtiraçı özünün hərəkət edən şəkilləri 

nümyiş  etdirən  praksinoskop  aparatını  ilk  dəfə  açıq  şəkildə  nümayiş  etdirmişdir. 

Biz indi bu hadisəni müasir cizgi filmlərinin timsalı adlandırardıq və məhz bu tarix 

hal-hazırda animasiya kinosu dövrünün başlanğıcı hesab olunur. Bir çox ölkələrdə 

bayram tədbirləri təyin olunmuş vaxtdan bir neçə gün əvvəl başlayır. Beynəlxalq 

Cizgi Filmləri Günü öncəsi dünyanın hər yerindən animasiya kinosu peşəkarları və 

həvəskarları  öz  filmlərinin  proqramlarını  bir-birləri  ilə  bölüşür  və  bu  hadisəni 

bütün il gözləyən tamaşaçılar üçün əsərlərinin ilk nümayişini təşkil edirlər.  Cizgi 

filmlərinin belə seansları artıq dünyanın 104 ölkəsində keçirilir.  



 

 

İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 


117 

 

 



6 Aprel -  İlk Olimpiya Oyunlarının Keçirildiyi Gün, (1896)  

  

Qədim 


Yunanıstanda mövcud 

olmuş Olimpiya 

Oyunlarının bərpa  olunması  təşəbbüsünü  XIX  əsrin 

sonlarında  fransız  ictimai  xadimi  baron  Pyer  de 

Kuberten təklif etmişdir. Onun dövründə Yay Olimpiya 

Oyunları kimi  tanınan  bu  beynəlxalq  tədbir 1896-cı  ildən 

etibarən,  hər  4  ildən  bir  keçirilir.(  Bura  dünya  müharibələrinin  baş  verdiyi  illər 

daxil  deyil.)  1924-cü  ildə Qış  Olimpiya  Oyunları təsis  edildi. Əvvəllər  yay  və  qış 

oyunları  eyni  ildə  keçirilirdi,  lakin 1994-cü  ildə Qış  Olimpiya  Oyunlarının 

keçirilməsi yay oyunlarına nəzərən iki il irəli çəkildi. Olimpiya Oyunları dedikdə 

yalnız  idman  yarışlarını,  idman  həyatının  insanlara  bəxş  etdiyi  dəyərləri  dar 

mənada  yox,  geniş,  fəlsəfi  anlayış  kimi  qəbul  etmək  lazımdır.  Olimpiya 

Oyunlarının böyüklüyü idmançıların təkcə yarışlarda göstərdikləri idman nəticələri 

deyil, bu oyunlarda idmançı mənəviyyatı, onun kamil bir insan kimi formalaşması 

prosesinin    reallaşdırılması,  onun  müqəddəs  ideyalara  xidmət  etməsindən  irəli 

gəlir.  Olimpiya  hərəkatı  sülh  və  əmin-amanlıqla  daim  yanaşı  durmuşdur.  Qədim 

Yunanıstanda Olimpiya Oyunlarının yaranmasından söz gedərkən oyunların əsası, 

bir  növ,  dinə  sitayiş,  ibadət  nəzəriyyəsinə  əsaslanırdı.  Orada  stadion,  teatr  və 

məbəd müqəddəs yer sayılmışdır. Burada iki şəhərdə - Olimpiya və Delfidə hər 4 

ildən bir xoş məramlı oyunlar keçirilirdi. Bu şəhərlərdə keçirilən oyunlardan əlavə, 

şeir,  mahnı,  ədəbiyyat  və  incəsənət  üzrə  istedadlı  şəxslər  bilik,  bacarıq  və 

qabiliyyətlərini  nümayiş  etdirirdilər.  Olimpiya  oyunlarında  fiziki  bacarıq 

mənəviyyatla, incəsənətlə vəhdət təşkil edirdi. Olimpiya antik dövrdən başlayaraq 

uzun,  enişli-yoxuşlu  yol  keçmiş,  zəmanəmizə  gəlib  çatmış  və  bu  yolda  müxtəlif 

maneələrlə  rastlaşsa  da,  öz  əzəli  mahiyyətini  qoruyub  saxlamışdır.  Olimpiya 

Oyunları  ümumbəşəri  nüfuz  sahibi  olmaqla,  dünya  xalqlarının  dərin  məhəbbətini 

də  qazanmışdır.  Müasir  Olimpiya  oyunlarını  bərpa  edərkən  baron  Pyer  de 

Kuberten olimpiya ideyalarını dərisinin rəngindən, sosial, siyasi, dini əqidəsindən 

və idmana dəxli olmayan digər amillərdən asılı olmayaraq, bütün qitələrin atletləri 

arasında vicdanlı idman mübarizəsinin simvolu kimi qəbul etmişdir. 



İnternetdə: 

www.books.google.com 

 

 

 

 

 

 

 

 


118 

 

7 Aprel -   Ümumdünya Sağlamlıq Günü, (1950 ) 



 

  “Sağlam bədəndə sağlam ruh olar.” 

1948-ci  ildə  I  Ümumdünya  Səhiyyə 

Assambleyası 

Ümumdünya 

Səhiyyə 

Təşkilatının      (ÜST)      yaranmasını    qeyd 

etmək    üçün      Ümumdünya      Sağlamlıq  

Gününün    təsis    edilməsi      təşəbbüsü      ilə   

çıxış    etmişdir.  1950-ci  ildən  başlayaraq 

Ümumdünya  Sağlamlıq   Günü  hər   il  7 

aprel  tarixində  qeyd  edilir.  

Hər  il  Ümumdünya  Sağlamlıq 

Gününün  mövzusu  ÜST  üçün  prioritet  sayılan  bir  problemi  diqqət  mərkəzinə 

gətirir.  Ümumdünya  Sağlamlıq  Günü  diqqəti  səhiyyə  sahəsində  beynəlxalq 

ictimaiyyətə  təsir  göstərən  başlıca  problemlərə  yönəltmək  üçün  dünya 

səviyyəsində  bir  imkandır.  Sağlamlıq  ÜST-ün  Nizamnaməsində  yalnız 

xəstəliklərin, yaxud fiziki qüsurların olmamağı ilə deyil, tam fiziki, psixi və sosial 

sağlamlıq  vəziyyəti  kimi  müəyyən  edilir.   ÜST  özünün  Ümumdünya  Səhiyyə 

Assambleyası vasitəsi ilə 193 üzv dövlət tərəfindən idarə olunur.  

  

Sağlam  yaşlanmaq  beynəlxalq  ictimai  səhiyyə  proqramının  gündəliyində 



prioritet  məsələyə  çevrilir.  Bu  həyatın  ilkin  mərhələlərindəki  sağlamlıqla 

əlaqədardır  və  sağlam  yaşlanma  bir  çox  amillərdən  asılıdır.  Fərdin  bioloji 

sisteminin  funksional  imkanları  ömrün  ilk  illərində  formalaşır,  ilkin  yetkinlik 

dövründə  ən  yüksək  səviyyəyə  çatır  və  bundan  sonra  təbii  olaraq  zəifləməyə 

başlayır.  Yaşlanma  harada  yaşamasından,  cavan  və  ya  qoca,  kişi  və  ya  qadın, 

zəngin  və  ya  kasıblığından  asılı  olmayaraq,  hər  bir  insanı  düşündürür. 

İqtisadiyyatın  qloballaşdığı,  texnologiyanın  sürətlə  inkişaf  etdiyi,  urbanizasiyanın 

artdığı, ailə modellərinin dəyişdiyi XXI əsrdə ən böyük sosial dəyişikliklərdən biri 

də əhalinin yaşlanması məsələsidir. Tezliklə dünyada həm yaşlı insanların ümumi 

sayı    bütün  həyatı  boyu  davranışları  və  məruz  qaldığı  təsirlərlə  müəyyən  edilir. 

Buraya  onun  qidalanması,  fiziki  aktivlik  səviyyəsi  və  sağlamlıqla  bağlı  risklərə 

məruz qalması (məsələn, siqaret çəkmək, spirtli içkilərdən sui-istifadə və ya zəhərli 

maddələrin təsirinə məruz qalmaq) halları da daxildir. 

 

İnternetdə: 



www.books.google.com 

 

 



 

 

 

 

 

 

 


Yüklə 3,73 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   148




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə